XOŞBƏXTLİK SORAĞINDA

XOŞBƏXTLİK SORAĞINDA Atanın sənin boynunda haqqı budur ki, biləsən o, sənin vücudunun kök və sərçeşməsidir. Sən onun bir şaxəsisən. Əgər o olmasaydı, sən də olmazdın. Hər vaxt özündə bəyənilən bir şey müşahidə etsən bil ki, bu nemətin əsli atandandir. Allaha pərəstış et və onu bu nemətə görə şükr et.
İmam Səccad.

İnsanlar xoşbəxt olmaq, həyatda hər zaman uğur qazanmaq üçün uzun keşməkeşli yollar qət edirlər. Ancaq bu yolda hamı axıra qədər tab gətirə bilmir. Çünki bu yol cox çətin.məsuliyyətli bir yoldur. Kiminin payına bu xöşbəxtlikdən cüzi bir hissə, kiminə isə sonsuz bir dəniz pay düşür. Allah biz insanları rəngarəng yaradıb.hər birimiz xoşbəxtliyi fərqli təsəvvür edirik. Kimimiz ailədə tapırıq xoşbəxtliyimizi, kimimiz karyerada, kimimiz səyahətdə,kimimiz maddiyyatda, kimimiz isə mənəviyyatda. Sadaladığım bütün bu dəyərlər bir insanda cəmləşirsə, deməli, bu insan doğrudan da xoşbəxtdir.
Əziz oxucum, haqqında danışmaq istədiyim insanın adını bu xoşbəxt insanların sırasında çəkmək olar. Bu insan mənim dünyalar qədər sevdiyim atam - İsmayıl müəllimdir.
İsmayıl müəllim öz səadətini xoşbəxtliyini kiməsə faydalı olmaqda, kiminsə xeyrınə-şərinə yarımaqda görür. Hər zaman ailəsinə dostlarına qayğı ilə yanaşan, sevgisini onlardan əsirgəməyən İsmayıl müəllim hamı məhz belə tanıyır.Həyatın çətinliklərınə nikbin baxan, ancaq haqsızlıqlarla heç vaxt barışmayan, hər zaman mübariz olan alim sonunda haqqın, ədalətın, qələbə çalacağına var gücü ilə inanır. Bu günə kimi yaşadığı açılı -şirinli həyat yolunda keşmışınə bağlı bir insan kimi öz xatirələrindən qopa bilmir. Onları həyatının bir daha heç bir zaman vərəqlənməyən səhifəsi hesab edir. Arxaya baxanda orada- lap uzaqlarda-keçmişində qalmış xatırələrı isə heç vaxt onu rahat qoymayan babalı-nənəli, atalı-analı, qardaş-baçıları ilə birlikdə keçirdiyi usaqlıq illəri dayanır. Necədə o günlərin həsrətini çəkir İsmayıl müəllim. Yenə də usaq olmaq istəyir İsmayıl müəllim. Kənddəki balaca məktəblərınə getmək, müəllimlərini bir daha görmək istəyir. Hər gün evlərınə beşlərlə qayıtsın. Valideynlərinin fəxrı olsun. Atasının sədəfli sazında ifa etdiyi asıq mahnılarını eşitmək üçün necə də darıxır. Zamanı geri qaytarmağı çox istəyir. Babası Allahverdi kişinin vaxtilə ona öyrətdiyi kişilik məktəbinin bütün qaydaları ömürlük yaddaşına həkk olunmuşdur: Böyüyün “üzünə heç vaxt ağ olma, İsmayıl. Göydə allaha, yerdə valideynlərinə hörmət qoy. Atanın ananın bir sözünü iki eləmə. Çalış ki, səndən hər zaman razı olsunlar. Onda cənnəti bu dünyada qazanmış olarsan. Özündən kiçiklərə qayğı ilə yanaş. Köməyini onlardan əsirgəmə. Sözünü hər zaman üzə de. Heçkəsin arxasınca danışma. Çünki əsl kişi sözü üzə deyər. Savadlı ol! Savad insanın yaraşığıdı”. Bu sözləri dinləyərkən İsmayıl başını aşağı salıb sakit dayanardı. Handan - hana utana- utana başını qaldırıb babasının illərın sınağından çıxmış gözlərınə diqqətlə baxardı: “Mütləq oxuyaçağam, baba, mütləq. Mən alim olacağam baxarsan. Baba deyərdi: “Axı mən o günləri görməyəcəyəm”. -“Yox baba görəcəksən mütləq görəcəksən. Elə söyləmə...”
Həmin vaxtdan illər, uzun illər keçir.. Günlər aylara, aylar illərə qovuşdu. Fəsillər bir- birini əvəz etdi. Neçə qış, neçə bahar gördü o. Nəhayət, özü də baba oldu. Nəvələr sahibi oldu Ancaq babasına verdiyi sözün üstündə möhkəm dayandı. Alimlik – professorluq səviyyəsinə gəlib catdı. Babasının ruhunu şad elədi. İsmayıl təkcə alim yox, həmdə gözəl ailə başçısı, müdrik ata, qayğıkeş, sədaqətli həyat yoldaşı, sevimli qardaş, səmimi dost oldu. Cəmiyyətə, vətəninə layiqli övladlar, nəvələr, tələbələr, aspirantlar yetişdirdi. Çoxlu sayda kitabların müəllifi, televiziya verilişlərinin aparıcısı oldu. Azərbaycanın bir çox təhsil ocaqlarında pedoqoıi fəaliyyət göstərdi. Respublika əhəmiyyətli konfransların, tədbirlərin iştirakçısı oldu. Nəsimi adına Dilçilik İnstitutunda şöbə müdiri, Ədliyyə Nazirliyində İnsan Hüqüqları idarəsinin baş məsləhətçisi, müşaviri oldu. Ədliyyə Akademiyasının baş müəllimi, Dövlət Tələbə Qəbulu Komissyasında ekspert şürasının sədri və sair vəzifələrin icraçısı oldu. Bir ömürə sığışdırdı bütün bunları İsmayıl müəllim. Çətində olsa, əziyyətli də olsa bacardı. Bütün sıxıntılara, çətinliklərə, itirdiyi ilk sevgisinin unudulmaz ağrılı xatırəsınə rəğmən öhdəsindən gəldi. Ulularımız demişkən: əsl kişi ev tikər, övlad böyüdər, ağac əkər. Bütün bunların mənası o deməkdir ki, əsl kişi özündən sonra bir iz, nişanə qoyub gedər.
Bütün bunların öhdəsindən İsmayıl müəllim dəyanətlə gəldi. Vətənin, xalqın, ana-dilimizin inkişafı üçün misilsiz xidmətlər göstərdi.
Elinə-obasına, torpağına ürəkdən bağlı insan oldu.
Hal-hazirda İsmayıl müəllim - atam 70-ci baharındadı.
Arzu edək ki, 100-cü baharına doğru aram-aram, yeni-yeni elmi axtarışların sorağına düşsün.
Nəticələrinin və kötücələrinin xoş günlərini görmək qismət olsun: İnşallah!


Fəridə İbrahimova,
Professor İ.Məmmədlinin qızı
Bakı şəhəri 23 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Eldar İSMAYIL:  AZƏRBAYCAN MƏMLƏKƏTİM

Eldar İSMAYIL: AZƏRBAYCAN MƏMLƏKƏTİM

Poeziya, Qərbi Azərbaycan

"İsmayılın dövründə İctimai TV-nin efiri hamıya açıq idi..."

Tv
Omrünün 70-ci baharı

Omrünün 70-ci baharı

Təbriklər, Qərbi Azərbaycan
Siyavuş Uyğuna BAŞSAĞLIĞI

Siyavuş Uyğuna BAŞSAĞLIĞI

Nekroloqlar
Ömüründən yarımayan İsmayıl!

Ömüründən yarımayan İsmayıl!

Nekroloqlar
Eldar İsmayıl: MƏNDƏN ÖTRÜ ERMƏNİSTAN YOXDU, YOX...

Eldar İsmayıl: MƏNDƏN ÖTRÜ ERMƏNİSTAN YOXDU, YOX...

Qərbi Azərbaycan, Köşə yazılar
95 YAŞLI MÜHARİBƏ VETERANI - TAHİR HƏKİMOV

95 YAŞLI MÜHARİBƏ VETERANI - TAHİR HƏKİMOV

Borçalı, Təbriklər
ƏLƏSGƏR XUDAYEV (1932-1971)

ƏLƏSGƏR XUDAYEV (1932-1971)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
Bu gün İsmayıl Ömərovun doğum günüdür

Bu gün İsmayıl Ömərovun doğum günüdür

Bolus, Təbriklər
Qaranlığa işıq saçan müəllim ailəsi

Qaranlığa işıq saçan müəllim ailəsi

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları"
Teymur İSMAYIL (1982): RÜBAİLƏR

Teymur İSMAYIL (1982): RÜBAİLƏR

RÜBAİLƏR, Başkeçid
Əzizim Əfsanə xanım, Ad günün mübarək!.

Əzizim Əfsanə xanım, Ad günün mübarək!.

"SALDO", Təbriklər
Sultan Ağa oğlu:

Sultan Ağa oğlu: "ÖTƏN GÜNLƏRİN XATİRƏLƏRİ"

Yeni nəşrlər, Naxçıvan, Müsabiqə
El ağsaqqalı Namaz müəllim

El ağsaqqalı Namaz müəllim

Başkeçid
AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

"SALDO", Təbriklər
Əflatun Hüseynoğlu:

Əflatun Hüseynoğlu: "SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ..." (Akademik Mədəd ...

Poeziya, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Nurdan yaranmışdı – nur oldu, getdi...

Nurdan yaranmışdı – nur oldu, getdi...

"Zirvə", "XXI əsrin Ziyalıları", Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Atasız dünyam

Atasız dünyam

Bolus, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
İsmayıl Ömərovun 65 yaşı tamam olub = TƏBRİK EDİRİK!..

İsmayıl Ömərovun 65 yaşı tamam olub = TƏBRİK EDİRİK!..

MEDİA, Tv, Gürcüstan, Borçalı, Bolus, Təbriklər
Professor Siyavuş Talışlı - 80

Professor Siyavuş Talışlı - 80

"SALDO"
Rəy yazın: