Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək Dekabrın 28-də Rusiyanın paytaxtı Moskva şəhərindəki “Ukrayna” otelində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) IV Qurultayı keçiriləcək. Qurultaya Rusiya Federasiyasının 78 bölgəsindən 200-dən artıq nümayəndənin, həmçinin, Rusiya və Azərbaycanın dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir.

Diasporla İş üzrə Dövət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Esmira xanım Xəlilova ZiM.Az-a bildirib ki, Qurultayda ÜAK rəhbərinin təşkilatın 5 il ərzində gördüyü işlər haqqında hesabatı dinləniləcək, məruzə ətrafında çıxışlar olacaq.
Qurultayda, həmçinin, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, Rusiyadakı soydaşlarımızın hüquq və azadlıqlarınını qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, növbəti beş il üçün fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə bağlı geniş müzakirələrin aparılması nəzərdə tutulur.
Qurultayında Mərkəzi Şura, Rəyasət Heyətinin yeni tərkibi seçiləcək, daha sonra Mərkəzi Şuranın iclası keçiriləcək. Tədbirin yekununda bir sıra sənəd və müraciətlərin qəbulu gözlənilir.
Qeyd edək ki, ən böyük diaspor təşkilatı olan ÜAK ümummilli lider Heydər Əliyevin və Rusiya Vladimir Putinin dəstəyi ilə 2001-ci il martın 5-də Moskva şəhərində yaradılıb.
Təşkilatın məqsədi buradakı soydaşlarımıza milli, mədəni, sosial maraqların həyata keçirilməsinə yardım etmək, Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etməkdir.
Rusiya Federasiyasındakı diaspor təşkilatları ilə əməkdaşlıq, bu fəaliyyətin koordinasiya edilməsi də Konqresin prioritet vəzifələrindəndir.
Hazırda ÜAK-ın Rusiyanın 83 bölgəsində bölməsi fəaliyyət göstərir.
Təşkilatın III Qurultayı 2011-ci il noyabrın 25-də keçirilib.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Diaspora
Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa, Diaspora
Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

Rusiya, Diaspora
Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Rusiya, Diaspora
Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb

Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb

Diaspora
Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək

Avropa, Diaspora
Söyün Sadıxov

Söyün Sadıxov "Azərros"-un prezidenti seçilib

Qarayazı, Rusiya, Diaspora
Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Rusiya, Diaspora
Qazaxıstanda yaşayan soydaşlarımız Rusiyanın ədliyyə nazirinə müraciət edib

Qazaxıstanda yaşayan soydaşlarımız Rusiyanın ədliyyə nazirinə müraciət edib

Orta Asiya, Rusiya, Diaspora
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib

Əsas xəbər, Azərbaycan, Diaspora
Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Avropa, Diaspora
Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa, Rusiya, Diaspora
Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Turan, Avropa, Diaspora
Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Rusiya, Diaspora
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat ya ...

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat ya ...

Rusiya, Diaspora
Moskvada Diaspor təşkilatları erməni təxribatının qarşısını alıb

Moskvada Diaspor təşkilatları erməni təxribatının qarşısını alıb

Rusiya, Diaspora
Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Diaspora
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın "Puşkin" ...

Azərbaycan, Siyasət
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

Avropa, Diaspora
Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziya ...

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziya ...

Diaspora
Rəy yazın: