Müşfiq Cabiroğlu vəfat edib

Müşfiq Cabiroğlu vəfat edib ALLAH RƏHMƏT ELƏSİN!..

Azərbaycan poeziyasına, Azərbaycan mətbuatına, ümumən Azərbaycan ictimaiyyətinə ağır itgi
üz verib.

Azərbaycanın
görkəmli Xalq şairi
Çabir Novruzun oğlu
və Xalq artisti
Əliabbas Qədirovun kürəkəni
tanınmış şair, publisist,
jurnalist və ictimai xadim
Müşfiq Cabiroğlu -
(Müşfiq Cabir oğlu
Novruzov) 2018-ci il
iyunun 10-da - 53 yaşında
qəflətən vəfat edib.

Müşfiq Cabiroğlu - 3 oktyabr 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Cabir Novruz Fondunun təsisçisi idi.
Mikayıl Müşfiq xatirə mükafatı laureatıdır.

"Səni kim unudar" (1988), "Sözüm ağızlarda pay oldu getdi" (2005), "Vüqar Əhmədin yaradıcılıq yolu" (2014) kitablarının müəllifi olan Müşfiq Cabiroğlunun "Vətən eşqi" (Musiqisi Oqtay Kazıminindir), "Hicranına dözmür könlüm" (Musiqisi Oqtay Kazıminindir), "Sərhədçilər marşı" (Musiqisi Oqtay Kazıminindir), "Xatirən qalacaq" (Musiqisi Oqtay Kazıminindir), "Sirab" (Musiqisi Oqtay Kazıminindir), "İki dost" (Musiqisi Gülnarə Abbasquliyeva), "Biz ordayıq"(Musiqisi İqbal Qəmbəroğlu), "Vüqarlı günlərim"(Musiqisi İqbal Qəmbəroğlu), "Əl çalın dostlar"(Musiqisi Abasqulu Nəcəfzadə), "Təbriz Nəzrinin toyu"(Musiqisi İqbal Qəmbəroğlu) və s. şeirlərinə mahnılar bəstələnib.

Müşfiq Cabiroğlu həm də gözəl ailə başçısı idi.
Onun bir ali təhsilli qızı və bir tələbə oğlu var.

Müşfiq Cabiroğlu vəfat edibİstedadlı şair, tanınmış yazıçı-publisist,
jurnalist və ictimai xadim Müşfiq Cabiroğlunun əziz xatirəsi
Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaqdır.

Biz də dəyərli dostumuz Müşfiq Cabiroğlunın vaxtsız vəfatından kədərləndiyimizi bildirir,
mərhumun bütün əzizlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!.. Qəbri nurla dolsun!..
Məkanı cənnət, Ruhu şad olsun!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: