Salidə ŞƏRİFOVA: "LAYİHƏ OYUNU" və "SƏN ELƏ ŞEYLƏRİ ANLAMAZSAN...."

Salidə ŞƏRİFOVA: "LAYİHƏ OYUNU" və "SƏN ELƏ ŞEYLƏRİ ANLAMAZSAN...."
(2 HEKAYƏ)
"LAYİHƏ OYUNU"

Dilbər işə gələndə yolda Elmin İnkişafı Fondunda işləyən keçmiş kurs yoldaşı Əliabbasa rast gəldi. Əliabbas Dilbəri görüb sevincək dedi:
– Salam Dilbər, bizim Fondun elmi tədqiqatların dəstəklənməsinə yönəlmiş birgə layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi üçün “Elm-Təhsil İnteqrasiyası” məqsədli müsabiqəsinə niyə maraq göstərmirsən? Saytda da elan yerləşdirilib. Sənin müdirinin, hətta işçinizin də məlumatı var.
Dilbər gülümsəyərək dedi:
– Salam Əliabbas, xəbərim yox idi.
Əliabbas təəccüblə Dilbərə baxaraq qaşlarını çatıb dedi:
– Kafedra müdiriniz Bayram Qədirli iki həftə bundan qabaq zəng edib maraqlanmışdı. Hətta sizin kafedradan Şəlalə adlı qadın Bayram Qədirlinin adından zəng edib sənədləri soruşurdu.

Dilbər başını bulayaraq dedi:
– Doğrusu xəbərim yoxdur. Yəqin bilirlər, sadəcə mənə məsləhət olmayıb demək... Kafedrada işçilərdən soruşaram. Bəs layihənin növü və maliyyələşdirmə həcmi nə qədərdir?
Əliabbas gözlərini qıyaraq dedi:
– Dəqiq yadımda deyil, Dilbər. Fundamental və tətbiqi xarakterli layihədir. Belə layihənin də maliyyə həcmi 100 000 manatadək olmalıdır. Amma müsabiqədə iştirakın mühüm şərtlərindən biri odur ki, təqdim edilən iş multidissiplinar tədqiqatlar üzrə tәqdim olunmalı, tətbiqi xarakter daşımalı, müxtəlif akademik və təhsil qurumlarından olan alim və mütəxəssislər tərəfindən, həmçinin də beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirilməlidir. Ən əsası da gənc alimlərlə yanaşı, regionlardan olan alim və mü-təxəssislər cəlb edilməlidir.
Dilbər Əliabbasa baxıb çiyinlərini çəkdi:
– Qəliz məsələdir. Bütün o şərtləri yerinə yetirmək, həmin alimləri cəlb etmək, bu özü qəliz məsələdir. Bəs nəfər məhdudiyyəti varmı?
Əliabbas əllərini havada yelləyərək dedi:
– Eh... Dilbər onsuz olar. Təbii ki... Müsabi-qədə iştirak edən müvəqqəti yaradıcı kollektiv formalaşdırılarkən akademik və təhsil qurumla-rında çalışan alimlərin sayında paritet gözlənil-məli, rəhbərlər daxil olmaqla səkkiz nəfərdən ar-tıq olmamalıdır.
Dilbər Əliabbasa baxıb soruşdu:
– Bəs layihənin müddəti neçə ildir?
Əliabbas əlindəki telefona gələn zəngə ca-vab vermək üçün dedi:
– Dilbər, bir dəqiqə...
Sonra telefon zənginə cavab verdikdən son-ra dedi:
– Dilbər, layihələrin icra müddəti bir qayda olaraq bir ildən artıq olmamalıdır. Bu layihə də birillikdir. Fikirləş, nə isə yarada biləcəksən, əminəm. Çünki, qrupumuzun ən savadlı tələbələrindən idin. Layihənin qalibi sən olmayanda da kim olmalıdır?
Dilbərin susub fikrə getdiyini görüb dedi:
– Bacı, sən darıxma. Amma Şəlalədən so-ruş, ətraflı ona başa salmışam. Sənə də izah et-sin. Görüşüm var, yoxsa sənə ətraflı izah edər-dim. Şəlalə xanım başa salmasa, mənə nə vaxt is-təsən zəng edə bilərsən, izah edərəm. Saytda da hər şey aydınlığı ilə qeyd edilib. Sadəcə əla bir mövzu fikirləş.
Dilbər gülümsəyib dedi:
– Eh, Əliabbas... Kimdir, ona baxan ki, yax-şı oxumuşam, oxumamışam. Yaxşı, məsləhət ol-sa ki, layihəni hazırlayaq, incimə, onda səni bez-dirməli olacam.
Əliabbas əllərini gözlərinin üstünə qoyub farağat dayanaraq dedi:
– Mənim bu çaş gözlərim üstə. Bacı, tələsi-rəm, mənə icazə.
Sonra sağollaşıb Dilbərdən uzaqlaşdı. Dil-bər tələsik addımlarla işlədiyi universitetin binasına tərəf addımladı. Kafedraya gələndə kafedra müdiri ilə Şəlalədən başqa işçilərin hamısı otaqda idilər. Dilbər salamlaşaraq dedi:
– Sizə şad xəbərim var. Elmin İnkişafı Fon-du akademik qurum və ali təhsil müəssisələrin-də aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların dəstəklənməsinə yönəlmiş birgə layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi üçün “Elm-Təhsil İnteqrasiyası” məqsədli müsabiqəsinin keçirilməsi haqqında saytlarında elan yerləşdiriblər. İndi çap edim, baxaq, əgər maraqlı olsa işləyək.
Kompüter arxasında işləyən Təranəyə mü-raciət edib dedi:
– Beş dəqiqəlik kompüteri azad edə bilər-sən?
Təranə başı ilə razılığını bildirərək dedi:
– Bu dəqiqə Dilbər xanım, yaddaşa verim yazını.
Sonra oturduğu stuldan qalxaraq dedi:
– Buyurun, keçin.
Dilbər cəld keçib kompüterin arxasında El-min İnkişaf Fondunun saytını axtarmağa başla-dı. Sonra saytdan müsabiqənin şərtlərini əks et-dirən məlumatı bir neçə nüsxədə çapa verdi. Bu zaman Şəlalə otağa daxil oldu. Dilbər Şəlaləyə baxıb gülümsədi:
– Salam Şəlalə, sənin ölkədə keçirilən bütün qrant və müsabiqələrdən xəbərin olur. Bu layihədən xəbərin varmı?
Şəlalə çap olunmuş vərəqə gözucu baxaraq çiyinlərini yellədib keçib yerində əyləşərək dedi:
– Salam. Yoxxx... Haradan olmalıdır ki... Bəyəm, bütün qrantlar haqqında məlumatım ol-malıdır? Birinci dəfədir ki, görürəm. Kimdir 100000 manatı sizə verən?
Nəcibə qəhqəhə çəkərək dedi:
– Şəlalə, Dilbər sənə demədi ki, layihəyə nə qədər pul ayrılıb. Sən haradan bilirsən?
Şəlalə özünü itirib kəkələdi:
– Nə... necə yəni haradan? Bilirəm ki, layi-hələrə pul çox ayrılır.
Dilbər Şəlalənin layihə haqqında məlumatlı olmasını ciddi-cəhdlə gizlətməsini hiss edib dedi:
– Maraqlan, bəlkə diqqətini cəlb etdi. Bəlkə işlədik, nə bilirsən?
Şəlalə pörtmüş halda yan-yörəsinə baxaraq dedi:
– Yaxşı, layihə haqqında məlumatı Bayram müəllimə də çatdıraram. Görək onun fikri nədir?
Dilbər hamının susduğunu görüb ayağa durdu. Otaqdan çıxaraq dedi:
– Əgər Bayram müəllimi görməsəm, elan haqqında məlumatı ona bildirin, bəlkə bir qərara gəlir. Bir layihə yazaq verək. Mütləq qalib gələ-cəyimiz də müəmmalıdır. Bizdən yazıb vermək.
Şəlalə gözlərini süzdürərək dedi:
– Bayram müəllim bu gün olmayacaq.
Dilbər istehzayla Şəlaləyə baxıb soruşdu:
– Səndən icazə alıb? Nə vaxtdan müdirin gəlib-gəlməyəcəyi haqqında məlumatlısan?
Otaqdakıların sakit durduğunu, Şəlalənin isə ona qəzəblə baxdığını görüb kafedradan çıxıb universitetin elmi katibliyinə tərəf addımladı.
***
Şəlalə Dilbərin otaqdan çıxmasını görüb te-lefonunu qurub WhatsAppa daxil oldu. Whats-App vasitəsilə Bayram müəllimə mesaj yazmağa başladı:
– Hər vaxtınız xeyir Bayram müəllim. Ne-cəsiniz?
Beş dəqiqə keçməmiş Bayram müəllimdən Şəlalənin mesajına cavab gəldi:
– Sağ olun Şəlalə xanım, yaxşıyam. Təcili nə isə olub işdə?
Şəlalə kafedrada əyləşmiş işçilərə baxdı. Hamı öz işiylə məşğul idi. Şəlalə ona fikir verən olmadığını görüb inamla cavab yazmağa başla-dı:
– Bayram müəllim, bu gün Dilbər xanım biz hazırladığımız layihəni haradansa tapıb, onun haqqında olan elan və şərtləri də printer-dən çıxardıb kafedra əməkdaşlarına payladı.
Bayram müəllim Şəlalənin yazdığı mesaja cavab yazaraq soruşdu:
– Siz deməmisiniz Dilbər xanıma?
Şəlalə diksinərək cəld yazmağa başladı:
– Yox, yox... Siz nə danışırsınız Bayram müəllim. Dilbər xanımın özü əl-ayağa düşüb. Deyir ki, kafedra adından bir layihə hazırlayaq.
Bayram müəllim Şəlalənin mesajına cavab verdi:
– Şəlalə xanım, siz rahat olun. Hər şey qay-dasında olacaq. Siz sadəcə reaksiya verməyin, həm də bildiyinizi heç kimə deməyin.
Şəlalə Bayram müəllimin yazdıqlarını oxu-duqdan sonra dərindən nəfəs alaraq cavab yazdı:
– Oldu, Bayram müəllim.
***
Dilbər Elmi katibliyə çatıb qapını aramla döyüb cavab gözləmədən içəri keçdi. Elmi katib Pəri xanıma salam verib əyləşdi:
– Salam.
Pəri xanımın çay içdiyini görüb dedi:
– Nuş olsun... Sizə bir işlə bağlı müraciət edirəm. Elmin İnkişafı Fondu Azərbaycanda akademik qurum və ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların dəstəklənməsinə yönəlmiş birgə layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi üçün “Elm-Təhsil İnteqrasiyası” məqsədli müsabiqəsinin keçirilməsi haqqında saytlarında elan yerləşdiriblər. Layihə səkkiz nəfərdən ibarət olmalıdır. İstəyərdim ki, birlikdə bir layihə təqdim edək.
Pəri çiyinlərini çəkərək dedi:
– Eşitmişəm, layihəni. Maraqlı mövzu seç-sək qalib gəlmək olar. Amma mənim vaxt məh-dudiyyətim var.
Dilbər Şəlalənin qətiyyətlə layihə haqqında məlumatlı olmasını, Bayram müəllimin göstərişi ilə Əliabbasdan məlumat almasını təkidlə təkzib etməsini nəzərə alaraq Pəri xanıma müraciət edirdi. Pəri xanıma baxıb dedi:
– Pəri xanım, əsas işçi qrupunun yığılması-dır. Mövzu, plan prospekti özüm tərtib edərəm.
Pəri xanım çiyinlərini çəkərək dedi:
– Əgər elədirsə, mən narazı deyiləm. Möv-zunu seçin, plan prospekti hazırlayın.
Dilbər Pəri xanıma daxilində inam hissi ol-madığını hiss etsə də dedi:
– Mövzu fikirləşmişəm. Bədii ədəbiyyatda Azərbaycanın inkişafında rolu olmuş konkret ta-rixi şəxsiyyətlərin obrazlarını açıqlamaq kimi maraq kəsb edən mövzu işlənilə bilər. Həmin ta-rixi şəxsiyyətlərin obrazları bədii nəsrdə və ya poeziyada, həmçinin dram əsərlərində necə əks olunur. Çox maraqlı mövzudur. Ümid edirəm ədəbiyyat üçün çox gərəkli və lazımlı mövzudur.
Pəri xanım udqunub dedi:
– Mövzunun adını deməkdə ehtiyatlı olun. Qorxmursunuz, mövzunun adını oğurlayarlar?
Dilbər məsum-məsum çiyinlərini çəkərək qətiyyətlə dedi:
– Mövzu qıtlığıdı? Birinci dəfədir ki? Oğurlayarlar başqa mövzu fikirləşərəm.
Pəri xanım çiyinlərini çəkərək cavab verdi:
– Nə bilim?
Sonra sakitcə dedi:
– Onda layihənin maketini hazırlayın, mövzu bəlli oldu. Gələn həftə maketi gətirin, baxaq.
Dilbər başı ilə razı olduğunu bildirərək de-di:
– Oldu, amma Siz rəhbərliyə bildirin. Sonra deməsinlər ki, icazəsiz, başımızın üstündən iş görürlər. Əgər icazə verilsə, plan-prospekti işlə-yim.
Pəri xanım fikirləşib dedi:
– Bu gün danışaram.
Dilbər Pəri xanımla sağollaşıb kabinetdən çıxaraq, gəlişinin əbəs olduğunu düşündü.
***
Şəlalə kafedrada oturub Bayram müəllimin gəlməsini gözləyirdi. Layihə ilə bağlı məsləhət-lər almaq istəyirdi. Kafedra əməkdaşları gəlmə-miş kafedra müdirinin gəlməsini səbirsizliklə gözləyirdi ki, özünü maraqlandıran bəzi qaran-lıq məqamlara aydınlıq gətirsin. Yoxsa əməkdaşların yanında danışmaq mümkün olmayacaqdı. Kafedra əməkdaşları müdirdən əvvəl gəlsələr, onda müdir axşama qalsa, müdiri gözləməli olacaqdı. Bu gün də evə tez getməli idi. Evdə ağır xəstəsi var idi. Onu uzun müddətə tək qoya bilmirdi. Bayram müəllimin gəlmədiyini, kafedra əməkdaşlarının isə gəldiyini görüb Bayram müəllimə mesaj yazmaq məcburiyyətində qaldı:
– Salam Bayram müəllim, bu gün işdə ola-caqsınız?
Bayram müəllim cəld cavab yazdı:
– Salam Şəlalə xanım. İclas var?
Şəlalə udqunub yazmağa başladı:
– Yox.
Bayram müəllim cavab yazdı:
– Onda bu gün gəlməyəcəyəm. Əlimdə yazı var. Bir də sizə layihə demişdim. Bədii ədəbiyyatda tarixi şəxsiyyətlərin obrazı. O da realdır, həll olunub. Elmi katib təklif edib mövzunu. Siz indidən nəsrdə tarixi şəxsiyyətlərin obrazlarını axtarın. Nə tapsanız mənə də atın. Elektron variantı varsa onu. İşə gələndə bir daha danışarıq.
Şəlalə sevincdən barmaqlarını sıxaraq ca-vab yazmağa başladı:
– Oldu, materialları toplamağa çalışacam.

***
Dilbər bədii ədəbiyyatda tarixi şəxsiyyətlə-rin obrazlarının işlənməsi mövzusunda hazırla-dığı layihənin aqibətinə aydınlıq gətirmək üçün Pəri xanımın yanına getdi. Pəri xanımı dəhlizdə görüb yaxınlaşdı. Pəri xanım Dilbəri görən kimi dedi:
– Dilbər xanım, təəssüf ki, dediyiniz möv-zuda layihəni işləyə bilməyəcəyəm.
Dilbər diqqətlə Pəri xanıma baxaraq soruş-du:
– Niyə?
Pəri xanım əlindəki jurnalı bükərək aram səslə dedi:
– Ərimlə məsləhətləşdik, biz ikimiz başqa mövzu üzərində işləyəcəyik. Bir müəllifin də yalnız bir layihədə işləmək haqqı var.
Dilbər gülümsəyib dedi:
– Axı layihə iki nəfərlik deyil?
Pəri xanım:
– Bilirəm, ərimin iş yoldaşları qatılacaq. Çox təəssüf edirəm.
Dilbər Pəri xanımın mədəni surətdə onu başından etdiyini anlayırdı:
– Sizə uğurlar – deyərək Pəri xanımdan uzaqlaşdı.
***
Dilbər telefon zəngini eşidib cavab verdi:
– Bəli.
Zəng edən Əliabbas idi. O təlaşla soruşur-du:
– Dilbər, salam. Layihənin müddəti bitir. İnstitutunuz layihə göndərdi, kafedranızdan da Bayram Qədirli, Şəlalə xanım, bir də elmi katibi-niz Pəri xanım, başqaları da var, qoy siyahıya baxım... Axı səkkiz nəfər olmalıdırlar. Sən ayı yuxusuna getmisən?
Dilbər Əliabbasın narahatçılığını hiss edib günah iş görmüş adam kimi xəcalətlə dedi:
– Təşkil edə bilmədim. Alınmadı, Əliabbas. Gələn dəfəki layihədə inşallah.
Əliabbas çarəsiz adamlar kimi dilləndi:
– Nə deyim? Məsləhət sənindi... Yeni layihə olsa, bildirəcəm. Çalışacam fərdi layihə olsun.
Dilbər bayaq Bayram Qədirli və Şəlalənin adını eşitdiyi üçün soruşdu:
– Bizimkilər, hansı layihəylə müraciət ediblər? Mövzuları maraqlıdı? Adını deyərsən?
Əliabbas öskürərək dedi:
– Niyə demirəm? Dövlət sirri deyil ki, elə də gec-tez biləcəksən. Qoy baxım bir...
Dilbər maraqla Əliabbasın deyəcəyi möv-zunun adını gözləyirdi. Ona maraqlı idi ki, gizli işlənilməsi planlaşdırılan mövzu necə adlanır. Bu vaxt Əliabbasın gur səsi eşidildi:
– Dilbər, bacı, maraqlı mövzudur, “Bədii ədəbiyyatda tarixi şəxsiyyətlərin obrazları”. La-kin layihə kimi verilən ilkin sənədlər zəif işlən-mişdir. İmtina etmək istəyirdik. Heç bilirsən ne-çə adam xahiş etdi. Daha bezmişdik. O zəng edir, layihə mütləq keçməlidir, bu zəng edir ki, mütləq keçməlidir. Nə isə bir təhər keçirdik. Da-ha doğrusu yola verdik getdi...
Dilbər Əliabbasdan mövzunun adını eşi-dəndən sonra yerindən tərpənə bilmədi. Cavab verməyə belə taqəti yox idi. Danışmağa halı ol-madığını görüb udqundu:
– Əliabbas, Sonra zəng edərəm. Hər şey üçün sağ ol.
Dilbər sağollaşıb, əlindəki telefonu əl çantasına ataraq ətrafına baxdı. Həyəcanlı olmasını kimsənin görməsini istəmirdi. Atasının sözünü xatırlayıb özünə toxtaqlıq verdi: “Kim nə edir özünə edir”. Cəld addımlarla dayanacağa tərəf addımladı...



"SƏN ELƏ ŞEYLƏRİ ANLAMAZSAN..."

Səfurə Şəbnəmi dəhlizdə görcək qaça-qaça gəlib qoluna girdi. Şəbnəmin təəccüblə baxdığını görüb dedi:
– Qız bayaqdan səni axtarırdım, e... Göydə axtarırdım, yerdə əlimə keçdin. Nə şanslıyam.
Şəbnəm başını bulayaraq dedi:
– Sabahın xeyir Səfurə. Əvvəla bir salam ver, sonra sözünü de, elə mümkün deyil...
Səfurə Şəbnəmin qoluna girib ətrafı nəzər-dən keçirib pıçıltıyla dedi:
– Bacı, sənə işim düşüb e... Bilirsən ki, dok-torluq işimi bitirmişəm.
Şəbnəm gülümsəyib dedi:
– Təbriklər.... Canın qurtardı.
Səfurə narazı-narazı gözlərini süzdürərək Şəbnəmə baxaraq soruşdu:
– O yollardan keçməmisən? Bilmirsən ki, hələ təzə başlayıram? Bilirsən, istəyirəm ki, sən də dissertasiyama rəy yazasan.
Şəbnəmin susduğunu görüb soruşdu:
– Yazarsanmı?
Şəbnəm gülümsəyib dedi:
– Rəy? Niyə yazmayım ki? Elektron varian-tını göndər emailimə, dissertasiyanı oxuyub, bö-yük məmnuniyyətlə əla bir rəy yazaram.
Səfurə Şəbnəmin qolunu buraxıb təəccüblə soruşdu:
– Doğrudan? Onda axşam göndərərəm. Rə-yi bir az tez yaz ki, yubanmayım.
Şəbnəm Səfurənin üzünə baxıb gülümsədi:
– Böyük məmnuniyyətlə yazaram. Başqa qulluğun?
Səfurə qolundakı saata baxaraq:
– Qulluq sahibi olasan, Şəbnəm. Daha heç nə... Yaxşı, mən də səninlə kafedraya gəlim, mü-dirinizlə işim var. Gəlibmi?
Şəbnəm çiyinlərini çəkib:
– Bilmirəm. Xəbərim yoxdur...
Şəbnəm qapını açıb kafedraya girərək dedi:
– Görün sizlərə kimi qonaq gətirmişəm... Səfurə xanım kafedramıza təşrif buyurub...
Səfurə kafedradakıları süzərək dedi:
– Gəlmişdim ki, sizin müdiri görüm. Onu da işdə görən cənnətlikdir.
Leyla eynəyini qaldırıb dedi:
– Səfurə, bizim müdirlə işin olmasın ha...
Səfurə söhbətin heç də yaxşı istiqamət al-madığını duyub Şəbnəmə dedi:
– Şəbnəm, axşam dissertasiyanın elektron variantını göndərəcəyəm, baxarsan. Amma rəyi tez hazırla.
Şəbnəm başı ilə razı olduğunu bildirib de-di:
– Göndər, yazaram.
Səfurə kafedradakılara müraciət edərək de-di:
– Gələn ay elmi işimin müzakirəsi olacaq, hamınız dəvətlisiniz.
Özü də cavab gözləmədən kafedradan çı-xıb getdi. Qərənfil narazı-narazı başını bulaya-raq Səfurənin arxasınca deyinməyə başladı. Üzü-nü kafedranın ən yaşlı işçisinə tutaraq dedi:
– Gördün az... Lətifə səninlə deyiləm... Heç sağ ol da demədən çıxıb getdi bu xanım. Nə ya-man yuxarılardan gedir bu...

***

Şəbnəm Səfurənin dissertasiyasını oxuduqca yazılan fikirlərə məəttəl qalırdı. Anlamırdı ki, Səfurə bunları bilə-bilə, yoxsa bilməməzlikdən qələmə alıb. Necə rəy yazacağını belə qərarlaşdıra bilmirdi. Kompüter ekranında dissertasiyanı dönə-dönə oxuyurdu.
Şəbnəm Səfurənin “Müstəqillik dövrü ədəbiyyatı müasir cərəyanlarda” mövzusunda dis-sertasiyasına rəy yazmağın çətinliyini anlayırdı. Mövzuyla bağlı zəngin elmi materialların olma-sına baxmayaraq, Səfurə o materiallardan yan keçmiş, publisist üslubda qələmə almış olduğu məqalələrini bir yerə toplamışdır. Şəbnəm Səfu-rənin dissertasiyasının aktual mövzunu əhatə et-məsini anlayırdı. Azərbaycan ədəbiyyatının müasir cərəyanlar kontekstində tədqiq edilməsi təqdirəlayiq işdir. Amma Səfurənin işi bu cür tədqiqat obyektinə çevirməsi Şəbnəmi çaş-baş salmışdır. Həmkarları Hidayət müəllimin Azər-baycan ədəbiyyatının zəngin irsini tədqiq edən üç cildlik «XX əsr Azərbaycan ədəbiyyatı tarixi» adlı kitabında yeni Azərbaycan ədəbiyyatının Rus İmperiyası və İstiqlal dövrünü (XIX əsrin sonu XX əsrin əvvəlləri) və Sovet Azərbaycan, Mühacirət Azərbaycan və Cənubi Azərbaycan əbəbiyyatlarında özünü göstərmiş cərəyanlar müqayisəli təhlil obyektinə çevrilmişdir. Məhz Hidayət müəllimin bu kitabları XX əsrin 80-ci illərinə qədər işlənilərək sistemləşdirilib. Bu Səfurə üçün sanballı mənbə ola bilərdi. Şəbnəm Səfurənin Hidayət müəllimin kitablarından işinin davamı olaraq Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının, xüsusilə də müasir ədəbi təmayüllər kontekstində tədqiq ediləcəyini zənn edirdi. Belə ki, Hidayət müəllimin kitablarında, yəni «XX əsr Azərbaycan ədəbiyyatı tarixi»i kitabının I cildi 1890-1920-ci illər, II cildi isə 1920-1950-ci illəri əhatə edən ədəbiyyat tarixçiliyi ilə bağlı ziddiy-yətli və mürəkkəb dövrləri əks etdirmək istiqa-mətində əhəmiyyətli mənbə kimi əhəmiyyət kəsb edirdi. Kitabda realizm, tənqidi realizm və romantizm metodlarının ictimai fikrin inkişafı prosesində özlərini göstərməsi və dövrün ədəbi inkişaf istiqamətləri, ədəbi prosesin tendensiya və meylləri kimi aktual problemləri əksini tap-mışdır. XX əsrin əvvəllərində Azərbaycan ədə-biyyatında ədəbi cəmiyyətlər və təşkilatların üzvləri olan sosialist və «qərb» meylli yazarlar arasında qarşıdurma özünü göstərmişdir. Bu on-ların məfkurə maraqlarından irəli gəlirdi ki, ya-radıcılıqlarına da təsirsiz ötüşmürdü. Bu yazar-lar arasında fikir mübadiləsi və fikir ayrılığı əsa-sən, yeni dövrün ədəbiyyatının forma və məz-munca tərəqqisi problemlərini əhatə edirdi. Belə ki, Hidayət müəllimin müəllifi olduğu bu kitab-larda sosialist və «qərb» meylli yazarlar arasında qarşıdurmanın bütün nüansları işıqlandırılmışdır. Səfurənin bu kitablara müraciət etməməsini, bu şansı əldən niyə buraxmasını Şəbnəm anlaya bilmirdi. Şəbnəm üçün anlamaq çətin idi, niyə Səfurə Hidayət müəllimin kitabına müraciət etməmişdir. Etmiş olsaydı, buraxdığı qüsurlar da meydana çıxmazdı. İndi də gec deyil, hələ kafedrada müzakirəsi keçiriləcək, müzakirəyə qədər çatdırmasa müzakirədən sonra, müdafiəyə qə-dər rahatlıqla düzəldə bilər. Ona görə də Şəb-nəm kömək məqsədilə dissertasiyadakı qüsurla-rı ayrı vərəqdə qeyd etməyə başladı.
***
Şəbnəm əlində hazırladığı rəyi, həmçinin qeydlər apardığı ayrıca vərəqi Səfurəyə verərək dedi:
– Səfurə, rəyi də hazırlamışam, ondan baş-qa bu vərəqdə qüsurları göstərmişəm. Həvəsin olsa müzakirəyə qədər, ya da müdafiəyə qədər düzəldə bilərsən.
Səfurə narazı-narazı Şəbnəmi süzərək dedi:
– Baxaram. Ağlabatan bir şey olsa niyə dü-zəltməyim ki?
Şəbnəm Səfurənin narazı qaldığını hiss edib tərəddüdlə dedi:
– Səfurə, səndən bir şey soruşacam.
Səfurə əlindəki rəy və vərəqə baxaraq eti-nasızcasına dedi:
– Soruş. Nə soruşacaqsan ki?
Şəbnəm sözünü necə deyəcəyini, haradan başlayacağını çətin olduğunu görüb udqundu. Bilirdi ki, sözünü necə deməsindən asılı olmayaraq, Səfurə artıq ondan inciyib. Səfurənin qəlbinə dəymək heç ağlından belə keçmirdi. Sadəcə kömək məqsədilə, yəni olan qüsurları müdafiəyə qədər düzəltməsini istədiyi üçün ona məsləhət vermək istəyirdi. Şəbnəm Səfurənin onun xoşniyyətlə etmək istədiyi niyyətini anlamağa qadir olmadığını görüb fikrindən daşınmaq istədi. Amma Şəbnəm Səfurənin ona diqqətlə baxdığını görüb dilləndi:
– Səfurə, sən bəyəm Hidayət müəllimin ki-tablarını oxumamısan?
Səfurə üzündə istehza ilə suala sualla ca-vab verdi:
– Onu oxumaq mütləq idi?
Şəbnəm halını pozmadan gülümsəyərək dedi:
– Əlbəttə... Mütləq olmasa idi deməzdim... Nə isə, sözün qısası o kitabın sırf sənin işinlə birbaşa əlaqəsi var. Düzünü desəm, sənin dissertasiya işini oxuyanda düşünürdüm ki, işin həmin işin davamı olacaq. Daha doğrusu Müstəqillik ədəbiyyatının müasir ədəbi cərəyanlar kontekstində tədqiq ediləcəyini zənn edirdim. Belə ki, Hidayət müəllimin kitabı məhz 1890-1920-ci illər, 1920-1950-ci illəri əhatə edən ədəbiyyat tarixçiliyi ilə bağlı ziddiyyətli və mürəkkəb dövrləri əks etdirmək istiqamətində əhəmiyyətli mənbələrdən biridir. Hidayət müəllim realizm, tənqidi realizm və romantizm metodlarının ictimai fikrin inkişafı prosesində özlərini göstərməsini, dövrün ədəbi inkişaf istiqamətlərini, ədəbi prosesin tendensiya və meylləri kimi aktual problemlərini də tədqiq etmişdir.
Səfurə əlindəki kağızları buraraq əsəbi hal-da soruşdu:
– Bəyənmədin işimi?
Şəbnəm başını bulayaraq dedi:
– Məsələ mənim bəyənib bəyənmədiyimdə deyil. İşində irəli sürdüyün bir sıra tezislər ma-raq kəsb etsə belə, mübahisə doğurur.
Səfurə narazı halda, kobud şəkildə dilləndi:
– Yəqin qüsurları göstərmisən, oxuyaram.
Şəbnəm Səfurənin onu dinləmək istəmədi-yini anladı. Səfurənin irəli sürdüyü ziddiyyətli tezislərə aydınlıq gətirmək üçün dedi:
– Səfurə, sən bir səhv buraxmısan. Yadında saxla ki, XIX və XX əsr Azərbaycan ədəbiyyatı-nın renesans dövrüdür, dirçəliş dövrüdür. Deka-densi XX əsrin əvvəllərinə aid etmək və “deka-tentizm” anlayışını XX əsrin əvvəllərindəki ədə-biyyatda təzahür formaları kimi tədqiq etmən el-mi işinə bir qüsur kimi kölgə salır. Bu sənin elmi işində ən qabarıq, bağışlanmaz qüsurdur. Sən dekatentizmi modernizmlə eyniləşdirirsən. Amma...
Səfurə istehzayla Şəbnəmin sözünü yarım-çıq qoyaraq sual verdi:
– Şəbnəm, dekatentizmlə modernizm eyni deyil bəyəm?
Şəbnəm başını bulayaraq dedi:
– Eyni olsa, sənə niyə irad tuturdum? Dekatentizm modernizmlə eyni deyildir, elə modernizmin tərkib hissəsidir. Dekatentizm modernizmin bir cərəyanıdır, anladınmı... Yadında saxla ki, modernizmdən ayrı olaraq dekatentizmin mahiyyətini açıqlamaq ziddiyyət yaradır.
Səfurə başını narazı-narazı yelləyərək ko-bud şəkildə dedi:
– Nə deyirsən e... Bircə ağıllı sənsən? Bilmirəm ki, nə yazıram? Dekadens belə getdi, modernizm belə gəldi... Nə bilim, Hidayət müəllimin kitabını niyə oxumamısan, nə bilim kitabdan niyə istifadə etməmisən...
Şəbnəm Səfurənin hirsləndiyini görüb de-di:
– Niyə əsəbləşirsən? Sənə olanı deyirəm.
Səfurə gözlərini süzüb istehza və xüsusi bir ədayla Şəbnəmin sözünü yarıda kəsərək dedi:
– Başqalarının uğurlarını qəbul etmək la-zımdır. Sevinmək lazımdır. Bunları bacarmaq la-zımdır. Bu da ki, hamının işi ola bilməz...
Şəbnəm udqunub Səfurəyə baxdı, başını bulayaraq dedi:
– Biz sənin uğurlarından yox, elmi işindən danışırıq. Ümumiyyətlə, sən anlayırsan ki, nə yazmısan? Sən bilmirsən ki, dekadens ədəbiyya-tın tənəzzülünü nəzərdə tutur. Sənin nəzər saldı-ğın dövr isə Azərbaycan ədəbiyyatının təşəkkül dövrüdür, yəni ədəbiyyatımızın zənginləşməsi dövrüdür. Əla bilirsən ki, Cümhuriyyət dövrün-də Azərbaycan ədəbiyyatının ictimai mühitin tə-siri altında formalaşmış İstiqlalçı ədəbiyyat nü-mayəndələri romantizmə daha çox üstünlük ve-rirdilər. Məhz sənin tədqiq etdiyin dövrdə ro-mantizmin Məhəmməd Hadi, Abdulla Şaiq, Hü-seyn Cavid kimi görkəmli nümayəndələri forma baxımından mətbuatda, poeziyada mənəvi azadlıqdan doğan təəssüratlarının, «milli azadlıq duyğuları» ilə bərabər türkçülük, mübarizlik, milli ruh və turançılıq ideyalarının daha çox ədəbiyyatda ifadəsini tapmasına fikir verirdilər. İstiqlal ədəbiyyatında isə realizmin romantizmlə inkişaf etməsi özünü göstərmişdir. Realizm isə özünü daha çox Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Cəfər Cabbarlı və daha adlarını çəkə bilmədiyim dahilərin yaradıcılığında göstərdi. Səfurə, bu baxımdan, dekadensdən danışmağa ehtiyac yoxdur.
Səfurə əsəbi halda, pörtmüş şəkildə dedi:
– Sən onları haradan biləcəksən? O dövrü mən tədqiq edirəmsə, deməli elədir. Mənim işi-mə elə adamlar baxıb ki, sən onların yanından yel olub keçə bilməzsən. Onlar mənə hər şeyi başa salıblar, yazdıqlarımla da razılaşıblar. Özü də ki, özünü niyə yorursan? Elə də müdafiə edib, o dərəcəni alacam. Sən narahat olma, mən...
Şəbnəm Səfurənin sözünü yarımçıq kəsərək dedi:
– Təbii ki, müdafiə edəcəksən. Sənin dekatentizmi bu cür ədəbiyyatda təqdim etmən, əldə etdiyimiz nailiyyətlərin üzərindən xətt çəkmək deməkdi. Anladınmı?
Səfurə əlini havada yelləyərək əsəbi halda qışqırdı:
– Vasif müəllimdən çox bilirsən? O, mənə xeyir-duasını verib. Sənin də məsləhətlərinə ehtiyacım yoxdur. Mən həmin tədqiqatı o cür müdafiə edim, sən də bax. Rəy üçün də sağ ol. Özü də başa düşmədim, nə tutmusan bu dekatentizmdən? Kor qız tutduğunu buraxmayan kimi sən də bu dekatentizmi buraxmırsan ki, buraxmırsan. Sən elə şeyləri anlamazsan....
Səfurə cavab gözləməyib cəld addımlarla Şəbnəmdən uzaqlaşdı. Şəbnəm fikirli-fikirli, Səfurənin arxasınca baxıb fikirləşirdi:
– Nə isə, Səfurə... Görəsən şura üzvləri sənin işinə səs verəndə Azərbaycan ədəbiyyatının ən məhsuldar dövrünün inkar edilməsinə səs verdiklərini anlayacaqlarmı?

ZiM.AZ


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "DİONİSİN QƏLƏBƏSİ" və "MƏTN CIZMAÇISI"

Nəsr
Mikayıl Müşfiq Dilbər Axundzadənin Dili ilə

Mikayıl Müşfiq Dilbər Axundzadənin Dili ilə

Köşə yazılar
Salidə Şəmmədqızı (Şərifova):

Salidə Şəmmədqızı (Şərifova): "Konfrans sevdası"

Nəsr, Müsabiqə
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU
Esmira Şükürova:

Esmira Şükürova: "Bir stəkan qatıq"

Nəsr
Elida MUXAYEVA: Nuş olsun, müdirə!..

Elida MUXAYEVA: Nuş olsun, müdirə!..

Köşə yazılar
Şairə Dilbər Sultan dünya sənətçiləri ilə bir arada

Şairə Dilbər Sultan dünya sənətçiləri ilə bir arada

"Şərqin səsi"
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "LƏZZƏTİ – SÖHBƏTİ" (II Hissə)

Nəsr
Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Qarabağ, Müsabiqə, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Ondan öyrənir və ona bənzəməyə çalışıram

Ondan öyrənir və ona bənzəməyə çalışıram

"Elm və Təhsil", Başkeçid
“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…”

“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…”

Qaraçöp, Köşə yazılar
Salidə Şəmmədqızı (Şərifova):

Salidə Şəmmədqızı (Şərifova): "Bu da yaşanılıb..."

Nəsr, Müsabiqə
Beriya öz kabinetində erməni rəhbəri niyə güllələdi? – STALİNİN GİZLƏTDİYİ  ...

Beriya öz kabinetində erməni rəhbəri niyə güllələdi? – STALİNİN GİZLƏTDİYİ ...

Tarix
Pərvanə ZALAMLI:

Pərvanə ZALAMLI: "Torpaq uğrunda ölən varsa, vətəndir!.."

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
Zəng eyləmə...  (Mənsur şeir)

Zəng eyləmə... (Mənsur şeir)

Regionlar
Gənc istedad: Aysu Arpaçaylı

Gənc istedad: Aysu Arpaçaylı

Nəsr
Ruhun Şad olsun, Əli Bayram oğlu Əliyev!..

Ruhun Şad olsun, Əli Bayram oğlu Əliyev!..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Elçin Hüseynbəyli:

Elçin Hüseynbəyli: "Kür qırağının əcəb seyrəngahı var, yaxud Vaqif Səmədoğ ...

Ədəbi tənqid, UNUTSAQ, UNUDULARIQ!....
QHT

QHT "İkinci nəfəs" layihəsini icra edir

QHT
Rəy yazın: