AY MƏDƏD OĞLU!...

AY MƏDƏD OĞLU!...
REDAKSİYAMIZIN ARXİVİNDƏN:

Ay Mədəd oğlu!..

Qələm dostum
Müşfiq Mədədoğlunu
ad günü münasibətilə
təbrik edirəm.


Özündən əvvəlcə
sözünü gördüm,
Axır ki, görüşdük,
ay Mədəd oğlu.
Alim Mədəd ilə
Tiflisə kimi
Söhbət eyləmişik,
ay Mədəd oğlu.

Çeşmədən su içən çayı bəyənməz,
Təzə ay da, köhnə ayı bəyənməz.
Qışında kef çəkən yayı bəyənməz.
İlk kitablarımı yay, Mədəd oğlu.

Bayramın şerinə güzgü tutdunuz,
Mənalı ömrünüz qoy olsun uzun,
Nəğmələr yaradın, nizamla düzün,
Görək ki, çoxalıb say, Mədəd oğlu.

Bayram QARALOV.


Sən yüz il yaşa!


Adınla fəxr edir bütün el-oba,
Müşfiq Mədəd oğlu, sən yüz il yaşa.
Elin dayağısan, arxasan xalqa,
Qayğısız, kədərsiz ömrü vur başa
Müşfiq Mədəd oğlu, sən yüz il yaşa!

Görürəm ki, hər elmdən halısan
Kitaba, elmə, şeirə bağlısan.
Əlbəttə, haqqın var alim oğlusan,
Müşfiq Mədəd oğlu, sən yüz il yaşa!

Qorxutmasın tufan səni, çən səni,
Əyməsin dünyada tale qəddini.
Unut kədərini, unut qəmini,
Qayğısız, kədərsiz ömrü vur başa.
Müşfiq Mədəd oğlu, sən yüz il yaşa!

Dağlar bulağıtək qəlbin təmizdi,
Kökün, əslin, nəjabətin təmizdi.
Sənin sevinjin də bil ki, bizimdi.
Qayğısız, kədərsiz ömrü vur başa,
Müşfiq Mədəd oğlu, sən yüz il yaşa!

Keçən pis günlərin geri gəlməsin,
Javanlıq illərin hədər getməsin,
Qojalıq qapını, heç vaxt döyməsin,
Qayğısız, kədərsiz ömrü vur başa,
Müşfiq Mədəd oğlu, sən yüz il yaşa!

Açıl qönçə gül tək, solma heç zaman,
Əsməsin üstündən qar, çovğun, boran.
Səni xoşbəxt görək eldə hər zaman
Qayğısız, kədərsiz ömrü vur başa
Müşfiq Mədəd oğlu, sən yüz il yaşa!

Ömrün boyu bahar olsun, yaz olsun,
Çiçək açsın arzuların çin olsun.
Əli, Ömər, Osman arxanda dursun
Qayğısız, kədərsiz ömrü vur başa
Müşfiq Mədəd oğlu, sən yüz il yaşa!

Baxçalı ŞƏRİFLİ.


Müşfiq Borçalıya

(Vətən həsrətiylə)


Göyçə bizim olub, Borçalı bizim,
Fələyin gərdişi, zülm edib bizə.
Təbriz bizim olub, Dərbənd də bizim,
Yaralı vətənlər durub üz-üzə.

Aramızda, sərhəd olmayıb qardaş,
Ora olub, bu vətənin parçası.
Tarixboyu, gözümüzdən axıb yaş,
Gündən-günə artıb onun qayğısı.

Bir millətin, övladıyıq vətəndə,
Dinimiz bir olub, dilimiz birdir.
Borçalını, qayğılarla görəndə
Dərdimiz çox, biri də üstə gəlir.

Biz neyləyək, tale belə gətirib
Taleyiniz, düşündürür hamını.
Kimlər qazanıblar, kimlər itirib,
Doğmalardan, ayrı düşüb Borçalı.

Vətənimiz, çox da böyük deyildir
Parçalanıb şimal, cənuba, qərbə.
Hamısı da, Müşfiq eyni dərdlidir,
Dilimiz yaradır, vətən deməklə.

Birində dirçəliş, birində süstlük,
Birinin dövləti, başından aşır,
Birində, millətdə tapılmır birlik,
Bir qismət dalınca, günü aşırır.

Ayrı düşüb qohum, qardaş el ilə
Tikanlı məftillər, kəsib aranı.
Yetirə bilmirik xeyirə, şərə
Qayğılardan, uzaq olub Borçalı.
25.02.2007.

SALAM YETİR BORÇALIYA


Sərhəd kəsibdir aranı,
Soruşan yox əhvalını,
Doğman, gözləyir yolunu,
Duman, çiskin çöküb ora,
Məndən salam Borçalıya.

Aman, tikanlı məftillər,
Ayrı saldın, sən nə qədər,
İnsan ömrün, verdin hədər,
Yolunu salsan oraya,
Salam yetir Borçalıya.

Orda iylə, gül ətrini,
Şah ətirli qızıl gülü,
Dinlə, sarı bülbülünü,
Məndən salamlar hamıya,
Dədə, baba Borçalıya.

Çatdır, mənim salamımı,
Gəzib, dolan hər yanını,
Doldur, gətir su qabını,
Suyu məlhəmdir hamıya,
Salam söylə Borçalıya.

Şaqqa-şaqqa olub vətən,
Bəndə düşüb, hər tərəfdən,
Biz süzürük, onu gendən,
Yolunu salsan oraya,
Salam yetir Borçalıya.

Səfərqulu, haqdan yazır,
Dərd əhlinə, candan yanır
Aylar keçir, il dolanır,
Yolunu salsan oraya,
Salam yetir Borçalıya.

Səfərqulu TAĞIZADƏ,
19.04.2007.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: