SƏNAN ƏLİYEV: “İDMANÇIDAN FƏRQLİ OLARAQ, DÖYÜŞÇÜ QƏLƏBƏNİ QANI HESABINA QAZANIR...”

SƏNAN ƏLİYEV: “İDMANÇIDAN FƏRQLİ OLARAQ, DÖYÜŞÇÜ QƏLƏBƏNİ QANI HESABINA QAZANIR...” İdman layihəmizlə bağlı növbəti mühasib axtarışında ikən, onunla sosial şəbəkədə tanış olduq. Bir qədər əsəbi paylaşımından təsirlənərək, səhifəsindəki şəxsi nömrələri ilə əlaqə yaratdım. Olduqca mədəni və yüksək təfəkkürə malik gənclə qısa həmsöhbət olmağım məni ondan müsahibə almağa sövq etdi.

Məcbiriyyət və zərurət...


- Sənan bəy, səhifənizdəki şəkillərdən düşündüm ki, deyəsən Azərbaycandan kənarda yaşayırsnız?
- Doğrudur, müvəqqəti olaraq bir neçə ay Türkiyədə yaşamalı oldum. Bu əslində, məcburiyyət və eyni zamanda zərurətdən irəli gəlirdi.

- İdmançı həmkarlarınız yeni uğurları ilə ilkin olaraq məhz media işçiləri ilə bölüşür. Yeni uğurlarınız hansılardır?
- Mən idmançı deyil, döyüşçüyəm. İdmançı olaraq nailiyyətlərim çox olub, amma mən bu haqda danışmaq istəməzdim. Alp- Turan adlı döyüş klubu yaratmışam və bu zal mənim üçün müqəddəs amal uğrunda çalışdığım vəzifədən birincisidir.

İdmançı və döyüşçü...

- İdmançı ilə döyüşçünün fərqi nədir?
- İstənilən kəs güclü məşq hesabına idmançı adını qazana bilər. Döyüşçü olaraq isə gərgin əməkdən savayı, şərəfli döyüş lazım olur. Bu zaman rinqdə və ya tatemi üzərində qələbə uğrunda vuruşan döyüşçü öz üstünlüyünü qan izləri ilə bildirir.

- Döyüş klubunuzda tələbələriniz çoxdurmu?
– İnanın ki, tələbələrim çoxdur və mənim Türkiyədən geri döndüyüm ana qədər yolumu gözləyən dostlarla yanaşı onlar əsl sədaqət və əzm göstərərək, digər zallarda deyil, sırf mənim zalımda və mənim rəhbərliyim ilə məşq etmək istəklərini bildiriblər. Halbuki, məndən savayı zalda digər peşəkar idmançılar da onlara məşq keçirdilər.

- Elə isə, tələbələrinizin məşqini yarımçıq saxlayaraq nə üçün xaricə üz tutdunuz? –
Gedişimə səbəb; əsas problemlərdən biri ilə bağlı idi. Müəyyən səbəblərdən biz tez- tez zalımızın ünvanını dəyişmək məcburiyyətində qaldıq.

- Yerdəyişmə səbəbini bizimlə bölüşə bilərdinizmi?
- Bizim amalımız idmançı deyil, şərəfli döyüşçü yetişdirməkdir. Mən idmana bir çox həvəsli, lakin məşq üçün göstərilən ödəniş məbləğini ödəyə bilməyən gənclər və yeniyetmələr üçün təmənnasız məşq keçirdim. Burada təmənnasız olaraq az təminatlı ailənin uşaqları və şəhid ailələrinin uşaqları məşq edirdi. Nəticədə, biz kirayələdiyimiz və ilk olaraq Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən məşq zalımızın aylıq kirayə haqqını ödəyə bilmədik. Çünki, amalımız maddi gəlir toplamaq deyil, Azərbaycana sağlam gələcək nəsil yetişdirmək idi. Məcburiyyət qarşısında Gənclik ərazisinə köçərək, orada bir qədər məşq etdik və yenə də kirayə haqqını ödəyə bilmədiyimizdən, şəhərdən xeyli uzaq; Bakıxanov (keçmiş Razin qəsəbəsində) məskunlaşmalı olduq.
Addım- atdım...

- Bütün bu müddət ərzində hər hansı bir ictimai qurum və ya dövlət təşkilatlarına müraciət edərək, məşq zalınızın fəaliyyəti üçün yardım istədinizmi?
- Xeyr. Çünki, bilirdim ki, istədiyim dəstək “ötür- ötür” prinsipinə uyğun olaraq, yuxarı təşkilatlardan aşağı, nisbətən aşağı qurumdan isə daha da özündən aşağı səlahiyyətli kəslərə deməklə bitəcək ki, bunun da cavabı nəticəsiz olacaq.
Mən başqa istiqamətdə addım atdım.

- Əgər sirr deyilsə, bizimlə bölüşərdiniz.
- Mən öz amalım, öz qürurum, öz şərəfim uğrunda gələcək Azərbaycana peşəkar döyüşçü yetirmək arzumun arxasınca Türkiyəyə yola düşdüm. Çalışdım, vuruşdum ki, qısa vaxt ərzində müəyyən maddi imkanımı yaxşılaşdırıb, yenidən məmləkətimə dönüm və bu dəfə artıq döyüş zalımın kirayə borc üzündən bağlanmasına imkan verməyim.

İdmana maraq...

- Təbii ki, ənənvi sual ilə bitirmək istərdim söhbətimizi. İdman sahəsinə maraq sizdə hardan qaynaqlanır?
- İdmanı mənə qardaşım sevdirdi. Qeyd edim ki, qardaşım Seymur Əliyev 4 dəfə dünya, 3 dəfə Avropa çempionudur. Alp- Turan döyüş klubunun sədri və məşqçisidir. Biz ailədə dörd qardaşıq. İkimiz peşəkar idmançıyıq. Qardaşımla bu çətin yola çıxdıqda, qarşımıza qoyduğumuz ilk məqsdəd növbəti idi; istənilən halda ruhdan düşməmək və müəyyən anlamda “uduzduqda” əsl peşəkarlığımıza sadiq qalaraq, QALİB OLMAQ ÜÇÜN, yenidən güc toplamaq və yenidən “həyat rinqinə” atılmaq olub. Sənan Əliyevi sadə və təvazökar, hardasa bir çox uğurlarını sanki çəkinərək gizli saxlayan, mərd oğul kimi tanıdım. Özünün əslən Qarabağlı, valideyninin isə Qarabağ uğrunda döyüşlərdə əlil olmasını biləndə isə, bu gəncin Azərbaycana nəyə görə döyüşçü bəxş etmək istəyini yalnız o an anladım...

Aynur Nurlu


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Suad Səlimova: “Həm şahzadə, həm də idmançı statusuni eyni vaxtda saxlamaq  ...

Suad Səlimova: “Həm şahzadə, həm də idmançı statusuni eyni vaxtda saxlamaq ...

BSU, İdman
XEYİRXAH İDMANÇI QARDAŞLAR

XEYİRXAH İDMANÇI QARDAŞLAR

Rustavi, Borçalı, İdman
Gürcüstanda yaşayan İdmançı soydaşlarımızla görüş keçirilib

Gürcüstanda yaşayan İdmançı soydaşlarımızla görüş keçirilib

Tiflis, Borçalı
GƏNC DARVAZLININ İDMANDA BÖYÜK UĞURLARI

GƏNC DARVAZLININ İDMANDA BÖYÜK UĞURLARI

Darvaz, İdman, Rusiya
İgid döyüşçü Asif Yunisov

İgid döyüşçü Asif Yunisov

Qarabağ
İgid döyüşçü Zahid Gülməmmədov

İgid döyüşçü Zahid Gülməmmədov

Qarabağ
QARAYAZILI SOYDAŞIMIZ KƏMALƏ MƏMMƏDOVA AVROPA ÇEMPİONU SEÇİLİB

QARAYAZILI SOYDAŞIMIZ KƏMALƏ MƏMMƏDOVA AVROPA ÇEMPİONU SEÇİLİB

Qarayazı, İdman
İgid döyüşçü İmran Həsənov

İgid döyüşçü İmran Həsənov

Qarabağ
Sanda üzrə Dunya cempionu Xəzər Əliyev

Sanda üzrə Dunya cempionu Xəzər Əliyev

AzTU, İdman
Azərbaycanlı Dünya çempionuna Rusiya türməsində erməninin əli ilə işgəncə v ...

Azərbaycanlı Dünya çempionuna Rusiya türməsində erməninin əli ilə işgəncə v ...

Bolus, İdman, Kriminal, Rusiya
Keçmiş döyüşçü və prokuror Telman Tanrıverdiyev vəfat edib

Keçmiş döyüşçü və prokuror Telman Tanrıverdiyev vəfat edib

Nekroloqlar
“İdmanla məşqul olmaq sağlamlıq üçün ən gözəl vasitədir”

“İdmanla məşqul olmaq sağlamlıq üçün ən gözəl vasitədir”

AzTU, İdman
Gənclər və idman naziri AzTU-da tələbələrlə görüşüb

Gənclər və idman naziri AzTU-da tələbələrlə görüşüb

AzTU, İdman
Nümunəvi şagird və bacarıqlı idmançı

Nümunəvi şagird və bacarıqlı idmançı

Regionlar, Məktəblər, İdman
BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

BİZ VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞUQ!

"Elm və Təhsil", "Mən Şirvanın səsiyəm", UNUTSAQ, UNUDULARIQ!....
RÖVŞƏN ƏHMƏDOV (1971)

RÖVŞƏN ƏHMƏDOV (1971)

Qarabağ, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Qarabağ, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Qarabağ döyüşçüsü ƏLÖVSƏT QASIMOV (1960)

Qarabağ döyüşçüsü ƏLÖVSƏT QASIMOV (1960)

Qarabağ, "XXI əsrin Ziyalıları"
CƏSUR DÖYÜŞÇÜ, ŞƏHİD PSİXOLOQ RUHİD İSLAMLI

CƏSUR DÖYÜŞÇÜ, ŞƏHİD PSİXOLOQ RUHİD İSLAMLI

UNUTSAQ, UNUDULARIQ!....
Gənclərimiz hər zaman ayıq-sayıq olmalıdırlar!..

Gənclərimiz hər zaman ayıq-sayıq olmalıdırlar!..

Köşə yazılar
Rəy yazın: