“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib “Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib “Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında
AMEA Humanitar Elmlər Bölməsi və
Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə
Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş
“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda
elmi-ədəbi gecə keçirilib.


Tədbiri Millət vəkili, AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli
giriş sözü ilə açıb.
Akademik İsa Həbibbəyli Çanaqqala zəfərinin böyük tarixi əhəmiyyətini xüsusi vurğulayaraq türk xalqı ilə birgə 3 minə yaxın azərbaycanlının da iştirak etdiyi bu qələbini iki qardaş xalq arasında tarixi bağlılıq və birlik hisslərinin tarixən mövcud olduğunu önə çəkib. Sovet dövründə tarixi faktların saxtalaşdırıldığı, arxivlərin məxfi saxlanıldığını və qapalı qaldığını, Birinci dünya müharibəsi illərində baş vermiş tarixi hadisələrin obyektiv araşdırılmadığını, bundan yalnız bədnam qonşularımızın xeyrinə istifadə edildiyini diqqətə şatdıran akademik İsa Həbibbəyli bu gün Azərbaycanda olduğu kimi, Türkiyədə də arxivlərin dünya tədqiqatçılarına açıq olduğunu, bütün tarixi həqiqətləri olduğu kimi, sənədlərdən öyrənilməsi üçün münbit şərait yarandığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə keçiriləcək Çanaqqala zəfərinin 100 illik bayram tədbirlərində iştirakının iki ölkənin xalqları arasında yüksək dəyərləndirildiyini vurğulayan akademik İsa Həbibbəyli Bakıda, eləcə də respublikamızın bir sıra bölgələrində 1918-ci il qırğınlarında da ulu öndər Heydər Əliyevin adlandırdığı kimi “bir millət, iki dövlət” olan azərbaycanlılarla çiyin-çiyinə türk qardaşlarımızın da erməni daşnaklarına qarşı birgə vuruşduğunun böyük önəm daşıdığını bildirib.
Akademik İsa Həbibbəyli tarixi Çanaqqala zəfərinin təntənəsini Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin parolu kimi səciyyələndirib.

Sonra Yeni Yurd Sosial İnkişaf İctimai Birliyi tərəfindən çəkilən, Çanaqqala zəfərinin 100 iliyinə həsr edilmiş “Torpaq, uğrunda ölən varsa Vətəndir!” sənədli filminin təqdimatı olub. Azərbaycan, eləcə Türkiyənin tarixçi alim və mütəxəssislərinin iştirak etdiyi, tarixi kinoxronika materiallarından istifadə olunan sənədli film tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Akademik İsa Həbibbəyli filmi tarixi dəyərli, uğurlu ekran əsəri kimi dəyərləndirib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Yazıçılar Birliyi ilə Türkiyənin ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş ən yaxşı bədii əsər müsabiqəsinə start verildiyini və onun şərtləri barədə ətraflı məlumat verərək alim və jurnalistləri də bu yarışmaya qatılmağa dəvət edib.

Sonra Milli Məclisin deputatı, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlının “Çanaqqala zəfəri və müasir dövr” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Çanaqqala zəfərinin elmi-tarixi aspektləri ilə yanaşı ozamankı dünya siyasəti, mövcud tarixi-coğrafi şərait və s. istiqamətlərdə aparılan araşdırmalar təqdim olunub.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin məsul nümayəndəsi Meral xanım Barlas, Xalq şairi Zəlimxan Yaqub, Uluslararası Türkiyə-Azərbaycan Dərnəklər Federasionunun genel başqanı Seyfəddin Ayaqyay, Milli Məclisin deputatı Elmira Axundova, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məmməd Əliyev, Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, şair Yusif Nəğməkar və başqaları çıxış edərək Çanaqqala zəfərinin böyük tarixi əhəmiyyətindən danışıblar. Çıxış edənlər AMEA-nın rəhbərliyinə, eləcə də təqdim olunan sənədli filmin yaradıcı kollektivinə də minnətdarlıq hissi ilə uğurlar arzulayıblar.

Uluslararası Türkiyə-Azərbaycan Dərnəklər Federasionunun rəhbərliyi tərəfindən bir qrup alim və mütəxəssislərə xatirə hədiyyələri təqdim olunub.


Qələbə əhval-ruhiyyəli ədəbi gecə və təqdimat mərasimi rəngarəng proqramlı bədii hissə ilə yekunlaşıb.
Tədbirdə AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin kollektivləri ilə yanaşı Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin nümayəndələri, şair və yazıçılar, kütləvi informasiya vasitələri və elektron media təmsilçiləri, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ağahüseyn Şükürov
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Yeni Yurd” Xurşudbanu Natəvan adına mükafatı alimlərə təqdim etdi

“Yeni Yurd” Xurşudbanu Natəvan adına mükafatı alimlərə təqdim etdi

"Zirvə"
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan

"ÇANAQQALA ZƏFƏRİ” BEYNƏLXALQ LAYİHƏ

Dramaturgiya
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

Elm
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
“Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə

“Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə

Azərbaycan, "Şərqin səsi"
Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

"Zirvə", BDU
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

"Zirvə"
AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

Elm, "Zirvə", Turan
“Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdi ...

“Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdi ...

"Zirvə"
AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU, Turan
Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi  ...

Tanınmış ədəbiyyatşünas alim Əli Sultanlının 110 illiyinə həsr olunan elmi ...

"Zirvə"
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"

"Yeni Yurd" ictimai birliyinin fəalları müdavimlərlə görüşüb

QHT
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Humanitar elmlər
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
Rəy yazın: