Əmrah Kərimov: "Ondan xəbər gətir şair..."

Əmrah Kərimov: "Ondan xəbər gətir şair..."Əmrah Kərimov 1999-cu ildə
Lerik rayonundakı
Mastail kəndində anadan olub.
2017-ci ildə Bakının Xəzər rayonunun
Binə qəsəbəsindəki 136 saylı
orta məktəbi btirib.
Hazırda Azərbaycan Texniki Universitetinin
Maşınqayırma fakültəsinin II kurs tələbəsidir.
Şeirləri ilk dəfə dərc olunur.


Ondan xəbər gətir şair

Məni o yar salıb dərdə,
Qəzəllərdə, şeirlərdə,
Gül əkdiyi sətirlərdə,
İndi tikan bitir şair
Ondan xəbər gətir şair.

Onun kimi biri gülsə,
Biri getsə biri gəlsə,
Yardan ötrü yeri gəlsə,
Qələmini itir şair,
Ondan xəbər gətir şair.

Şirin dili şirin sözü,
Hədsiz darıxmışam düzü,
Görən orda gülür üzü.
Danış bircə sətir şair,
Ondan xəbər gətir şair.


Səni sənsiz sevmək çətindi yaman

Neçənci şeirdi yazıram amma,
Sən həsrət qoymusan səsinə məni.
Dönmək isdəyirsən dön gəl utanma
Mən illər keçsə də sevəcəm səni.

Gözəl gülüşünün vurğunu çoxdu,
Kaş ki,əvvəl ki,tək mənimçün gülsən.
Gecələr yuxudan əlamət yoxdu
Deyəsən dərdimin çarəsi sənsən.

Hər axşam ağlasam özüm də mənim
Sənin göz yaşını qurudaram mən.
Təki gəl yaş qoyma gözümdə mənim
Getdiyin günləri unudaram mən.

Gəl ki bahar olsun payızım, qışım
Hər yanım qaranlıq,dayanıb zaman.
İndi kimlə küsüm,kimlə barışım
Səni sənsiz sevmək çətindi yaman.


HEÇ VAXT

Sevsəydin əgər tərk eləməzdin məni canan,
Qəlbiylə sevən aşiqi tərk edərmi insan
Hərgah ki,o dərd atəşini qəlbimə vursan
İncitsə də zülmümdən əsər vermərəm heç vaxt.

Heç ağlıma gəlməzdi solan eşq ilə yanım,
Səndən sonra zülmətdi, qaranlıqdı hər anım
Sənsizliyə rəğmən nə qədər çıxsa da canım
Min dərdə salan yarə xəbər vermərəm heç vaxt.

Həsrət bağının barını dərsəmdə əgər mən,
Eşqin qalasın dərd ilə hörsəmsə əgər mən,
Yar uğruna öz canımı versəmdə əgər mən,
Eşqiylə yanan qəlbə zərər vermərəm heç vaxt.

Eşqin özü cənnətdəki nemətdi əzizim,
Sənsiz yaşaran göz sənə həsrətdi əzizim,
Səndən sonra qəlbim elə zülmətdi əzizim,
Yazıq ürəyə nurlu səhər vermərəm heç vaxt.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: