Elquca Berişvili: "Azərbaycan idmanın inkişafı üçün mükəmməl baza yaradıb"

Elquca Berişvili: "Azərbaycan idmanın inkişafı üçün mükəmməl baza yaradıb" Gürcüstan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti: “Bakıya dünya şöhrətli idmançılarımızı gətiririk”

"2012-cü ildə Avropa Olimpiya Komitəsinin Bakıda ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul edəndə biz çox sevindik. Çünki Azərbaycan bizim üçün dost və ən yaxın ölkədir. Bu qərarın qəbulu isə təbiidir. On illərlə Azərbaycan idmanın inkişafı üçün mükəmməl baza yaradıb. Bu gün nəinki Bakıda, Azərbaycanın müxtəlif şəhər və rayonlarında idman kompleksləri tikilir, beynlxalq yarışlar, dünya və Avropa çempionatları keçirilir. Biz inanırıq ki, Bakı ev sahibi kimi I Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək." Bunu APA-nın Gürcüstan bürosuna müsahibəsində Gürcüstan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Elquca Berişvili deyib.

E. Berişvili bildirib ki, I Avropa Oyunları yüksək səviyyədə keçirilməli olan, məsuliyyətli bir tədbirdir: “Mən Azərbaycana və onun prezidentinin gücünə inanıram. Mən prezident İlham Əliyevlə 2000-ci ildə Sidneydə keçirilən Olimpiyadada tanış olmuşam. O, həm də Azərbaycan Olimpiya Komitəsinin prezidentidir, Bakıda keçiriləcək I Avropa Oyunlarının təşklatçısı isə Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. Bizdə Azərbaycanın idmana və I Avropa Oyunlarına ciddi və məsuliyyətlə yanaşdığı barədə ətraflı məlumat var. Bu da zəmanət verir ki, Oyunlar yüksək səviyyədə keçiriləcək”.

E. Berişvili ölkəsinin I Avropa Oyunlarına ciddi hazırlaşdığını da qeyd edib: “Bakıda keçiriləcək Oyunlar bizə həm də ən güclü idmançılarımızı seçib, Braziliya Yay Olimpiyadasına hazırlamağa kömək edəcək”.

O, Bakıda iştirak edən heyətin tam əksəriyyətinin müəyyənləşdiyini də qeyd edib: “Biz bu oyunlarda 13 idman növü üzrə 110-a qədər idmançı ilə təmsil olunacağıq. Bakıya rəhbərlik və administrativ klub üzvləri, tibbi, texniki personalla birlikdə 200 nəfərlik nümayəndə heyəti səfər edəcək”.
E. Berişvili deyib ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin də tədbirlərdə iştirak edəcəyi dəqiqləşib: “Məndə olan məlumata görə, Gürcüstan prezidenti Georgi Marqvelaşvili də dəvət alıb. Həmçinin Tiflis şəhər meri David Narimania, digər dövlət və hökumət rəsmiləri də Bakıda keçiriləcək I Avropa Oyunlarına baxmağa gedəcəklər”.

Gürcüstan Olimpiya Komitəsinin vitse-prezidenti deyib ki, onlar Oyunlarda dünya şöhrətli idmançıları ilə iştirak edəcəklər: “Cüdo üzrə dünya və Avropa çempionları Avtandil Çirikişvili, Varlam Liperteliani, dəfələrlə Avropa və müxtəlif prizlərə sahib olan Laşa Şavdatuaşvili, güləş üzrə idmançılarımızdan Avropa çempionu, Olimpiya Oyunları prizlərinin qalibi Vladimir Xinçeqaşvili, Avropa çempionatlarının prizlərinin qalibi Qeno Petriaşvili, güllə atıcılığı üzrə dəfələrlə Dünya və Avropa çempionu Nino Salukvadze və başqaları "Bakı-2015" ilk Avropa Oyunlarında güclərini sınayacaqlar. Mayın 20-də bir daha yığıncaq keçirirək aidiyyatı orqanlarla, məşqçilərlə ətraflı söhbət edəcək və imkanlarımızı müzakirə edəcəyik. Biz həmçinin söhbətlərlə yox, yarışları bir daha sınaqdan keçirirməklə idmançılarımızın təcrübəsini yoxlayır və qarşıya çıxan problemlərimizi həll edirik. Bütün idman cəmiyyətləri tez və qısa vaxt ərzində çatışmazlıqları həll edir və yekunda qələbə ilə qayıtmaq üçün bütün qüvvələrimizi səfərbərliyə alırıq".

Tiflis. Nizami Məmmədzadə-APA.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Xorvatiya velosipedçiləri Tiflisdən Azərbaycana yola düşüblər

Xorvatiya velosipedçiləri Tiflisdən Azərbaycana yola düşüblər

Tiflis, Qarayazı, İdman
Arzu XƏLİLOVA: Məzun sözü

Arzu XƏLİLOVA: Məzun sözü

AzTU
Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimo ...

Sərbəst güləş üzrə ilk azərbaycanlı dünya və Avropa çempionu Aydın İbrahimo ...

Gəncə, İdman
İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov

İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov

Başkeçid, İdman
İsa HƏBİBBƏYLİ : Avropa oyunlarının Azərbaycan standartı

İsa HƏBİBBƏYLİ : Avropa oyunlarının Azərbaycan standartı

Əsas xəbər, Azərbaycan, "Zirvə"
AzTU-da məşhur idmançılarla tələbələrin görüşü keçirilib

AzTU-da məşhur idmançılarla tələbələrin görüşü keçirilib

AzTU, İdman
İsa Həbibbəyli:

İsa Həbibbəyli: "Azərbaycanı sevməyən qüvvələr paxıllıqlarını gizlədə bilm ...

Elm, "Zirvə", Siyasət
IV İslam Həmrəyliyi oyunları ölkəmizə böyük siyasi dividendlər qazandıracaq

IV İslam Həmrəyliyi oyunları ölkəmizə böyük siyasi dividendlər qazandıracaq

AzTU, İdman
QARAYAZILI SOYDAŞIMIZ KƏMALƏ MƏMMƏDOVA AVROPA ÇEMPİONU SEÇİLİB

QARAYAZILI SOYDAŞIMIZ KƏMALƏ MƏMMƏDOVA AVROPA ÇEMPİONU SEÇİLİB

Qarayazı, İdman
İlk Avopa Oyunları Gürcüstanda qeyd olundu

İlk Avopa Oyunları Gürcüstanda qeyd olundu

Gürcüstan, Tiflis
Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa, Diaspora
Mayın 23 də Gürcüstanda “Avropa Kafeləri” turu başladı

Mayın 23 də Gürcüstanda “Avropa Kafeləri” turu başladı

Borçalı
DOĞUM GÜNÜN MÜBARƏK, HÖRMƏTLİ DÜNYA ÇEMPİONU RƏHİM ALLAHVERDİYEV!..

DOĞUM GÜNÜN MÜBARƏK, HÖRMƏTLİ DÜNYA ÇEMPİONU RƏHİM ALLAHVERDİYEV!..

Başkeçid, İdman, Təbriklər
Estoniyanın rəsmi şəxsləri Marneuliyə səfər ediblər

Estoniyanın rəsmi şəxsləri Marneuliyə səfər ediblər

Borçalı
Bosniyada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında Avropanın prob ...

Bosniyada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında Avropanın prob ...

Diaspora
“Azərbaycan Universal Ekspoya ev sahibliyi etməyə iddialı olan ilk Qafqaz ö ...

“Azərbaycan Universal Ekspoya ev sahibliyi etməyə iddialı olan ilk Qafqaz ö ...

İqtisadiyyat, Dünya
Brüsseldə -  Avropa Komissiyasının binası önündə Xocalı soyqırımı mitinqi k ...

Brüsseldə - Avropa Komissiyasının binası önündə Xocalı soyqırımı mitinqi k ...

Qarabağ, Elanlar, Diaspora
“Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi

“Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi

Azərbaycan, İdman
Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

MEDİA
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gələcək

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gələcək

---
Rəy yazın: