AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN... AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN... Azərbaycan elminə ağır itki üz verib. Kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi Akif Həmid oğlu Əzizov 20 noyabr 2016-cı ildə vəfat edib.

Əzizov Akif Həmid oğlu 1943‐cü il noyabrın 2‐də Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş (1960), M.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmiş və MDU‐nun Kimya fakültəsini bitirmişdir (1966).

A.Əzizov 1971‐ci ildə kimya üzrə fəlsəfə doktoru və 1991‐ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1992‐ci ildə professor elmi adını almışdır. 2001‐ci ildə Azərbaycan MEA‐nın müxbir üzvü, 2014‐cü ildə isə həqiqi üzvü seçilmişdir.
A.Əzizov aspirantura təhsilindən sonra elmi fəaliyyətinə Azərbaycan EA‐nın Neft‐Kimya Prosesləri İnstitutunda başlayaraq kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri, şöbə müdiri, 1988‐2014‐cü illərdə direktorun elmi işlər üzrə müavini vəzifələrində işləmişdir. O, 1972‐1985‐ci illərdə Neft kimyası üzrə ixtisaslaşmış şuranın sədr müavini, 2009‐2010‐cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya elmi üzrə Ekspert Şurasının sədri vəzifələrində çalışmışdır. 2014‐2016-cı illərdə AMEA‐nın Polimer Materialları İnstitutunun direktoru olmuş, 2016-cı ilin sentyabr ayından AMEA NKPİ-də baş elmi işçi vəzifəsində çalışmışdır.
A.Əzizov neft kimyası, kataliz və yüksək molekullu birləşmələr kimyası sahələri üzrə tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft‐kimya sintezi proseslərində metalkompleks və metalüzvi katalizatorların tətbiqi, oliqomerləşmə və polimerləşmə prosesləri üçün katalitik sistemlərin yaradılması, bir sıra yeni monomer və reaksiyaya qabil oliqomerlərin alınmasının, neft‐kimya və neft emalı proseslərində ion‐maye texnologiyalarının və s. elmi əsaslarının işlənib hazırlanması təşkil etmişdir.
A.Əzizov 600-dən çox elmi və publisistik əsərin, o cümlədən 73 müəlliflik şəhadətnaməsi və patentin, 20 monoqrafiya və kitabın müəllifidir. Onun elmi əsərlərinin 350‐si xaricdə çap olunmuşdur. Tanınmış beynəlxalq jurnallarda onun əsərlərinə istinad olunur. A.Əzizovun rəhbərliyi altında kimya üzrə 15 fəlsəfə doktoru, 3 elmlər doktoru müdafiə etmişdir.
A.Əzizov kimya üzrə bir sıra cəmiyyətlərin və Elmi Şuraların, o cümlədən Rusiya Elmlər Akademiyasının “Mineral və təkrar olunan karbontərkibli xammalın kimyası” Elmi Şurasının xarici üzvü, Nyu‐York Elmlər Akademiyası və Amerika Kimya Cəmiyyətinin üzvü, Dövlət Neft Şirkəti yanında neft emalı üzrə Elmi‐texniki Şuranın, AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri‐üzvi Kimya İnstitutunun nəzdində elmi dərəcələr verən İxtisaslaşmış Şuraların, AMEA‐nın “Neft kimyası, Kinetika və kataliz” Problem Şuralarının, “Azərbaycan Kimya Jurnalı”, “Neft-kimyası və neft emalı prosesləri”, “Elm dünyası” jurnallarının redaksiya heyətlərinin, eyni zamanda, Azərbaycanda yeni neft‐qaz və neft‐kimya kompleksinin qurulması üzrə ARDNŞ‐nin işçi qrupunun, Azərbaycan Respublikası Prezidenti yanında Elm Fondunun və ARDNŞ ilə AMEA‐nın birgə Elm fondunun ekspert komissiyalarının üzvü olmuşdur.
A.Əzizov SSRİ Elmlər Akademiyasının I dərəcəli diplomu, “Əmək rəşadəti” medalı, “Soros” Fondunun Fərdi Qrantı, AMEA‐nın Fəxri fərmanları, Azərbaycanın Əməkdar elm xadimi fəxri adı, Azərbaycan Kütləvi informasiya vasitələri işçiləri və Həmkarlar İttifaqının Rəyasət Heyəti tərəfindən “Xalqın nüfuzlu ziyalısı” fəxri diplomu və ixtiraçılıq sahəsində Birinci Respublika müsabiqəsinin Birinci dərəcəli diploma, Azərbaycan Respublikası “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunmuşdur.
Akademik A.H.Əzizov özünün şöhrətli elmi məktəbini yaratmışdır. O, yüksək alimlik səviyyəsi ilə yanaşı gözəl insan idi, ədəbiyyatı, musiqini, incəsənəti çox sevirdi. A.H.Əzizovun Azərbaycan kimya elminin inkişafında xidmətləri əvəzsizdir.
Akademik A.H.Əzizov hər zaman dostlarının, tələbələrinin, onu tanıyanların yaddaşında, eləcə də Azərbaycan elm tarixində görkəmli alim, nəcib insan və böyuk şəxsiyyət kimi qalacaq, xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
Müasir Azərbaycan elmində ən gənc elmlər doktoru

Müasir Azərbaycan elmində ən gənc elmlər doktoru

Digər bölmələr, Təbriklər
Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq kon ...

Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq kon ...

Digər bölmələr, UNUTSAQ, UNUDULARIQ!....
AZƏRBAYCAN ALİMLƏRİ KİMYA ELMİ ÜZRƏ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ  ...

AZƏRBAYCAN ALİMLƏRİ KİMYA ELMİ ÜZRƏ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ ...

Elm
Aşqarlar Kimyası İnstitutunun gənc alimləri Qafqaz Universitetində keçirilə ...

Aşqarlar Kimyası İnstitutunun gənc alimləri Qafqaz Universitetində keçirilə ...

Digər bölmələr, BMU
SDU-da III respublika konfransı keçirildi

SDU-da III respublika konfransı keçirildi

Təhsil, Sumqayıt
ALİMLƏRİMİZDƏN ƏSGƏRLƏRİMİZƏ DƏSTƏK

ALİMLƏRİMİZDƏN ƏSGƏRLƏRİMİZƏ DƏSTƏK

Qarabağ, Digər bölmələr
AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri institutlarda çap edilən elmi jurna ...

AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri institutlarda çap edilən elmi jurna ...

Digər bölmələr
AMEA-nın həqiqi və müxbir üzvlüyünə  seçkilərin nəticələri məlum olmuşdur

AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri məlum olmuşdur

"Zirvə", "Şərqin səsi", Təbriklər
SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində akademik Vaqif Abbasov ...

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində akademik Vaqif Abbasov ...

Elm, Digər bölmələr
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycan, Elm, Nekroloqlar
KATALİZ VƏ QEYRİ-ÜZVİ KİMYA İNSTİTUTUNUN BİR QRUP GƏNC ƏMƏKDAŞI MÜKAFATLAND ...

KATALİZ VƏ QEYRİ-ÜZVİ KİMYA İNSTİTUTUNUN BİR QRUP GƏNC ƏMƏKDAŞI MÜKAFATLAND ...

Elm
AMEA-nın KİMYA ELMLƏRİ BÖLMƏSİ İLƏ BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BİR ...

AMEA-nın KİMYA ELMLƏRİ BÖLMƏSİ İLƏ BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BİR ...

Biologiya və tibb elmləri, Digər bölmələr
Professor Vidadi Musayev vəfat edib

Professor Vidadi Musayev vəfat edib

AzTU, Nekroloqlar
Kimya və biologiya fakültəsində elmi seminar keçirilib

Kimya və biologiya fakültəsində elmi seminar keçirilib

ADPU
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
Tanınmış kimyaçı-alim, professor Eldar Zeynalov  AMEA-nın müxbir üzvü seçil ...

Tanınmış kimyaçı-alim, professor Eldar Zeynalov AMEA-nın müxbir üzvü seçil ...

Digər bölmələr
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun akademik Vaqif Abbasov ilə görüşü ...

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun akademik Vaqif Abbasov ilə görüşü ...

Elm, Digər bölmələr
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
Rəy yazın: