Novruzəli Aslanov: “3+3 əməkdaşlıq platforması regional əlaqələrin inkişafına xidmət edəcək”

Novruzəli Aslanov: “3+3 əməkdaşlıq platforması regional əlaqələrin inkişafına xidmət edəcək”Prezident İlham Əliyevin yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbulu zamanı səsləndirdiyi fikirlər ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin yeni, daha yüksək mərhələyə keçid ərəfəsində olduğunu deməyə əsas verir. Əlbəttə ki, bu əlaqələrin formalaşmasında yeni yaradılmış 3+3 əməkdaşlıq platforması xüsusi rol oynayacaq.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan-İran dostluq əlaqələri bütün regionda uzumnüddətli sülhün və sabitliyin bərqərar olunması baxımından xüsusi önəm kəsb edən amildir.

“Azərbaycan artıq uzun müddətdir ki, bütün region ölkələrinin və qonşu dövlətlərin maraqlarını təmin edən, inkişafına töhfələr verən təşəbbüslərlə çıxış edir. O cümlədən xatırlamaq yerinə düşər ki, ötən ilin noyabr ayında Türkmənistanın Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb.Həmin müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək. İran Türkmənistan təbii qazını Azərbaycana nəql etməklə 5 əyalətinin qaza tələbatını ödəyə biləcək. Təbii ki, bu da Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu bütün transmilli layihələrdə təkcə özünün deyil, digər iştirakçı ölkələrin də maraqlarına diqqətlə yanaşdığını göstərir. Eynilə bu gün, Vətən müharibəsində tarixi Qələbə əldə olunduqdan sonrakı dövrdə də Azərbaycan bütün region ölkələri və qonşu dövlətlərin inkişafına təkan verəcək regional və beynəlxalq layihələr irəli sürür. Bu baxımdan Zəngəzur dəhlizinin açılması məsələsi də xüsusilə qeyd olunmalıdır ki, bu layihə digər qonşu ölkələr kimi, İranın da maraqlarına cavab cerəcək perspektivlər vəd edir”, - deyə N.Aslanov bildirib.

Həmçinin millət vəkili bir müddət əvvəl yaradılmış 3+3 əməkdaşlıq platformasının əhəmiyyətindən danışaraq bildirib ki, bu platforma yeni regional əməkdaşlığın formalaşmasında müstəsna rol oynaya bilər.

“Dövlət başçımızın da qeyd etdiyi kimi, Vətən müharibəsindən sonra Cənubi Qafqazda əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Həmçinin post-mharibə dövründə İran-Azərbaycan əlaqələri də bu istiqamətdə genişlənməkdədir. Regional əməkdaşlığın formalaşması və inkişafı üçün hazırda 3+3 əməkdaşlıq platforması yaradılmışdır ki, məhz bu təsisat üzərindən bir çox məsələlərin həlli daha səmərəli şəkildə həyata keçirilə bilər. Məlumdur ki, hazırda Azərbaycanın təklif etdiyi əməkdaşlıq istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri ilə bağlıdır. Bu baxımdan İran şirkətlərinin də bu işlərə cəlb olunması əlbəttə ki, yaxşı nəticələr verə bilər. Eyni zamanda da Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının inşa edilməsi, Astaraçay üzərində körpünün inşa edilməsi çox önəmli layihələrdir və bütövlükdə Azərbaycan-İran əməkdaşlığına müsbət dinamika gətirəcək” - deyə Novruzəli Aslanov qeyd edib.

Daha sonra millət vəkili bildirib ki, son vaxtlar Ermənistan tərəfindən də Zəngəzur dəhlizinin açılması xüsusunda müsbət fikirlərin səsləndirilməsi barədə alınan xəbərlər regional sülhün davamlı və möhkəm olacağna dair ehtimalları daha da möhkəmləndirir.

“Azərbaycan Vətən müharibəsində tarixi Qələbə qazandı və öz torpaqlarını işğaldan azad etdi. Bu gün artıq müharibə və münaqişə dövrləri tarixdir. Bundan sonra irəliyə baxmaq, gələcək həyatın təhlükəsiz və firavan olması üçün çalışmaq lazımdır. Öz növbəsində Ermənistan da bu həqiqəti nə qədər tez qəbul etsə, bir o qədər daha çox şans əldə edə bilər. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, yaranmış yeni regional reallıqların açdığı imkanlardan Ermənistan da bəhrələnə bilər. Bunun üçün sadəcə o da oz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Məhz buna görə də bu gün Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılmasına dair müsbət fikirlərin səsləndirilməsi barədə alınan xəbərlər çox ümidverici təəssürat yaradır. Əlbəttə ki, Azərbaycan istənilən halda bu nəqliyyat dəhlizini açacaq. Lakin bu hadisənin baş verməsində Ermənistanın da iştirakçı tərəf kimi çıxış etməsi regional sülhün və sabitliyin daha möhkəm və davamlı olmasına xidmət edər və bütün region ölkələrinin qarşılıqlı əməkdaşlıq şəraitində inkişafına əməli töhfə olar” - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.

Mələk BAĞIRLI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Fatma Yıldırım: -

Fatma Yıldırım: - "Kobaxidzenin Bakıya səfəri nə vəd edir?"

Milli Məclis, Gürcüstan
Xətai Sabit SÜLEYMANLI:

Xətai Sabit SÜLEYMANLI: "RUSİYA-UKRAYNA MÜHARİBƏSİ DÖVRÜNDƏ AZƏRBAYCANIN C ...

Elmi Məqalələr, BDU
Şuşa bəyannaməsi  Azərbaycan –Türkiyə qardaşlığını  sübut edən hüquqi sənəd ...

Şuşa bəyannaməsi Azərbaycan –Türkiyə qardaşlığını sübut edən hüquqi sənəd ...

Köşə yazılar
Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Tiflis, Diaspora
Gilan Universiteti AzTU ilə əməkdaşlıq edəcək

Gilan Universiteti AzTU ilə əməkdaşlıq edəcək

AzTU
“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda  ...

“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda ...

Elm, "Zirvə"
İranın Azərbaycana yeni təyin edilmiş səfiri Mətbuat Şurasında olub

İranın Azərbaycana yeni təyin edilmiş səfiri Mətbuat Şurasında olub

MEDİA
Çingiz Qənizadə:

Çingiz Qənizadə: "Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da olmalıdır!"

Siyasət
AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU
İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdir

İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdir

Regionlar, Köşə yazılar
AzTU-da Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU-da Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU-nun MƏZUNLARI, Digər bölmələr, AzTU
Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub

Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt, İqtisadiyyat, Dünya
Fatma Yıldırım: -

Fatma Yıldırım: - "Tokayevin Şuşaya səfəri tarixi hadisədir"

Milli Məclis, Orta Asiya
AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU ilə Yunus Emre İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU
Akademik İradə Hüseynova: “Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin d ...

Akademik İradə Hüseynova: “Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin d ...

Biologiya və tibb elmləri, Turan
Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi

Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi

Regionlar, Köşə yazılar
İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Əsas xəbər, Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
Oktyabrın 16-da Azərbaycanın Müdafiə Naziri, general-polkovnik  Zakir Həsən ...

Oktyabrın 16-da Azərbaycanın Müdafiə Naziri, general-polkovnik Zakir Həsən ...

Tiflis
Gürcüstanın Gəncədəki Baş konsulluğu ölkəsinin Müstəqillik Gününü və Azərba ...

Gürcüstanın Gəncədəki Baş konsulluğu ölkəsinin Müstəqillik Gününü və Azərba ...

Gəncə, Gürcüstan
Pərvin Abdullayeva:

Pərvin Abdullayeva: "Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan"

Qarabağ, AzTU
Rəy yazın: