Akademik Çingiz Qacarın XALQA MƏKTUBU

Akademik Çingiz Qacarın XALQA MƏKTUBU Son günlərdə respublikamızın, eləcə də qardaş Türkiyənin müxtəlif mətbuat orqanlarında, kütləvi informasiya vasitələrində, həmçinin sosial şəbəkələrdə Azərbaycan xalqının türksoylu xalq olmasını şübhə altına alan "müsahibə"si ilə "gündəmə gələn" AMEA-nın həqiqi üzvü, görkəmli alim-fizik, çox hörmətli akademik Çingiz Qacarın ünvanına bir-birinin ardınca saysız-hesabsız xoşagəlməz iradlar, tənqidlər və hətta deyərdim ki, təhqirlər "yağmaqdadır".

Düzü mən də həmin "müsahibə"ni, alimin öz dili ilə desək, "cəfəng məqalə"ni oxuduqda dəhşətə gəldim. Ola bilməzdi!...

Axı, heç cəmi iki ay olmaz ki, Tiflisdə yaşayıb-yaradan qələm dostumuz Mirzə Məmmədoğlu ilə birlikdə görkəmli alimə baş çəkmiş, evində görüşmüşdük. Görüş zamanı o, həmişəki kimi öz xalqına, millətinə olan sonsuz sevgisindən, türk xaqına qarşı ölçüyəgəlməz məhəbətindən, möhkəm, qırılmaz tellərlə bağlılığından söhbət açmış, özünün milli ruhda qələmə aldığı kitablarından da hədiyyə olaraq bizə də bağışlamışdı...

Onun haqqında yazmaq və ya geniş müsahibə almaq istədiyimi bildirdikdə isə, həmişəki kimi, özünü reklam etməyi sevmədiyi üçün müsahibədən qətiyyətlə imtina etmişdi...

Həmin görüşdən bir qədər əvvəlcə isə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda akademik Çingiz Qacarın "Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri" adlı möhtəşəm bir yeni kitabının təntənəli təqdimatı keçirilmişdir. Həmin təqdimat haqqında geniş məlumatı ZiM.Az-da yaymaqla yanaşı, "Şərqin səsi" qəzetində də dərc etmişdim...

Ona görə də, həmin məşhur "müsahibə"nin nə dərəcədə doğru olub-olmadığına bir daha əmin olmaq məqsədilə yenidən akademik Cingiz Qacarla görüşməyi qərara aldım... Yaxın günlərdə akademik Çingiz Qacar haqqında geniş məqaləni və onunla müsahibəni oxucularımıza təqdim edəcəyik.

Hələlik isə alimin - akademik Çingiz Qacarın məşhur "müsahibə" ilə ilə bağlı xalqa ünvanladığı məktubu ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.


Müşfiq BORÇALI,
ZiM.Az



Əziz oxucular!

2017-ci il martın 7-də məndən “müsahibə” almaq məqsədilə Fizika institutundakı otağıma iki gənc gəldi. Özümü reklam etməyi sevmədiyim üçün müsahibədən qətiyyətlə imtina etdim. Çox inadkar, hətta həyasız gənclər otağımı tərk etmirdilər. Bir saatdan artıq sürən mübahisədən sonra az-maz tanışlıq quruldu və gənc jurnalistlər müxtəlif adlar və soyadlar işlətməklə sanki məsum sullar verməyə başladılar. Sən demə danışıq icazəsiz diktafona yazılırmış. Nəticədə “Akademik Ç.Qacar Türkiyəni Azərbaycanın bir nömrəli düşmanı hesab edir” adlı cəfəng bir məqalə ortaya çıxdı. Mən belə bir ifadəni nəinki işlətməmişəm, bu hətta ağlımdan belə keçməz! Belə fikri gənclər Çaldıran savaşı haqda dediyim sözlərdən çıxarıblar – “o uzaq zamanlarda Azərbaycanın ən böyük düşmənlərindən biri türklər olub”.

Ümumiyyətlə söhbət mənim müasir türk estrada musiqisini bəyənmədiyimdən və onun bizim musiqiyə güclü təsir göstərdiyindən başladı.

Mən dedim ki, biz uzun müddət SSRİ-nin daxilində olanda belə bizim musiqiyə rus musiqisinin təsiri bir o qədər də olmamışdı. Burada isə 10 il kifayət oldu ki, Azərbaycan musiqisi özünəməxsusluğunu itirsin. Gənclərə xüsusən xoş gəlməyən o ifadə olub ki, “bizim respublikamız Azərbaycan, dilimiz isə Azərbaycan dilidir”.

Dərin hörmət bəslədiyim bir neçə adam bu “müsahibə” yə çox kəskin reaksiya göstərdi. Onlardan heç biri əvvəlcədən quraşdırılmış “müsahibə”nin hansı məqsədlə hazırlanmasını heç araşdırmayıb. Akademiya uzaqda deyil. Mənə zənk vurub bir baş özümdən nəyin necə olduğunu soruşmaq çətin deyildi. Görünür oğlan uşaqlarının avtoriteti, nüfuzu mənimkindən böyük imiş…

Söhbət əsnasında etdiyim kiçik mülahizələr iki gənc tərəfindən şişirdilərək və mənası çevrilərək böyük bir ittiham kimi irəli sürülüb. Belə çıxır ki, siz hər hansısa bir dükanın şikayət kitabına öz şikayətlərinizi yazsanız, həmin dəqiqə xalq düşmanı olacaqsınız.

Dünyaya göz açdığı andan Qacar soyadını daşıyan bir insan necə türklərə düşman deyə bilər? Digər tərəfdən, türkpərəstliyin qızğın tərəfdarı və parlament üzvü olan biri türk soyadını daşıyan və postsovet məkanında Qacarlar və Azərbaycanın türk hökmdarları haqda ilk kitabları yazan insana araşdırmasız-yoxlamasız necə belə ittihamlar irəli sürə bilər?! Həmin kitablar Azərbaycan, rus, ingilis, fars dillərində çap olunub.

Məgər Azərbaycanı çox sevmək günahdır? Məni günahladıran hər bir kəs irəli çixib desin – indi daşıdığı türk soyadını sovetlər vaxtında nə üçün qəbul etməmişdi?! Bəlkə qorxurdu? Lakin indi vicdanlı və səmimi bir insanı günahlardırmağa qorxmur. Əgər siz bolşeviklərin vaxtında Qacar türk soyadını daşımağın necə çətin olduğunu bilsəydiniz, indi tutulmuş iki “fəal”ın yazdığına daha tənqidi yanaşar, fikrin təhrif edildiyini aydın görərdiniz.

Məni pisləyənlərdən bir şeyi soruşmaq istərdim – siz özünüz Türkiyə üçün nə etmisiniz? Mən hər halda özümü Türkiyəyə borclu hiss etmirəm. Metrologiya məsələləri ilə bağlı müntəzəm olaraq Türkiyənin “TÜBİTAK” elmi mərkəzində olmuşam. Yeni minilliyin əvvəlində Türkiyənin Təhlükəsizlik nazirliyinin sifariş etdiyi çox məsuliyyətli bir layihə - təyyarələr üçün gecə görmə sisteminin işlənib hazırlaması və sınaqdan keçirilməsi üçün Türkiyəyə gedən Fotoelektronika institutunun əməkdaşlarından ibarət böyük bir elmi qrupa rəhbərlik etmişəm. Komandamız çox təmtəraqla qarşılanmışdı. Şəhərə, muzeyə və ya dükana gedəndə məni iki avtomatçı müşayiət edirdi. Türk qəzetlərində “Azərbaycanlı alimlərin işindən sonra bizə heç nə qorxulu deyil” adlı məqalələr çıxmışdı. Hazırladığımız gecə görmə qurğuları bütün sınaqlardan uğurla keçdi və biz Bakıya qayıtdıq. Bundan sonra mənim üç çox bacarıqlı və yaxın yetirməm Türkiyədə qaldı və orada indi bütün Avropada nüfuz qazanmış cihazqayırma firmasını təsis etdi. Sonra mən Türkiyədə gənclər üçün çap olunan populyar elmi kitabların tam komplektini alıb Azərbaycanda yayımı üçün AMEA Rəyasət heyətinə verdim.

Bir daha sizdən soruşmaq istəyirəm – SİZ Türkiyə ilə necə bağlısınız?!

Siyasətdən uzaq insana yersiz ittihamlar irəli sürməkdən başqa Siz özünüz çox sevdiyiniz ölkə üçün nə etmisiniz?!


Çingiz QACAR,
akademik


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimatı olub

Naxçıvan
“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

Naxçıvan, "Zirvə"
MEDİA MƏNSUBLARINA MÜRACİƏT

MEDİA MƏNSUBLARINA MÜRACİƏT

Digər bölmələr
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
Akademik Maqsud Əliyevlə MÜSAHİBƏ

Akademik Maqsud Əliyevlə MÜSAHİBƏ

Elm, MEDİA, Tiflis
Alimlər Evində Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiril ...

Alimlər Evində Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiril ...

"Zirvə"
Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Fond, Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Darvaz, Müşfiq Borçalı
Ağa Məhəmməd şah Qacarın bir qardaşı da vardı...

Ağa Məhəmməd şah Qacarın bir qardaşı da vardı...

Tarix

"Azərbaycanı vətənim hesab etmirəm" - Lütfi Zadənin oğlu ilə MÜSAHİBƏ

Dünya, Amerika, Diaspora
Tanınmış alim Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib

Tanınmış alim Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib

Naxçıvan
Ə.Vəzirovun 29 ildən sonra KİV-ə verdiyi ilk müsahibə

Ə.Vəzirovun 29 ildən sonra KİV-ə verdiyi ilk müsahibə

Bakı, MEDİA, Tarix, Rusiya
AMEA-nın Folklor İnstitutu Türkiyənin İLESAM təşkilatı ilə əməkdaşlıq edəcə ...

AMEA-nın Folklor İnstitutu Türkiyənin İLESAM təşkilatı ilə əməkdaşlıq edəcə ...

Humanitar elmlər, Folklor
“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

Gürcüstan, Siyasət
“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

Elm
Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, professor Şükrü Haluk ...

Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri, professor Şükrü Haluk ...

Humanitar elmlər, Turan
Moskvada xüsusi saxlanma məntəqəsində saxlanılan FUAD ABBASOVla müsahibə

Moskvada xüsusi saxlanma məntəqəsində saxlanılan FUAD ABBASOVla müsahibə

Rusiya, Diaspora
Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Elm, Təbriklər, Arxiv, Ramiz Abdullayev
Berkli Universitetinin professoru, məşhur soydaşımız, dünya şöhrətli alim L ...

Berkli Universitetinin professoru, məşhur soydaşımız, dünya şöhrətli alim L ...

Elm, Dünya, Amerika, Diaspora
AĞSAQQAL İNSAN, BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV

AĞSAQQAL İNSAN, BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Rəy yazın: