SEVİNC BAYRAMOVA (1960)

SEVİNC BAYRAMOVA (1960) Sevinc İskəndər qızı Bayramova - 1960-cı ildə Masallı ra-yonunun Boradigah qəsəbəsində anadan olub. Ali təhsillidir, 1983-cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.
23 il Boradigah qəsəbəsində müəllim işlədikdən sonra xəstəliklə əlaqədər təqaüdə çıxıb.
Ailəlidir, üç övladı - bir oğlu, iki qızı var; hər üçü də ali təhsillidir.
Şeirə, sənətə dəyər verən bir ziyalı xanımdır. Şeir yazmaq onun həyat stimulumdur.
Bir dahinin dili ilə desək, "Şeyriyyat insan duyğularının riyaziyyatı, riyaziyyat insan təfəkkürün şeiriyyatıdır".

Biz də Sevinc xanıma ədəbi-bədii yaradıcılığında və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



AXTARIRAM...

Tənhalıqdan yoruldum, tənha bataqlığında,
Məndən mənə köc edən fikirlər sorağında,
Xatirələrlə dolu, buz tutmuş otağında,
Ey söhbəti məzəli, kölgəni axtarıram.
Mən səni axtarıram...

Soyuqdur üşüyürəm, dag başını qar almış,
Payıza təslim olmuş ruhum, solub saralmış,
Yoxlugun qar ələmiş, zülfu-siyah agarmiş,
Dön , sevgimin əzəli, kölgəni axtarıram.
Mən səni axtarıram...

Yuxusuz bir aşiqin ümidlər dünyasında,
Xəyallarla bəzənmiş şipşirin röyasında,
Məhəbbətdən bəhs edən şeirlər arasında,
Böylanib gizli-gizli, kölgəni axtarıram.
Mən səni axtarıram...

Könul fəryad qoparır... Harada gizlənmisən?
Buludlar arxasından gülən mələk sənmisən?
Səni necə vəsf edim, aymısan, günəşmisən?
Gəl ay dünya gözəli, kölgəni axtarıram.
Mən səni axtarıram...


GİZLİ-GİZLİ...

Bilmirəm haradan başlayım sözə,
Könlüm yoxluguna de necə dözə,
Bir möcüzə olsa, gəlsək göz-gözə,
Tutuşub alışar köz, gizli-gizli.

Ey qaşları siyah, gözləri almaz,
Əkdiyin "məhəbbət çiçəyi" solmaz,
Gülüşü, sohbəti, sözü doyulmaz,
Geri dön,eyləmə naz gizli-gizli.

Maviyə heyranam, gözlünün rəngi,
Qırmızı...al yanaq, üzünün rəngi,
Ən gözəl şeirim, sözünün rəngi,
Zümzümə eyləyir saz, gizli-gizli.

Qopan tufan qırma,ümid çətrini,
Aparma yarımın o xoş ətrini,
Son vidasından od, sacan sərtini,
Hayqırıb soyləmə...yaz, gizli-gizli.


YAZ GƏLSİN İSTƏRƏM...

Bahar təbibini gəlib oyatsın,
Çəmənlər gül açsın, güllər boy atsın,
Vüsal nəğməsindən qulağım batsın,
Kədərdən üzülən gözü neylərəm.

Baharın müjdəsi...dağ bənövşəsi,
Təbiətin ilıq-isti nəfəsi,
Güllərin aşiqi , bülbülün səsi,
Yayılsın ətrafa...sazı neylərəm.

Həzin -həzin yağsın yaz yagmurları,
Oxusun astaca "Bəstə-nigarı".
Billur tək parlasın hər damlaları,
Süzüb oynasınlar, nazı neylərəm.

Seyr edim uzaqdan cavanlıgımı,
Məhəbbət bəzəsin könül bagımı,
Tumurcuq bürüsün qol-budagımı,
Payızı, ayazı, güzü neylərəm.

Pərvanə alışsın eşq atəsindən,
Quşlar cəh-cəh vursun gül baxcəsindən,
Sevgi naləsinin zümzüməsindən,
Sevənlər məst olsun... sözü neylərəm.


GƏNCLİYİM...

"Mən"i axtarıram zaman yolunda,
Gözümdən lent kimi keçir gəncliyim.
Enişli, yoxuşlu "Samanyolu"nda
Ümidləri əkib-biçir gəncliyim.

Onda dadı vardı suyun, aşın da,
Göyərərdi torpaq dagın başında,
Çiçəklər açardı hər qarışında,
İndi aram-aram çökür gəncliyim.

Sirin təbəssümlü baldı nəşəmiz,
Günəş arxasında qaldı nəşəmiz,
Ünvansiz limana daldı nəşəmiz,
Səbirlə sınaqdan keçir gəncliyim.

Ey zalım yaşlılıq, söylə, nə işdi,
Nə tez əlim əsdi, alnım qırışdı,
Sözlərim tükəndi, hecam qarışdı,
Gəncliyin həsrətin çəkir gəncliyim.

Yan eşqin atəşi, bagrımızı dəl,
Önündə olmassın zərrəcə əngəl,
Nə olar geri dön cavanlığım, gəl,
Yaşı ilmə-ilmə sökur gəncliyim.


ÖMRÜMÜ GERİ VER,
HƏSRƏT YAGIŞI...

Xəyallar qoynunda ucan eşqimi,
Nə olar geri ver, həsrət yagışı.
İtirdim izimi, sevda yolunda
İzimi geri ver, həsrət yagışı.

Damlanla rəqs etsin eşq piyaləsi,
Aşiqi məst etsin yagmurun səsi,
Misralar söyləsin vusal nəgməsi,
Sözümü geri ver həsrət yagışı.

Əl-ələ tutuşaq "o gün" yar ilə,
Yagmurda islanaq biz bilə-bilə,
Axsın gözlərimdən yaş gilə-gilə,
Özümü geri ver,həsrət yagışı.

Sevilən ürəklər gəlsin göz-gözə,
Baxışlar qovuşsun, gərək yox sözə,
Desin:- dodağını yar büzə-büzə,
"Gözümü" geri ver, həsrət yagışı.

Dinsin ucurumda dayanan ağrım,
Sönməsin yolumda yanan çırağım,
Qopur, bir-bir düşür ömür yarpağım,
Yazımı geri ver, həsrət yagışı.
Yazımı geri ver, həsrət yagışı...


TƏKLİK...

Bəzən səssislikdir, bəzən hüzurdur,
Bəzən dərdi dərdə düzəndi təklik.
Bəzən təkbaşına ömür yoludur,
Bəzən öz-özündən küsəndi təklik.

Həyatı lent kimi gözdən kecirər,
İçinə qapanar, dərin düşünər,
Sükuta bürünüb keçmişə dönər,
Küləklə sovrulub, əsəndi təklik.

Çarəsiz zamanda qaygıya dönər,
Diqqətə,istəyə ehtiyac görər,
Əvvəl özü ilə həmsöhbət edər,
Sonra, haqq-hesabı kəsəndi təklik.

Yandıqca pərvanə şamın oduna,
Uçsa düşüncələr həsrət yurduna,
"Xoş gəldin"-gecənin qaranlığına
Deyərək , dodağın büzəndi təklik.

Kim bilir nələr var tənha qəlbində,
Hüzura bürünər hər gəlişində,
Sözləri ...yarımçıq cümlələrində
Yanan misralara, düzəndi təklik...


ŞEİR YAZMAQ İSTƏDİM...

Bu gun səhər oyanarkən şeir yazmaq istədim,
Arzuları ilmə-ilmə sözə düzmək istədim,
Günəşin al şəfəqləri hecaları isitsin,
Gözəllikdə təbiətin özü olsun istədim.

Damla-damla axsın qəlbə hər bir inci dənəsi,
Sevgi ilə düzüm sözə könlümün dürdanəsi(n).
Nəgmə olsun yayılsın ətrafa şeirimin səsi,
Misraları, ürəyimin sözü olsun istədəm.

O qədər gözəl olsun ki gözəllərlə yarışsın,
Aşığ çalsın telli sazın, aşiqindən danışsın,
Eşq naləsindən məst olsun, nəgmələrə qarışsın,
Səadəti, məhəbbətin gözü olsun istədim.

Bu gün sonsuz bir həvəslə şeir yazmaq istədim,
Yerin, göyün gözəlliyin nəzmə çəkmək istədim,
Qar altından boylanaraq güldü nərgiz çiçəyi,
Dedi "Yazma"... gördüklərin özü şeir deyilmi?

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: