Azərbaycan–Polşa münasibətləri

Azərbaycan–Polşa münasibətləriAzərbaycan və Polşa arasındakı əlaqələr qədim dövlərdən mövcüd olmuşdur. İndi də Azərbaycan polyaklarının sayı 1000 və 2000 arasında dəyişir. Münasibətlərin tarixi XV əsrə gedib çıxır. XV əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsən Polşa kralı Yagello ilə sıx əlaqə saxlayıb. Polyak Ledinski və azərbaycanlı Topçubaşov çar Dumasında Polşanın və Azərbaycanın muxtariyyəti uğrunda mübarizə aparan xüsusi fraksiya yaradıblar. Birinci dünya müharibəsindən sonra polyaklar Polşadan deportasiya olunarkən on minlərlə insan Azərbaycana gəlib. Azərbaycan Xalq Cümhüriyyəti Polşa ilə sıx əlaqələr yaratmışdır və hələ Məmməd Əmin Rəsulzadənin yoldaşı da millətcə Polyak olmuşdur. Təəsüflər olsun ki, 45-ci ildə Nazist Almaniyasındakı Azərbaycan batalyonu Varşavadakı çıxışda Polyaklara qarşı vuruşmuşdur ancaq dövrün şərtlərini nəzərə aldıqda bu başa düşüləsi hadisədir. Ancaq onu da qeyd etmək lazımdır ki Vali Bəy Yadigarov kimi bir çoxlarıda Polşa ordusunda xidmət etmişdir.

Münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlməkdədir. NATO, Avropa Birliyi və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Polşa ilə mövcud əlaqələrin daha da genişləndirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Polşa Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, beynəlxalq hüquq normaları əsasında nizamlanması mövqeyindən çıxış edir.

Mündəricat:
1 Siyasi münasibətlər
2 İqtisadi əlaqələr
3 Mədəni əlaqələr
4 Xarici keçidlər

Siyasi münasibətlər

Əsas məqalə: Azərbaycan polyakları

Polşa Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıyıb və 1992-ci il fevralın 21-də iki ölkə arasında diplomatik əlaqələr qurulub. 2001-ci ildə Polşanın Azərbaycanda, 2004-cü ildə isə Azərbaycanın Polşada səfirliyi təsis edilib.

1997-ci il avqustun 26-28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevskinin dəvətilə bu ölkədə ilk dəfə rəsmi səfərdə olub. Səfər zamanı prezidentlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, beynəlxalq aləmdə vəziyyət barədə müzakirələr aparıblar. Azərbaycan - Polşa danışıqlarından sonra prezidentlər Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Dostluq və Əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Səfər zamanı aşağıdakı sənədlər imzalanıb: İki ölkə arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı haqqında Bəyannamə; ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında Konvensiya; hər iki ölkənin Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol; mədəni və elmi əməkdaşlıq haqqında, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında, mülki hava daşımaları haqqında, turizm sahəsində əməkdaşlıq haqqında sazişlər.

Səfər çərçivəsində Prezident Heydər Əliyev Polşa Seyminin marşalı (sədri) Yuzef Zix ilə də görüşüb. Söhbət zamanı Heydər Əliyev Azərbaycanın Polşanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramındakı mövqeyini yüksək qiymətləndirdiyini və ona Avropada özünün mühüm tərəfdaşı kimi baxdığını bildirib. Azərbaycan Prezidenti Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, Polşa Seyminin sədrinə bu barədə ətraflı məlumat verib. O, təcavüzkar Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, həmçinin, Ermənistanın beynəlxalq hüquq normalarını pozduğunu Seym sədrinin diqqətinə çatdırıb.

Sonra Prezident Heydər Əliyev Polşa Ticarət Palatasında ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşüb. Görüşdə Prezident Heydər Əliyev nitq söyləyib.

1998 - ci il noyabrın 25-də ATƏT-in o vaxt fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Bronislav Geremek Azərbaycana səfər edib. Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşündə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ATƏT-in Minsk Qrupunun son təklifləri və Azərbaycan - Polşa münasibətləri müzakirə mövzusu olub. Geremek Heydər Əliyevə ATƏT-in Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün fəaliyyət göstərəcəyini söyləyib.

1999-cu il oktyabrın 27-29-da Polşa Prezidenti Aleksandr Kavsnevski Azərbaycan Prezidenti Heydər Əliyevin dəvətilə Azərbaycanda ilk rəsmi səfərdə olub.

Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevskinin şərəfinə təşkil olunmuş rəsmi qəbulda Heydər Əliyev nitq söyləyib. O, bildirib: "1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair sənədin qəbul olunması məsələsi böyük çətinliklə həll edilərkən, Polşa Azərbaycanı fəal dəstəkləmiş və ATƏT-in bu məsələ barəsində məlum bəyanatına səs vermiş 53 ATƏT ölkəsindən biri olmuşdur". Səfər çərçivəsində Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü keçirilib. Görüş zamanı ölkələrarası əlaqələr, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq aləm, o cümlədən Qafqazda vəziyyətə, beynəlxalq təşkilatlarda əməkdaşlığın genişləndirilməsinə dair geniş fikir mübadiləsi aparılıb. Səfər zamanı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Polşa Respublikasının Neft və Qaz Şirkəti arasında Qarşılıqlı Anlaşma Memorandumu və Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin və Polşa Respublikası Prezidenti Aleksandr Kvasnevskinin Birgə Bəyanatı imzalanıb. Polşa prezidenti Azərbaycan Milli Məclisində olub, deputatlar qarşısında çıxış edib. Bakı Dövlət Universitetində olan Aleksandr Kvasnevskiyə universitetin fəxri doktoru adı və yubiley medalı təqdim edilib.

Azərbaycan-Polşa münasibətləri 2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da uğurla inkişaf edib. 2005-ci il martın 30-da Prezident İlham Əliyev Polşa Respublikasına rəsmi səfər edib. Səfər zamanı, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişlə birlikdə 7 sənəd imzalanıb.

2006-cı il mayın 22-23-də GUAM-ın Kiyevdə keçirilən növbəti Sammiti zamanı qonaq qismində Polşa prezidenti Lex Kaçinski də iştirak edib. O, GUAM-ın regional təşkilat kimi genişlənməsində və Azərbaycan da daxil olmaqla təşkilatın digər üzv dövlətləri ilə sıx əlaqələr qurulmasında maraqlı olduğunu bildirib.

2007-ci il martın 30-da isə Polşanın yeni seçilmiş prezidenti Lex Kaçinski Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşündə siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycan - Polşa əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Polşa Prezidentinin səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsi imzalanıb.

2007-ci il iyunun 18-də Polşa Prezidenti Lex Kaçinski Azərbaycana növbəti dəfə GUAM- ın Zirvə görüşündə iştirak etmək üçün gəlib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Lex Kaçinski bütün sahələrdə uğurla inkişaf edən Azərbaycan - Polşa əlaqələrindən danışıb, iki ölkə arasında faydalı əməkdaşlığın genişlənməsində GUAM-ın rolunu vurğulayıb.

2008-ci il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya növbəti səfəri olub. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski arasında görüş olub. Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsi imzalanıb. Bəyannamədə beynəlxalq məsələlərdə əməkdaşlıq da daxil olmaqla, Azərbaycan və Polşa arasında ümumi maraq kəsb edən sahələrdə ikitərəfli əlaqələr və əməkdaşlığın vəziyyəti və inkişaf istiqamətləri, münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət və riayət əsasında, BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həllini dəstəklədikləri qeyd edilib.

2008-ci il iyulun 1-də Batumidə keçirilən GUAM-ın sammitində Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski arasında görüş keçirilib. Görüşdə Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin genişlənməsindən məmnunluq ifadə olunub.

2009-cu il iyulun 2-də Polşa Prezidenti Lex Kaçinski Azərbaycana növbəti rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişafından məmnunluq ifadə edilib. Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski "Azərbaycan Respublikası və Polşa Respublikası Prezidentlərinin Məşvərət Komitəsinin Nizamnaməsi"ni imzalayıblar. Həmçinin, "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Polşanın "Grupa Lotos" Səhmdar Cəmiyyəti arasında niyyət haqqında Protokol", "Azərbaycan Respublikası Təhlükəsizlik Şurası və Polşa Respublikası Milli Təhlükəsizlik Bürosu arasında 2009-2010-cu illər üçün əməkdaşlıq cədvəli" imzalanıb.

Polşa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Polşa Respublikasının Prezidenti Lex Kaçinski ölkəmizin ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilib. Polşa Prezidenti Lex Kaçinskinin Azərbaycana rəsmi səfərinə dair dövlət başçıları mətbuat üçün bəyanat veriblər.

İqtisadi əlaqələr:

Son illər Azərbaycan - Polşa iqtisadi-ticari əlaqələr sahəsində ciddi uğurlar əldə olunub. 2008-ci ildə iqtisadi münasibətlər tariximizdə ilk dəfə olaraq Azərbaycan müsbət saldoya nail olub və iki ölkə arasındakı mal dövriyyəsi 166,9 milyon ABŞ dollarına çatıb. Azərbaycandan ixrac olunan məhsulun tərkibində neft və neft məhsulları üstünlük təşkil edir. Enerji sahəsində əməkdaşlıqda daböyük perspektivlər gözlənilir. Artıq uzun illərdən bəri əfsanə kimi görünən Bakı-Odessa-Brodı-Plotsk (Qdansk) neft kəmərinin texniki-layihə sənədlərini hazırlamaq üçün "Sarmatiya" konserni yaradılıb. Bu isə Polşanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əhəmiyyətinin yaxın illərdə daha da artacağını göstərir.

Mədəni əlaqələr:

Azərbaycan və Polşa mədəniyyətlərarası və ədəbiyyat münasibətlərinin tarixi 19-cu əsrin birinci yarısına aiddir. Onlar əsasən Peterburq, Varşava və Qafqazda inkişaf etməyə başlamışdır. Polşa şərqşünası Yozef Sepkovski bu sahənin sələfi idi. O 1825-ci ildə Peterburqda Azərbaycan ədəbiyyatı xalq tamaşasının rus dilinə tərcüməsini “Polarnaya zviezda” jurnalında çap etdirdi. Sonra, 1825-ci ildə B.Romanoviç Bakı və onun memarlığı haqqında məqalələri dövri "Literaturnaya qazeta"da çap etdirdi.

O dövrdə azərbaycanlı ziyalıların kiçik qrupu oyanmağa başladı. 19-cu əsrin birinci yarısında Azərbaycan mədəniyyətinin əsas mərkəzləri Peterburq və Tbilisi idi. Mədəni oyanışın öncülləri Mirzə Cəfər Topçubaşov, Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınski, Abbasqulu Ağa Bakıxanov idilər.

1819-cu ildə Peterburqda polşalı və azərbaycanlı alim və yazıçılar əlaqələri inkişaf etdirməyə başladılar. Birinci yer Azərbaycan ziyalılarının öndə gedən nümayəndəsi, Peterburq Universitetinin Fars dili və ədəbiyyatı bölməsinin direktoru, professor Topçubaşova verilməlidir. O 1820-ci illərdə aralarında Ludviq Vladislav Spitznagel və Aleksandr Çodzkonun da olduğu şərq məşğələlərinə qatılan az miqdarda polşalı tələbəyə dərs deyirdi.

Gənc şərqşünas Vladislav Spitznagel öz məşğələləri dövründə Nizaminin "İsgəndərnamə" klasik şerinin bir hissəsini Fransız dilinə tərcümə etmişdi. 12-ci əsr şairi Nizami Gəncəvi tanınmış şərq qəhrəmanı Böyük İsgəndərin əfsanəvi tarixini təsvir etmişdir.

1824-cü ildə Topçubaşov şəxsən Adam Miskieviç ilə görüşdü və azərbaycanlı alim və tanınmış polşalı yazıçı arasında dostluq başladı. A. Miskieviç Topçubaşovun nəzarəti altında Fars dilini öyrənməyə başladı. 1826-cı ildə Miskieviç Rusiyanın cənubuna olan səfərdən təsirlənərək "Krım şer"ini yazdı. (Polyak dilinidə: "Soneti Krimskie"). Şair şerdə həmçinin bəzi fars ifadələrini işlətməklə şərq mühitini və ruhunu, şərq əzəmətinin ayinlərini təsvir etmişdir. Topçubaşov "Krım şer" lərindən birini tərcümə etməyi qərara aldı və polyak dilini bilmədiyi üçün Aleksandr Çodzko əvvəlcə şeri rus dilinə tərcümə etdi və sonra Topçubaşov fars versiyasını əmələ gətirdi. Bu birinci dəfə idi ki, böyük polyak şairinin əsəri şərq dilinə tərcümə olunurdu.

1830-cu illərin ikinci yarısındakı Polşa-Azərbaycan münasibətlərinin tarixində birinci yer Topçubaşov tərəfindən təsirlənərək Azərbaycan dilini öyrənməklə Azərbaycanın dərin mədəniyyət maraqlarını inkişaf etdirmiş Aleksandr Çodzkoya aiddir. O 1889-cu ildə 16-cı əsr şairi Nəsiminin poeziyasını Polşa dilinə tərcümə etmişdir. Burada onun Azərbaycan epik xalq ədəbiyyatı nümunəsi "Koroğlu" barəsində işini qeyd etməyə dəyər. Bu Azərbaycan folklorunu Qərbi Avropaya təqdim edən ilk kitablardan biri idi.

Hərbi xidmət zabiti, istedadlı şair, çoxsaylı ədəbiyyat əsərlərinin müəllifi və alim Abasqulu Ağa Bakıxanov 1833-cü ildə özünün köhnə başçı generalı İ.Paşkeviçi Varşavada ziyarət etdi. O Polşada altı ayını keçirdi. Bu vaxt ərzində o polyak dilini öyrəndi və çoxlu Polşalı ziyalı ilə görüşdü. O, Varşavada Mikolay Kopernik haqqında planlaşdırdığı monoqrafiya üçün latın mətnlərini və digər materialları bir yerə toplamağa başladı. Şərqi Qafqazın “Gülüstani İrəm” (İngilis dilində: Cənnət qızılgül bağı ) adlı tarixi onun ən mühüm əsəri kimi tanınır.

A.Bakıxanov "Cənnət qızılgül bağı" hissələrini tərcümə etmiş digər Polşa şairi Tadeuş Zabloski ilə dost idi. Şair həmçinin Azərbaycan folklorunun müxtəlif aspektləri ilə bağlı bir sıra mətnlərlə yanaşı "Koroğlu" dastanının bəzi epizodlarını da tərcümə etmişdir. O ilk dəfə Polşalı oxucuya təqdim olunan Azərbaycan folklorunun mini-antalogiyası kimi bir şey yaratmışdı. O həmçinin 17-ci əsr Azərbaycan şairi, Qarabağ xanlığının vəziri M.Pənah Vaqifin əsərlərini də tərcümə etmişdir.

Azərbaycan mədəni oyanışının önəmli nümayəndələrindən digəri 42 yaşında generallığa yüksəldilmiş, Rusiya ordusunun zabiti İsmayıl Bəy Qutqaşınlı (1808-1861) idi. Onun ən yaxşı əsərlərindən biri "Rəşid bəy və Səadət xanım" romanı 1835-ci ildə Varşavada fransız dilində çap olunmuşdur.

Azərbaycan dramının atası, şair və nasir Mirzə Fətəli Axundov (1812-1878) iki Polşalı şair, Tadeuş Lada-Zabloski və Tiflisi ziyarət etmiş Vladislav Strelniski ilə çox yaxşı münasibətlər saxlayırdı. O özünün poeziyasını Polşalı qız Vandaya həsr etmişdi.

Daha bir Polşalı müəllif Hippolit Yarovski (1812-1877) Azərbaycan haqqında yazmışdır. 1858-1859-cu illərdə o Varşavanın "Gündəlik xəbərlərində" Bakı və Azərbaycanın digər şəhərləri barəsində xatirələrini çap etdirmişdi. Bundan əlavə, şərq ədəbiyyatı sahəsində tanınmış mütəxəssis olmuş Stanislava Plaskoviçka-Rumkieviç adını qeyd etmək vacibdir. O 15-ci əsr şairi M.Füzulinin (1489-1556) əsərlərini Polşa dilinə tərcümə etmişdir.

19-cu əsrin 40-50-ci illərində Azərbaycanda təxminən bir neçə min polyak yaşayırdı. Polşa ictimaiyyəti əsasən yüksək təhsilli insanlardan təşkil olunur. Əvvəlcə, Polşa mədəni həyatının mərkəzi kiçik Katolik kilsəsi idi, bir qədər sonralar isə 1909-1912-ci illərdə tikilmiş Santa Mariya kilsəsi oldu.

20-ci əsrin əvvəllərində rusdilli mətbuat Polşa mədəniyyətinin azərbaycanlı oxuculara təqdim olunmasında çox mühüm rol oynayırdı. Xüsusilə digər Bakı jurnalları ilə birlikdə dövri "Kaspi" jurnalı Polşa ədəbiyyatından və Polşalı yazıçılarının əsərləri barəsində məqalələrdən bəzi tərcümələri çap edirdi. 1907-ci ildə Polşa dilində Qafqaz barəsində sorğu kitabçası çıxdı.

Eliza Oreşkova, Boleslav Prus, Stefan Zeromski, Adam Asnik, Qabriyela Zapolska və xüsusilə bütün Qafqaz ölkələrində məşhur müəllif, Nobel mükafatı laureatı Henrik Sienkieviçin ədəbiyyatını xalqa tanıtmaq üçün cəhd göstərən redaktor İ.Voyniloviçin rəhbərliyi altında Polşa dilində "Faris" jurnalı 1907-1908-ci illərdə Bakıda yayıldı. 1917-ci il yanvarın 24-də Azərbaycan jurnalı "Açıq söz"də Polşa mədəniyyətinin və Henrik Sienkieviçin əsərlərinin xüsusi bir şövqlə təqdim olunduğu məqaləyə ayrıca diqqət yetirilməlidir.

19-cu əsrin ikinci yarısı və 20-ci əsrin əvvəllərində Polşa memarları müasir Azərbaycan memarlığına çox böyük xidmətlər göstərmişlər.

Yevgeni Skibinski, Yuzef Qoslavski, Kazimir Skureviç, Ploşko, Kriştaloviç, Zaleski, Koşinski və digərlərinə xüsusi diqqət yetirilməlidir. Koşinski və Zaleski kimi memarlar 19-cu əsrin 80-ci illərində Bakının inkişafında mühüm rol oynamışlar.

Memar Yevgeni Skibinski 1900-cü ilə kimi 250 binanın, xüsusilə iqamətgahların, villaların və şərq üslublu dəmir yolu binası kimi dövlət binalarının və 19-cu əsrin 90-cı illərində Tağıyev Teatrının layihələrini hazırlamışdır.

1892-ci ildə memar Yozef Qoçlavski (1865-1904) Bakı şəhərinin baş memarı vəzifəsinə yüksəldildi. 1891-ci ildə ona Müqəddəs Aleksandr Nevski Kilsəsini tikmək tapşırıldı, o həmçinin Bakı Bələdiyyə Şurası "Baksovet" in və multimilyoner Tağıyevin sarayının da layihəsini çəkmişdir. Digər Polşalı memar Kazimier Skureviç (1866-1950) çoxsayl ictimai binaların, o cümlədən iqamətgah binalarının, xüsusilə Milli Bankın binasının (1897-1899), Tağıyevin Rotschild bureau de change pasajının müəllifi idi. Memar Yozef Ploşko yanğın idarəsinin (1899), Venesiya üslublu Azərbaycan Milli Elmlər Akademiyası (1908), Yeni Avropa mehmanxanası, milyoner M.Muxtarovun çoxmərtəbəli evləri və Müqəddəs Mariya Katolik Kilsəsi (1909-1912) binalarının layihəsini çəkmiş və həyata keçirmişdir.

20-ci əsrin son illərində Azərbaycanda mədəniyyətlər arası əlaqələr tarixində araşdırmalar çiçəklənməyə başladı. 19-cu əsrin birinci yarısı ədəbi əlaqələr üzrə mütəxəssis M. Sadıxovun işlərinə və Gülər Əbdülbəyovun 1920-1979-cu illərin ədəbi əlaqələrinə aid əsərlərinə xüsusi yer verilməlidir.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Varşavada “Qafqaz Evi”

Varşavada “Qafqaz Evi”

Diaspora, Dünya, Ədəbi əlaqələr
Polşa səfiri Azərbaycan Mədəniyyət və turizm nazirliyində olub

Polşa səfiri Azərbaycan Mədəniyyət və turizm nazirliyində olub

Mədəniyyət
Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub

Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub

Diaspora, Dünya, Borçalı
Polşa universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Polşa universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Diaspora, Dünya
Azərbaycan-Polşa elmi əlaqələrində yeni mərhələ başlayır

Azərbaycan-Polşa elmi əlaqələrində yeni mərhələ başlayır

Ədəbi əlaqələr
Polşada yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər

Polşada yaşayan azərbaycanlılar etiraz aksiyası keçiriblər

Avropa, Diaspora
Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər

Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər

Diaspora, Dünya
“Polşada Azərbaycan qəhrəmanları” adlı kitabça nəşr edilib

“Polşada Azərbaycan qəhrəmanları” adlı kitabça nəşr edilib

Borçalı, Avropa, Diaspora
Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib

Varşavada Azərbaycan-Polşa IV Beynəlxalq elmi konfransı keçirilib

"Zirvə", Avropa, Diaspora
Polşa və Azərbaycan:ədəbiyyat işığında

Polşa və Azərbaycan:ədəbiyyat işığında

Diaspora, Ədəbi əlaqələr
Azərbaycan-Polşa diplomatik əlaqələrinin 540 illik tarixi

Azərbaycan-Polşa diplomatik əlaqələrinin 540 illik tarixi

Avropa, Diaspora
Azərbaycan-Polşa əlaqələrinin təşəkkülü, formalaşması

Azərbaycan-Polşa əlaqələrinin təşəkkülü, formalaşması

Diaspora, Ədəbi əlaqələr
GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB

GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB

"Zirvə", Avropa
Marneulili Gənclər Polşaya Yola Düşdülər

Marneulili Gənclər Polşaya Yola Düşdülər

Borçalı, Avropa, Diaspora
Azərbaycanlı alimlər Varşavada azər­bay­canlı polkovnik Vəli bəy YADİGARın  ...

Azərbaycanlı alimlər Varşavada azər­bay­canlı polkovnik Vəli bəy YADİGARın ...

Müşfiq Borçalı, Avropa, Diaspora
Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib

Varşavada III Beynəlxalq Azərbaycan-Polşa elmi konfransı keçirilib

Diaspora, Ədəbi əlaqələr, Arxiv
Həsən Həsənov Poznan Universitetində məruzə edib

Həsən Həsənov Poznan Universitetində məruzə edib

Diaspora, Dünya
Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başla ...

Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başla ...

AzTU
Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Avropa, Diaspora
Ədəbiyyat İnstitutunun əməkdaşı Polşanın Kochanovski ad. Universitetinin el ...

Ədəbiyyat İnstitutunun əməkdaşı Polşanın Kochanovski ad. Universitetinin el ...

Humanitar elmlər
Rəy yazın: