Ramin Quluzadə: “Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə əhəmiyyətli şəkildə təsir edir”.

Ramin Quluzadə: “Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə əhəmiyyətli şəkildə təsir edir”. 2019-cu il noyabrın 7-də
Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi,
ABŞ-ın ölkəmizdəki səfirliyi və "Microsoft" şirkətinin təşkilatçılığı ilə
“Əqli mülkiyyət hüquqları
və kibertəhlükəsizlik”
mövzusunda seminar keçirilib.


Seminardan öncə nazir Ramin Quluzadə ilə
ABŞ-ın Azərbaycandakı
səfiri Li Litzenberger

arasında ikitərəfli görüş keçirilib.
Görüşdə əqli mülkiyyət hüquqlarının qorunmasında kibertəhlükəsizliyin rolu müzakirə olunub.
Əqli mülkiyyət sahəsində qanun pozuntularına qarşı mübarizə üsulları haqqında fikir mübadiləsi aparılıb.


Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik məsələləri bir-biri ilə sıx bağlıdır. “Lisenziyalı proqram təminatlarından istifadə bilavasitə əqli mülkiyyət hüquqlarının qorunmasına, kiber risklərin azaldılmasına xidmət edir, informasiya sistemlərinin və fərdi məlumatların mühafizə səviyyəsini artırır”,- deyə nazir bildirib.

Ramin Quluzadə çıxışı zamanı vurğulayıb ki, əqli mülkiyyət hüquqlarının qorunması ölkələrdə sahibkarlığın inkişaf etdirilməsinə və xarici sərmayələrin cəlb olunmasına əhəmiyyətli şəkildə təsir edir. “Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının vacib istiqamətlərindən biri də əqli mülkiyyət hüquqlarının qorunmasıdır. Azərbaycan 2015-ci ilin Qlobal Rəqabətlilik Hesabatında “Əqli mülkiyyətin qorunması” alt-indeksi üzrə 92-ci yeri tutduğu halda, bu sahədə aparılan davamlı islahatlar nəticəsində 2019-cu ilin hesabatında 70,4 balla dünya ölkələri arasında 30-cu yerə yüksəlmişdir. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Mərkəzi və Şərqi Avropa ölkələrini geridə qoyur”.

Nazir bildirib ki, islahatların davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, ölkəmizin beynəlxalq reytinqlərinin yaxşılaşdırılması, əqli mülkiyyət sahəsində qanun pozuntularına qarşı mübarizə üsullarının, eləcə də idarəetmə və təhlükəsizliyin təkmilləşdirilməsi məqsədilə dövlət qurumları üçün “Microsoft” şirkətinin lisenziyalı proqram təminatlarının alınması həyata keçirilib. “Bu məqsədlə 2018-ci ildə “Microsoft” şirkəti ilə 3 illik müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, 20 000 ədəd Windows əməliyyat sistemi, 20 000 ədəd Microsoft Ofis və 100 ədəd server lisenziyaları əldə edilmişdir. Layihə üzrə Microsoft lisenziyalarının dövlət büdcəsindən maliyyələşən 63 dövlət qurumuna təhvil verilməsi planlaşdırılmışdır”.

43 dövlət qurumu, 9 təhsil ocağına lisenziyaların verildiyini deyən nazir bununla yanaşı, dövlət qurumları, təhsil ocaqları və tələbələr tərəfindən lisenziyaların daha asan və qısa müddətdə ala bilməsi üçün 3 portal yaradıldığı barədə məlumat verib. Dövlət qurumları, təhsil ocaqları və tələbələr aidiyyəti portallara öncədən ayrılmış şəxsi hesab vasitəsilə lisenziyalarını əldə edə bilirlər.

Ramin Quluzadə həmçinin qeyd edib ki, “Microsoft” şirkəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “AzİnTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mövcud tərəfdaşlıq münasibətlərinə əsasən, AzCloud bulud xidmətləri kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlər üçün “Microsoft” məhsullarının müəyyən lisenziyaları aylıq şərtlərlə icarəyə verilir.

Sonda nazir ölkəmizdə lisenziyalı proqram təminatından istifadənin genişləndirilməsi üzrə həyata keçirilən işlərin dövlət qurumları və şirkətlərin fəaliyyətinə öz müsbət təsirini göstərəcəyinə və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin daha da güclənəcəyinə əminliyini ifadə edib.

Ramin Quluzadə: “Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə əhəmiyyətli şəkildə təsir edir”. Ramin Quluzadə: “Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə əhəmiyyətli şəkildə təsir edir”. Ramin Quluzadə: “Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə əhəmiyyətli şəkildə təsir edir”. ABŞ-ın Azərbaycandakı
səfiri Li Litzenberger

çıxışı zamanı bzines və
dövlət strukturlarında kibertəhlükəsizliyin təmin edilməsi üçün lisenziyalı proqram təminatlarından istifadənin vacibliyini vurğulayıb.
“Lisenziyasız proqramlardan istifadə həm vaxt, həm də maliyyə itkiləri ilə nəticələnir. Dünyada belə proqramlardan istifadə edən şirkətlər ümumilikdə illik 359 milyard dollar itkiyə məruz qalır” - deyə səfir Li Litzenberger məlumat verib.

Daha sonra
Əqli Mülkiyyət Agentliyinin
İdarə Heyətinin sədri
Kamran İmanov

çıxış edərək, ölkəmizdə
əqli mülkiyyət sahəsindəki
problemlər və atılacaq
addımlardan danışıb.

Kibertəhlükəsizlik və kommunikasiya ilə əlaqəli siyasətin icarası üzrə Amerikalı mütəxəssis
Mark Pfeifle
kibertəhlükəsizliyin dövlət təhlükəsizliyi və maraqları ilə birbaşa bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə lisenziyasız proqram təminatlarndan istifadə dövlətlərin milli təhlükəsizliyinə təhdiddir.

Tədbir proqram təminatı və bulud texnologiyaları üzrə ixtisaslaşmış yerli və beynəlxalq şirkət nümayəndələrinin məruzələri ilə
davam edib.


Aytac MƏDƏD,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti  ...

“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti ...

Elm
AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

Elm
“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika kon ...

“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika kon ...

Elm
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər

"Microsoft" şirkətinin nümayəndələri AzTU-nun rektoru ilə görüşüblər

AzTU
Azərbaycan Milli Elmlər Akademiyası və “Thomson Reuters” təşkilatı arasında ...

Azərbaycan Milli Elmlər Akademiyası və “Thomson Reuters” təşkilatı arasında ...

"Zirvə"
Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

AzTU, Turan
“Hüquq və rəqəmsallaşma” - “Law and Digitalization” mövzusunda seminar keçi ...

“Hüquq və rəqəmsallaşma” - “Law and Digitalization” mövzusunda seminar keçi ...

"Elm və Təhsil", Hüquq
Polşa səfiri Azərbaycan Mədəniyyət və turizm nazirliyində olub

Polşa səfiri Azərbaycan Mədəniyyət və turizm nazirliyində olub

Mədəniyyət
AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun 55 yaşı tamam olur

Digər bölmələr, Təbriklər
İnsan hüquqlarının təşviqi ilə bağlı təlimlər başlayıb

İnsan hüquqlarının təşviqi ilə bağlı təlimlər başlayıb

Hüquq
Nazir müavini Fərid Əhmədov BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçili ...

Nazir müavini Fərid Əhmədov BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü seçili ...

Rəsmi Xəbərlər, Zirvə.info
Azərbaycanın və Gürcüstanın dini qurumları arasında çox yaxşı münasibətlər  ...

Azərbaycanın və Gürcüstanın dini qurumları arasında çox yaxşı münasibətlər ...

Tiflis, Diaspora
Müşfiq Əmirov Respublika Nəqliyyat, Rabitə və Yuksək Texnologiya İşçiləri H ...

Müşfiq Əmirov Respublika Nəqliyyat, Rabitə və Yuksək Texnologiya İşçiləri H ...

Təbriklər, QHT
“Elektron imza” ilə imzalanan sənədin yararlı olub olmadığını, kim tərəfind ...

“Elektron imza” ilə imzalanan sənədin yararlı olub olmadığını, kim tərəfind ...

Hüquq
“StrategEast: Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu” k ...

“StrategEast: Dövlət və İnformasiya Texnologiyaları üzrə Avrasiya Forumu” k ...

Hüquq
İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

Əsas xəbər, "Zirvə"
AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti v ...

AzTU-da “İnformasiya və kommunikasiya texnologiyalarının müasir vəziyyəti v ...

AzTU
Vüqar Mustafayev Tacikistanın ölkəmizdəki səfirini qəbul edib

Vüqar Mustafayev Tacikistanın ölkəmizdəki səfirini qəbul edib

Dünya, Orta Asiya
Rəy yazın: