Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçirilib.

Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçirilib. Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçirilib. Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçirilib. Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçirilib.
Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçirilib.
Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçirilib. Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçirilib. 2017-ci il oktyabrın 10-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" Klubunda  "Bayatı" kitab mağazası, "Cabir Novruz” Mədəniyyət Fondunun təşkilatçılığı ilə “Sağlığında qiymət verin insanlara” adlı layihəsi çərçivəsində “Cabir Novruz” Mədəniyyət Fondunun vitse-prezidenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, “Tərəqqi” medallı, Əməkdar müəllim Nəcməddin Mürvətovun yenicə çapdan çıxmış “Şur” nəşriyyatında çap olunan “Dünyamızın zərrəsiyəm”“Şairdə sirr olmur...” adlı şeirlər kitablarının imza günü keçirilib.

ZiM.Az xəbər verir ki, tədbiri giriş sözü ilə "Cabir Novruz” Mədəniyyət Fondunun təsisçisi Müşfiq Cabiroğlu açaraq, qonaqları salamladı, Fondun prezidenti, professor Cavanşir Qurbanovun şair Nəcməddin Mürvətova ünvanlanmış təbrikini və xoş arzularını çatdırıb.

Tədbir Əməkdar artist Hüsniyyə Mürvətovanın ifasında Xalq şairi Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeirinin səslənməsi ilə davam edib.

Sonra M.Cabiroğlu sözü tədbirin aparıcısı “Kredo” qəzetinin baş redaktoru Beynəlxalq Rəsul Rza mükafatı laureatı, şair Əli Rza Xələfliyə verib. O, şairin yaradıcılığı və yeni nəşr olunan kitabları haqqında çıxış edib.

İmza günündə Siyəzən rayon icra hakimiyyətinin müavini Zəfər Əliyev şairin insani keyfiyyətlərindən, regiondakı nüfuzundan, bənzərsiz insanlığından söz açıb.

Daha sonra sairlər Ofelya Babayeva, Zahid Xəlil, Musa Ələkbərli, Cığatel, Fərqanə Mehdiyeva, Nəfisət Vahid, tanınmış alimlərdən AMEA-nın əməkdaşları Vaqif Yusifli, Qurban Bayramov, Rasim Nəbioğlu, BDU-nun professoru Eldar Məsimov  və başqaları şeirləri ardıcıl olaraq respublikanın ədəbi qəzet və jurnallarında, almanaxlarda çap olunan şairi növbəti kitablarının işıq üzü görməsi münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Çıxış edənlər “İlk sözüm”, “Etiraf”, “Dünyamıza sözüm var”, “Həqiqət axtarıram”, “Yaxşılar azalmasın”, ”İnam zəfərə aparır” və digər kitablarının müəllifinin son iki nəşrdə da şeirin bütün formalarında layiqli ədəbi nümunələr yaratdığını söyləyiblər.

“Dünyamızın zərrəsiyəm” və “Şairdə sirr olmur” kitablarında toplanmış şeirlərdə özünəməxsus azadlığın, lirik düşüncənin, xoşagələn ifadə vasitələrinin yerli-yerində işlədildiyini bildiriblər.

Tədbirdə qiraətçi Mətanət Əsədullayeva, şairin nəvələri Fəxriyyə, Nigar və başqaları şairin şeirləri oxuyublar.

Tədbirin sonunda müəllif - Siyəzəndə yaşayıb-yaradan Nəcməddin Mürvətov respublikamızda söz-sənət adamlarına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirib. Bölgələrdə yaşayan şairlərin yaradıcılığına yüksək dəyər verildiyini, onların yaradıcılığına yüksək qayğı ilə yanaşıldığını söyləyib, tədbirin təşkilatçılarına, eləcə də bütün iştirakçılara minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub, imzası ilə kitablarını oxuculara təqdim edib.

Qeyd edək ki, Nəcməddin Tacı oğlu Mürvətov 5 dekabr 1953-cü ildə Dəvəçi rayonunun Yuxarı Ələz kendində anadan olub. Onun adı “Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” ensiklopedik məlumat kitabına daxil edilib. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Yazıçılar Birliyinin "Natəvan" klubunda keçirilən tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri Sənan Talıbov, həmçinin tanınmış yazıçılar, jurnalistlər və əməkdar incəsənət xadimləri də iştirak ediblər.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib

Sumqayıt Poeziya Evində tanınmış şair AĞASƏFA ilə görüş keçirilib

Sumqayıt
Müşfiq Cabiroğlu vəfat edib

Müşfiq Cabiroğlu vəfat edib

Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Xalq Şairi Cabir Novruzun anadan olmasının 85 illiyi qeyd edilib

Xalq Şairi Cabir Novruzun anadan olmasının 85 illiyi qeyd edilib

Mədəniyyət
Müşfiq Cabiroğlu son mənzilə yola salınıb  - YENİLƏNİB

Müşfiq Cabiroğlu son mənzilə yola salınıb - YENİLƏNİB

Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR

MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR

---
MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR

MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR

Tarix, QHT, Müşfiq Borçalı
Şair Ağaveyis Şirvaninin  yaradıcılığının 60 illiyi qeyd olunub

Şair Ağaveyis Şirvaninin yaradıcılığının 60 illiyi qeyd olunub

Yeni nəşrlər, Regionlar

"DANIŞAN QAYALAR" filminin təqdimatı olub

QHT, Müşfiq Borçalı

"Payız məktubları"-nın təqdimatı keçirilib

Yeni nəşrlər, Poeziya, Təbriklər
Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Humanitar elmlər
Səadət Butanın AYB-nin Natavan klubunda

Səadət Butanın AYB-nin Natavan klubunda "Ürəyim bal pətəyidir" adlı kitab ...

Tv, Başkeçid
Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Təbriklər
Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Ədəbiyyat, Turan
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı

"Məktəbli ömrünün Səməd Vurğunu" adlı kitabın təqdimatı keçirilib

Yeni nəşrlər

"ZƏLİMXANIN ÖZÜ VAR XATİRƏLƏRDƏ"

Borçalı, Bolus
“Uzaqları yaxın edək” layihəsi çərçivəsində İradə Gülfir ilə görüş keçirili ...

“Uzaqları yaxın edək” layihəsi çərçivəsində İradə Gülfir ilə görüş keçirili ...

Bakı, Regionlar, Mədəniyyət, QHT
Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi

Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi

AzTU
Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Regionlar, Təbriklər
Cavanşir Qurbanovun  “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqı ...

Cavanşir Qurbanovun “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqı ...

Rəsmi Xəbərlər
Rəy yazın: