Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək Oktyabrın 28-də Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək.
Forum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı nitqində əksini tapmış tövsiyələrə əsasən keçirilir.
Xatırladaq ki, Prezident İlham Əliyev qurultaydakı nitqində xarcdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edərək, onları ölkə xüsusilə iqtisadiyyatın real sektoruna, kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına sərmayə qoymağa çağırmışdı.


Diasporla İş üzrə Dövlət Komitəsindən ZiM.Az -a bildiriblər ki, Forumda xaricdə yaşayan azərbaycanlı iş adamlarının Azərbaycan Respublikasında iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə qoymasna stimul verən amillər, dövlət səviyyəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində yaranmış əlverişli investisiya mühitinin yaratdığı əlavə imkanlar, ölkənin ümumi iqtisadin inkişafında xaricdə yaşayan azərbaycanlı iş adamlarının rolu ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq. Bununla yanaşı, Forumda xarici iş adamlarının və böyük şirkətlərin Azərbaycana investisiya qoymağa təşviq edilməsi ilə bağlı məsələlər ətrafında da fikri mübadiləsi aparılacaq. Forumun gündəliyinə daxil edilmiş əsas mövzulardan biri də xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamlarının ölkəmizin milli maraqlarının qоrunması, Azərbaycan həqiqətlərinin təbliği və diaspоr quruculuğu işinə daha fəal şəkildə cəlb оlunmasıdır.

Forumda xarici ölkələrdə yaşayan 300 nəfərə yaxın azərbaycanlı iş adamı və diaspor rəhbərinin, eləcə də ölkə daxilində fəaliyyət göstərən sahibkarların dəvət olunması nəzərdə tutulub.

Toplantıda Dünya Azərbaycanlı İş Adamları Birliyinin yaradılması təşəbbüsü də müzakirə ediləcək. Bununla yanaşı, tədbirə dəvət olunmuş azərbaycanlı iş adamlarının iştirakı ilə biznes-forumun, habelə dövlət və hökumət nümayəndələri ilə görüşün təşkili də planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyələri əsasında hazırlanmış və Prezident Administrasiyası rəhbərinin 27 iyun 2016-cı il tarixli 95 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Dünya Azərbaycanlılarının IV Qurultayından irəli gələn vəzifələrə dair Tədbirlər Planın"nın 3-cü bəndində xaricdə yaşayan azərbaycanlı iş adamlarının ölkəmizə sərmayə qoymasının təşviqi, habelə onların diaspor quruculuğu işinə daha geniş cəlb olunması məqsədilə 2016-cı ilin son rübündə Dünya Azərbaycanlı İş Adamları Birliyinin təsis toplantısnın keçirlməsi nəzərdə tutulub.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Avropa, Diaspora
Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

Diaspora
Ukraynanin sabiq prezidentleri Bakida toplasacaqlar

Ukraynanin sabiq prezidentleri Bakida toplasacaqlar

Dünya, Avropa
Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib

Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib

Regionlar, Rusiya, Diaspora
Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Diaspora
Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb

Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb

Diaspora
Albaniya Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək

Albaniya Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək

Diaspora
Latviya Prezidenti Bakıya gələcək

Latviya Prezidenti Bakıya gələcək

Diaspora
Prezident İlham Əliyev Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması ha ...

Prezident İlham Əliyev Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması ha ...

Rəsmi Xəbərlər, Diaspora
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gələcək

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gələcək

Gürcüstan, Diaspora
Dünya Azərbaycanlılarının IV Qurultayı işini davam etdirir

Dünya Azərbaycanlılarının IV Qurultayı işini davam etdirir

Diaspora
Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa, Diaspora
Əməkdaşlıq memorandumu imzalanacaq

Əməkdaşlıq memorandumu imzalanacaq

Borçalı, Elanlar

"Polşada Azərbaycanlı Gənclər Şurası” Milli Mətbuat günündə jurnalistlərlə ...

Avropa, Diaspora
Varşavada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Varşavada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Diaspora, Dünya
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gələcək

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gələcək

---
Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Diaspora
Monteneqro Prezidenti Azərbaycana gələcək

Monteneqro Prezidenti Azərbaycana gələcək

Diaspora
Azərbaycanlı arxeoloqlar Qlazqoda

Azərbaycanlı arxeoloqlar Qlazqoda

Dünya, Azərbaycan, Mədəniyyət
Ehud Barak Qlobal Bakı Forumunda transatlantik əlaqələrin gələcəyinə dair ç ...

Ehud Barak Qlobal Bakı Forumunda transatlantik əlaqələrin gələcəyinə dair ç ...

İsrail, Diaspora
Rəy yazın: