Əziz ŞƏRİF: "Orta əsrlərdə Azərbaycanın ən populyar lirik şairi Molla Pənah Vaqifdir!.."

Əziz ŞƏRİF: "Orta əsrlərdə Azərbaycanın ən populyar lirik şairi Molla Pənah Vaqifdir!.." Bu il Azərbaycanın klassik lirik şairi
Molla Pənah Vaqifin anandan olmasının
300-cü ildönümüdür.

Əlli il bundan öncə, Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi ilə əlaqədar tanınmış gürcü şairi Şota Nişnianidzenin redaktorluğu ilə Tiflisdə “Merani” nəşriyyatı tərəfindən 1968-ci ildə “Vaqif” adlı kitab işıq üzü görmüşdür.
Kitabın rəssamları Otar CişkarianiTengiz Mirzaşvilidir.

Bu kitabda ön sözü Tiflisdə boya başa çatan, sonralar Lomonosov adına Moskva Dövlət Universiteninin professoru olmuş mərhum Əziz Əşrif yazmışdır.

Molla Pənah Vaqifin yubileyi ərəfəsində Azərbaycan ictimaiyyətinin, ümumiyyətlə, Vaqifsevərlərin marağını nəzərə alarar həmin ön sözü tərcümə edərək ZiM.Az-ın dəyərli oxucularının ixtiyarına veririk.

Hörmətlə:
Mirzə Məmmədoğlu,
Zim.Az


* * *

Vaqif təxəllüsü ilə tanınan Molla Pənah Orta əsrlər Azərbaycanın lirik şairləri arasından ən populyardır. O, Azərbaycanın poeziyasının inkişafı tarixində yeni səhifə açmış və özünün ən böyük sələflərindən biri olan, klassik şeirin əvəzsiz ustası Məhəmməd Füzuli ilə (1494-1556) bir sırada dayanmışdır.
Dahi Nizami Gəncəvidən (1141-1209) sonra Məhəmməd Füzuli və Molla Pənah Vaqif Orta əsrlər Azərbaycan ədəbiyyatının iki zirvəsidirş Onların yaradıcılığı milli poeziyanın dar məhdudiyyətlərini aşaraq yaxın Şərqin mülkiyyətinə çevrilmişdir.

* * *
Vaqifin həyat və yaradıcılığı barıədə çox şey məlum deyildir. Onun anadan olduğu tarix 1717-ci il hesab edilib. Azərbaycanda, Salaxlı kəndində (indiki Qazax rayonunda) anadan olmuşdur, məsciddə yerli dini mədrəsədə oxumuşdur. Öz zamanına görə kifayət qədər təhsil almışdır. Doğma dilindən başqa fars və ərəb dillərində sərbəst şəkildə danışa bilirdi. Fəlsəfə, riyaziyyat, astronomiya, tibb və elmin digər sahələri ilə tanış idi.

Feodallar arasında silahlı toqquşma və daimi ixtilaf nəticəsində dinc təsərrüfat əməyi pozulurdu ki, bir çox ailə başqa yerdə sığınacaq axtarmağa məcbur olurdu.
Vaqif öz doğma kəndində mədrəsə açmış və pedaqoji fəaliyyəti üçün ona molla adı verilmişdir. Təxminən 1759-60-cı illərdə Vaqif ailəsi ilə Azərbaycanda ən nüfuzlu, ən güclü xanlıq hesab olunan Qarabağa köçmüşdür. Onun mərkəszi yüksək dağlıq yerdə salınan, tamamilə yeni şəhər olan, 1750-ci ildə Pənah xan tərəfindən əsası qoyulan qala-qəsr Şuşa idi.
İlk öncə Vaqif Tərtərbasar kəndində məskunlaşdı ki, burada da o, mədrəsə açdı. Şair heç də burada sən deyən, yaxşı yaşamırmış, halbuki, bir neçə mənbəyə görə, Qarabağın yeni hakimi İbrahimxəlil xan bura köcüb gələnlərə qarşı lütfkarlıq göstərirmiş.
Tezliklə Vaqif yaşamaq üçün Şuşaya köçür. O burada bir şair və bir alim olaraq məşhurlaşdı. 1769-1770-ci illərdə onu saraya dəvət edirlər. Savadlı, həyat təcrübəsinə görə müdrikləşən, iş görən və enerjili Vaqif tezliklə xanın ən yaxın məsləhətçisinə çevrilir. Vaqifin həyatından bizə məlumat verən demək olar ki, bütün müəlliflər onu böyük dövlət xadimi kimi xarakterizə edir. Xarici siyasət sahəsində qonşu xanlıqlar ilə və Rusiya ilə siyasi əlaqə yaradan Gürcüstan çarı ilə hərbi-müdafiə əlaqələrinin təşəbbüsü ona məxsusdur.
XVIII əsrin ikinci yarısında bütün Zaqafqaziya, o cümlədən Qarabağ da böyük sınaqlar qarşısında dayandı. Xanın vəziri İran təcavüzü təhlükəsindən xanlığı xilas etmək üçün yeni-yeni yollar axtarırdı. Bu təhlükə xüsusən 1794-cü ildə, İranda Ağa Məhəmməd şah Qacar hakimiyyıti ələ keçirəndə və özünü şahənşah bəyan edəndə daha da artdı.
80-ci illərdə Gürcüstan çarlığı Rusiyanın himayədarlığını qəbul etdi. Bu hadisə ilə əlaqədar İbrahimxəlil xan öz vəziri Vaqif ilə birlikdə Tiflisə gəlmişdir. Vaqifin Gürcüstanda olması onun bir çox şeirində öz parlaq əksini tapmışdır.
Gürcüstanın və Azərbaycan xanlığının Rusiyaya yaxınlaşmasından qəzəblənən İran despotu zərbə vurmağa hazırlaşırdı. 1795-ci ilin yayında Ağa Məhəmməd şah Qacar Zaqafqaziyaya doğru hərəkətə keçdi. Iranın çoxsaylı qoşunu Araz çayını keçərək Qarabağa yetişdi. Qala qəsr uzun çəkən mühasirəyə tab gətirdi. Düşmən üçün o alınmaz oldu. Tarixçilər qeyd edirlər ki, çox qocalmış Vaqif şəhərin müdafiəsində fəal iştirak edib. O, sən demə, döyüş əməliyyatına bilavasitə rəhbərlik edirmiş. Qacar mühasirəni götürməyə və Qarabağ hüdudlarını tərk etməyə məcbur oldu. Geri qayıdan şah Qacar bütün qəzəbini Gürcüstanın üstünə tökdü. Bütün şəhəri vəhşicəsinə darmadağın etdi və öz düşərgəsinə çəkildi. Yeni hücum üçün daha əlverişli vaxt seçdi. Tiflisin alınması zamanı 1795-ci ildə Zaqafqaziyanın üç dilində çalıb oxuyan böyük şair Cayat-Nova qətlə yetirildi.
II Yekaterine Zaqafqaziyaya öz qoşununu göndərdi, amma onun ölümündən sonra I Pavel qoşunu geri çağırdı və Azərbaycan xanlığı İranın despotu ilə üzbəüz təkcə qaldı.
Qacar bu əlverişli məqamdan istifadə etmək qərarına gəldi və 1797-ci ilin yayında Qarabağa qarşı yeni hücum təşkil etdi. Aclığa düçar olmuş camaat saysız-hesabsız düşmənin öhdəsindən gəlməyə hazır deyildi. İbrahimxəlil xan şəhəri tərk etdi və Dağıstanda özünə sığınacaq tapdı.
Qacar onbir minlik qoşunla Şuşanı mühasirəyə aldı və heç bir müqavimət olmadan onu ələ keçirdi. Xanın vəziri şair molla Pənahı tutaraq, zindana saldılar və onun barəsində ölüm hökmü çıxartdılar. Cəzanın öncəki günü Ağa Məhəmməd şah Qacar qətlə yetirildi. Ölüm intizarında olan şair azad olundu.
Şahın ölümündən sonra Qarabağda hakimiyyətsizlik əmələ gəldi. İran qoşunu ruhdan düşdü. Ümumixalq şaşqınlığından, anarxiyadan Məhəmməd bəy Cavanşir istifadə etdi və Şuşada hakimiyyəti ələ keçirdi.
Yeni hakim özünün sələfi olan xana sədaqətli olan insana ümid bəsləyə bilməzdi və təbii ki, Vaqifin simasında təhlükəli əleyhdarını görürdü. Eyni zamanda şair camaat arasında böyük hörmətə malik idi və Məhəmməd bəy Cavanşir onu başdan rədd etmək qərarına gəldi. Bəzi tarixçi və Vaqifin tərcümeyi halı onu qeyd edir ki, yeni xanın guya ki, Vaqifin gözəl arvadına qarşı xüsusi simpatiyası var idi. Bütün bunlar kəskin toqquşmaya qədər gətirib çıxartdı, güclərin nisbəti qeyri-bərabər idi. Nəhayət, hakimiyyəti zorla ələ keçirən Məhəmməd bəy Cavanşirin öz niyyətini həyata keçirdiyi vaxt yetişdi. Sarayın Vaqifə qarşı kin-küdurət, nifrət hissi bəsləyən əyanlarının dəstəklədiyi Məhəmməd bəy Şavanşirin əmri ilə öz oğlu şair Əli bəy ilə birlikdə qayadan uçuruma atdılar.
Şairin faciəli ölümündən sonra onun evini dağıtdılar, əlyazmalarını məhv etdilər və yandırdılar. Sonralar böyük nəğməkar və birinci vəzirin cənazəsini böyük hörmət-izzərlə dağın gözəl mənzərəli yamacında dəfn etdilər. Onun məzarı ziyarət yerinə çevrildi. Camaat əsrlər boyu müdrik və ölməz nəğməkarın səmimi məhəbbətini qəlbində yaşatmışdır.
* * *
Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatının tarixində çevriliş etmiş, xalq, aşıq şeirinin “heca” vəznini ona gətirərək qanuniləşdirmişdir. Vaqifin şeirlərinin əksəriyyəti qoşma formasında yazılmışdır. Vaqif Azərbaycan poeziyasında qoşma formasını başa çəkən və xalqln danışıq dilini ona yaxınlaşdıran cəsarətli novator idi. Bu şeirlərin poetik toxunuşu və əks etdirmə vasitələri yüksək bədii səviyyəyə qaldırılmışdır. Şair çox hallarda rədifdən, daxili ritmlərdən, nəqaratlardan , cəsarətli təşbehlərdən istifadə edir ki, onlar da suall zamanı şifahi-müsiqili təəssürat yaradırlar.
Bu yeni forma təkcə şifahi xalq ədəbiyyatında, aşıq poeziyasında deyil, eləcə də yazılı ədəbiyyatda da öz yerini bərqərar etdi.
Vaqif poeziyanı xalqın geniş kütləsi üçün anlaşıqlı etdi. O, canlı simalar ilə xalq dilinin zəngin məqamlarını daha da zənginləşdirdi. Vaqif həyatın sevincini, şirinliyini və sevgisini tərənnüm edirdi. Poetik qeyri-dünyəvi lirası ideal gözəlliyi vəsf etdiyi klassik şairlər - Füzuli və onun ardıcıllarının əksinə olaraq Vaqif canlı, dünyəvi, real olaraq vücuda gətirilmiş və həyat eşqi ilə dolu qadın siması yaratdı.
Bu motivləri Vaqif, şübhəsiz, lirik xalq poeziyasından almışdır ki, bu da özünün nikbinliyi ilə həyata fəal münasibəri ilə fərqlənirdi.

Vaqif tərəfindən təsvir olunmuş gözəllər oxucunun qarşısında azərbaycan qadının canlı siması olaraq özünün bütün milli xüsusuyyətləri ilə və əlamətləri ilə dayanır. Şair sevgili qadının gözəlliyini və ona qarşı hədsiz məhəbbətini təsvir etmək üçün bədii təşbehlərdən bol-bol istifadə edir. Məhəbbət mövzusu Vaqifin lirikasında əsas mövzudur və bir baxımdan o, yeknəsəq və monoton olmalıdır. Lakin, yalnız bircə baxımdan. Həqiqətdə isə Vaqifin lirikası təşbehlərlə elə zəngindir ki, axtarılıb tapılan dəqiq məqamlarla elə doludur ki, şairin aşiqanə lirik şeirlərində eyni mözzuda təkrarlanan və tərənnüm edilən gözəlləri tapmaq çətindir. Hər bir şeirin müstəqil bədii və emosiyalı dəyəri vardır. Məğzinin yeniliyi ilə, gözlənilməz simaları ilə, xüsusən mənəvi əhvasl-ruhiyyəsi ilə insanı heyrətləndirir.

Azərbaycan xalqı özünün böyük şairinin vətənpərvərlik ruhu ilə və dərin fəlsəfi fikirləri ilə yoğrulan şeirlərini iki əsr müddətində məhəbbətlə qoruyub saxlayır. Bu gün xalqa estetik zövq verən bütün hər şey xüsusi dəyərə malikdir.
Əziz ŞƏRİF,
Filologiya elmlləri doktoru,
Moskva Dövlət Universitetinin professoru.

1968

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: