«BU QƏDİM TİFLİSİN QƏDİMLİYİNDƏ»

«BU QƏDİM TİFLİSİN QƏDİMLİYİNDƏ» «BU QƏDİM TİFLİSİN QƏDİMLİYİNDƏ» Azərbaycan xalqı ta qədimdən bir millət kimi formalaşdığı və təşəkkül tapdığı dövrlərdə də belə sevincini, fərəhini, kədərini, qəmini lirik parçalarda ifadə etməyə başlamışdır. Bu lirik parçalardan birinin də boyuna bayatı biçilmiş, bayatı yaraşdırılmışdır. Şifahi xalq ədəbiyyatının ən çox yayılmış janrlardan biri olan bu bayatılar dərin mənalı, fəlsəfi, əxlaqi, ictimai fikirləri ifadə edən qısa, yığcam lirik parçalardır. XI əsrdə yaşamış, türk dünyasının tanınmış alimi Mahmud Kaşqarinin özünün «Divani lüğət-it-türk» əsərində bayatını hətta totem olduğunu da qeyd etmişdir. Qədim çüng və əlyazmalarında bir çox bayatılar da saxlanmaqdadır.
Bayatılar fərdi yolla meydana gəlmişdir. Hər bir bayatının sözləri əvvəlcə sənətkar, fərd tərəfindən yaradılmış, sonra ağızdan-ağıza keçərək cilalanmağa başlamışdır. Bayatılarda el-oba, vətən sevgisi, sədaqət, etibar, sevgi, məhəbbət və digər nəcib hisslər öz əksini tapmışdır.
Maraqlı haldır ki, dünyanın qədim və gözəl şəhərlərindən biri olan Tiflis şəhəri «Ana, Tiflis bağlarında»- deyən Aşıq Qəribin buta yeri, «Mərhəba, Tiflis imiş cənnəti dünya yerinin, yığılıbdır ona cəmiyyəti hurü pərinin!-deyən klassik şarimiz Molla Pənah Vaqifin Qarabağ xanının vəziri kimi tez-tez təşrif buyurduğu şəhər , «Tiflis ölkəsindən bir nişan gəlib»- deyən Aşıq Pərinin hörmətlə xatırladığı ölkə, «Tiflisə tel vuruldu», « Göndərmişəm Tiflisə» və «Dedilər Tiflisdədir»-deyən Aşıq Sənəmin yarından soraq gözlədiyi məkan olmuşdur. Xeyli bayatısı bizə gəlib çatan, balakənli aşıq Sənəmin elə üç bayatısı Tiflis ilə əlaqədardır.

Vaxtilə Tiflisdə çalıb-oxuyan azərbaycanlı sazəndələr və xanəndələrin ən populyar və sevimli mahnılarından biri də Tiflisə olan böyük hörmət və izzəti bariz şəkildə ifadə edən «Tiflis yolları» mahnısı olmuşdur.
Müxtəlif vaxtlarda və müxtəlif kitablarda nəşr olunan bayatılar arasında Tiflisə bağlı olan bir neçə bayatını “ZİM.AZ” saytının oxucularına çatdırmaq istəyirəm.


Arxalığın ikidir,
Biri Tiflis ipidir.
Bir elə yar sevmişəm,
Bəylər onun itidir.

Əziziyəm, Gəncə bağı,
Gül açıb Gəncə bağı.
Alıb Tiflis gözəli,
Gəzəsən Gəncə bağı.

Tiflisin daş hasarı,
Aman Şeytanbazarı.
Yıxdı dədəm evini,
Bağladı daş hasarı.


Ağ dəvə düzdən gedər,
Yükü Tiflisdən gedər.
Oğlanı dərd aparır,
Dərmanı qızdan, gedər.

Yar köynəyi bizdədi,
Düymələri düzdədi.
Getdim yarı görməyə,
Dedilər Tiflisdədi.

Tiflisin üstü bostan,
Gözəl yerdir Gürcüstan.
Namərdin qaydasıdır,
Ayırar dostu dostdan.

Mən aşiq, Gəncəm, haray,
Tiflisdən Gəncəm, haray.
Qurbani öldü getdi,
Mənə bir əncam, haray.

Yolların dümdüz olsun,
Getdiyin Tiflis olsun,
Qəlbinə sahib olan,
Bir mən, bir evmiz olsun.

Podnosa əl vuruldu,
Carda mizan quruldu.
Dostum ötüb gedəndə,
Tiflisə tel vuruldu.

Yarımın adı Mirzə,
Göndərmişəm Tiflisə.
Sovqatını istəmirəm,
Sağlığı gəlsin bizə.

Tiflisin daş hasarı,
Aman Şeytanbazarı.
Yığdı dədəm evini
Bağladı daş hasarı.

Tiflisin küçələri,
Banladı beçələri.
Sənsiz necə keçirim
Bu uzun gecələri.

Tiflisin yollarında,
Bənd oldum kollarında.
Bir cüt bazbənd olaydım
Yarımın qollarında.

Tiflisdə çıraq yanar,
Baxtıqca iraq yanar.
Bu necə qan şərbətdi
İsdikcə ürək yanar.

Naxışta mənim olsun.
Nofta tumanım olsun.
Geyim gedim Tiflisə,
Tiflisdə toyum olsun.

Toplayanı və ipə-sapa düzən:
Mirzə MƏMMƏDOĞLU


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Səadət BUTA: BAYATILAR

Səadət BUTA: BAYATILAR

Tiflis, Başkeçid
Mirzə MƏMMƏDOĞLU: Qədim Tiflisin sirri...

Mirzə MƏMMƏDOĞLU: Qədim Tiflisin sirri...

Poeziya, Müsabiqə
Aşıq Dəllək Paşa - 130

Aşıq Dəllək Paşa - 130

Folklor, Tiflis, Zalqa, Müşfiq Borçalı
Tiflisin xanəndələrndən olan Səttara həsr olunmuş bir şeir

Tiflisin xanəndələrndən olan Səttara həsr olunmuş bir şeir

Bədii Tərcümə, Tiflis
Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Ustad aşıq Sadıq Sultanovun ifasında bir neçə mahnı

Tv, Folklor, Borçalı
Aşıq Dəllək Paşa. (1887 - 1976)

Aşıq Dəllək Paşa. (1887 - 1976)

Zalqa
Kaxa Kaladze: “Tiflisdə yaşayan azərbaycanlıların verdikləri səs mənim üçün ...

Kaxa Kaladze: “Tiflisdə yaşayan azərbaycanlıların verdikləri səs mənim üçün ...

Tiflis
İosif Qrişaşvilinin “Qədim Tiflisin ədəbi boheması” əsərindən  bir parça

İosif Qrişaşvilinin “Qədim Tiflisin ədəbi boheması” əsərindən bir parça

Bədii Tərcümə
QƏDİM TİFLİSİN QƏDİM MƏSCİDLƏRİ

QƏDİM TİFLİSİN QƏDİM MƏSCİDLƏRİ

Tiflis
Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Gürcüstan, Mədəd Çobanov
Tiflisdə yeni metro stansiyasının açılışı olub

Tiflisdə yeni metro stansiyasının açılışı olub

Tiflis
HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri Y ...

HƏYATIN TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf Dimitri Y ...

Tiflis
Tiflisdə fəsadların aradan qaldırılmasında azərbaycanlı könüllülər də iştir ...

Tiflisdə fəsadların aradan qaldırılmasında azərbaycanlı könüllülər də iştir ...

Dünya, Tiflis
Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

M.F.Axundzadə adına Muzey, Ədəbi əlaqələr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MEDİA, Tiflis
Əziz ŞƏRİF:

Əziz ŞƏRİF: "Orta əsrlərdə Azərbaycanın ən populyar lirik şairi Molla Pəna ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
VAQİF VƏ GÜRCÜSTAN

VAQİF VƏ GÜRCÜSTAN

Bədii Tərcümə
Yaxın və uzaq Tiflis: evdə qalıb xatırladığımız yurdlarımız...

Yaxın və uzaq Tiflis: evdə qalıb xatırladığımız yurdlarımız...

Tiflis
MİRZƏ MƏMMƏDOĞLUNUN YUBİLEY GÜLLƏRİ

MİRZƏ MƏMMƏDOĞLUNUN YUBİLEY GÜLLƏRİ

"Varlıq", Tiflis

"Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı"nın Tbilisi üzrə nümayəndəs ...

Tiflis, Qarayazı
Rəy yazın: