Afaq ŞIXLI (1969): Rübailər...

Afaq ŞIXLI (1969): Rübailər... Afaq Shıxlı 1969-cu il iyunun 25-də
Bakı şəhərində ziyalı ailəsində
dünyaya göz açıb.

1984-cü ildə - 15 yaşında ikən
Bakıdakı 12 saylı orta məktəbi
qızıl medalla bitirərək
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universitetinin) 2-ci müalicə-profilaktika fakültəsinə daxil olub.
1990-cı ildə həmin fakültəni əla qiymətlərlə bitirib.

2000-ci ilədək 15 saylı TSH-nin 5-ci şöbəsində həkim-terapevt işləyib.

Hazırda Rusiya Federasiyasının
Moskva şəhərində yaşayır.

2011-ci ildən Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, 2012-ci ildən Avrasiya Yazarlar birliyinin, Rusiya Yazarlar Birliyinin və Rusiya Poeziya Akademiyasının,
2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü seçilib və 2015-ci ilin yanvar ayından
AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunub.

İlk şeirləri hələ orta məktəbdə oxuduğu illərdə divar qəzetlərində və bir neçə dəfə
“Göyərçin” jurnalında dərc olunub.

Son on ildə şeirləri və hekayələri respublika mətbuatında (çox sayda qəzet və jurnllarda), eləcə də, bir çox internet saytlarda yayılıb.
6 şeir və hekayə toplusunun, 1000-dən artıq şeir, hekayə və publisistik yazıların müəllifidir.

Türk və rus dillərindən bədii tərcümələri qəzet və jurnallarda dərc olunub.

Öz şeirləri rus, türk və fransız dillərinə tərcümə olunaraq, həmin ölkələrin qəzet, jurnal və
saytlarında dərc olunub.

Ədəbiyyatdan əlavə təbabət, musiqi və rəssamlıqla məşğul olur.

Türk Şeir Akademiyasının fəxri diplomu, "Məhsəti Gəncəvi" adına fəxri diplom, "Kitab evi" İctimai Birliyinin "Vətən naminə" diplomu, Eskişehir Şairler derneginin "Onur belgisi", "Mikayıl Müşfiq" adına diplom, M.Voloşin adına 10-cu Beynəlxalq Şeir simpoziumunun təşəkkür bəlgəsi, "TÜRK dünyasına xidmət" ödülü, Dədə Qorqud fondunun "Mehriban Ana" ordeni, Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı və s. ilə təltif olunub.

Ailəlidir. İki övlad anasıdır.

Görkəmli alim Arif Şıxlinskinin qızı, böyük yazıçı İsmayıl Şıxlınin qohumudur.


* * *

Vətənsiz tam deyil, ancaq yarısan...
Kədərin dostusan, qəmin yarısan.
Aləm bir-birinə dəyib qarışıb,
Hünərdi oğuldan, qızdan yarısan!

Insanlar dəyişdi, zəmanə qaldı.
Ötdü, keçdi illər, zaman nə qaldı?
Bu qədər həsrətə qarqış eylədim,
Yenə görüşümüz zamana qaldı.

Çalışıram söz deməyim havayı,
Bacardıqca yatırdıram davayı.
İnandığım – Vətən, Ana, Məhəbbət
Bu dünyada Allahımdan savayı!

Yenə də bu sual - Olum ya Ölüm?
Çünki ölüm asan, yaşamaq zülüm...
Nə qədər ömrüm var qoca dünyada
Səninlə yaşayım, səninçün ölüm!

Bu dünya bizlərə qəm qalasıdı,
Bizlərdən dünyaya nə qalasıdı?
Ölüm bizlik deyil..., ölümcül yara
Tanrı rəhm eləsə - sağalasıdı.

Başım ağrımasın - həyat karıyam,
Vicdanın, imanın günahkarıyam.
Dünyaya gəlməyim Allahın işi!
Yazıb yazdığını, mən nəkarayam!

Sən ey mömin baba, gətir ələmi!
Götür üstümüzdən dərdi, ələmi!
A dünya, sən özün mərhəmətli ol,
Gərək yalvararaq gələk diləmi?

İgid kəm baxıldı mərd ola-ola...
Namərd at oynatdı, mərd ola-ola...
Məcburuq yaşayaq, gülək, danışaq,
Ürəkdə bu qədər dərd ola-ola!

Ey təbib, görmədin qəlbdə yara var?
Carəsiz dərdlərə kimdə çara var?
Hər kəsin öz karı, kim nə anlasın,
Ürəyi qəhr olan bir biçara var!

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Culuxlunun ilk ali təhsilli həkimi - Zahid Məmmədov

Culuxlunun ilk ali təhsilli həkimi - Zahid Məmmədov

Səhiyyə, Zalqa, UNUTSAQ, UNUDULARIQ!....
Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Humanitar elmlər
ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

ŞƏFA VERƏN SÖZ MƏLƏYİ - Məlahət İsayeva

Səhiyyə, Müsabiqə
Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Prezident
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

RUHUN ŞAD OLSUN, ANAR HACIYEV!..

Səhiyyə, Darvaz, Nekroloqlar
Həkim ETİMAD NƏBİYEV (1970)

Həkim ETİMAD NƏBİYEV (1970)

Səhiyyə, Darvaz
Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Həkim-kardioloq JANA NƏSİB QIZI (1949)

Səhiyyə, Borçalı
TÜRKSOY Yazarlar Birliyi yaradılıb: Xalq Yazıçısı Anar fəxri sədri, Səlim B ...

TÜRKSOY Yazarlar Birliyi yaradılıb: Xalq Yazıçısı Anar fəxri sədri, Səlim B ...

Ədəbiyyat, Turan
Hüquqşünas Şirxan Əfəndiyev (1984)

Hüquqşünas Şirxan Əfəndiyev (1984)

Darvaz, Hüquq
Xalq Şairi Söhrab Tahir vəfat edib...

Xalq Şairi Söhrab Tahir vəfat edib...

Nekroloqlar, Cənubi Azərbaycan
Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilib

Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilib

Gəncə, Borçalı
Soydaşımız Rusiyada nazir müavini təyin edilib

Soydaşımız Rusiyada nazir müavini təyin edilib

Təbriklər, Rusiya, Diaspora
İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialına rekto ...

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialına rekto ...

Səhiyyə, "Elm və Təhsil"
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Ədəbiyyat, Turan
Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Avropa, Rusiya
MUSA URUDa SƏS VERƏK!..

MUSA URUDa SƏS VERƏK!..

Azərbaycan, Siyasət
Rəy yazın: