ƏLİ RZAZADƏnin "YAĞIŞ" ROMANI haqqında düşüncələrim

ƏLİ  RZAZADƏnin "YAĞIŞ" ROMANI haqqında düşüncələrim ƏLİ  RZAZADƏnin "YAĞIŞ" ROMANI haqqında düşüncələrim Əli Rzazadə 1981-ci ildə Masallı rayonunun Kolinovka kəndində ziyalı ailəsində anadan olmuşdur . Onun atası müəllim, anası isə tibb sahəsində çalışır. O, ixtisasca şərqşünas, filoloqdur. Ərəb və fars dillərini mükəmməl bilən Əli Rzazadə uzun müddət tərcüməçiliklə də məşğul olmuşdur. O həm də ilahiyyatçıdır. Əli Rzazadə hal-hazırda Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin müəllimi olaraq, alim və professorlarla çiyin-çiyinə, gələcək ziyalılarımızın, pedaqoqlarımızın yetişdirilməsində yaxından iştirak edir.
Onun hələ gənc yaşlarından dövri mətbuatda müxtəlif sahələrdə yazılmış yazıları dərc edilmişdir və bir çox elmi məqalələrin müəllifi olmuşdur.
Hələ gənc olmasına baxmayaraq Əli bəy artıq üç kitab müəllifidir. Onun birinci kitabı “Nurdan zərrələr-Qurani-Kərimdə qadın obrazlar” adlanır və orada İslam dini istiqamətində bəzi dini görüşləri qələmə alınmışdır. Bu kitabda əsasən “Qurani- Kərim”də adı çəkilən və ya ayələrdə haqqında danışılan xanımlardan söhbət açılır. Kitabın əsas hissəsi Adəm peyğəmbərin həyat yoldaşı Həvva xanım haqqında qeydlərdən başlayaraq, İslam peyğəmbərin qızı Həzrəti Fatimə haqqında qeydlərlə bitir. Sonda Qurani- Kərimdə qadınlar haqqında ayələr qeyd edilir. Oradakı xanımları haqda söhbət edərkən onlarla eyni dövrdə yaşayan taxiri şəxsiyyətlər haqqında da mlumatlar verilmişdir.
“Xocalıya ədalət” adlı ikinci kitab isə 2014-cü ildə işıq üzü görmüşdür. Kitab ərəb dilində yazılmışdır və Heydər Əliyev fondunun vitse-prezidenti və “Xocalıya ədalət” kompaniyasının rəhbəri Leyla Əliyevanın “Xocalıya ədalət” kompaniyası çərçivəsində nəşr edilmişdir. 2014- cü ilin fevralın 28-də Bakıda kitabın təqdimat mərasimi keçirildi. Mərasimdə ərəb ölkələrinin ölkəmizdəki səfirləri və səfirliklərin səlahiyyatli nümayəndələri iştirak etmişdilər. Kitab hər bir səfirliyə təqdim olundu və Misirin, Tunisin bir neçə universitetlərinin kitabxanalarına göndərildi. Kitabın elektron variantı onlarla ərəb saytlarında yerləşdirildi və bu kitabın Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri olmuşdur.
ƏLİ  RZAZADƏnin "YAĞIŞ" ROMANI haqqında düşüncələrim Əli Rzazadənin üçüncü kitabı olan “Yağış” 2015-ci ildə nəşr edilmişdir. Kitabın təqdimatı mərasimi Təfəkkür Universitetində baş tutmuşdu. Digər kitablarından fərqli olaraq bu əsər bədii əsərdir və roman janrında yazılmışdır. “Yağış” romanı qısa bir müddət ərzində özünə oxucu auditoriyası topladı və oxucuların rəğbətini qazandı. Əsərin baş qəhrəmanı Kənan Azərbaycan cəbhə xəttində qulluq edən zabitdir. Müəllifin dediyinə görə əsərin baş qəhrəmanı Kənan real həyatda mövcuddur və şərti ad deyil. Amma o, hələlik onun kim olduğunu açıqlamır. Bu xüsus əsərin orijinallığına dəlalət edir.
Əsərin baş qəhrəmanı Kənan hərbi xidmətə gedir və zabit olur. Hər zaman həqiqət axtarışında olan Kənanın hərbi xidmətdə qarşısına Abdulla adlı bir qoca kişi çıxır. Elə hər bir şey bundan sonra baş verir.
Müəllif təkcə özünün deyil həm də dünya ədəbiyyatı dühalarının-Lev Tolstoy, Frans Kavka, Sartr, Nitşe, Şekspir, Hüqo, Moem və s. dünya klassiklərinin həqiqətə münasibətlərinə də yer verilmişdir.Əsərdə bütün bunlardan başqa obrazllar fonunda Azərbaycan mədəniyyəti, milli-mənəvi koloriti göstərilmişdir. Əsərdə gənclərə böyük örnək olacaq epizodlara da yer verilmişdir. Şəhidlərimiz, milli qəhrəmanlarımız əsərdə xüsusi zirvədə əks etdirilmişdir. Həmçinin yeni yaranmaqda olan nəslə və gənclərə kitab oxumaq barədə tövsiyyələr, onun faydaları haqqında məlumat verilmişdir.
Əli bəyə gələcəkdə yaradıcılıq uğurları arzu edirir və yeni-yeni əsərlər gözləyirik!


Vüsal ŞƏFƏQLİ
(ŞABİZADƏ)




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əli Rzazadənin əsərlərinə bir baxış

Əli Rzazadənin əsərlərinə bir baxış

Sumqayıt, Ədəbi tənqid
TƏNHALIQ MƏNİM DOSTUMDUR

TƏNHALIQ MƏNİM DOSTUMDUR

Sumqayıt
Yeni kitab:

Yeni kitab: "İçərişəhərin əbədi sakini"

Bakı, "Şərqin səsi"
ƏDALƏT  MƏDƏDOĞLU (1968)

ƏDALƏT MƏDƏDOĞLU (1968)

Başkeçid

"Poçt qutusu" gürcü dilində

Elm, "Zirvə", Ədəbi əlaqələr, Tiflis
Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdima ...

Ədəbiyyat İnstitutunda Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanının təqdima ...

"Zirvə"
Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Elm, Humanitar elmlər, "Zirvə"
Durğu işarələri haqqında yeni kitab

Durğu işarələri haqqında yeni kitab

Yeni nəşrlər
Xocaliya ədalət Tbilisidə

Xocaliya ədalət Tbilisidə

Tiflis
Millət vəkili Rüfət Quliyevin yeni kitabı işıq üzü görüb

Millət vəkili Rüfət Quliyevin yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, AzTU, İqtisadiyyat
Təbrik edirik, Təhməz müəllim!

Təbrik edirik, Təhməz müəllim!

Borçalı, Təbriklər
Aslan Bayramovun yeni uğuru:

Aslan Bayramovun yeni uğuru: "Azərbaycan onomastikası"

Elm, Sumqayıt
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
“Yeni Yurd”un dəstəyi ilə Türkiyədə professor Okan Yeşilotun H.Z.Tağıyev ha ...

“Yeni Yurd”un dəstəyi ilə Türkiyədə professor Okan Yeşilotun H.Z.Tağıyev ha ...

Azərbaycan, "Şərqin səsi"
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Biləsuvarın icra başçısı kitab oğurladı - FAKT

Biləsuvarın icra başçısı kitab oğurladı - FAKT

Regionlar
YUBİLYARDAN  HƏDİYYƏ

YUBİLYARDAN HƏDİYYƏ

Yeni nəşrlər, Mədəd Çobanov

"Qafqaz- Media" və "Borçalı" İctimai Birlikləri "Xocalıya ədalət!" ad ...

Elanlar, "Borçalı" Cəmiyyəti
ADPU Quba filialında

ADPU Quba filialında "44 günlük tarixi möcüzə" kitabının təqdimat mərasim ...

ADPU
Yazıçılar Birliyində

Yazıçılar Birliyində "İçərişəhərin əbədi sakini" kitabının təqdimatı olmu ...

"Şərqin səsi"
Rəy yazın: