Azərbaycan möcüzələri İsraildə sərgilənəcək

Azərbaycan möcüzələri İsraildə sərgilənəcək İsraildə yerli ictimaiyyəti Azəbaycanın tarixi, memarlığı, təbii zənginlikləri və insani dəyərləri ilə tanış edən yeni layihəyə start verilib. Heydər Əliyev Fondu və yerli bələdiyyələrin dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) həyata keçirdiyi layihə çərçivəsində “Azərbaycanın 7+7 möcüzəsi” adlı fotosərgi İsrailin müxtəlif şəhərlərində nümayiş etdiriləcək.

Tirat-Karmel şəhərindən başlayan sərginin ziyarətçiləri bu fotolarda Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Qız Qalası, Şəki Xan sarayı kimi Azərbaycanın müasir və tarixi memarlıq şedevrləri ilə tanış ola biləcək. İzləyicilər həmçinin, Qobustan, İçərişəhər, Qala qoruğu kimi tarixi yerləri, Bibiheybətdəki qədim neft yataqları, Naftalan, palçıq vulkanları kimi unkal müalicə ocaqları ilə virtual tanış olmaq imkanı əldə edəcək.

Sərginin açılış mərasimində çıxış edənlər Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlıq ənənələrindən danışıblar.
Qeyd olunub ki, Qırmızı Slobada yəhudi kəndi, alman koloniyası, atəşpərəstlərin ibadət yeri olan Atəşgah memarlıq kompleksi Azərbaycan xalqının tolerantlığından xəbər verir.

Tirat-Karmel şəhərinin meri Arye Tal Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Azərbaycanın təbii resurslarının müxtəlifliyi və zənginliyinə, mədəniyyətinə və tarixinə heyran olduğunu bildirib.
Şəhər meri ölkəmizə və xalqımıza bəslədiyi rəğbətini, rəhbərlik etdiyi şəhərdə əhalinin böyük hissəsini məhz Azəbaycandan gələn yəhudilər təşkil etdiyi üçün qürur duyduğunu dilə gətirib.

Tədbirdə Tirat-Karmel şəhər merinin müavini Mixael Koen, şəhər şurasının üzvləri, Kiryat-Yam şəhər merinin müavini Adam Amilov, Hayfa dairəsi üzrə absorbsiya naziri Asaf Qerti və ictimai təşkilatların nümayəndələri iştirak edib.

Tədbir Qafqazdan olan artistlərin konsert proqramı ilə yekunlaşıb.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Fransanın Arkaşon şəhərində Azərbaycan günlərinə start verilib

Fransanın Arkaşon şəhərində Azərbaycan günlərinə start verilib

Avropa, Diaspora
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının saytı fəaliyyətə başlayıb

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının saytı fəaliyyətə başlayıb

İsrail, Diaspora
Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayənd ...

Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayənd ...

Tiflis
X Beynəlxalq Təhsil Sərgisinə həsr olunan mətbuat konfransı keçirilib

X Beynəlxalq Təhsil Sərgisinə həsr olunan mətbuat konfransı keçirilib

Təhsil, Nazirlik
X Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

X Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

Nazirlik
İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsrail, Diaspora
Bolnisidə seçkidən sonra təmizlik işləri həyata keçirilir

Bolnisidə seçkidən sonra təmizlik işləri həyata keçirilir

Bolus
Rustavidə Kvemo Kartli bölgəsində şəhər meri və rayon icra başçısı vəzifələ ...

Rustavidə Kvemo Kartli bölgəsində şəhər meri və rayon icra başçısı vəzifələ ...

Rustavi
Mədəniyyət Nazirliyi: “Keşikçidağ” kompleksi Azərbaycanın dövlət tarix-mədə ...

Mədəniyyət Nazirliyi: “Keşikçidağ” kompleksi Azərbaycanın dövlət tarix-mədə ...

Əsas xəbər, Tarix
Tiflisdə fəsadların aradan qaldırılmasında azərbaycanlı könüllülər də iştir ...

Tiflisdə fəsadların aradan qaldırılmasında azərbaycanlı könüllülər də iştir ...

Dünya, Tiflis
13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

Nazirlik, AzTU
Azərbaycan Memarlar İttifaqının XIX qurultayı keçirilib

Azərbaycan Memarlar İttifaqının XIX qurultayı keçirilib

Azərbaycan
Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı ol ...

Türkiyənin Bolu şəhərinin Qarabağ parkında Xarıbülbül abidəsinin açılışı ol ...

Qarabağ, Turan
İsrail televiziyasında faşist erməni generalına abidə qoyulması pislənilib

İsrail televiziyasında faşist erməni generalına abidə qoyulması pislənilib

İsrail, Diaspora
AzMİU-da beynəlxalq konfrans keçirilib

AzMİU-da beynəlxalq konfrans keçirilib

Digər ali məktəblər
Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib

Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib

Tiflis
Professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kita ...

Professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kita ...

ADPU, Turan
Marneulinin rəhbər şəxsləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əli ...

Marneulinin rəhbər şəxsləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əli ...

Tiflis, Rustavi, Borçalı
AzTU-nun İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub

AzTU-nun İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub

AzTU, İdman
Bolnisidə almanların köçürülməsinə həsr olunan “Bolniskalakoba” (Bolnisi Şə ...

Bolnisidə almanların köçürülməsinə həsr olunan “Bolniskalakoba” (Bolnisi Şə ...

Bolus
Rəy yazın: