Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi Sentyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dairəvi akt zalında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş "Məhəmməhdüseyn Şəhriyarın sənət dünyasının üfüqləri" mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığı haqqında ətraflı danışıb. Şəhriyarın Şərq dünyasının ədəbi-bədii fikrində özünəməxsus yaradıcılığı ilə böyük və şərəfli yer tutduğunu, qüdrətli söz ustadı Şəhriyarın ölməz irsinin dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisi olduğunu bildirən akademik İsa Həbibbəyli görkəmli şairin sənətkarlıq xüsusiyyətlərindən geniş bəhs edərək görkəmli şairin zəngin ədəbi yaradıcılığından, XX əsr Şərq poeziyasının inkişafındakı rolundan, ədəbiyyata verdiyi töhfələrdən söz açıb.

Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi Ümummilli lider Heydər Əliyevin Şəhriyar irsinə böyük rəğbət göstərdiyini qeyd edən akademik İsa Həbibbəyli ulu öndərin şairin 90 illiyində imzaladığı sərəncamın ona dövlət səviyyəsində ehtiramının göstəricisi olduğunu bildirib.
Böyük öndərimiz Heydər Əliyevin müsahibələrinin birində "Sevdiyiniz şair?" sualına - "Şəhriyar", - deyə cavab verdiyini xatırladan İsa Həbibbəyli Şəhriyar poeziyasını insanlara sevdirən, onu populyarlaşdıran, dillər əzbəri edən səbəbin ilk növbədə, onun şerinin fikir zənginliyi, bədii saflığı və səmimiyyəti olduğunu söyləyib.

Akademik İsa Həbibbəyli bildirib ki, Məhəmmədhüseyn Şəhriyarın ana, Vətən, təbiət, məhəbbət, ayrılıq və sair mövzularda qələmə aldığı poetik nümunələr təkcə İranda deyil, bütün dürk dünyasında, o cümlədən, Azərbaycanda da dillər əzbəri olmuşdur. Alim ədəbi əlaqələrin genişlənməsində, Şəhriyarın yaradıcılığının daha dərindən öyrənilməsində, tədqiq və tədris edilməsində konfransın əhəmiyyətini vurğulayıb.Azərbaycanda dahi şairin ədəbi yaradıcılığının müxtəlif istiqamətlərini əhatə edən çeşidli elmi araşdırmaların aparıldığını qeyd edən akademik İsa Həbibbəyli hələ bundan sonra da söz ustadının poeziyası barədə bir çox elmi araşdırmaların aparılacağını, müxtəlif mövzularda əsərlərin yazılacağını, dəyərli tədqiqatların aparılacağına əminliyini diqqətə çatdırıb.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin XX əsrin böyük şairi Şəhriyarın Azərbaycan-İran poeziyasının və mədəniyyətinin inkişafında oynadığı müstəsna roldan söz açıb. Bildirib ki, Şəhriyar Şərq poeziyasının nəhəng simalarından biri, qüdrətli söz ustadıdır. Onun ölməz irsi nəinki Şərq, o cümlədən, dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir.Azərbaycan-İran əlaqələrindən söz açan səfir iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin sürətlə inkişaf etdiyini söyləyib.

İran Mədəniyyət Mərkəzinin sədri, doktor İbrahim İbrahimi Şəhriyar yaradıcılığının zənginliyindən danışıb. Bildirib ki, M.Şəhriyar özünəməxsus yaradıcılıq üslubu, rəvan dili, sadə və yaddaqalan ifadələri ilə dünya ədəbiyyatının inkişafına böyük töhfələr verib. Ecazkar poeziyası ilə ürəkləri fəth etmiş şair geniş kütlələrin sonsuz məhəbbətini qazanıb. Onu XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə ölməz "Heydərbabaya salam" poeması olub. Qonaqlar Şəhriyarın çoxşaxəli yaradıcılığından geniş bəhs edərək şairi təkcə İran ədəbiyyatının deyil, həm də ümumilikdə Şərq dünyasının görkəmli siması, böyük mütəfəkkiri kimi səciyyələndiriblər.

AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, Təbriz Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi, akademik Vasim Məmmədəliyev, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, Ərdəbil Universitetinin professoru Doktor Qazidehi, Təbriz Universiteti nəzdində Azərbaycanşünaslıq Mərkəzinin sədri, doktor Əhməd Farşfab, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, Şərqşünaslıq İnstitutunun əməkdaşı Məsiağa Məhəmmədi böyük şairin çoxşaxəli yaradıcılığını əhatə edən məruzələrlə çıxış ediblər. Görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığının müxtəlif aspeklərindən danışan, ustad şairin yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və mülahizələrini bölüşən məruzəçilər dahi söz ustadının yaradıcılıq məziyyətlərindən geniş söhbət açıblar. Bildirilib ki, dahi mütəfəkkir şair Şəhriyarın ədəbi əsərlərinin əsas qayəsi, o cümlədən, poetikası, fəlsəfəsi, dərin ümumbəşəri ideyaları və sair barədə bu gün də xeyli sayda elmi-tədqiqat işləri aparılır.

Tədbir çərçivəsində Nizami adına Ədəbiyyat İnstitutu ilə Təbriz Universiteti arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa HəbibbəyliTəbriz Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi imzalayıblar.

Beynəlxalq konfransın sonunda Məhəmmədhüseyn Şəhriyarın həyat yolunu əks etdirən film göstərilib.

Tədbir boyu ustad şirin həyat və yardıcılığının müxtəlif dövrlərini əks etdirən slaydlar nümayiş olunub.

Beynəlxalq tədbirdə Azərbaycanın elmi və ədəbi ictimaiyyəti ilə yanaşı, xarici qonaqlar və media nümayəndələri də iştirak ediblər.

Müşfiq BORÇALI.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

"Zirvə"
Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Azərbaycanlı alimlər İranda Saib Təbrizi yaradıcılığına həsr olunan beynəlx ...

Azərbaycanlı alimlər İranda Saib Təbrizi yaradıcılığına həsr olunan beynəlx ...

Humanitar elmlər, "Zirvə", Ədəbiyyatşunaslıq, Turan, Cənubi Azərbaycan
ADPU-nun professoru beynəlxalq konfransda

ADPU-nun professoru beynəlxalq konfransda

ADPU
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

"Zirvə", BDU
AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

"Zirvə", Mədəd Çobanov
Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

"Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

İctimai elmlər, "Zirvə"
AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

Digər ali məktəblər
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

Humanitar elmlər
Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Humanitar elmlər
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş k ...

Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş k ...

"Zirvə", Tv, Ədəbi əlaqələr, Tiflis
Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib

Şabranda Xaqani Şirvaniyə həsr olunmuş elmi konfrans keçirilib

Regionlar, "Zirvə"
Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli  ...

Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli ...

"Zirvə", Ədəbi əlaqələr, Orta Asiya
Rəy yazın: