MÜBARİZ HÜSEYN BORÇALI: "ZİRVƏLƏR" Poeziya, Müsabiqə, Başkeçid 7 декабря 2022 Mübariz Hüseyn Borçalı (Mübariz Hüseyn oğlu Məmmədov) - 1960-cı il iyulun 22-də qədim Borçalı mahalının Başkeçid rayonunda - indiki Gürcüstan Respublikasının indiki Dmanisi rayonundakı Aşağı Qa-rabulaq kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyasını) bitirib. Qaz-neft-mədən fakültəsinin qaz, neft yataqlarının istismarı və kompleks mexanikləşdirilməsi ixtisası üzrə ali təhsil alıb (1979-1988). O, neft mədənlərində operator (1988-1989), neftçıxarma ustası (1989-1995), dərin dəniz özüllü quyular rəisinin müavini (1995-1997), “28 May” Neftqazçı-xarma idarəsində növbə rəisi (1997-2004) vəzifələrində işləyib. 2004-cü ildən isə “BP” şirkətində çalışır. Mübariz Hüseyn istedadlı qələm sahibidir, poeziya vurğunudur. Artıq özünü çoxdan təsdiq etmiş nəğməkar şairlərimizdəndir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. "Abdulla Şaiq", "Zirvə" və "Qızıl qələm" mükfatları laureatıdır.İlk şeirləri “Azad Azərbaycan”, “Şərqin səsi”, “Ziya”, “Təhsil”, “Azərbaycan gəncləri”, “Neft kadrları uğrunda”, “Azərbaycan dünyası”, “Neft daşları”, “Vışka” qəzetlərində, “Mədəni-maarif”, “Ulduz” jurnallarında, “Çilovdan gələn səslər” almanaxında və digər mətbuat orqanlarında, sonralar isə “Zirvə”, “Zəfər”, “Vətən”, “Canım Azərbaycanım”, “Sazlı-sözlü Borçalı”, “Sazlı-sözlü Başkeçid”, “Şah dağı”, “Ləlvər dağı”, “Turan”, “Poeziya çələngi” və s. antalogiyalarda və ədəbi məcmuələrdə çap olunub... Şeirləri Bakı şəhərindəki 131 saylı və digər orta məktəblərin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalarda tez-tez səslənir...Elə ilk şeirlərindən oxucuların qəlbinə yol tapan şairin ilk şeirlər kitabı - “Ömür yolu” 1998-ci ildə işıq üzü görüb. Müəllifin ikinci kitabı - “Dünyanın hökmü” - 2001-ci ildə, üçüncü kitabı - “Əzablı sevgi yolu” və dördüncü kitabı -“Salam, Sınıq Körpü, hanı Borçalı?” 2010-cu ildə “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir. (Hər üç kitabın naşiri və redaktoru - Müşfiq Çobanlıdır).Mübariz Hüseynin “Dünyanın hökmü” (“Borçalı” NPM, 2001) kitabına Bakı Ali Hərbi Dənizçilik Məktəbinin “Dillər” kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanov “Əmək də poeziyadır” sərlövhəli ön söz yazmışdır.Biz də istedadlı qələm dostumuz Mübariz Hüseynə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.ZiM.AzZİRVƏLƏRKönül, görüb sevindin hər gedəndə,Yamaclarda gül - çiçəkli səfanı.Bilirsənmi, yüksəyə meyl edəndə?Qarşılayar, qüssə, kədər tuganı.Düzəngahlar şəfəq nuru görməmiş,Dağ döşünə ürəkaçan gün çıxar.Getsən əgər, sevincdən pay dərməmişYüksəkliklər qar, boranı can yaxar.Zirvələrin mağarası tutulub,Bil ki, orda hər gedənə, yoxdu yer.Cəhd edəni qarşılayan qəm olub,Vətənində öl, ya yaşam haqqı ver.İstəmirəm nə şah olum, nə nazir,Siyasətin yolunda nə edim mən.Necə nicat tapım deyin, dərd üzür?Öz sahəmin zirvəsinə gedim mən. BİZ KİMİK Kİ, BƏXT SEÇƏKAz ömrü üzsə də qəm, için - içinQönçədən çıxmağa can atar ləçək.Arzumdur, əllərdə xoş məram üçün,Ürəkaçan ola hər açan çiçək.İnam üzə gülsə hicran tez gedər,Təbəssümdən uzaq qaçar qəm, kədər.Səadəti verib qəlbi xoş edərÖzü gözəl, əqli kamil, bəxt göyçək.Meyl edərsə, özgə gəlbə qəm süzə,İnciyərsə haqlı olan düz sözə,Görsən əgər məqam gəzir can üzəEləsindən kənar dolan, əlin çək.Xəzan vursa, bağda incə gül solar.Açıq bəxtə, kədər gəlsə tez dolar.Talemizə düşən haqqı pay olarÖzümüzdən, biz kimik ki, bəxt seçək.İNCİ KİMİ İNCƏDİAşiqlərin məşuq üçün dərdiyiTər çiçəklər əvəzsizdi, özəldi.Titrəyərək, yar əliylə verdiyi,Gülün ətri özgəsindən gözəldi.Sədaqəti, düzlük varsa sözündə,O, şux mələk gözəllərdən öncədi.Hər sevənin sevgilisi gözündəŞəfəq saçan inci kimi incədi.Xəyalların uçub cana od salar,O, deyilmi gecələr can üzənin?Təşnə çəksən ancaq onda əlac var,Suyu şərbət dadar süzsə nazənin.Sevinc içrə qəm gizlənər sevgidə,Nakam eşqin çoxdu ağrı, cəfası.Sadiq olsan istəməz ki, incidəSəadət bəxş edər bil ki, vəfası.FƏRQLİ ADAMLAR(düşündürücü şeir)Yerini bilən deyil, qoyma məhəlÜz vermə, üz görənin üzdü isə.Alaraq, satıb yada nifaq salar,Söz demə, söz bəzəyən sözdü isə.Aldatmaq, asan olar qəlb yuxanı,İnsanın, qəddar olar can yaxanı.Biləsən, el tanıyır ev yıxanıÜzülmə, üzdən iraq üzdü isə.Bar deməz, dərd - kədərdən ağrı dərən.Yox olar, el uduzub düşsə pərən.İnanın, can da verər cəsur, ərənDözəndi, dözümsüzə dözdü isə.Xəyal göy məhvərində gizli süzər,Canından qəm dağıdan tənha gəzər.Mübariz, ehtiyat et, salsa nəzərGözdən qaç, gözü dəyən gözdü isə.AĞBİRÇƏKKönüllər oxşayan təbəssüm ilə,Üzlərə səmimi gülər, ağbirçək.Vüsala yetişən düyün günündəGənclərə, xoş arzu dilər ağbirçək.Qoruyar nənələr qoyan, izzətiOnlarsız yaşamın nədir ləzzəti?Kəlağay ataraq desə söz qətiNifaqı kökündən silər ağbirçək.Qədimdən danışıb haqq, kəlam deyər,Harama zidd olub O, halal yeyər.Ağsaqqal da durub, hörmət eyləyərNə vaxt ki, məclisə gələr ağbirçəkTədbir eyləməsən, kədər bənd aşar,Məsləhət duymayan acı gün yaşar.Hamı öz dərdini açıb danışarElin hər sirrini bilər ağbirçək.Əmanət sayılar, kökdən qalan izBiganə yanaşsan quruyar kəhriz.Nə vaxt ki, dərd, qəmə düşür MübarizQəlbinə xoş sevinc çilər, ağbirçək. ACI XATİRƏLƏRSevgidə, vüsala çata bilməyənXəyalın gözündən qan-yaş süzülür.İntizar odunu ata bilməyənQəm çəkib sızlayan tale üzülür.Qüssə gələ bilməz sevinc çökməsə,Kədər gülə bilmız can dərd çəkməsə.Səadət bağına yar qəm əkməsəBilməzdim hicrana necə dözülür.Özgə ürəklərdə bilinməz olan,Ruh tək göyə uçub görünməz olan,Bəxtin vərəqindən silinməz olanAcı xatirələr ömrə düzülür.Aləmi lərzəyə salar, çıxsa ün.Canı isidərmi qürub edən gün?Məhəbbət yolunda dolaşan düyünEy gənclər, vaxtında bilsən çözülür. GİZLİ SİRRLƏREy talemin, üzə gülən xoş anı!Nədən belə ömrün kəmdi - kəsirdi?Acı günmü, məğlub edir dünyanı?Canın bəlkə qəm, kədərə əsirdi.Dara düşsək inciyərdik zamandan,Daha səndən küsməyin də yeri yox.Əlac qalıb, istək umaq gümandan,Gözlənilən biri olur, biri yox.Üzüntünün tuşlayaraq atdığıSancılan ox, qəsdə girir qəlb deşə.Asimanın son ucuna çatdığıFəlakətlər, dönüb adi vərdişə.Çağrılmamış qonaq kimi gələn, qəmMəhvərində, dolandırır insanı.Necə deyim gizli sirri aç qələm,Müəmmadır nədə gəzim nöqsanı? ƏLAC EDİN(dodaqdəyməz)Ey aşıqlar, hərcayıyla cəng edin,El sənəti intizarlı, dardadı.Əhli - yazar keçən əsrə zəng edinDədə Ələsgərin sazı hardadı?Geri gələr halal nəyin itsə də,Haqqa inan, səndən alan getsə də,Aqil hər an nəsihətlər etsə dəQədər çəkən canlar ahı, zardadı.İnsanlıqdı, dağılanı tikəsən,Dərdlilərin qayğısını çəkəsən,Cəhd eylə ki, yazda ağaç əkəsənDin də deyər, dərdə əlac nardadı.Yetişdirər sənətkarı hər alət,Yanan cana niyyət eylə şən niyyət.Qışda əgər yaradırsa əziyyətLəzzət edər yayda yesən, qar dadı.Taleyinə dərddən acı dilərək,Gizli - gizli yanaqdan yaş silərək,Hər gecəsi kədər ilə gələrəkYanan aşiq xəyalları, yardadı. BORÇALININ QEYDİNƏ QAL, EY BAKI!Düşünəni perik düşüb elindən,Qocaların bir şey gəlmir əlindən.Aşıqların qəm süzülür dilindənMəclislərdə gündəmə sal, ey Bakı!Borçalının qeydinə qal, ey Bakı!Bir vaxt mahal qurmaqçün qol gərildi,Qılınc çalıb, zəfərdən pay dərildi.Nadir şahın günahından verildiTarixlərin qisasın al, ey Bakı!Borçalının qeydinə qal, ey Bakı!Sevindirək acı günlər çəkəni,Azəri yurdundan olan tikəni.Kəsib ataq qövr eliyən ləkəniÜrəkləri göynədir xal, ey Bakı!Borçalının qeydinə qal, ey Bakı!Nisgil, həsrət, hicran vardır o yerdə,Minlərlə qəm gizlənibdi kədərdə.Qüssə çəkən necə dözsün bu dərdə?Zəhər dadır ağızda bal, ey Bakı!Borçalının qeydinə qal, ey Bakı! ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.