Solmaz QƏRİBEL: "Mənə o adamı tapın..."

Solmaz QƏRİBEL: "Mənə o adamı tapın..." Solmaz Qəribel - həkimdir. Əslən Qarabağlıdır.
Hazırda Rusiyanın Həştarxan şəhərində çalışır.
İki kitab müəllifidir.



Mənə o adamı tapın...


Adam axtarıram, adam içində,
Qəribəm, tənhayam, yadam içimdə.
Ürəyi, əməli, adam icində,
Mənə o adamı tapın gətirin...

O adam sözünün yeyəsi olsun,
Kəsən qılıncımın tiyəsi olsun
Yalan sualların "niyəsi" olsun
Mənə o adamı tapın gətirin...

Axtarın çıraqla arayın tapın,
Ələkdən keçirin, darayın, tapın,
Mənim ürəyimin harayın tapın,
Mənə o adamı tapın gətirin...
13.12.2019



Mənə Anam qarğayıb...

(Bu şerin yaranma səbəbi, "Peyğəmbər evladı rəhimli olar" - sözü oldu...)


Mənə Allah deyil, Anam qarğayıb,
Elə doğulandan, yük belimdədir.
Peyğəmbər evladın hey misal çəkir,
Görəsən, nişanə tük belimdədir?

Mənə Allah deyil, Anam qarğayıb,
Halal çörəyini qazan söyləyib.
Bu söz doğulandan hey dilindədir,
Görən, qulağına yazan söyləyib.?

Mənə Allah deyil, Anam qarğayıb,
Deyir günah etmə, yalan söyləmə
Günahın içində üzür bu dünya
Deyir səbr eylə, aman eyləmə,

Özün de, ay ana necə yaşayım,
Bu zalım dünyada yol göstər mənə.
Sağıma baxmaqdan, boynum bükülüb,
Soluma dönməyə qol göstər mənə.

Özün de, ay ana necə yaşayım,
Haqqı söyləyənin boynu vurulur.
Düzün əməlləri düzə səpilib,
Yalanın, yalanla oynu qurulur...
16.12.2019


Bir Allahdan, Bir torpaqdan...

Çalış büdrəmə həyatda,
büdrəsəndə dur, yıxılma.
Bilirsən ki ,yıxılanın balta vuranı çox olur?
Üstündən ayaqlayıb keçənidə,
...hələ tənbeh edənidə...
Yıxılsanda dizlərini yerə dirə,
ayağa qalx,
Dizlərinin tək taqəti,
sənə əbədi yer olan
qara torpaq..
Dizlərini didim-didim didsədə o,
Öz tozuyla yarana məlhəm olacaq,
sarıyacaq,
Yeri gəlsə halınada acıyacaq,
İnan mənə ,amma sənə gülməyəcək,
o susacaq.
Heç görmüsən, sənə çörək verən
torpaq sənə gülsün?
Səni qoynuna almadan, özü ölsün?
Ona görə çörəyini, dizlərinin taqatini
Bir Allahdan,birdə sənə layla çalan
dayaq olan
...bu torpaqdan istə,
inanaraq istə ki,
heç zaman uduzmayasan....
05.12.2019

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: