ŞÖVQİ MEHDİZADƏyə BAŞSAĞLIĞI

ŞÖVQİ MEHDİZADƏyə  BAŞSAĞLIĞI Dəyərli soydaşımız,
Azərbaycan Respublikasının
Vyetnam Sosialist Respublikasında
fövqəladə və səlahiyyətli səfiri,
çox hörmətli
ŞÖVQİ MEHDİZADƏyə ağır itki üz vermişdir.
Atası, el agsaqqalı, tanınmış iqtisadçı
KAMAL MEHDİYEV 17 oktyabr 2023-cü ildə
Bakı şəhərində vəfat etmişdir.

Kamal Mehdiyev - 1940-cı ildə
Gürcüstanın Borçalı bölgəsində,
indiki Marneuli rayonunun
Kürüstü İlməzli kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra, ölkəmizin həmkarlar ittifaqı sistemində maliyyə ixtisası üzrə müxtəlif rəhbər vəzifəsində çalışmışdır.
Ötən əsrin 80-90-cı illərində təqaüdə çıxanadək respublika həmkarlar ittifaqının "Kurort" səhmdar cəmiyyətində maliyyə-uçot idarəsinin rəisi vəzifəsində çalışmışdır.


Bütün yaradıcı heyətimiz adından -
dəyərli soydaşımız,
Azərbaycan Respublikasının
Vyetnam Sosialist Respublikasında
fövqəladə və səlahiyyətli səfiri,
çox hörmətli ŞÖVQİ MEHDİZADƏyə
atası, el agsaqqalı,
tanınmış iqtisadçı
KAMAL MEHDİYEVin

vəfatından kədərləndiyimizi bildirir,
mərhumun ailəsinə, övladlarına,
doğmalarına və bütün yaxınlarına,
dərin hüznlə başsağlığı veririk.

Allahdan Kamal müəllimə rəhmət diləyirik.
Məkanı cənnət, ruhu şad olsun.
Amin.


Müşfiq BORÇALI,
“Ziya” qəzetinin və
“ZiM.Az” İnformasiya Mərkəzinin
baş redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru;


Musa NƏBİOĞLU,
Azərbaycan Aşıqlar Birliyinin katibi,
Əməkdar mədəniyyət işçisi;

Mahmud KAMALOĞLU,
"ZiM.Az-ın Redaksiya Heyətinin üzvü,
professor;


Hüseyn YUSUBOV,
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri,
"ZiM.Az-ın Redaksiya Heyətinin üzvü


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: