BAKI METROSU VƏ YA 50 İLLİK BİR ÖMÜR

BAKI METROSU VƏ YA 50 İLLİK BİR ÖMÜR XX əsrin 30-cu illərinin əvvəlində Bakı təkcə Qafqazda deyil, bütün keçmiş SSR -nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir.

Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakıda metropolitenin tikintisi qərara alındı. Lakin bir qədər sonra başlanan İkinci Dünya Müharibəsi həmin niyyətin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə layihə -axtarış işlərinin başlanması barədə qərar qəbul edilir. 1949 -cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır. 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və 12.1km-lik xəttin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700m aralı keçən buxtaya paralel surətdə uzanıb gedirdi. 1954-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur.
1966 -cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektro-mexanika, işarəvermə və rabitə, material -texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır.
1967-ci il noyabrın 6 -da Bakı şəhərində metropolitenin 5 stansiyası -"Bakı Soveti", "26 Bakı Komissarı", "28Aprel", "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları və 9.2km-lik yeraltı xətləri olan I növbəsi istismara verilir.
25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başladı.
Birinci sahədən sonra 2.3km-lik ikinci sahə işə başladı. Sonra isə 6.4km-lik üçüncü sahə istismara verildi.

9.1 km -lik II növbə isə 1985-ci ildə başa çatdırıldı.

1993-cü ildə "Cəfər Cabbarlı", 2002-ci ildə "Həzi Aslanov", 2011-ci ildə "Dərnəgül", 2015 -ci ildən "Avtovağzal" stansiyaları istifadəyə verilib.

2009-cu ildən RFİD kartları, 2015-ci ildən Bakı kart tətbiq edilir.

Hazırda Bakı Metropoliteni ümumi uzunluğu 34.6 km olan 2 xətdən, 23 işləyən və tikilən stansiyadan ibarətdir. Həmin stansiyaların 23 vestibülü var.
Çağdaş dövrümüzdə Bakı Metropoliteni sərnişinlərin daşınmasında ən səmərəli və lazımlı nəqliyyat vasitəsidir.

Yunis QARAXANOV,
"Şərqin səsi" qəzetinin xüsusi müxbiri

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Bakı Metropoliteninin əməkdaşları AzTU tələbələri ilə görüşüb

Bakı Metropoliteninin əməkdaşları AzTU tələbələri ilə görüşüb

AzTU
AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

AzTU ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlığa dair müqavilə imzala ...

Əsas xəbər, AzTU
AZƏRBAYCAN DƏMİR YOLUNUN 140 İLLİK SALNAMƏSİ

AZƏRBAYCAN DƏMİR YOLUNUN 140 İLLİK SALNAMƏSİ

AzTU
Azərbaycanda energetikanın inkişafı

Azərbaycanda energetikanın inkişafı

Elm, AzTU
Mayor FİRDOVSİ BAYRAMOV (1954)

Mayor FİRDOVSİ BAYRAMOV (1954)

Darvaz
MOSKVA METRO STANSİYALARININ BİRİNƏ İKİ DƏFƏ SOVET İTTİFAQI QƏHRƏMANI, TANK ...

MOSKVA METRO STANSİYALARININ BİRİNƏ İKİ DƏFƏ SOVET İTTİFAQI QƏHRƏMANI, TANK ...

"Elm və Təhsil", Rusiya, Diaspora
XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

XƏLİD SƏMƏD OĞLU QARALOV (1932-2000)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Həkim RƏNA ƏLİYEVA (1953)

Həkim RƏNA ƏLİYEVA (1953)

Səhiyyə, Darvaz
AzTU-nun infiraksturunun müasirləşdirilməsi  və inkişaf etdirilməsi işləri  ...

AzTU-nun infiraksturunun müasirləşdirilməsi və inkişaf etdirilməsi işləri ...

---
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
AzTU məzununun uğur hekayəsi: RAMİN ABDULLAYEV

AzTU məzununun uğur hekayəsi: RAMİN ABDULLAYEV

AzTU-nun MƏZUNLARI, AzTU
Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək - AÇIQLAMA

Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək - AÇIQLAMA

MEDİA
Bu gün AzTU-nun dekanı, professor FAZİL HƏSƏNOVun ad günüdür

Bu gün AzTU-nun dekanı, professor FAZİL HƏSƏNOVun ad günüdür

AzTU, "XXI əsrin Ziyalıları", Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HACIBAĞIR MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HACIBAĞIR MÜƏLLİM!..

Qarayazı, Təbriklər
AzTU-nun 60 illik Yubileyində

AzTU-nun 60 illik Yubileyində

Elm, Darvaz, Arxiv
MOSKVA ŞƏHƏRİNDƏ İKİ DƏFƏ SOVET İTTİFAQI QƏHRƏMANI, TANK QOŞUNLARI GENERAL- ...

MOSKVA ŞƏHƏRİNDƏ İKİ DƏFƏ SOVET İTTİFAQI QƏHRƏMANI, TANK QOŞUNLARI GENERAL- ...

"Elm və Təhsil", Rusiya, Diaspora
Təbrik edirik, ABUZƏR MÜƏLLİM!...

Təbrik edirik, ABUZƏR MÜƏLLİM!...

AzTU, "Elm və Təhsil", Təbriklər
SIĞON  QƏBRİSTANLIĞI

SIĞON QƏBRİSTANLIĞI

Regionlar, Tarix
“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı, Nekroloqlar
Vadim Ələddin oğlu XUBANOV (1963)

Vadim Ələddin oğlu XUBANOV (1963)

"XXI əsrin Ziyalıları", Qaraçöp, İqtisadiyyat
Rəy yazın: