MÜZƏFFƏR ARAZLI (1957)

MÜZƏFFƏR ARAZLI (1957) Müzəffər Arazlı (Müzəffər Məhəmməd oğlu Şirinov) - 1957-ci il fevralın 20-də Cəbrayıl rayonunun Mahmudlu kəndində ziyalı ailəsində dünyaya göz açıb.
Atası 1930-cu il təvəllüdlü Şirinov Məhəmməd Yusif oğlu Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU-nu) bitirimiş, qonşu Qazanzəmi və Çullu məktəblərində direktor vəzifəsində çalışmış, doğma kəndində tarix-coğrafiya müəllimi və dərs hissə müdiri işləmişdır.
Anası - 1936-cı il təvəllüdlü Əliyeva Səfigə Bilal qızı Naxçıvanda Tibb Məktəbini bitirmişdir.
Ailədə üç qardaş, bir bacı olublar.
Müzəffər Şirininov əvvəlcə Qazanzəmi orta məktəbi oxuyub. Sonra təhsilini Çullu kənd məktəbində davam etdirib. 8-10-cu sinifləri isə Sukurbəyli kənd orta məktəbində oxuyub.
1975-ci ildə ordu sıralarına çağırılıb.
1977-ci ildə əsgərliyini bitirib və Sumqayıt şəhərində əmək fəaliyyətinə başlayıb.
1978-ci ildən Moskvaya köçüb. Həm işləyib, həm də təhsil alıb. 1984-ci ildə ailə qurub. 1985-ci ildə Moskva Memarlıq-İnşaat Texnikumunu bitirib. Bir müddət Zelenograd səhərində tikinti idarəsində çalışıb. Daha sonra Moskva Ümumittifaq Qiyabi İnstitutunda ali təhsil alıb və əmək fəaliyyətini Moskvada davam etdirib.
1994-ci ildə Məkkədə, 2016-ci ildə Kəlbalada və Məşəddə olub.
Hazırda Moskvada yaşayır. Bir qızı və bir oğlu var. Günlərini nəvəsi ilə keçirir. Həm də bədii yaradıcılıqla da məşqul olur.

Biz də Müzəffər Arazlıya şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



YOLA SAL MƏNİ

Sən cağır, gəl məni yollarda goyma,
Ürəkdən sevəndə dərddən ağlama.
Sevgini sən heç də yadına salma,
Mən gəlməsəm işdi, sən axtar məni.

Qara bulud alıb göyləri yenə,
Göydən yağır yağış tökülür yerə.
Göz-gözü görməyir uzaqdan elə,
Çağırsan gəlməsəm, axtarma məni.

Yığışıb gələndə halımı soruş,
Dərdimə dərd vermə mənimlə görüş.
Uzündə qoy olsun şirin bir gülüş,
Baxanda üzümə sevginən məni.

Soruşmadın yaddan, bəlkə heç yoxam,
Yolu gələm birdən yolumdan azam.
Bəlkə o sevginin mən qurbanıyam,
Heç olmasa sorus, yaddan sən məni.

Heç donmədim mən də sevgi yolundan,
Getdi cavanlığım ömrün sonundan,
Arazlı, dönməzdi sevgi, bahardan,
Qoy yaşatsın sevgi, yola sal məni.
12.05.2023


AĞLAMA

Gözlərindən axan yaşı axıtma,
Günəş olub odda yanıb alışma.
Şimşək kimi alov olub odlama,
Sil gözunu, mənə baxıb ağlama.

Yada döndük tale bizi ayırdı,
Nakam sevgin məndən uzaqda qaldı.
Qocaldıq dünyada saç da ağardı,
Dərdlərini yada salıb, ağlama.

Qəbahətdir bu dünyada sevgi də,
Sevgi yoxsa, kimi sevər ürək də.
Söz deyəndə nazı edir sənəm də,
Boş ürəklə mənə baxıb, ağlama.

Çox satılıb sevgi vara-dövlətə,
Dərs olmayıb axı çoxdan ovrətə.
Uzun tuman başda yaylığ novrəstə,
Gül üzümə mənə baxıb, ağlama.

Şəlalə tək axıb dağdan aşaram,
Sellərə qoşulub sel tək axaram.
Yağış təkin göydən yerə yağaram,
Mənsiz qalsan yola baxıb, ağlama.

Bu dünyadan vallah yaman bezmişəm,
Dərd-bəladan başqa nəyi görmüşəm.
Bir ağrıdı, bir bəladır dadmışam,
Arazlını bir də görsən, ağlama.
07.05.2023


GƏZƏN VAXTIDI

Bəzənib çiçəklər açıb gullərin,
Baharın ellərə gələn çağıdı.
El-oba kunəşə açıb əllərın,
Köçəri quşların gələn vaxtıdı.

Dağların sinəsi qardan əriyib,
Baxıram yollara yolun əyrilib.
Dağın zirvəsinə çən-duman gəlib,
Dağlardan mehlərin, əsən vaxtıdı.

Meşədə bitibdi quzuqulagı,
Bənövşə boynunu əyib qalıbdı.
İllərin qocası palıd ağacı,
Yarpağın bu günu açan vaxtıdı.

Bulaqlar qaynayır özü-özünə,
Çayların suları axır düzünə.
Araz da baş alıb gedir elinə,
Axan göz yaşını silən vaxtıdı.

Xəyalım aparır məni obama,
Gəzdiyim yerlər də düşür yadıma.
Getsəm də ellərdən mən çox uzağa,
Qayıdıb ellərə, gələn vaxtıdı.

Qalmışıq didərkin elli koculu,
Sanki getmişik eldən küsülü.
Ağlayır gözlərim yaşı süzülü,
Toy-bayram etməyin, olan vaxtıdı.

Çağırım göydəkin özün köməyə,
Getmirəm elimə mən tez ölməyə.
Arazlı Çinardan get su içməyə,
Dolanıb elləri, gəzən vaxtıdı.
09.05.2023


MƏNƏ DE GÖRÜM

Yoruldun ürəyim, sənmi həyatda,
Dünyamı dərd verdi mənə, de görüm.
Tarixmi qocaltdı səni dunyada,
Olmusan xəstəmi, mənə de görüm.

Xəyala qoşulub yollarda qaldım,
Arzular qoymadı gecələr yatım.
Hərdən istəyirdim bulud tək axım,
Yağış tək mən necə, yağım de görüm.

Tarix də yazıbdı ömrü tərsinə,
Düşmüşük özümüz sanki tilsimə.
Aldadıb bizləri aparıb yenə,
Yaşarsanmi ürək, mənə de görüm.

Yatırlar çoxları yuxuya qalır,
Aldadan aldadır, satanlar satır.
Bizlərə dünyada heç nə də qalmır,
Dərdimi neyləyim, mənə de görüm.

Düşüb can bəlaya ürək ağrıdır,
Məlhəmdən bilmirəm nə əlac qalır.
Ürəkdən axanlar bir qara qandır,
Nədir bəs əlacım, mənə de görüm.

Bəlkə ürəyimi mən sənə verim,
Özün də saxlarsan mənim sevgimi.
Hərdən açarsan sən kitab kimi,
Oxuyarsanmı sən, mənə de görüm.

Bilmirəm heç özüm mən kimi sevim,
Ürəkdən kimlərə ürəyi verim.
Bəs kimə yalvarım, kimə can deyim,
Arazlı dərdini, mənə de görüm.
15.05.2023


YETİM TƏK YENƏ

Tutardıg əl-ələ gedərdik yolla,
Səninlə addımı ataydım ana.
Qaldırıb baxardım hərdən başımı,
Gözündə sevincin, olaydım ana.

Elə gucaglaylb öpərdin məni,
Bir dərin sevginlə sevərdin məni.
Bağrına basardın hər gün sən məni,
Baxan gözlərində, galaydım ana.

Uzanıb yanımda lay-lay çalardın,
Gecələr səsimdən yuxu yatmazdın.
Yuxusuz gözünlə mənə baxardın,
Gözundə kaş yuxun, olaydım ana.

Mən xəstə yatanda galıb yanımda,
Gözun yaşla dolar mənə baxanda.
Ağlardın xəlvətcə mənlə galanda,
Axan göz yaşın, olaydım ana.

Sənsiz neçə gedim doğma vətənə,
Üzümdən kim mənim öpəcək yenə.
Getdiyin yolları itirdim elə,
Arazlı yetim tək galmısan yenə.
28.09.2021

YOLUM BAGLANIB

Dağılıbdı kənd obalar,
Daş-daşı üstə galmayıb.
Uçulub çəpər-bacası,
Getməyə yolum bağlanıb.

Şular basıbdı kəndimi,
Dərd-bəla kəsib əhdimi.
Ağlayan gecə urəkmi,
Gozlərim yaşı axıdır.

Dərdim ki, coxdu deməyə,
Yolum bağlıdı getməyə.
Əlim çatmır heç verməyə,
Ürəyimdən gələnləri.

Yetim oldum bu dünyada,
Yaşamadım heç obamda.
Qaçqın oldum cavanlıqda,
Köçüb qaldım yad diyarda.

Gəlməyə yerimdə yoxdu,
Bulağın da suyu yoxdu.
Kədər-gəmin sayı yoxdu,
Hara gedim heç bilmirəm.

İstədim ki, qonaq gələm,
Ürəyimdən sevgi verəm.
Obalara can-can deyəm,
Ağlamasın qalsa mənsiz.

Kimsəni mən heç görmədim,
Səs-küylərin eşitmədim.
Qaranlığa yol görmədim,
Kimlə gedim heç bilmirəm.

Yol aşağı koçum gedir,
Məni qoyub özü gedir.
Sevincimi silib gedir,
Arazlıya nə galıbdı?
17.05.2023


AĞLAMA SƏN DƏ

Ürəyə gəlməsin ayrılıq,qüssə,
Ağlasa gözlərin ağlama sən də.
Səhərin çağında sevənlər kussə,
Göz yaşın gəl tökmə,ağlama sən də,
ağlama sən də.

Qalmısan gəfəsdə omrunun boyu,
Qazıblar sənə də dərin bir quyu.
Qaralmış buludlar bağlayıb yolu,
Sızlayıb ah çəkmə,ağlama sən də,
ağlama sən də.

İnsanlar bilməyir pisi,yaxşını,
Görməyir haggını uzağ,yaxını.
Dadırlar zəhərin acı tamını,
Köçəndə deyirlər,ağlama sən də,
ağlama sən də.

Bezdirib bizi də çalınan mahnın,
Alladır dediyin sözün, yalanın.
Bəs kimdən alasan esgin galanın,
Yalandan deyirlər,ağlama sən də,
aglama sən də.

Ruhum da axtarır haggın sədasın,
Dağlar zirvəsindən gəlir avazın.
Tənha goydun məni dərdlərə yaxın,
Dedin ki, kocurəm,ağlama sən də,
aglama sən də.

Arazlı doymadın niyə həyatdan,
Bəlkə də galmısan burda nahagdan.
Qalmayıb dünyada heç nədə hagdan,
Dur yığış getginən,ağlama sən də,
ağlama sən də.
02.05.2023


BAĞIŞLAMARAM

Fikirlər.
Heyf bu dünyaya,axırı heç nə,
Köçüb gedir insan,özü-özünə.
Bilmirəm nə galdı axı kiməsə,
Qayıdarmı birdə geriyə kimsə.

Bağışlamaram.
Ağrını sən mənə verdin, ağlayım,
Göz yaşını derya kimi axıdım.
Buludlardan yağış təkin mən yağım,
Onu bil ki,səni, bağışlamaram...

Dedin sevdim... dərdi verdin sən mənə,
Yuxumu da zəhər etdin gecədə.
Üz tutub əl açdım mən yazığ göyə,
Dərddən ağlayıram, bağışlamaram...

Əsir külək verir mənə əzabda,
Gah gayıdır,gah da gedir uzağa.
Bürünubdü sanki gara carşaba,
Ağlayıb yalvarsan, bağışlamaram...

Gəl məni çıxarma yadından hələ,
Çovğun külək əssə daglardan belə.
Dünya gara geysə cahanda yenə,
Sevsən də ürəkdən, bağışlamaram...

Hay salmışam axı dünyaya məndə,
Koksumdən gan axır özü-özünə.
Yalvarıb can dedim məni verənə,
Gələndə mən səni, bağışlamaram...

Çox dərdli zülmlər vermisən mənə,
Çəkdim əzabını sən verdin mənə.
Arazlı galıbdı yetim tək yenə,
Desən də əlvida, bağışlamaram...
12.05.2023


AXIR SİNƏMƏ

Dərdimi dilimlə dedim kiməsə,
Sözümü eşitsin gəlbdən gəlibsə.
Düzünü yadlara dilim deyibsə,
Ağlayar bəşərdə göydən günümə,
Yağış tək göz yaşım, axar sinəmə.

Dəyişik salırıq həyatın sözün,
Gah şikayət edir ağladır gözün.
Həyata yazsalar taleyin özün,
Yenə də dərdlərim gələr gözümə,
Göz yaşım sel təkin, axar sinəmə.

Gedilən yollardır verilib bizə,
Yolu əyri gedib çıxmırıg düzə.
Taleyə üz tutub yalvarıb sizə,
Keçən omur-gunum ağlar üzümə,
Göz yaşın da sənin, axar sinəmə.

Qara bulud alıb göyün üzünü,
Heç kəs də görməyir haggın özünü.
İstəyən demirlər sözün duzunu,
Ağlayıb doyurəm yenə dizimə,
Gözlərdən yaş yenə, axar sinəmə.

Çox adamlar sevir cahı-cəlalı,
Almazlar dünyadan ağlı-kamalı.
Alladar bir çürük gozla dünynanı,
Baxıram, deyirəm özüm-özümə,
Dərd-bəla yenədə, axar sinəmə.

Arazam mən kiməm özüm bilirəm,
Haradan gəlmişəm hara gedirəm.
Günəşəm,ayam heç vaxt sönmərəm,
Baxıram gəldiyim yolda özümə,
Göydən nur-şəfəgin,axar sinəmə.
30.04.2023


MİNNƏTİNİ VERDİN MƏNƏ

Həlal eylə bu dünyada verdiyini sən də mənə,
Taleyimə nə yazmısan, yazdığını verdin mənə.

Acı olsa ömür günüm mən dözərəm bu halətə,
Çəkinmərəm göz yaşından, göz yaşını verdin mənə.

Demə dünəndən gəlmişəm bilmirəm heç nəyi hələ,
Çox görmüşəm tənhalığı, tənhalığı verdin mənə.

Dərdli günlərim çox olub ahu-zardan ağlamışam,
Can-can deyən heç olmayıb, dərdi-bəla verdin mənə.

Əl açmadım hər yetənə istəmədim haram çörək,
Hikmətini sən yetirdin, onu göydən verdin mənə.

Başa düşməz heç kim məni bu dünyada kim galıbsa,
Yaxşısını sən apardın,beləsini verdin mənə.

Cavanlığım nə tez keçdi gocalığ da gəlib catdı,
Müdriklərdən payı alıb, agilliyi verdin mənə.

Çox yaşadım bu dünyada heç bilmirəm nəyə catdım,
Hədər imiş nə tapdımsa, tapdığımı verdin mənə.

Bilinməz heç bilənlərin bu dünyada saf ürəyi,
Ölüb gedər nişan galar, o dünyanı verdin mənə.

Arazlı, sən bu dünyada heç də belə gəm eyləmə,
Alladıb məni dünyada, minnətini verdin mənə.
28.04.2023


MƏNİ ÇÖLLƏRƏ SALIBDI

Bu dünya özü qəfəsdir, hər kəsi dərdə salıbdı,
Yollarının kedişi yox, canımı dərdə salıbdı.

Ömrümüzü gündən-günə alladıb əldən alıbdı,
Gözü yaşlı bizi goyub, ürəyi xəstə salıbdı.

Sevgi nədi əfsanəmi, yalandan bizə verilib,
Axırı onun məzardır, bizləri gəbrə salıbdı.

Çağırıram sevənləri, hay versələr heç olmasa,
Hər sevgiyə inanmaq da, bizi dərd-sərə salıbdı.

Elə sevgidən deyirəm, qulaq asan mənə yoxdu,
Dərd çəkirəm ürəyimdə, canımı dərdə salıbdı.

Hey ağladım, hey sizladim ilk esgimi sevən vaxtı,
Nəyi mənə qismət oldu, bu sevgi dərdə salıbdı.

Günahımız nədi bizim həyat özü ayrılığdı,
Qalmaz dı heç nə dünyada, bizi də gözdən salıbdı.

Arazlıyam, can verərəm sevgisiz heç qalmaz ürək,
Yalvararam bu sevgiyə, məni çöllərə salandı.
14.05.2023

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: