Cavanşirin bulağında

Cavanşirin bulağında Cavanşirin bulağında

Başkeçidi bəyənməyən
Xain, xoflu, müxənnətdi,
Sür səfanı, el cənnətdi,
Cavanşirin* bulağında.
~~~~
* - general Cavanşir Məmmədov

Bir yanda quşlar oxuyar,
Hər yan müşk-ənbər qoxuyar,
Gözəllikdən gözmü doyar
Şair, Şahmarlı dağında ?

Yaddaşında saxla anı,
Təravətli, tərdi yanı,
Doyunca doldur dolçanı,
İç, dərmandı suları da.

Daş, qayadan qaynar bulaq,
Bulaq başı dincdi qulaq,
Müşfiq məllim**, xoşhal olaq
Sərin bulaqlar başında.
~~~~
** - Müşfiq Borçalı

Hüseyn FAXRALI,
21.08.2018

ZiM.Az

Cavanşirin bulağında

ELOĞLUMUZ CAVANŞIR

Polis general-mayoru Cavanşir Məmmədova
həsr edirəm


Vətən üçün, çalışıbdı hər zaman,
Çox hünərli eloğlumuz Cavanşir.
Çətinliyə sinə gərib çox zaman,
Çox dəyərli eloğlumuz Cavanşir.

Zamananın ələyində, ələnib,
Sevincinə, həm qəminə bələnib,
Zirvələrdə dayanaraq, əylənib,
Çox dəyərli eloğlumuz Cavanşir.

Arxasını el-obaya dayayıb,
İki əsr, iki ömür yaşayıb,
Ər doğulub, ər adını daşıyıb,
Çox dəyərli eloğlumuz Cavanşir.

Örnək olub ögeylərə, yadlara,
Dar günlərdə çox çatıbdır dadlara,
Layiq olub, uca - yüksək adlara,
Çox dəyərli eloğlumuz Cavanşir.

Pillə-pilə əməyilə ucalıb,
Ucaldıqca zamanadan bac alıb,
Deməyin ki, yaşa dolub, qocalıb…
Çox dəyərli eloğlumuz Cavanşir.

Öz adını, hörmətini saxlayıb,
Çeşmələr tək çağladıqca, çağlayıb,
El-obayla gözəl ülfət bağlayıb,
Çox dəyərli eloğlumuz Cavanşir.

Rahilənin sözü güllər ətridi,
Eloğluna hörmətidi, xətridi
Borçalının, Şahmarlının fəxridi,
Çox dəyərli eloğlumuz Cavanşir.
Cavanşirin bulağında
Rahilə QARALOVA,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: