Tanış olun: Gənc istedad YAŞA BAYRAMOV

Tanış olun: Gənc istedad YAŞA BAYRAMOVYaşa Həbib oğlu Bayramov 2015-ci ildə Bolnisi rayonundakı Kolayır ictimai məktəbinin 12-ci sinifini bitirib. Uşaq vaxtından saza, sözə böyük marağı ilə tay-tuşundan fərqlənib. Dastanlardan, ustad aşıqlardan, şairlərdən saysız-hesabsız nümunələri əzbərləyərək yaddaşına həkk edibdir. Yaşa mahir saz ifaçısıdır. Otuzdan çox saz havasını məharətlə ifa edir. Təhsilini gələcəkdə İlya adına Dövlət Universitetində davam etdirmək niyyətində olan Yaşa, həm də gözəl şerlər yazır. Yaşaya təhsilində və yaradıcılığında uğurlar arzu edirik. Aşagıda Yaşanın bir neçə şerini oxuculara təqdim edirəm.

Gülümxan İsmayılov,
Kolayır ictimai məktəbinin qabaqcıl müəllimi


İnsan

Torpaqdan gəlibdi əcdadın sənin,
Yenə də torpağa dönərsən insan.
Günəş tək parlayıb sürsən də həyat,
Sonunda şam təki sönərsən insan.

Xoşbəxtlik səsləsə çalış duyasan,
Xoş günün olacaq, çalış doyasan.
Amandır kimisə yolda qoyma sən,
Çəkərsən ahını görərsən insan.

Yaltaqlıq, gədalıq qatma zatına,
Haram ot yedirtmə heç vaxt atına.
Nə vaxt ki, çıxarsan mömin qatına,
Bax onda sevinib gülərsən insan.

Sirrini açma gəl, hər yoldaşına,
Güvənmə nə dosta, nə qardaşına.
Yaşanın sözünü yaz yaddaşına,
Bir gün bu dünyadan köçərsən insan.


Dağlar

Hər fəsildə tamaşadır
Başı qarlı bizim dağlar.
Silinməzdi tarixlərdən,
Ömür boyu izin, dağlar.

Uşaqlığım keçib səndə,
Göy yaylaqda, sıx meşəndə.
Yolum səndən gen düşəndə,
Söylə necə dözüm, dağlar.

Ömür səndə yaşa dolub,
Həm əylənib, həm də gülüb.
Təbim səndən ilham alıb,
Şerimdə sözüm, dağlar.


İlahi göndərən paydır Zəlimxan

Dediyi hər sözü şerdir sanki,
İlahi göndərən paydır Zəlimxan.
Sinəsində min bir şer daşıyır,
Həzin-həzin axan çaydır Zəlimxan,
İlahi göndərən paydır Zəlimxan.

Elmlər içində dərya dənizdir,
Qoyduğu suallar çətin, qəlizdir.
Borçalı elinə doğma, əzizdir,
Yurdunun adını yaydı Zəlimxan,
İlahi göndərən paydır Zəlimxan.

Həbib oğlu, yaz sözünü, de indi,
İlhamın gur oldu, qələmin dindi.
Saz söz aləmində ona tay kimdi?
Dünyada günəşdir, aydır Zəlimxan,
İlahi göndərən paydır Zəlimxan.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"ÜMİD" qəzeti, N: 05-06, 15.12.2015. POEZİYA

"Ümid"
Zəlimxan Yaqub xatirələrdə

Zəlimxan Yaqub xatirələrdə

Mədəniyyət, Bolus
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavi
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

---
SAZLA QOŞALAŞAN, SÖZLƏ ALIŞAN ŞAİRİN

SAZLA QOŞALAŞAN, SÖZLƏ ALIŞAN ŞAİRİN "POEZİYA GÜNÜ"

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Gəncə yazarları Zəlimxan Yaqubu xatırlayıblar

Gəncə yazarları Zəlimxan Yaqubu xatırlayıblar

Azərbaycan, Gəncə
İliyinə qədər ŞAİR - ZƏLİMXAN YAQUB

İliyinə qədər ŞAİR - ZƏLİMXAN YAQUB

Azərbaycan
ZƏLİMXAN YAQUB FƏXRİ XİYABANDA ANILDI

ZƏLİMXAN YAQUB FƏXRİ XİYABANDA ANILDI

UNUTSAQ, UNUDULARIQ!....
Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb

Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb

Azərbaycan, Borçalı
Zəlimxan ayrılığı - Orxan Aras Almaniyadan yazır

Zəlimxan ayrılığı - Orxan Aras Almaniyadan yazır

Azərbaycan
CAN qardaşım, XAN adaşım əzizim ZƏLİMXAN YAQUB!.. Allah dərgahında ruhun ŞA ...

CAN qardaşım, XAN adaşım əzizim ZƏLİMXAN YAQUB!.. Allah dərgahında ruhun ŞA ...

Bolus, Nekroloqlar

"Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirildi

Borçalı, Əsas xəbər
Abayət QURBANOVA:

Abayət QURBANOVA: "İstədim sevəm, seviləm..."

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Tiflis
DƏYƏRLİ İNSAN

DƏYƏRLİ İNSAN

Poeziya, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
Xalq şairi Zəlimxan Yaqubun xatirəsi doğulduğu Kəpənəkçi kəndində anılıb

Xalq şairi Zəlimxan Yaqubun xatirəsi doğulduğu Kəpənəkçi kəndində anılıb

Bolus
Rahat uyuyun, Böyük Şair, Siz əsrarəngiz poeziya dunyamızın qızıl səhifəsin ...

Rahat uyuyun, Böyük Şair, Siz əsrarəngiz poeziya dunyamızın qızıl səhifəsin ...

MEDİA, Borçalı, Nekroloqlar
Yüz yaşa, MÜŞFİQ BORÇALI!..

Yüz yaşa, MÜŞFİQ BORÇALI!..

Darvaz, Arxiv
SƏNDƏN DANIŞIR

SƏNDƏN DANIŞIR

Bolus
Rəhman BAYRAM: Qan ağlayır Xocalı...

Rəhman BAYRAM: Qan ağlayır Xocalı...

Poeziya
“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı

“Borçalı” Cəmiyyəti keçmiş sədrin əməllərini qınadı

"Borçalı" Cəmiyyəti
Rəy yazın: