Marneulinin meri: Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin inkişafında mühüm rol oynayırlar

Marneulinin meri: Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin inkişafında mühüm rol oynayırlarGürcüstanın inkişafında milli azlıqlar, xüsusən də azərbaycanlılar mühüm rol oynayıblar. Hökumət milli azlıqların inteqrasiyası və sosial problemlərinin həlli üçün xüsusi proqram və layihələr hazırlayıb. Azərbaycanlılar da bu layihələrdən bəhrələnəcəklər.

Bu sözləri AZƏRTAC-ın Gürcüstandakı xüsusi müxbiri Xətayi Əzizova Marneuli rayonunun yeni seçilmiş meri Teymur Abasov söyləyib.

Mer deyib ki, Gürcüstanda yaşayan milli azlıqlar, o cümlədən azərbaycanlılar bu ölkənin Konstitusiyası ilə bütün hüquqlara malikdirlər. Azərbaycanlılar say etibarı ilə Gürcüstanda gürcülərdən sonra ikinci yerdədirlər. Bu gün Gürcüstan parlamentində dörd deputat təmsil olunur. Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini azərbaycanlıdır. Bu il ilk dəfə olaraq azərbaycanlı Marneuli rayonunun rəhbəri seçilib. Bu, bir daha göstərir ki, Gürcüstan hökuməti milli azlıqların inteqrasiyasına xüsusi diqqət yetirir.

Teymur Abasov qeyd edib ki, azərbaycanlıların inteqrasiyası və onların yaşadıqları bölgələrin sosial-iqtisadi inkişafı da diqqət mərkəzində olacaq. Azərbaycanlılar ölkə iqtisadiyyatının, xüsusən də kənd təsərrüfatının inkişafında böyük rol oynayırlar. Onlar maldarlıq və əkinçilikdə təcrübəyə malikdirlər. Bu gün Gürcüstan hökuməti ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün xüsusi proqram və layihələr həyata keçirir. Çalışacağıq ki, azərbaycanlılar da bu layihələrdən maksimum faydalansınlar. “Düşünürəm ki, bu yolla biz onların sosial problemlərinin də həllinə kömək edəcəyik”, - deyə mer vurğulayıb.

Azərbaycanlı gənclərin təhsil və işlə təminatı problemlərinə toxunan T.Abasov deyib ki, Gürcüstanda yeni təhsil proqramı tətbiq olunur. Azərbaycanlılar da bu proqramdan yararlanırlar.

Mer regional əməkdaşlıq məsələlərinə də diqqət yetiriləcəyini vurğulayıb. Bildirib ki, qonşu Azərbaycanın Gürcüstanla sərhəd rayonları ilə sıx əməkdaşlıq var və bu əlaqələr daha da inkişaf etdiriləcək.

Xatırladaq ki, T.Abasov oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən bələdiyyə və mer seçkilərində iştirak edib. O, seçicilərin səsinin 70 faizindən çoxunu toplayıb ilk azərbaycanlı olaraq Marneuli rayonunun meri seçilib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstanın Baş naziri Tbilisidə azərbaycanlı tələbələrlə görüşüb

Gürcüstanın Baş naziri Tbilisidə azərbaycanlı tələbələrlə görüşüb

Tiflis
Deputat: Gürcüstan hökumətinin yeni qərarı milli azlıqların cəmiyyətə inteq ...

Deputat: Gürcüstan hökumətinin yeni qərarı milli azlıqların cəmiyyətə inteq ...

Borçalı

"Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı"nın sədri Marneulinin yeni ...

Borçalı, Qarayazı
Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

MEDİA, Tiflis
Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan, Hüquq, Diaspora
Kaxa Kaladze: “Tiflisdə yaşayan azərbaycanlıların verdikləri səs mənim üçün ...

Kaxa Kaladze: “Tiflisdə yaşayan azərbaycanlıların verdikləri səs mənim üçün ...

Tiflis
Rustavidə azərbaycanlılar və gürcülər Novruz bayramını birlikdə qeyd ediblə ...

Rustavidə azərbaycanlılar və gürcülər Novruz bayramını birlikdə qeyd ediblə ...

"Varlıq", Rustavi
Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anı ...

Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anı ...

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Rustavi, Borçalı, Turan
Gürcüstan Prezidenti və Baş naziri Marneulidə keçirilən Novruz şənliklərind ...

Gürcüstan Prezidenti və Baş naziri Marneulidə keçirilən Novruz şənliklərind ...

Gürcüstan, Borçalı
Gürcüstanda yaşayan İdmançı soydaşlarımızla görüş keçirilib

Gürcüstanda yaşayan İdmançı soydaşlarımızla görüş keçirilib

Tiflis, Borçalı
Novruz bayramı Gürcüstanın Qardabani rayonunda böyük sevinclə qeyd olunub

Novruz bayramı Gürcüstanın Qardabani rayonunda böyük sevinclə qeyd olunub

Qarayazı
Marneulidə Azərbaycanlıların İnteqrasiya Mərkəzi istifadəyə verilib

Marneulidə Azərbaycanlıların İnteqrasiya Mərkəzi istifadəyə verilib

Borçalı, Diaspora
Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

MEDİA, Tiflis, Qabal
GAK-ın sədri Hüseynn Yusubovun Gürcüstan Prezidenti Salome Zurabişviliyə MÜ ...

GAK-ın sədri Hüseynn Yusubovun Gürcüstan Prezidenti Salome Zurabişviliyə MÜ ...

Tiflis, Bolus
Marneulinin ilk meri Temur Abazov səlahiyyətlərinin icrasına başlayıb

Marneulinin ilk meri Temur Abazov səlahiyyətlərinin icrasına başlayıb

Borçalı
Qaçağan ərazi vahidliyində Temur Abasov təqdim edilib

Qaçağan ərazi vahidliyində Temur Abasov təqdim edilib

Borçalı
Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi

---
Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Milli Məclis, MEDİA, Gürcüstan, Borçalı
Rəy yazın: