XALİDƏ YAQUBQIZI (BAĞIROVA) (1955)

XALİDƏ YAQUBQIZI (BAĞIROVA) (1955) Xalidə Yaqub qızı Bağırova - 1955-ci ildə Bərdə rayonunda iyirmi yeddi il Bərdə İmamzadə Pirində işləmiş Ağa adı ilə tanınmış Yaqub Kərbalayi Nəcəfqulu oğlunun və Gözəl xanımın ailəsində dünyaya göz açmışdır.
Orta təhsilini Bərdə rayon 3 saylı orta məktəbdə başa vuraraq, “Ali Dövlət Texnologiya" kollecinə qəbul olmuş və texnik-texnoloq ixtisasına yiyələnmişdir. Bununla yanaşı ekstrasens təhsili almış və ona bəxş edilən şəfanı bu sahədə inkişaf etdirərək insanların imdadına çatmışdır.
O, ilk fəaliyyətinə Tərtər Maarif şöbəsində başlamış, sonra "Azərqızıl" Kəşfiyyat Dövlət Şirkətində Mineral-xammal Elmi-tədqiqat institutunda, daha sonralar isə “Azərbaycan” nəşriyyatında "Könül", "Əsrin ziyalıları", "Mübariz qadın", "Elm və zəka", "İctimai fikir" qəzetlərində jurnalist, şöbə müdiri kimi əmək fəaliyyətini davam etdirmişdir. “Xeyiriyyə birliyi”nin fəal üzvüdür və eyni adlı qəzet reakasiyasının Dini işlər üzrə şöbə müdiri vəzifəsində ləyaqətlə çalışıb. “XX-XXI əsr Azərbaycanın yaradıcı qadınları" kitabında Xalidə xanımın da həyatı işıqlandırılmışdır.
Xalidə Yaqubqızı -"Həqiqət işığında", "Hər dürrdən bir inci", "Bir zərrənin hökmü" və "Təzahür baxçasında" adlı dörd kitabın müəllifidir. "Qızıl qələm" media mükafatı laureatıdır. “Əsrin ziyalıları”-"İlin şairəsi "fəxri adına,"Əsrin ziyalıları" qəzetində dini işlər üzrə şöbə müdiri, "Könül" qəzetinin fəxri diplomuna, "Mübariz qadın" diplomuna layiq görülmüşdür. Xeyli şair və yazıçı onun haqqında şeir və poema yazmışlar.
Xalidə Yaqubqızı hazırda Bakı şəhərində yaşayır, iki uşaq anasıdır. Biz də əməli saleh insan kimi tanınan Xalidə Yaqubqızına ədəbi fəaliyyətində ictimai işlərində nailiyyətlər yaradıcılığında uğurlar arzu edirik.
ZiM.Az

PARLAR BAYRAĞIM

İgidlər qanından qalıb yadigar,
Yurdumda parlayan bu al bayrağım!
Onun hər üzündə sülhün özü var.
Bütün qitələrdə parlar, bayrağım!

Sabaha səsləyən odur yurdumu.
Hər qarış torpaqda sipər qurdumu?
Dostlar alqışlayır,qalib ordumu,
Qardaş ölkələrdə parlar, bayrağım!

On beş qardaşımın qanı var səndə,
İgidlərin namus rəngi sinəndə!..
Səadət gətirdin şəhərə,kəndə,
Məhsullu düzlərdə parlar, bayrağım!

Dostluğun qüvvəti-gücü səndədir,
Gör neçə ölkənin gözü səndədir!
"Azadlıq"ın, "sülh" ün sözü səndədir,
Aydın gecələrdə parlar, bayrağım!

Kainat baş əyər həmişə sənə,
Səadət gətirdin ana vətənə!
Xalidə həmişə söz qoşur sənə,
Alovlu sinəmdə parlar,bayrağım!


ULU HEYDƏRƏ

Dünyada heç dahi görməmişəm mən.
Heydər kimi əziz, mehriban olsun.
Elə bir filosof görməmişəm mən,
Heydərtək qayğıkeş bir insan olsun.

Heydər bir uludur, uludan ulu.
Yaşamış, yaşayır bizimlə bu gün.
İşıqlı bir yoldur Heydərin yolu,
Dünyada örnəkdir,bəşərə bu gün.

Xalqımın bu xoşbəxt gələcəyini,
Heydərin dühası bəxş edib bizə!
Elin bu gününü gələcəyini,
Bil,Heydər vəsiyyət edibdi bizə!

Əbədi bir şamdır alışıb yanır.
Heydər xalqımızın ürəyindədir,
Polad qartal kimi məğrur dayandı,
Qüdrəti xalqımın biləyindədir.

Heydər bir mayakdır, dünya bir gəmi,
Tutub sükanını məğrur əlində.
Heydərdən dərs aldı,bəşər aləmi,
Heydəri yaşadır öz əməlində!

Heydər zəkasıdır, ölkəmi quran,
Düşmənin gülləsin özünə vuran.
Zəncirli zindanı dartıb uçuran,
Fəqirə, həm qula köməkçi duran.

Heydər bir günəşdir əbədi sönməz!
Dünya nə qədər var,Heydər də vardır!
Heydərin hər sözü,əsəri ölməz!
Bəşərə ömürlük bir yadigardır!

DAHİ İNSAN

(Dahi şəxsiyyət H.Əliyevin anım gününə)

Doğma xalqımızın müdrik insanı,
Heyran eyləmişdi,bütün cahanı,
Tək gəlib dünyaya,ondan yox,hanı?...
O ölməz insandır,əbədi yaşar!

O qara xəbərdən sarsıldı millət.
Kaş ki,Allahımız verəydi möhlət.
Bizə sən bəxş etdin,bu cür şan-şöhrət.
Hər şair hüsnünə mahnılar qoşar.

Yaşasın davamçın,qüdrətli İlham!
Gördüyü işlərdən alırıq ilham.
Xalqından duyunca bir işçün eyham,
Gördüyü hər işi min illər yaşar!

Rəhmətlər yağıştək dillərdən axır,
Dünyanın xalqları izləyir baxır.
Sənin anım günün yandırır-yaxır,
Bu dərd qəlbə sığmaz,çağlayar daşar!

MEHRİBANIM

(Azərbaycanın ilk öncül siyasətçi xanımı,
H.Əliyev Fondunun prezidenti, Millət Vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevaya)

Ürəyimin üstündə
isti hərarət gəzir,
O bir şəxsə məhəbbət,
bir xanımın hörməti!
Arzularım yoluna ətirli
çiçək düzür,
O Mehribandır, hər an
düşünür bu milləti.
Ona əzizdir bütün
azəri övladları,
Ona doğmadır hamı,
o sevir insanları.
Bunu tək mən demirəm,
bütün xalqımız deyir
Analar ona qızım,
gəlinlər bacım deyir
Onun hər xoş məramı,
körpələrə bağlıdır,
Ona üz tutar kimin
həsrəti var, dağlıdır.
Ürəyi dağlılar da,
yolları bağlılar da,
Mehribanana üz tutar,
ondan bir kömək umar.
Yetendir hər bir kəsin
imdadına o xanım.
Kömək olar kimsənin
fəryadına o xanım.
Yardımçıdır xalqına
o mötəbər, gözəl ana!
Onun böyüklüyünü inanma kimsə dana!..
Kimsəsiz qocaları
yerində gedər görər,
Anasız uşaqları
sevindirər, güldürər.
Vaxt tapıb yetimlərin
halına yanan odur,
Vətəninin,xalqının dərdinə qalan odur!
O, Mehriban xanımdır,
nəcabətli bir insan.
Bütün Azərbaycanım
razılıq edir ondan.
Onun gülər çöhrəsi
insana qanad verib,
Xalqımız o xanıma
xoşməramlı ad verib.
Adına layiq olan
xeyirxah əməlləri,
Ümid, pənah verərək,
sevindirir elləri.
Ey gözəl xalqımızın mərhəmitli sonası!
Yüksəl, ucal zirvəyə, AZƏRBAYCAN ANASI!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: