ALMAZ İLAHƏ ƏHMƏDOVA: "QAYIT, ÖMRÜM-GÜNÜM" "ŞAM İŞIĞI", Poeziya 28 сентября 2024 2241 100 1 2 3 4 5 ŞAİR QƏLBI KÖVRƏK OLURŞair qəlbi kövrək olub əzəldən,Vəsf eyləyər hər gözəli qəzəlnən.Söz sərrafı zövqü alır gözəldən,Şair qəlbi arsız olmur el oğlu...Dərdlərini bil, kimsəyə bildirməz,Ağlasa da göz yaşını sildirməz.Sinəsində dərd olsa da gəzdirməz,Dərdi bal tək məlhəm bilər şairlər.Kövrək olar, hər kəlmədən o, dolarKəlam ilə, misra ilə saç yolar.Tarixlərdə yaddaşlarda o qalar,Sinəsində ox gəzdirər şairlər.Çiçək kimi baxçaları bəzərlər,Məcnun kimi Leylisini gəzərlər.Lazım gəlsə, lay dağları əzərlər,Fərhad kimi, külünk çalar şairlər.Arsız demə, ürəyim qan ağlayar,Lay-lay deyib başa qara bağlayar.Elə yazar onlar qəlblər dağlayar.Fəryad edər sözü ilə şairlər...Qələm qaşlı, sərvi boylu gözəli,Söz sərrafı gəzər, arar özəli.Vəsf eyləyər o, şeir ilə qəzəli,Gözəl görər, yeri-göyü şairlər.Başı dolu, cibi boşdu çoxusu,Sözlər gələr ərşə çıxar yuxusu.Yar deyibən alar çiçək qoxusu,Keşməkeşli ömür sürər şairlər.Tarix yazar qələmiylə sözüylə,Dərd daşıyar addım başı özüylə.Arif olar qələmiylə, gözüyləƏdalətin carçısıdır şairlər.BU DÜNYANə özünü aldat, nə də məni,Vallah düzələsi deyil bu dünya.Zəmisi bar verməz, çürükdür, dəni,İnan, düzələsi deyil bu dunya.Eynidir, əyriyə, düzünə qiymət, Verilmir haqq deyən sözünə qiymət,İnsan da var vermir ozünə qiymət, Vallah düzələsi deyil bu dünya.Savadsız sayılır aqil yerina,Dərd yüklənibdir ağıl yerinə, Biznes öyrədirik nağıl yerinə, Vallah düzələsi deyil bu dünya.Xəyalən çox yedik şirin vədləri. Yüklədik nəsillərə, işğal dərdləri Keçilməz olubdur düşmən sədləri, Vallah düzələsi deyil bu dünya.Bu dünya dərd deyil dəlixanadı,Adi əli ikən Vəlixanadır,Diri sandığım ölkə "ölüxana'dır,Vallah düzələsi deyil bu dünya.Bu dərd payı Tanrı qisməti, Nə qızda, gəlində qalıb isməti,Oğul istayirəm yesin töhməti,Vallah düzələsi deyil bu dünya.GÖZLƏRİM SEV DEYİRSən deyən zirvəyə qalxa bilmirəm, Dönüb, bir çay kimi axa bilmirəm. Könlünü yandırıb, yaxa bilmirəm, Gözlərim sev deyir, dilim başqa söz.Gəlişin, gedişin mənə "döz" deyir, Dilim yadırğayır, ürək düz deyir. İstəsən dünyanı dolan, gəz deyir, Gözlərim sev deyir, dilim başqa söz.Açılmış çiçəksən, ləçəyin çin-çin, Həsrətdən göynǝrǝm hey için-için. Cavabsız qalmışam, bilirsən neycin? Gözlərim sev deyir, dilim başqa söz.Bir gözüm ağlayar, bir gözüm gülər, Qəlbin ağrısını çəkənlər bilər. Ömürdən keçsə də əzablı illər,Gözlərim sev deyir, dilim başqa söz.İlahi, bəxtimə gör nələr düşüb, Üstümə qəm üstən qəmlər yürüşüb. Əllərim əlində donub, bürüşüb,Gözlərim sev deyir, dilim başqa söz.QAYIT, ÖMRÜM-GÜNÜMBax bu göy, bu dəniz, bu da gördüyüm bu sənin yerin. Qayıt, ömrüm-günüm, bir daha qayıt!Qayıt birləşsin ümidlərimiz, Qayıt ki, qovuşsun ürəklərimiz, Qayıt ki, sevinsin çölda-çəməndə Qovuşsun vüsala Sevənlərimiz.Yaman çox görünür, qəlbimdə yerin. Biz qoşa olmuşuq,göydə ulduz tək. Qayıt, ömrüm-günüm, bir daha qayıt! Qayıt ki, birləşsin Ümüdlərimiz.SƏNSİZLİYƏ ÖYRƏDƏRƏK ÖZÜMÜGecə olur mən yumuram gözümü, Sipər çəkdim sənsizliyə özümü. Çağıraram dərdlərimə dözümü, Yandıraraq yoxluğunla özümü, Sənsizliyə öyrədərək özümü.Qaranlığa göz yumsam da oyağam, Bu dünyadan, o dünyaya dayağam. Adın üstə gəzdirdiyim bir dağam, Heç bilmirəm necə tapdım dözümü, Sənsizliyə öyrədərək özümü.Sellər kimi hey kükürǝrǝm, daşaram, Sənli olan hər bir dağı aşaram. Hər gün sənə nəğmə, şeir qoşaram. Dastanlarda çatdıraram sözümü, Sənsizliyə öyrədərək özümü.Ölümlə üz-üzə çarpışan zaman, Uz tutdum Tanrıdan istədim aman. Sənsizlik yandırır, göynədir yaman, Heç əymirəm inan dərdə özümü, Sənsizliyə öyrədərək özümü.Balam düşdü iblislərin felinə, Qurban getdi axar çayın selinə. Dağ çəkildi gül-gülüstan elinə, Heç əymərəm düşmənlərə özümü, Sənsizliyə öyrədərək özümü.Taleh yazısıdır sənin qədərin, Gözlərimə çöküb sənsizlik dərdin. Od qalar sinəmdə qızım kədərin, Kədərə açılar hər gün səhərim. Səndən sonra qızım tapdım dözümü,Sənsizliyə öyrədərək sözümü,Sənsizliyə öyrədərək özümü.HƏR BİR QADIN YAZILMAYAN XOŞBƏXTLİYİ ÖZÜ SƏHNƏ-LƏŞDİRƏRBir qadının xoşbəxt görünmək istədiyi an əslində ən bədbəxt olduğu andır, sadəcə ətraf mühütə, çevrəsindəkilərə xoşbəxt ol-duğunu göstərmək istəyir. Düşünür ki, hər kəsə xoşbəxt görünərsə o daha güclü qadın obrazı yaradar. Ürəkdən güldüyü an isə gözlərində odlar qalanar. Sanki soyuq buz bağlamış otaqlar belə isinərək canlanar.Xoşbəxt görünmək istəyən qadının gülüşləri,qəhqəhələri bir an içində üzündə donar. Sanki gülüşünü şaxta vurar, o an buz bağlayar simasındakı təbəssüm.Hələ bəzəkli olduğu vaxtları demirəm. Gözəl görünüşü, gülən üzünün arxasında saxlar özünü. Xoşbəxt görünmək istəyən qadın, kiminsə onun daxilən param-parça olaraq dağıldığının bilməsini istəməz. Bütün arzularını, ümidlərini gülüşlərin ardında boğar... Hər kəsə güclü görünən qadınlar, bir çoxlarının həsrətlə baxdığı qadınlardır. Onlar tənhalığa çəkilərkən körpə uşaq kimi məsum saf olduğunu bir tək özü bilər.Fələyin inadına, qismətin inadına yazılmayan xoşbəxtliyi özü səhnələşdirər.Zərif qadın dediyimiz xanımların hər biri sadəcə xoşbəxt olmaq istərlər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.