Salidə ŞƏRİFOVA: "DİONİSİN QƏLƏBƏSİ" və "MƏTN CIZMAÇISI"

Salidə ŞƏRİFOVA: "DİONİSİN QƏLƏBƏSİ" və "MƏTN CIZMAÇISI"
(2 HEKAYƏ)

"DİONİSİN QƏLƏBƏSİ"


Dionis əlində şərab dolu piyaləylə Mövsüm Xəlillinin yanında oturub təəccüblə ona baxan münsiflər heyətinin üzvlərinə gülümsədi. Kərim Yədullaoğlu da qaş-gözü ilə Dionisi Mövsüm Xəlilliyə göstərib kəkələyə-kəkələyə soruşdu:
– Buu o Dioo-niis-dir?
Mövsüm Xəlilli çiyinlərini çəkdi. Eldar Fəxri Mövsüm Xəlillinin cavab vermədiyini görüb dilləndi:
– Hə, Kərim... bu həmin Dionisdir. Olimp-lərin ən kiçiyi, şərab və bərəkət, teatr tanrısı...
Ayaz Müslim onlara tərəf gülümsəyən Di-onisə baxıb Eldardan soruşdu:
– Eldar yuxu görürük? Yoxsa bunun bura-da nə işi var?
Eldar Ayazın üzünə bozararaq:
– Mən haradan bilim axı?
Kərim Ayazı narazı-narazı süzüb dedi:
– Ayaz, imkan ver, Eldar sözünü bitirsin.
Sonra üzünü Eldara tutaraq:
– Hə, Eldar... Sonra? – soruşdu.

Eldar udqunub ətrafdakılara baxdı. Sonra Dionis haqqında az-çox bildiklərini danışmağa başladı:
– Dionisin ikinci adı da var. Bakxus, yəni yunan dilində «iki dəfə ya ikinci dəfə doğulan» mənasındadır. Səhv etmirəmsə, yunan mifologi-yasında Zevsin oğlu, Priapın atasıdır. Dionisə xas olan rəmzlər də, bildiyimiz kimi üzüm tənə-yi, sarmaşıq, əsa və bolluq buynuzudur.
Kərim bir də Dionisə baxıb Eldara dedi:
– Elə bu? Bəs niyə «iki dəfə ya ikinci dəfə doğulan»?
Eldar Kərimin “elə bu?” sualına pərt oldu, ona görə də hirslə dedi:
– Elə bu deyil...
Başını narazı-narazı bulayıb davam etdi:
– Dionisin atası Zevs Fivan çarı Kadmanın qızı Smelaya aşıq olur. Hera Zevsin bu sevdasından xəbər tutur, Hera qisas almaq qərarına gəlir. Hera Smelanı dilə tutur ki, Zevsdən toyunu onun Hera ilə olan toyu kimi keçməsini xahiş etsin. Zevs onun xahişini yerinə yetirərək toya ildırım çaxdıraraq gəlir. İldırım nəticəsində Kadmanın sarayı yanır, bətnində altı aylıq uşaq, yəni Dionis olan Smela ölümcül yaralanır. Smelanın bətnindəki altı aylıq uşağı xilas etmək üçün Zevs öz budunu yararaq Dionisi budun içinə yerləşdirir və tikir. Vaxtı çatanda isə tikişi sökərək onu ikinci dəfə dünyaya gətirmiş olur. Buna görə də ona Dionis, «iki dəfə ya ikinci dəfə doğulan» adını verirlər. Yaddaşım məni aldatmırsa, Dionisin digər bir ləqəbi də «mirorafisdir», yəni «buda tikilmiş» deməkdir. Digər bir ləqəbi isə «Pirigen», o da «oddan doğulmuş» mənasını verir...
Camal Gül Eldarın sözünü yarıda kəsib so-ruşdu:
– Heç nə anlamadım... Bəs bunun bizim müsabiqədə nə işi? Doğrudan mövcuddur? Biz doğrudan da onu görürük?
Mövsüm Xəlilli həmkarına tərs-tərs baxıb dedi:
– Boş-boş danışırsan e yenə...
Sonra isə başı ilə Kamili göstərib dedi:
– Kamil deyəsən Dionisi görmür?
Dionis əlindəki şərab dolu piyaləni yuxarı qaldırıb qımışaraq dedi:
– Haqlısınız, o, məni görmür. O öz İlham pərisi ilə dərdləşir.
Hamının təəccüblə Kamilə baxdıqlarını gö-rən Dionis dedi:
– O məni görmədiyi kimi, sizlər də onun İl-ham pərisini görmürsünüz.
Əlindəki piyalədən bir qurtum içib sözünə davam etdi:
– Sizlər çoxsunuz... O, isə... Təkdir. Onun sədr olması demək olar ki, heç nəyi dəyişmir... Yadda saxlayın, hər şey qabaqcadan həll olun-malıdır. Böyük Dionis bayramı mart ayının sonu – aprel ayının əvvəllərində keçirilir. Deməli, ap-relin birində keçiriləcək bayram bizim bayramı-mız olacaq. Niyə Kamildən ötəri neçə illik dost-tanışlarınızla pis olursunuz?
Mövsüm Xəlilli qəzəblə Dionisdən soruş-du:
– Nə demək istəyirsən?
Dionis Mövsüm Xəlilliyə piyaləsini uzada-raq dedi:
– Mövsüm, nə olub sənə? Bir-iki cızma-qara eləmisən deyə, düşünürsən ki, səndən yoxdur? Özünü ələ al.
– Mən ömrü boyu xalqım üçün yazmışam.
Dionis Mövsümü istehzayla süzərək:
– Hə... Xalqın sənin yazdığın cızma-qarala-ra qəti dəxli yoxdur. Bax desəydin ki, özüm üçün yazıram, onda bu daha inandırıcı olardı. Elə ədəbiyyatın ən böyük dərdi də budur. Özün üçün yazmaq... Yazdığın cızma-qaraları özün-dən başqa heç kimin oxumaması...
Dionis qəhqəhə çəkib gülməyə başladı... Mövsüm udqunub Dionisə cavab vermək istə-yirdi ki, Rahib Elşən dilləndi:
– Bizə nə qulluğunuz?
Dionis münsiflər heyətinin üzvlərini bir-bir süzüb dedi:
– Başa düşmürəm, sizin heç öz fikriniz, se-çiminiz yoxdur? Dost-tanışlarınızın sözlərini ni-yə yerə salırsınız?
Camal Gül xəcalətlə Kamilə baxaraq, Dio-nisdən soruşdu:
– Axı biz neyləmişik?
Dionis əlindəki piyalədən yenə bir qurtum içib dedi:
– Neyləmisiniz? Daha neyləməlisiniz? Bir-bir sayım? Hələ bir siz öz sədrinizə diqqət yeti-rin... Kamil öz İlham pərisi ilə mübahisə edir, sizlərin isə bundan xəbəriniz yoxdur. Sizlər neçə illik dost-tanışlarınızın xahişlərini yerə salırsınız. Ay nə bilim layiqli əsər belə gəldi, dəyərli əsər belə getdi. Axı kimə lazımdır onlar?
Camal Gül Dionisə baxıb dedi:
– Amma mən sizinlə razı deyiləm, Kamil haqlıdır. Dəyəri olmayan əsərlərini müsabiqəyə təqdim ediblər. Özlərinin də zəng etdirmədikləri adam qalmayıb. Bezmişik artıq. Layiqli əsərlər qalıb kənarda... İndi dost-tanışların xətrinə layiqli əsərlərin üstündən xətt çəkək? Dəyəri olmayan əsərlərə mükafat verək deyirsiz? Sizcə bu...
Dionisin çəkdiyi qəhqəhə Camal Gülün sö-zünü yarıda qoydu. Dionis qəhqəhəsini bitirib Camal Gülə dedi:
– Sən doğrudan da axmaq adam imişsən. Dəyəri olmayan əsərlərə səs verməyəcəksiniz? Özünüz də çox yaxşı bilirsiniz ki, qalib onsuzda onlar olacaq. Daha özünüzə niyə əziyyət verirsi-niz? Tanımadığınız insana görə dost-tanış xətri-nə dəyməyin nə mənası?
Üzünü ona qulaq asanlara tutaraq soruşdu:
– Belə insana nə ad vermək olar?
Cavab eşitməyib verdiyi sualı özü cavab-landırdı:
– Yalnız axmaq... Ay layiqli əsər belə gəldi, dəyərli əsər belə getdi... Cəmiyyətimizə çox la-zımdır onlar? Onlarla qarın doyur? Bəlkə layiqli əsərlər sizə pul verir? Ağlınızı başınıza yığın... Dostlarınızın, vəzifəli şəxslərin, imkanlı adamla-rın sözlərini yerə salmağın nə mənası? Gedin ye-yin, için. Təmiz zoğal arağından vurub kef eylə-yin. Həyatın dadını çıxardın. Yadda saxlayın ki, qarın qardaşdan da irəlidir.
Asif Qasımoğlu Dionisə gülümsəyib dedi:
– Tamamilə haqlısınız.
Sonra əli ilə münsiflər heyətinin üzvlərini göstərib davam etdi:
– Bunları başa salmaq olmur... Anlamaq is-təmirlər ki, dost-tanışın sözünü tanımadığın kimsədən ötrü yerə salmaq olmaz. Bu cür həyat tərzi ilə irəli getmək mümkün deyil. Belə insan-lar həyatda yerini tapa bilməz, mövqe qazana bilməz...
Dionis qəhqəhə çəkərək dedi:
– Axır ki... Əsil mənim adamımsınız. Hər şey mükəmməl olacaq. Qələbə bizim tərəfimiz-dədir. Kamil tək başına bizə heç nə edə bilməz. Qoy hələ İlham pərisi ilə dərdləşsin...
***
Kamil pərişan halda pəncərənin qarşısına qonmuş ağ göyərçinə baxaraq, İlham pərisindən soruşdu:
– Bəlkə sən biləsən və deyəsən, niyə bura-dayam? Münsiflər heyətinin üzvlərini kimlər se-çib? Onlar heç müsabiqəyə təqdim edilmiş əsər-ləri vərəqləyiblər?
İlham pərisi istehzayla otaqda əyləşmiş münsiflər heyətinin üzvlərinə baxıb Kamilə de-di:
– Kamil, bu yaşınızda artıq belə işlərə baş qoşmağınızın vaxtı deyil...
Kamil narazı-narazı İlham pərisinə baxıb soruşdu:
– Yaşıma nə olub? Qocalmışam bəyəm?
İlham pərisi başını bulayaraq dedi:
– Kamil, dostunuzun qızı yaşdakı gözəlcə-sinə səs verəcəksiniz? Siz ki, hər şeyi yaxşı bilir-siniz. Bəlkə səhv edirəm, bilmirsiniz? Sonra o bi-ri xanım iştirakçı... Hamıya məlumdur ki, həmin xanımın təqdim etdiyi o işi özü yazmayıb. Hətta kimin yazdığı da məlumdur. Orta əsrlərdən ya-zan xanım, nə ərəb dilini, nə də fars dilini, nə də ki, əski əlifbanı bilir. Bütün bunlara göz yumub, səs verəcəksiniz?
Kamil yenə narazı-narazı İlham pərisini süzdü:
– Dedi-qodu ilə məşğul olmuram! Olmaq fikrim de yoxdur. Elə şeylərə baş qoşmağa nə vaxtım, nə də ki, həvəsim var.
İlham pərisi hirslə yerindən durub Kamilin qarşısında, Camal Gülün yanında əyləşdi. Kamil narahatçılıqla münsiflər heyətinin üzvlərinə bax-dı. Kamilin narahat olduğunu görən İlham pərisi dedi:
– Narahat olmayın. Onsuzda məni görmür-lər.
Sonra başı ilə onlara işarə edərək sözünə davam etdi:
– Bunlara ədəbiyyatdakı «boşluqlar» deyi-lir. Özlərindən o qədər razıdırlar ki, heç kimin kitabını belə oxumurlar. Hələ müsabiqəyə təq-dim edilmiş əsərlər... Siz isə bunlardan haqq, ədalət gözləyirsiniz. Onda çox gözləməli olacaq-sınız, çox... lap çox...
Kamil İlham pərisinin gözlərinin içinə ba-xıb başını aşağı saldı. Sonra qətiyyətlə dedi:
– Yox, bu belə ola bilməz. Bir çarə tapmaq lazımdır. «Aza qane olmaq» qarşıya qoyulan məqsədə can atmamaqdır, həqiqətdən qaçmaq-dır...
İlham pərisi başı ilə Kamillə razı olduğunu bildirib əlavə etdi:
– Həm də özündən qaçmaq deməkdir. Özünü inkar etməkdir. Mənəvi baryeri dəf et-mək isə sizin əlinizdədir.
Kamil mübahisə edən münsiflər heyətinin üzvlərini nəzərdən keçirərək dedi:
– Dost-tanış... Nədən cəmiyyətimizdə hər zaman «dosta borc» duyğusu zəifdir. Bunlar doğrudanmı dost-tanışa belə sədaqətlidirlər?
İlham pərisi ürəkdən güləndə Kamil diq-qətlə münsiflər heyətinin üzvlərinə baxmağa başladı. Üzvlərin onun İlham pərisi ilə söhbətlə-rini eşitmədiklərinə əmin olduqdan sonra dərin-dən nəfəs alıb soruşdu:
– Gülməli bir şey dedim?
– Yox, yox, qətiyyən yox... Sadəcə son dərə-cədə vacib məsələyə toxundunuz. «Bunlar doğ-rudanmı, dost-tanışa belə sədaqətlidirlər?» Siz-cə? Ancaq qətiyyətlə deyə bilərəm ki, bunlar ba-də dostlarına, yəni badələrinə sadiqdirlər, Ka-mil! Badələrinə!
Kamil fikirli-fikirli mübahisə edən münsif-lər heyətinin üzvlərinə baxıb köks ötürüb dedi:
– Bəs nədən bunlarda günah hissi yoxdur? Bunlar niyə ədəbiyyata gəlişlərini unudurlar? Məgər yadlarından çıxıb kabinetlər qarşısında günlərlə qəbul gözləməkləri... Tanıdıqları, tanı-madıqları insanları mədh etmələri... Sən haqlı-san, əslində, çox şey çatışmır, çox...
Başı ilə İlham pərisinə münsiflər heyətinin üzvlərini göstərərək sözünə davam etdi:
– Bunlar günah etməkdən çəkinmirlər, qorxmurlar. Mən həqiqəti, ədaləti insanlarda, xüsusilə də incəsənət adamlarında, ədəbiyyatla məşğul olanlarda axtarmışam. Görünür yanılmı-şam, əbəs yerə, boş yerə axtarmışam.
İlham pərisi gülümsəyib soruşdu:
– Bəs niyə əbəs yerə axtarmısınız?
Kamil dərindən nəfəs aldı:
– Ona görə ki, ömrü boyu tapa bilməmi-şəm. Borxes deyirdi ki, «ədəbiyyat idarə edilən yuxudur». Bizim münsiflər heyətinin üzvləri də «qəflət yuxusu»ndadılar. Bu varlıqları yuxudan «oyatmaq», «ayıltmaq» artıq müşkül məsələyə çevrilib. Çətin məsələdir...
İlham pərisi mübahisə edənləri bir də diq-qətlə nəzərdən keçirib Kamilə baxdı. Sonra gü-lümsəyərək:
– Qəflət yuxusunda olanın heç yuxudan oyandığını görmüsünüz? Bir sözlə, bunlar necə avam gəliblərsə, eləcə də bu dünyadan avam ge-dəcəklər. Heç bilirlər ki, sənət nədir? Nə üçün yazırlar? Sual versəniz ki, nə üçün yazırsan, inandırım sizi, verdiyiniz sualın cavabını da ala bilməyəcəksiniz.
Kamil etiraz edib dedi:
– Yox, yox... Bəzən nə üçün yazdığını bil-məyəndə də yazırsan. Bu vaxt nə isə sənət nü-munəsi yaranır. Əsl qələm sahibi demək istədik-lərini əsərdə vermək iqtidarında olur, bundan mənəvi zövq alır. Mənəvi zövq yaradıcı insan üçün mükafatdır.
Kamil otaqdakıları diqqətlə süzməyə başladı. Doğrudanmı bu insanlar nəyin yaxşı, nəyin pis olduğunu anlamırlar. Kamilin susduğunu görən İlham pərisi əli ilə oturanları göstərib dedi:
– Göründüyü kimi «dost-tanış»a sədaqətli adamlardılar. Siz Aqşin Şamonun Almaniyada mükafatla təltif edilmiş dəyərli əsərini münsiflər heyətinin üzvlərinə anlada biləcəyinizə ümidim yoxdur. Nahaq yerə özünüzü yormayın...
Kamil İlham pərisinin üzünə baxıb başını buladı:
– Deyəsən məni yaxşı tanımamısan. Bilmir-sən ki, sözüm keçməyən yerdə sözümü yox, ye-rimi dəyişirəm.
Sonra bir-birləri ilə qızğın mübahisə edən münsiflər heyətinin üzvlərinə dedi:
– Demək istəyirəm ki, mədəniyyətimizin inkişafı üçün çox vacib olan bir layihə həyata ke-çirilməkdədir. Birlikdə beş nominasiya üzrə ədəbi mükafatların verilməsi üçün müsabiqənin münsiflər heyəti yaradılıb. Münsiflər heyətinin üzvləri dəyərli yazarlardan, şairlərdən, tənqidçi-lərdən ibarətdir. Münsiflər heyətini üzvləri artıq fəaliyyət göstərir və müsabiqəyə təqdim edilmiş əsərlərlə onlar artıq tanışdılar. Münsiflər heyəti-nin sədri mən idim. İşimin çoxluğunu nəzərə alaraq münsiflər heyətinin sədrliyindən, həmçi-nin üzvlüyündən də çıxmağım barədə məlumatı bəyan edir, münsiflər heyətinin üzvlərinin işinə uğurlar diləyirəm.
Münsiflər heyətinin üzvləri Kamilin bu qə-rarını gözləmədikləri üçün təəccüb içində bir-birlərinə baxırdılar...
***
Dionis Mövsüm Xəlilliyə və münsiflər he-yətinin üzvlərinə müraciət etdi:
– Kamilin sizləri tərk etməsi bizim məğlu-biyyətimiz deyil, qələbəmizdir. Meydan artıq bi-zimdir. İstədiyimiz adama mükafatı təqdim et-mək ixtiyarındayıq.
Dionis Mövsüm Xəlilliyə baxıb gülümsədi:
– Təzə yerin necədir?
Cavab gözləməyib münsiflər heyətinin üzvlərini süzərək sözünə davam etdi:
– Bu meydan, bu şeytan... İşimizə başlayaq. Mövsüm buyursun.
Mövsüm özündən razı şəkildə oturanlara müraciət etdi:
– Bizə təqdim olunan əsərlər arasında ələ-mə apardıq. Bir müddətdən sonra bu ələnmişlər arasında da ələmə prosesi davam edəcək. Otuz beş əsər arasından ələmə aparılıb, müəyyən qis-mini final üçün seçəcəyik.
Eldar Fəxri Mövsüm Xəlilliyə baxıb narazı-çılığını bildirdi:
– Amma müsabiqənin finalına keçən əsərlərin səviyyəsi məni heç qane etmir.
Ayaz Müslim Eldar Fəxriyə baxıb isteh-zayla dedi:
– Niyə ki? Əsərlər öz rəngarəngliliyi ilə se-çilirlər. Təbii ki, aralarında zəifi də olacaq, güclüsü də. Barmaqların hamısı bir boydadır?
Mövsüm Xəlilli dərindən ah çəkib dedi:
– İkiniz də haqlısınız. Hamımız hər şeyi bi-lirik. Amma nə edə bilərik? Biz də Kamil kimi istefa verək? Təbii ki, verə bilmərik. Biz onu kimi ötkəm ola bilmərik. Kamil kimi addım atsaq, gərək hər şeydən əlimizi üzək. Ona görə də mübahisələrə son qoymalıyıq. Bizə deyirlər ki, müsabiqənin qaliblərinin seçilməsini bizim vicdanımıza buraxıblar. Kim layiqdirsə, mükafatı da ona verək. Amma imkan verirlər ki, vicdanımızla hərəkət edək? Biz gərək «palaza bürün, elnən sürün» prinsipini əsas tutaq. Bu prinsiplə də hərəkət edək. Kimi qalib görmək istəyirlərsə, onu da qalib seçək. Dost-tanışların xahişlərini yerinə yetirək, məgər dünyanın sonudur?
Mövsüm Xəlilli bir az susduqdan sonra sö-zünə davam etdi:
– Müsabiqənin mərhələlərindən keçməyən-lər də, mənimlə elə danışırlar, elə bil dədə-baba-larına borcum var.
Mövsüm Xəlilli udqunub susdu. Mövsü-mün susduğunu görən Fərman Həsən dilləndi:
– Mövsüm, bu barədə tamamilə haqlısınız. O günü Fariz Musaya rast gəlmişdim. Dişinin dibindən çıxanı mənə dedi. Demədiyi söz qalmadı ki...
Rahib Elşəni Fərman Həsənin dedikləri maraqlandırdığı üçün tez soruşdu:
– Fərman, sən mənim canım, Fariz Musa nə deyirdi?
Fərman Həsən Mövsüm Xəlilliyə baxdı. Onun susduğunu görüb dedi:
– Qarşımı kəsib deyir ki, dünyanın bütün ölkələrində müxtəlif müsabiqələr keçirilir. Bu müsabiqələr istedadlı adamları və layiqli əsərləri cəmiyyətə, insanlara tanıtmaq istəyir. Bu yaşa çatmışam, amma belə müsabiqəyə rast gəlməmişəm. Qaliblər əvvəlcədən məlumdur. Müsabiqənizin də novatorluğu budu... Təşkil etdiyiniz müsabiqə bir şoudur. Mövsüm Xəlilli kimi sözünü demiş qələm ustası utanmadı, o müsabiqənin sədri oldu. Özü də Kamil kimi insandan sonra. Kamil imtina etdi. Mərd adamdı... Amma sizlər nə etdiniz? İki əlli yapışdınız müsabiqədən. Xeyriniz nə olacaqdı? Bilirəm nə olacaq... Yığışıb bir kafedə araqla qalibin mükafatını yuyacaqsınız. Bir stəkan arağa dəyər etdikləriniz? Sonra mənə deyir ki, heç olmasa müsabiqəyə təqdim olunmuş əsərləri aranızda bölüb oxuyardınız. Mükafat alacaq əsərlər «ağzı açılmamış» qalıb. Kimdir o kitabları oxuyan? Sən? Yoxsa Mövsüm Xəlilli? Nə isə...
Eldar Fəxri Fərman Həsəni narazı-narazı süzüb dedi:
– O günü də mən Oqtaya rast gəlmişdim. Deyirəm ki, Oqtay, sən gənclər arasında tanın-mış şairsən. Müsabiqəni də tərk edərlər? Mənə nə desə yaxşıdır. Deyir ki, “eh dostum, heç nə anlamaq istəmirsən… «Müsabiqədə iştirakdan imtina edənlər özlərinə inamı olmayanlardır», «öz ədəbi siyasətlərinə uyğun hərəkət ediblər» deyirlər. Deyirlər ki, “onların komissiyanın üzv-lərinə inanmamaqları çox qeyri-səmimi görünür. Çünki elə əvvəlcədən, yəni onlar əsər verəndə də eyni tərkibdə olub. Bircə Azər Lətif əlavə olu-nub və sədr vəzifəsini indi Mövsüm Xəlilli icra edir.” Dedim ki, Kamilin gedişi isə onların geri çəkilməsinə heç bir səbəb ola bilməz. Çünki Ka-mil bu vaxta qədər komissiyada öz işini çox gö-zəl yerinə yetirib. Sadəcə işlərinin çoxluğuna gö-rə istefa verməli oldu. Kamilin sadəcə olaraq vaxtı yox idi ki, əsərləri oxuyub və onlara qiymət versin». Özü də sən, poeziya nominasiyasında qısa siyahıya keçmiş şairlərdən birisən. Oqtay da mənə istehzayla de ki, “onlara nə var, nə gəldi deyəcəklər. Sən onlara inanırsan? Mən Kamilin saflığını, təmizliyini, ədalətli insan olmasını nəzərə alıb, o müsabiqədə iştirak etdim. Anladınmı məni.”
Mövsüm Xəlilli Eldar Fəxriyə üzünü tutub dedi:
– Eldar, o günü internet səhifələrinin birin-də gənc yazar Şahin Azad da keçirdiyimiz ədə-biyyat müsabiqəsindən imtina edib. Poeziya no-minasiyasında qısa siyahıya keçmiş Şahin Azad da qısaca olaraq addımını belə izah edir ki, «dostumuz, böyük qardaşımız, mədəniyyət işçimiz Vasif Əhsənlini dünyadakı bütün səmimiyyətlərimlə təbrik edirəm. Və rica edirəm heç də publikanı çaşdırmayıb mükafatı ona versinlər. Düşünürdüm şeirlər kitabım qalib olsa mükafatı atılmış uşaqlara xərcləyək. Görünür yetimlərin gözlərini bu tıxaclı yollarda qoyacaqlar... O səbəbdən imtina edib hərbiyə gedirəm, Vətən sağ olsun...»
Eldar Fəxri gülümsəyib dedi:
– Şahin Azadı bilmirdim, amma nəsr nomi-nasiyasında qısa siyahıya keçmiş yazıçılar İlqar Zeynallı və Nəbi Şirvanlı da müsabiqədən imti-na ediblər.
Fərman Həsən maraqla soruşdu:
– Rəhmətlik niyə imtina etmişdi ki?
Eldar Fəxri təəccüblə Fərman Həsənə bax-dı. Sonra udqunub soruşdu:
– Nə rəhmətliyi? Sən onu kiminləsə səhv salırsan.
Fərman Həsən təəssüflə çiyinlərini çəkib dedi:
– Yox, yox. Dəqiq bilirəm. Ağır xəstə idi. Rəhmətə getdi. Artıq dəfn ediblər. Sənin xəbərin yoxdur.
Eldar Fəxri köksünü ötürüb dedi:
– İlqar Zeynallı müsabiqənin ədalətsiz keçirildiyini, qaliblərin əvvəlcədən bəlli olduğunu iddia edirdi. Nəsr nominasiyasında qısa siyahıya keçmiş Nəbi Şirvanlı bunu seçimin ədalətli olmasına inanmaması ilə əlaqələndirirdi.
Eldar Fəxri Fərman Həsənin susduğunu görüb sözünə davam etdi:
– Ancaq ilk olaraq isə Münsiflər Heyətinin sədri, yazıçı Kamil müsabiqə komissiyasının sədri vəzifəsindən istefa verib müsabiqəni tərk etdi. Amma o, işinin çoxluğunu əsas gətirmişdi. Kamilin müsabiqə komissiyasının sədri vəzifə-sindən istefa verməsindən sonra komissiyada narazılıqlar bundan sonra baş verdi.
Mövsüm Xəlilli başını yelləyib dedi:
– Kamil heç düz iş görmədi...
Eldar Fəxri Mövsüm Xəlilliylə razılaşmayıb dedi:
– Hə... Kamil o hərəkəti ilə çox şey dedi. Qanan olsa nə var ki? Hə, yadımda ikən deyim...
Mövsüm Xəlilli maraqla soruşdu:
– Nəyi?
Eldar Fəxri özündən razı halda dedi:
– Yazar Bəşir Cavanşir də müsabiqədən imtina edib. «Mənim oxuduğum ədəbiyyata görə, müsabiqələr şairləri, yazıçıları yox, şairlər, yazıçılar müsabiqələri seçirlər. Mən gördüm ki, bu müsabiqə əvvəlki müsabiqələr kimi, istedadlı şairləri, yazıçıları yox, özlərinə lazım olan «iste – dadlı» adamları seçmək istəyir. Mən həqiqi ədəbiyyatın, həqiqi istedadın naminə bu müsabiqədən imtina edirəm».
Fərman Həsən gülümsəyib dedi:
– Allah axırını xeyir eləsin, bir-bir müsabi-qəni tərk edirlər. Axırda kim qalacaq?
Mövsüm Xəlillidən cavab gözləməyib dedi:
– Axırda «iste – dadlı» dadlılar qalacaq.
Mövsüm Xəlilli Fərman Həsənə baxıb başı-nı bulayıb dedi:
– Durun evə gedək. Elə də qaliblər məlum-dur. Burada özümüzə şou niyə veririk, dağılışın.
Sonra ayağa durub qapıya tərəf addımladı. Qapıya çatanda dönüb onun arxasınca baxan münsiflər heyətinin üzvlərinə baxdı. Dionisin gülümsəyərək onun yerində oturduğunu görüb duruxdu. Dionis Mövsümə baxıb özündən razı şəkildə gülümsəyirdi. Mövsüm Dionisin üzün-dəki qələbə təntənəsini görüb başını aşağı saldı. Başını qaldırıb bir də Dionisə baxdı. Dionisin qarşısında durduğunu görüb duruxdu. Dionis Mövsümə heç nə deməyib, sadəcə çiyinlərini qucaqlayıb sinəsinə sıxdı. Mövsüm başını yelləyib heç nə demədən qapını arxasınca örtdü. Pilləkənlərə tərəf getdi. Pilləkənləri astaca enməyə başladı...


"MƏTN CIZMAÇISI"

Mətin Xasanoviç ömrünün çoxunu faydasız keçirmədiyini anlayırdı. Yaşı səksəni keçmişdi. Özünü Rusiyada ən çox tanınan yazıçılardan hesab edirdi. Amma Vətənində onu nə yazıçı kimi, nə də alim kimi qəbul edirdilər. Düşünürdü ki, həmvətənləri onun nailiyyətlərini həzm edə bilmirlər. 90-cı illərin əvvəllərində özü barədə yazıçı həmkarlarının fikir mübadiləsinin qeyri-ixtiyari şahidi olmuşdur:
– Sabir müəllim, Mətin Xasanoviç özündən elə razı gəzir ki, elə bil alçaq dağları o, yaradıb. Nə alim kimi bir alimdi, nə də ki, yazıçı kimi bir yazıçı...
Saçları qar kimi ağarmış Sabir özündən yaşca böyük olan Aydına etiraz etdi:
– Niyə elə deyirsiniz? Çox əziyyət çəkir. İl-də bir kitab çap etdirir. Özü də ki, məsul yerdə işləyir.
Aydın rişxəndlə demişdi:

– Hə? Əziyyət çəkir? Nə əziyyəti? Köhnə kitablarını yenidən nəşr etdirir. Məsul yerdə işləməyinə etiraz etmirəm, özü də artıq iyirmi ildir işləyir. Amma həmin işə təyini təsadüf olmamışdır. Küsüb Moskvaya köçmüşdür. Ondan bəri bizimkilərdən kim milli ruhu ilə seçilirdi, qara rəylə onların elmə və nəşrlərə yollarını bağlayırdı. Zaman dəyişdi, amma bizimkilərə münasibəti dəyişmədi.
Sabirin susduğunu görən Aydın davam et-di:
– Hə. Deyirsən ki, məhsuldar yazıcı və alimdir. Rus yazıçısı, yoxsa bizim yazıçı? Onun bir alim kimi hansı elmi yeniliyi var? Hansı ədə-bi məktəbi var?
Aydın Mətini görüb fikrini bitirməyib söh-bəti yarımçıq kəsdi. Mətin onlara yaxınlaşdı. Ay-dın və Sabir sakitcə Mətinlə salamlaşıb başqa mövzuda söhbətlərini davam etdirdilər.
Həmin söhbətdən artıq iyirmi il keçmişdir, lakin Mətin həmin anda keçirdiyi sarsıntıları unutmamışdır. Necə də unutsun ki? Vətənində yubileylərinin rəsmi şəkildə keçirilməsindən imtina edirdilər. Bu Mətinin qəlbinin ən dərin laylarına toxunurdu. Artıq on illərdir ki, Aydın və Sabir kimlərindən ardıcıl qisasını çıxırdı. Bir nəfər də olsun həmyerlisinin alim və ya yazıcı kimi Moskvada kök atmasına imkan verməzdi. Kömək etdiyi, yetişdirdiyi aspirant və doktorantlar, yazıçı və şairlər isə başqa, yalnız başqa millətin nümayəndələri olardı. Rəhbərlik Mətinin bu xüsusiyyətini çox qiymətləndirir, yazıçılar ittifaqında və ali attestasiya komissiyasında ona rəsmi və qeyri-rəsmi geniş səlahiyyətlər vermişdir. Mətin həm qisas alırdı, həm də qorxurdu. Qorxurdu ki, kömək etsə həmin insanlar onun yerini tutar, mərkəz üçün o öz əvəzolunmazlığını itirər. Bu fikirlər onu rahat buraxmırdı, uzun və qaranlıq gecələrdə oyadıb yazı stolunun arxasına aparardı. Mətin gecə-gündüz yazırdı. Yazmaq, özü də millətinin mənafeyinə uyğun tarixi təhrif edib bədii əsər yazmaq onun üçün çox asan bir işə çevrilmişdi. Rəhbərlik də onun tarixi bədii saxtalaşdırmasını müsbət qiymətləndirir, əsərlərinin təbliğatına bütün dövlət resurslarını cəlb etmişdir. Müstəqilliyini bərpa etmiş Vətənin azad ya-şamaq haqqı Mətinin “tarixi” romanlarında şüb-hə altına alınırdı.
***
Mətin kitabının təqdimat mərasiminə dəvət etdiyi insanların gəlmədikləri üçün pərişan ol-muşdu. Svetlana ərinin pərt olduğunu görüb ona ürək-dirək verərək deyirdi:
– Mitya, ürəyinə salma. Gəlib çıxacaqlar. Yay vaxtına salmısan. Hamı istirahətdədi. Bağ-da, xaricdə… Şəhərin yollarını da bilirsən, hər yer tıxac. Hirslənmə, indi gələrlər.
Mətin arvadına heç nə deməyib, təlaşla qa-pıya baxırdı. Təqdimat mərasimində iştirak et-mək üçün mötəbər vəzifəli şəxslərə kitabını hə-diyyə göndərmişdi. Onun nəzərində mötəbər, vəzifəli, pullu insanlardan sonra, ikinci dərəcəli insanlar kimi baxdığı dəvət olunan qonaqlar isə təqdimatı keçirilən kitabı öz hesablarına əldə et-məli idilər. Bunun üçün də təqdimat keçiriləcək zalın qarşısında kitabın satışı təşkil olunmuşdu. Mətin kitabını hədiyyə etmiş insanların çoxusu tədbirdə iştirak etmirdi. Kitabını hədiyyə etdiyi insanlara çıxış etmək üçün söz veriləndə də mə-lum oldu ki, həmin insanlar kitabı oxumağa im-kan tapmayıblar. Onlar Mətindən kitabı oxuma-dıqları üçün üzr diləyir, qısaca kitabın nəşr olunması ilə əlaqədar təbriklərini çatdırırdılar. Tədbirdə çıxış edən Əli müəllim isə onu millətinin böyük yazarı kimi təqdim edəndə Əlinin sözünü kəsib kobud şəkildə demişdi:
– Sizinlə razı deyiləm, Əli müəllim. Tama-milə səhv deyirsiniz. Mən məxsus olduğum mil-lətin deyil, məhz böyük ümumrus yazıçısıyam. Məni kiçik bir məkana sığışdırmaqla nə demək istəyirsiniz?
Əli Mətinin sözlərindən özünü itirmiş, pərt olmuşdu. Pərtliyindən heç nə deməyərək, tələm-tələsik çıxışını yekunlaşdırıb tribunanı tərk et-mişdi.
Tədbirdə iştirak edənlərin bir qismi Məti-nin bu hərəkətini pərt halda zalda əyləşib təəc-cüb içində seyr edirdilər. Bəziləri isə etirazlarını bildirmək üçün, bir-bir zalı tərk edirdilər…

***
Səbirə doğma Vətənindən Moskva şəhərinə gələndə heç kəsi tanımırdı. Dövlətlərarası müba-dilə proqramı əsasında göndərişlə REA Ədəbiy-yat İnstitutunun doktoranturasında tədqiqat aparmalı idi. İnstitutun elmi katibi ona Mətin Xasanoviçi yeganə ixtisasçı kimi elmi məsləhətçi olmasını məsləhət gördü, sonra Mətinin telefon nömrəsini də vermişdi ki, əlaqə saxlasın. Mətin Xasanoviç Səbirəni universitetə, kafedraya cağır-mışdır. Bir tərəfdən elmi məsləhətçi olmaq məsələsindən boyun qaçırmaq, digər tərəfdən isə Səbirənin işi ilə tanış olmaq istəyirdi. Mətin Xasanoviç Səbirənin əlyazmalarını götürdükdə dedi:
– Əvvəl sənin işini oxuyum. Rus alimlərinə çiy iş vermək olmaz.
Səbirə Mətinin yaşının çoxluğunu nəzərə alıb cavab qaytarmamış, sadəcə təşəkkürünü bil-dirmişdi. Səbirə bir aydan sonra Mətinlə əlaqə saxlamışdı. O, işi oxumağa vaxtı olmadığını, amma müəyyən master klass keçməyə hazır olduğunu bildirmişdir. Səbirə böyük qardaşı ilə Mətin Xasanoviçin təyin etdiyi vaxt onlara qonaq gəlmişdi. Svetlana onları səmimi qarşılamamışdı. Səbirə qardaşı ilə Mətinin iş otağına keçmişdi. Mətin onlara əyləşməyə yer göstərib özü yazı masasının arxasına keçib əyləşdi. Səbirənin bir ay əvvəl ona verdiyi elmi işi masanın üzərinə qoyub dedi:
– Mən özüm Səbirədən xahiş etmişdim ki, elmi işini versin, oxuyum, qeydlərimi edim. Vaxt tapa bilmədim. Vaxt deyəndə, mən vaxtımı bölürəm. Səmərəli vaxt, səmərəsiz vaxt, itən vaxt və s. Səmərəli vaxt mənim öz işlərimə sərf olu-nan vaxtdır. Yəni, elmi iş işləmək və bədii əsərlər yazmaq. Bu vaxtımın səmərəli keçdiyinin göstəricisidir. Başqa bir kəsin işini oxumaq bu artıq səmərəsiz vaxta aiddir. Yəni ömründən gedən vaxtın səmərəsi olmur. Bir də olur itən vaxt. Heç bir iş görmürsən. Məsələn, televizora baxmaq, qonaqla söhbət etmək, telefonla danışmaq, teatra getmək və s. Bunlar itən vaxta aiddir. Sözümün mənası odur ki, məndə vaxt darlığı var. İmkan tapıb Səbirənin işini oxuya bilmədim. Ancaq bir on vərəqinə nəzər saldım. Bağışlayın, amma o işi tam oxumağın yerinə bədii sətirlər yaradaram. Bilirsiniz ki, son əsrdə millətimizin məndən dahi yazıçısı yoxdur. Yazarlarımızın içərisində ən dahisi mənəm. Mənim yazdığım hər cümlə gələcəyə bir yadigardır, irsdir.
Səbirə əvvəlcə Mətinə, sonra da başını aşa-ğı salıb pərt olmuş qardaşına baxdı. Mətin Xasa-noviçin bu hərəkəti ömrünü yaşamış, ancaq əldə heç nə edə bilməyən insanın düşüncəsi idi. Yaşadığı həyatın boşluğunu başa düşən Mətin həyatını itən vaxtını yazmaqla doldurmaq istəyirdi. Elə bil yazmaqla həyatının mənasız keçmiş illərini dolduracaqdı. Səbirə vətənində onu da eşitmişdir ki, Rusiya Yazıçılar İttifaqının xətti ilə Səid Yunisin kitabını buraxmağı planlaşdırıblarmış. Məhz Mətinin təsiri nəticəsində o kitabın nəşr edilməsi dayandırılmışdır. Mətinin bu hərəkətini heç kim başa düşə bilməmişdi. Amma özü etdiyi hərəkətin mənasını gözəl anlayırdı. Müsa-biqələrdə münsiflər heyətinin üzvi olanda Vətə-nindən gələn müəlliflərin əsərlərini mənfi qiy-mətləndirər, onların yolunu bağlayardı. Səbirə bunları bilmirdi. Amma indi qarşısında oturdu-ğu Mətin Vətən qeyrətindən, dindar olmağından danışırdı. Özünün gəncliyindən, yazdığı əsərlə-rin məğzindən söhbət açırdı. Səbirə elmi işi haq-qında danışmaq istəyirdi. Amma Mətin Səbirə-nin elmi işindən heç bir şey demir, özünün gənc-lik xatirələrindən danışırdı. Yaşadığı evin elmi rəhbəri tərəfindən hədiyyə olunmasını danışırdı ki, arvadı Svetlana içəri girib əsəbi halda ərinin üstünə qışqırdı:
– Sənə bu qədər işləmək olmaz. Xəstəsən. Sabah da iclasa getməliyik. Mənim də, özünün də çıxışını yazmalısan.
Sonra Səbirəylə qardaşına üzünü tutub de-di:
– Bizi sizin bir yerliniz tədbirə çağırmışdı. Sabah üçün. Ora gedə bilməyəcəyik. Mühüm tədbir olmalıdır. Ora gedəcəyik. Mənim də, Mə-tin Xasanoviçin də çıxışı var. Onları hələ hazırla-mayıb.
Səbirə əsəbləşsə belə, bunu büruzə vermək istəmədi. Qardaşının Svetlanaya kobud cavab verəcəyini hiss edib tez dilləndi:
– Narahat olmayın. Elə də getməyə hazırla-şırdıq. Artıq qaş qaralır. Mətin Xasanoviç öz hə-yatından danışırdı. Sözünü yarımçıq kəsmək is-təmədik.
Svetlana heç nə deməyib otaqdan çıxdı. Sə-birə əlini uzadıb masanın üstündəki elmi işini yığışdırırdı ki, Mətin Səbirəyə dedi:
– On vərəqinə baxmışam. O birilərini də el-mi məsləhətçin nəzərdən keçirər.
Səbirə başı ilə Mətinin sözlərini təsdiqləyib dedi:
– Mətin Xasanoviç, elmi işimi monoqrafiya kimi nəşr etdirmək niyyətindəyəm. Monoqrafi-yanın rəyçisi ola bilərsinizmi?
Mətin Səbirəyə baxıb tərəddüd içərisində dedi:
– İncimə. Ola bilmərəm. Oxuduğum on və-rəqə qədərki yazıların, mənim ömrü boyu yaz-dıqlarımın əksidir. Ömrü boyu dediklərimi tək-zib edir. Mən sənin o monoqrafiyanın rəyçisi ol-sam, onda gərək demiş olduqlarımı inkar edəm.
Səbirə Mətin Xasanoviçə baxıb təəccüblə soruşdu:
– Düz yazmamışam?
Mətin yumaq kimi büzüşmüşdü. Üzündə riyakar bir təbəssümlə dedi:
– Bağışla Səbirə. Üz vurma... Ola bilmərəm.
Səbirə nə isə demək istəyirdi ki, Şərif dil-ləndi:
– Mətin Xasanoviç, artıq gecdi. Biz gedək. Yolumuz uzaqdır.
Mətinlə sağollaşıb evdən uzaqlaşmışdılar ki, Şərif qəzəblə Səbirəyə dedi:
– Gör məni kimin qapısına gətirmisən? Özümü zorla saxlamışdım.
Səbirə qardaşına qulaq asıb çiyinlərini çək-di. Sonra gülümsəyib dedi:
– Nə bilim? İnsanlar müxtəlif olur…
Hər ikisi fikirli halda dayanacağa tərəf ad-dımladılar…
***
Qapı-bacada fevral çovğunu qar oynadırdı. Ocaqdan gələn istilik və çartıltı səsi otağa hüzur yayırdı. Mətin oğlundan yaşca çox kiçik olan Şə-riflə din haqqında fikir mübadiləsi aparırdı. Mə-tin əlində tutduğu kitabı göstərib dedi:
– Şərif, oğul, mən anadan doğulanda qula-ğıma Qurandan surə oxuyublar. Bu kitabım isə dinə böyük dəyişiklər gətirəcək.
Şərif həmin kitabla artıq tanış idi, ona görə də Mətinə baxıb təəccüblə soruşdu:
– Mətin Xasanoviç, özünüzü dindar hesab edirsiniz?
– Görünür sən çox şeyi bilmirsən.
Şərif təəccüblə həmsöhbətinə baxdı. Sonra qətiyyətlə dedi:
– Anlamadım, Mətin Xasanoviç. Nəyi bil-mirəm?
Mətin Şərifə baxıb çiyinlərini çəkib aramla danışmağa başladı:
– Quranın strukturunu yenidən qurmağım səbəbsiz deyil. Ərəblər surələri düz yazmayıblar. Daha doğrusu düz izah etməyiblər. Mən lazımi olan düzəlişləri etmişəm. Quranda olan surələrin izahı mənim kitabımda düzgün verilib. Məəttəl qalırsan ki, ərəb alimlərinin biri də Quranın surələrini düz işləyə bilməyib.
– Mətin Xasanoviç, bəs ərəb əlifbasını və ərəb dilini mükəmməl bilirsiniz?
Mətin başını bulayıb dodaqlarını büzüb narazı-narazı həmsöhbətini süzərək dedi:
– Uşaq ki, uşaq. Məgər, Quranın struktu-runda düzəliş etmək üçün ərəb dilini və əlifbası-nı bilmək gərəkdir?
Şərif sadəlövhcəsinə dedi:
– Quranı mükəmməl və təfsilatı ilə öyrən-mək üçün məhz dili və əlifbanı bilmək vacib şərtdir.
Mətin istehza ilə Şərifə baxıb başını buladı. Sonra özündən razı halda dedi:
– Heç də həmişə elə deyil. Quranı öyrən-mək üçün nə ərəb dilini, nə də ərəb əlifbasını bilmək gərəkdir.
Şərif Mətinlə razı olmadığı üçün qətiyyətlə dedi:
– Yox, yox. Mətin Xasanoviç, məndən inci-məyin, mən bu məsələdə sizinlə tamamilə razı deyiləm. Ərəb qrammatikası özünün zənginliyi və mürəkkəbliyi ilə seçilir. Ərəb sözlərinin müx-təlif mənaları var. O mənaları bilmədən…
Mətin Şərifin sözünü bitirməyinə imkan verməyib dedi:
– Şərif... Mənə ərəb dilinin incəliklərini bil-mək nəyə gərəkdir? De görüm, nəyə gərəkdir? Ərəb dilini və əlifbasını öyrənmək artıq bir işdir, oğul. Onu hələ başa düşməzsən. Məni sonra ba-şa düşəcəksən. Quranı başqa dillərə olan tərcü-mələrindən götürmüşəm. Əsasən də, rus dili, in-gilis dili, bir də ki, ana dilimizə olan tərcümələr-dən istifadə etmişəm. Və ərəb alimlərinin Qura-nın təfsilatında buraxdığı səhvləri göstərməyə nail olmuşam. Həmin işi iki aya işləmişəm. Fond var idi. Pul ayırmışdı, iş təcili, iki aya hazırlamalı idim. Özüm də gözləmirdim, işi vaxtından əvvəl yerinə yetirdim. Yəni iki ay müddətinə o cür işi bitirəcəyimə əmin deyildim.
Şərif mübahisəni davam etdirmək istəmir-di. Mətin Şərifin susduğunu görüb dedi:
– Mənim kitabımın təqdimatı olanda, bir nəfər də olsun islam dininə riayət edən adam mənim bu xidmətimi dillərinə gətirib quruca tə-şəkkürlərini belə bildirmədilər. Bu qədər gerilik olar? Paxıllıq olar? Sonra internet saytlarında, qəzet və jurnallarda oxuyuram ki, mənim yük-sək və nəfislə işlənmiş kitabım haqqında tənqidi məqalələr yazıblar. Bu qədər tənqidi yanaşmaq onların geridə qalmaqlarının göstəricisidir. Məh-və məruz qalıb, avamlar.
***
Mətin son vaxtlar ölümü haqqında fikirlə-şir, ölümdən qorxduğunu anlayırdı. Tez-tez Əz-rayılla söhbət etdiyini nə arvadına, nə oğluna inandıra bilmirdi. Onların inadlı təkidindən son-ra, elə düşünürdü ki, Əzrayılla söhbət etməsi qalusinasiyadır. Əzrayıl gözünə görünüb onunla söhbət etməyə başlayanda, Mətini o biri dünyaya dəvət edəndə, çalışırdı ki, Əzrayılı aldatsın. Bilirdi ki, ömrü boyu yaxşılıq etməyib, onu o biri dünyada heç nə gözləmir. Axirət dünyasında yeri elə də cəhənnəmlikdir. Ona görə də Əzrayılla söhbətində ona yalvarıb möhlət istəyirdi:
– Yalvarıram, sənə. Hələ mənim canıma dəymə. Məni neynirsən? Qocalmışam, nəyinə gərək olacam. Bu dünyada hələ görüləsi, tamamlanası çox işim var. Hələ yazılacaq yazılarım var. Mənə imkan ver, onları bitirim. Adım kitablarımla qalacaq.
Əzrayıl qəh-qəhə çəkib ürəkdən gülüb iro-niya ilə demişdi:
– Mətin, sənin əsərlərini səndən başqa oxu-yan olubmu? Özünə niyə əziyyət verirsən. Adım kimi əminəm ki, yazdığın kitabları oxuyan yox-dur. Tarix boyu səni kimi çox yazıçılar olub. Şöhrətpərəst, xudbin, özündənrazı və ...
Mətin Əzrayılın dediklərinə fikir verməyib, özündən razı halda demişdi:
– Niyə də ki, yox? Bütün tələbələrim…
Əzrayıl yenə qəh-qəhə çəkib gülərək onun sözünü ağzında yarımçıq qoyub demişdi:
– Tələbələr? Hə tələbələrin ola bilər… Oxu-yurlar. Əsərlərini oxuyan tələbəyə mexaniki za-çot yazırsan, proqramı bilən tələbəyə qiymət yazmırdın, incidirdin. Yadından çıxıbmı? Kitab-xanalarda, kitab rəflərində kitablarını toz basıb. Oxuyan yoxdur. Varsa, tək-tük. O da nəyə görə-sə oxuyur.
Mətin Əzrayılla mübahisə etmək fikrində olmadığından nəsli haqqında danışmağa başla-dı:
– Heç bilirsən, mən necə bir nəsildənəm?
Əzrayıl qanadlarını gərnəyib demişdi:
– Bilirəm. Nəslinin nümayəndələrini bir-bir o biri dünyaya mən aparmamışam məgər?
Mətin qəzəblə dedi:
– Onların imkanı var idi ki, vəzifə sahibi olsunlar. Olmadılar… Olsaydılar indi özüm də, oğlum da, nəslim də imkanlı olardı. Var-dövlət başımızdan aşardı.
Əzrayıl yenə gülmüşdü. Sonra isə ciddi şə-kildə demişdi:
– Qoca, deyəsən qocaldıqca ağlını itirirsən. Həmişə şəxsi məsələlərin üçün millətin adından danışmısan. Şəxsi maraqların üçün millətin tari-xini, tarixi faktları təhrif etmisən. O səbəbdən də sənin əsərlərin …yanların rəyindən keçib, təmtə-raqla nəşrinə icazə verilirdi. Yaxşı qonorarlar alırdın. Nə tez yadından çıxdı, ay qoca? Haki-miyyət sahiblərinin marağını güdən formada hə-qiqəti təhrif etmisən. Bunu sənə bağışlayacaqlar? Təbii ki, yox, ay qoca. Nəslini də, əla tanıyıram…
Əzrayılla söhbət edəndə mənən əksildiyini Mətin gözəl anlayırdı. Əzrayılla həyatın mənası, əqidə, milli və dini dəyərlər barəsində mübahi-sələr edirdi. Mətin Əzrayılla bu barədə uzun uzadı mübahisə edirdi. Mətin özünü insanlardan üstün, yüksək hesab etməsini deyəndə, Əzrayıl Mətinin sözünü sərt şəkildə kəsərək demişdi:
– Millətdən az danış. Millətin sənə çəkdiyi əmək, burnundan niyə gəlmədi? Bu düşüncəylə, millətinin cahillik dövründə yaşadığını necə dü-şünürsən?
Mətin özünün doğru olduğunu isbat etmək üçün millətinin ad-san arxasınca qaçdığını, vəzifəli və varlılara pərəstiş etməsini Əzrayılın diqqətinə çatdırıb dedi:
– Millətim ona görə cahillik dövründə yaşayır ki, hələ millət kimi formalaşmaq əvəzinə, məhv olmağa gedir. İnkişaf əvəzinə tənəzzül edir. Ad-san arxasınca qaçırlar. Vəzifəlilərə, pullulara, daha doğrusu imkanlılara pərəstiş edirlər. Elə bil həmin kəslər pulunu, varını, vəzifəsini ona verəcək. Onlarla kəlmə kəsməyi özlərinə şərəf bilirlər. Kasıb-kusubu adam yerinə də qoymurlar.
Əzrayıl Mətini başdan-ayağa süzüb soruş-muşdu:
– Bəs sən özün elə deyilsən? Sən millətinin övladlarından fərqlisən? Sən özün yaxşı bilirsən ki, onlardan betərsən.
Əzrayılla mübahisə etməyin mənasız oldu-ğunu bilən Mətin susdu. Yaradıcılıq üstündə mübarizə edəndə isə Mətin dözməyib dedi:
– Yaradıcılıq insana ona görə lazımdır ki, o biri insanlardan fərqlənə bilsin, üstün olduğunu təsdiq etsin.
Əzrayıl Mətinlə qətiyyətlə razı olmadığını bildirib dedi:
– Yaradıcılıq Tanrıdan verilən bir imkandır. Yazar əsərləri ilə insanları ədalətə və kamilliyə yönəltməyi bacarmalıdır. Aydındır.
Mətin Əzrayılla mübahisəsinə son qoymaq üçün dedi:
– Bilirsən, mən dahi insanlarla bir tarixdə anadan olmuşam.
Əzrayıl Mətinə sataşmaq məqsədilə soruşdu:
– Hansı dahi insanlarla bir tarixdə anadan olmusan?
Mətin Əzrayılın səsindəki sarkazmı duy-mayıb sözünə davam edib dedi:
– Hitlerlə bir tarixdə anadan olmuşam. Bü-tün dahi insanlar eyni tarixdə anadan olurlar. Mən də dahiyəm. Ədəbiyyat korifeyiyəm.
Əzrayıl təəccüblə qarşısında duran insan cildində olan məxluqa baxaraq dedi:
– Yazıqlar olsun sənə Mətin. Sən nə bəd-bəxt bəndəsən. Sən yazıçı deyil, mətn cızmaçısısan…
Mətin büzüşüb çömbələrək altdan yuxarı səssiz-səssiz Əzrayıla baxdı. Əzrayılın ona verdiyi «mətn cızmaçısı» adı keçirdiyi mənasız həyatına verilmiş qiymət idi ...

ZiM.AZ



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: