"SPEAK ALİ" LAYİHƏSİNİN TANITIM SEMİNARI

"SPEAK ALİ" LAYİHƏSİNİN TANITIM SEMİNARI"SPEAK ALİ" LAYİHƏSİNİN TANITIM SEMİNARI 2019-cu il fevralın 27-də
Bakının Suraxanı rayonundakı Zığ qəsəbə Mədəniyyət Evində Zığ qəsəbəsində yerləşən Qəhrəman Qəhrəmanov adına 65 nömrəli tam orta məktəbin şagird, valideyn və müəllim kollektivi, Nardaran qəsəbə Mədəniyyət Mərkəzi ilə birlikdə, "Şərqin səsi""Elm və təhsil" qəzetlərinin informasiya dəstəyi ilə "Speak Ali" Tanıtım Seminarı keçirildi.


Məqsəd ilk öncə Zığ qəsəbə Mədəniyyət Evini və burada yenidən təşkil olunacaq dərnəkləri şagirdlərin, valideynlərin və müəllimlərin nəzər-diqqətinə çatdırmaq, uşaqların gələcəkdə savadlı böyüməsi üçün təşkil olunacaq dərnəklərə (müxtəlif musiqi dərnəkləri, rəsm dərnəyi və ingilis dili kursu) şagirdləri cəlb etmək, həmçinin ingilis dilində təşkil olunmuş "Speak Ali" layihəsini təqdim etmək idi.

Tədbiri giriş sözü ilə Zığ qəsəbə Mədəniyyət Evinin direktoru Kamran Musayev açdı. Göstərdikləri diqqət və qayğıya görə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin, Qəhrəman Qəhrəmanov adına 65 nömrəli tam orta məktəbin, "Şərqin səsi", "Elm və təhsil" qəzetlərinin rəhbərliklərinə öz dərin minnətdarlığını bildirdi. Kamran Musayev bu cür layihələrin vacibliyini və gələcəkdə mütəmadi şəkildə təşkil olunacağını vurğuladı.

Sonra Nardaran qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Asəf Qurbanov çıxış etdi. O, müasir dövrdə ingilis dilinin öyrənilməsinin və şagirdlərin öz bilik və bacarıqlarını artırmaqları üçün dərnəklərə üzv olmalarının vacibliyindən danışdı.

"Speak Ali" layihəsin təsisçisi, Nardaran qəsəbə Mədəniyyət Mərkəzinin dərnək rəhbəri Əli müəllim bu layihənin 2018-ci ildə Maştağa qəsəbə Mədəniyyət Mərkəzində və Bakıxanov qəsəbəsində yerləşən Asudə vaxt Mərkəzində təşkil olunduğunu və perespektivli gənclərə dəstək məqsədilə keçirildiyini öz çıxışında qeyd etdi. Əli müəllim, öz çıxışında onu da qeyd etdi ki, bu layihə təkcə ingilis dili kursu ilə bitmir, həmçinin xüsusi turlar, yarışlar və festivallar təşkil olunacaq, qaliblər mükafatlandırılacaq. Əli müəllim çıxışını bitirəndən sonra könüllü şagirdlərlə ingilis dilində sual-cavab şəklində dialoq qurdu və kiçik yarışmanın dörd qalibi üçün ingilis dili kursunun ilk dərslərinin təmənnasız olacağını qeyd etdi.

Daha sonra Zığ qəsəbə Mədəniyyət Evinin bədii rəhbəri Könül Əhmədova çıxış etdi.

Tədbir yüksək əhval-ruhiyyə və xatirə üçün kollektiv foto çəkiliş ilə sona yetdi.

YUNİS QARAXANOV,
"Şərqin səsi", "Elm və təhsil" qəzetlərinin redaktoru,
"Zim.az" saytının xüsusi müxbiri.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ZIĞ Mədəniyyət Evinin direktoru ilə İLK GÖRÜŞ

ZIĞ Mədəniyyət Evinin direktoru ilə İLK GÖRÜŞ

Bakı, Mədəniyyət, "Şərqin səsi"
UŞAQLARIMIZ UĞURLU GƏLƏCƏYƏ DOĞRU

UŞAQLARIMIZ UĞURLU GƏLƏCƏYƏ DOĞRU

Mədəniyyət, "Elm və Təhsil"
OCEP Bakıdakı 238 N-li məktəbin qonağı olub

OCEP Bakıdakı 238 N-li məktəbin qonağı olub

Məktəblər
Samuxda gənc analar üçün təlim keçirilib

Samuxda gənc analar üçün təlim keçirilib

Regionlar

"KÖHNƏ BAKI" VƏ "XƏZRİ" RƏQS QRUPLARININ UĞURLARI

Mədəniyyət, "Şərqin səsi"
Azərbaycanlıların 1918-ci il soyqırımına həsr olunmuş Beynəlxalq Konfrans

Azərbaycanlıların 1918-ci il soyqırımına həsr olunmuş Beynəlxalq Konfrans

UNUTSAQ, UNUDULARIQ!...., QHT
ŞƏRƏFLİ MÜƏLLİM PEŞƏSİ VƏ RÜHƏNGİZ HEYDƏROVA

ŞƏRƏFLİ MÜƏLLİM PEŞƏSİ VƏ RÜHƏNGİZ HEYDƏROVA

Məktəblər
Əlini mənə ver, dostum...

Əlini mənə ver, dostum...

Məktəblər
“Ana dilimiz sərvətimizdir”

“Ana dilimiz sərvətimizdir”

Mədəniyyət
Arzuların çin olsun,  Şahsənəm!

Arzuların çin olsun, Şahsənəm!

Məktəblər, "Şərqin səsi", Təbriklər
TBİLİSİDƏ ŞAGİRDLƏRİN RƏSM ƏSƏRLƏRİNİN SƏRGİSİ TƏŞKİL OLUNUB

TBİLİSİDƏ ŞAGİRDLƏRİN RƏSM ƏSƏRLƏRİNİN SƏRGİSİ TƏŞKİL OLUNUB

Fond, M.F.Axundzadə adına Muzey, Tiflis, Qarayazı
Hər kəsə öz qədərində dəyər verək

Hər kəsə öz qədərində dəyər verək

Məktəblər, Köşə yazılar
BOLNİSİDƏ BİLİK YARIŞI KEÇİRİLİB

BOLNİSİDƏ BİLİK YARIŞI KEÇİRİLİB

Bolus
İstadadlı gənc yazarların Sumqayıtda görüşü

İstadadlı gənc yazarların Sumqayıtda görüşü

MEDİA, Ədəbi əlaqələr
Tiflisdə

Tiflisdə "Azərbaycan Mətbəxi" Günü

Tiflis

"VARLIQ" Mədəniyyət Mərkəzində Xocalı Soyqırımına həsr olunmuş tədbir keç ...

Qarabağ, Rustavi, "Varlıq"
ŞAİRƏ LEYLA VƏKİLQIZININ

ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞE ...

Başkeçid, Müşfiq Borçalı
70 YAŞIN ASTANASINDA - Alik Rzayev

70 YAŞIN ASTANASINDA - Alik Rzayev

Təbriklər
Şərəfli peşənin sahibi

Şərəfli peşənin sahibi

Məktəblər
AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

Borçalı, Tiflis
Rəy yazın: