MURAD ŞİRİNOV (1994) Poeziya, Müsabiqə 6 февраля 2024 1293 100 1 2 3 4 5 Şirinov Murad Həsənxan oğlu - 15 iyul 1994-cü ildə Cəlilabad rayonunun Hamarqışlaq sovetliyinin Qarağac kəndində anadan olub. Orta təhsillidir. 2000-ci ildə A.Dadaşov adına İncilli kənd tam orta məktəbinin 1-ci si-nifinə daxil olub, 2011-ci ildə həmin məktəbi bitirib. Hazırda İncilli kəndində yaşayır. Ailəlidir, 2 övladı var.Bu günlərdə Murad Şirinovun "Qəmli gözlər" adlı ilk şeirlər kitabı “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.Biz də Murad Sirinovu ilk kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona bədii yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik...ZiM.AzAZƏRBAYCANSənsən mənim ana yurdum,Sən şöhrətim, sənsən canım,Sənsən igidllər diyarım,Azərbaycan, Azərbaycan.Şərəfimsən, şöhrətimsən, Sən aldığım nəfəsimsən, Köksümdəki ürəyimsən Azərbaycan, Azərbaycan.Bayrağımdır fəxarətim,Torpağında min neymətim,Sənsən mənim var dövlətim,Azərbaycan Azərbaycan.06.02.2024SALAM, VƏTƏN!Otuz ildir ayrı düşən Həsrətinlə yanan mənəm Bir qucaq aç, gəlimişəm mən…Bu həsrətə, ayrılığa, Son qoymağa gəlmişəm mən,Mən qoyunuda rahat rahat,Uyumağa gəlmişəm mən…Bülbüllərin nəğməsini, Qarabağın zirvəsini, Laçınımın meşəsini, Seyr etməyə gəlmişəm mən…Polad kimi igidlərin, Mübarizin, hən Fəridin,Xudayarın, həm Muxtarın,Gör neçə min QƏHRƏMANın, Sən qanıyla gül açmısan,Otuz illik həsrətini sinəmizdə qocaltmısan.05.02.2024SALAM OLSUNSalam olsun Mübariz'ə,Salam olsun Fərid'ə,Salam olsun Polad'a,Salam olsun Xudayar'a,Salam olsun Muxtar'a,Salam olsun Pəncəli'yə,Salam olsun,Torpağ altda yatan bütün şəhidlərə,Salam olsun,Öz qanıyla bayrağını yüksəldənə!..Salam olsun,Generallara, zabitlərə, gizirlərə…Salam olsun,Çavuşlara, maxilərə, öndə duran əsgərlərə…Salam olsun,Vətən üçün, torpaq üçün, canın fəda edənlərə…Salam olsun...06.02.2024.20 YANVARÜrəklərdə sağlamaz əbədidi bu yara, Böyük kiçik hər kəsin ürəyi döndü dağa Baxanda dözmür ürək, orda yaşananlara,Bu gün həmən o gündü Vətən qana büründü.Onlarda yox mərhəmət, böyük, kiçik demədən, Neçə min insanların üzərindən keçdilər,Saçın yoldu analar, dağa döndü ürəklər,Bu gün həmən o gündü, Vətən qana büründü.Buna baxıb özgələr istifadə etdilər,Gecə yarı Bakıya girib hücum etdilər,Qoca, cavan bilmədən, al qana qərq etdilər,Bu gün həmən o gündü, Vətən qana büründü… 20.01.2024.ÖZ ELİMƏ, ÖZ OBAMA DÖNÜRƏM…Ayrılığa dözəmmədim, qaytdım, Ana yurdum ocağına gəlirəm 30-ilik həsrətinlə alışdım, Öz elimə, öz obama dönürəm.Var sinəmdə qarabağın həsrəti Yaddan çıxmaz unudulmaz, o qəti, Sənli günlər xatirəmdə əbədi, Öz elimə, öz obama dönürəm.Qarabağım, canım, gözüm, gəlirəm, Qalmayıbdır məndə dözüm, gəlirəm,Ürəyimdə çoxdu sözüm, gəlirəm,Öz elimə, öz obama dönürəm.30-illik dərd yığıldı sinəmə,Yoxluğun salıbdı məni bu qəmə,Şükür olsun bizə qayıtdı yenə,Öz elimə, öz obama dönürəm, Gözlə məni, Qarabağım, gəlirəm. ALLAHA ƏMANƏT OL, ALLAHA, ANA…Dözülməz acıdı dözülməz ağrı,Ananın gözləri hey yollardadı.Sinəsin dağlayır oğul fəryadı,Saçları ağardı mənim anamın.Həsrətlə yolumu gözləyən anam,Söz verdim gələcəm gələ bilmədim,Tabutu çiynində daşıyan anam,Oğul fəryadına dözə bilmədi.Bağışla, anacan, bağışla məni,Doyunca qoxlaya bilmədim səni.Əzablar içində böyütdün məni,Qaytara bilmədim borcunu ana.Anama söz verdim tuta bilmədim,Alın qırışından öpə bilmədim,Son dəfə anamı görə bilmədim,Taleh ayrı saldı yolumu ana.Mən səni əmanət etdim Allaha,Bu mənim bəxtimə yazılmış daha,Mən şəhid gedirəm qara torpağa,Allaha əmanət ol, Allaha, Ana… GƏL, QONAQ OLUzaqlardan bu dağlara baxan İnsan,Durna göllü bulaqlara baxan İnsan,Gül-çiçəkli yamaclara baxan insan,Gəl, qonaq ol, bu dağlar da səni istər.Bu dağların havasında bir hikmət var,Həm suyunda, çörəyində bərəkət var,Bağçasında bollu bolluğ bir ne'mət var,Gəl qonaq ol, bu dağlar da səni istər.Ay el oğlu, qonağı ol, gəl bu elin,Süfrəsində halal çörək var bu elin,Ağsaqqalı, Ağbirçəyi var bu elin,Gəl qonaq ol, bu dağlar da səni istər.İsti ocaq, isti çörək süfrəsində,Kərə yağı, bal-qaymağı öz yerində,Qonaqlara sayğı, hörmət var bu eldə,Gəl qonağ ol, bu dağlar da səni istər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.