AzTU-nun kafedra müdiri, professor Şikar Qasımov "Azərbaycanın Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub

TƏBRİK EDİRİK!..

AzTU-nun kafedra müdiri, professor Şikar Qasımov "Azərbaycanın Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub Bu günlərdə
Azərbaycanın
tanınmış tarixçi alimi,
Azərbaycan Texniki Universitetinin
"İctimai fənnlər"
kafedrasının müdiri,
AzTU-nun Əmək və Müharibə Veteranları Şurasının və Yeni Azərbaycan Partiyasının "H.Cavid-25" ərazi ilk partiya təşkilatının sədri,
tarix elmləri doktoru,
professor Şikar Qasımovun
anadan olmasının
60 illik Yubileyi
tamam olub.
Bu münasibətlə
Azərbaycan Respublikasının Təhsil naziri əvəzi
Ceyhun Bayramovun əmri ilə o,
"Azərbaycanın qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.

* * * * * * *

Şikar Məhəmmədəli oğlu Qasımov - 1958-ci il fevralın 9-da Laçın rayonunun Cicimli kəndində anadan olub.

1974-cü ildə Cicimli kənd səkkiz illik məktəbini bitirib, sonra isə təhsilini Güləbird kənd orta məktəbində davam etdirib.

1976-cı ildə orta məktəbi bitirib və elə həmin il Xankəndi (indiki Stepanakert) Pedaqoji İnstitunun tarix fakultəsinə daxil olub.

1981-ci ildə ali təhsilini Fərqlənmə diplomu ilə bitirib və illərdə təyinatla Laçın rayonuna tarix müəllimi göndərilib.

Təyinat müddəti bitdikdən sonra 1985-1987-ci illərdə Abşeron rayon mədəniyyət şöbəsində tarixi abidələrin mühavizəsi və diyarşünaslıq muzeyində elmi işçi vəzifəsində çalışıb.

1987-ci ildən əmək fəaliyyətini Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) "Sov.İKP tarixi" (indiki "İctimai fənnlər") kafedrasında davam etdirir.

Kafedrada laborantlıqdan, baş laborant, müəllim, dosent, professor və kafedra müdiri vəzifəsinədək yüksəlib.

O, 1990-cı ildə AEA Tarix institutunda "Azərbayacan fəhlə sinfinin beynəlmiləlçik və vətənpərvərlik tərbiyyəsində müttəfiq Sovet respublikaları ilə əməkdaşlığın rolu 1928-1937-ci illər" mövzusunda namizədlik disertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.

1992-ci ildə AzTU-nun tarix kafedrasında müəllimlik vəzifəsindən kafedranın dosenti vəzifəsinə seçilib.

1995-ci ildən AzTU-nun Həmkərlar İttifaqı Komitəsində sədr müavini və 1995-ci ildən 2001-ci ilə kimi "Mühəndis biznesi və Menecment" fakultəsində tərbiyyə işləri üzrə dekan müavini,
eyni zamanda, 1993-1996-cı illərdə Azərbaycan Milli Universitetində "Tarix və Fəlsəfə" kafedrasının,
1996-1998 ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında "Humanitar fənlər" kafedrasının müdiri,
2001-2006 cı illərdə AzTU-nun tərbiyyə işləri üzrə prorektoru və AzTU-nun mətbuat orqanı olan "Ziya" qəzetinin baş redaktoru vəzifələrində çalışıb.

2002-ci ildən AzTU-nun "Tarix", 2015-ci ildən isə "Tarix""Fəlsəfə" kafedralarının birləşməsindən yaradılan "İctimai fənnlər" kafedrasının müdiri vəzifəsində çalışır.

2008-ci ildə AMEA-nın Tarix İnstitutunda "Azərbaycan SSR yaradıcılıq ittifaqlarının yaranması və fəaliyyəti (1920-1930 cu illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alib.

260-dan çox elmi, metodik və publistik məqalənin, o cümlədən Texniki ali məktəblər üçün yeddi "Tarix" fənninin tədrisi proqramının, "Tarixin tədrisinə dair" üç metodik vəsaitinin, iki məcmuənin və "Azərbaycan SSR yaradıcılıq ittifaqlarının yaranması və fəaliyyəti (1920-1930-cu illər)" (Bakı, 2007), "Azərbaycan yaradıcı ziyalıları Sovet hakimiyyəti illərində (1920-1940-cı illər), Bakı,2009, "Xalq qəhrəmanı Sultan bəy" (Bakı, 2011), "Əsirlikdə qalan Laçın" (Bakı, 2012) adlı 4 monoqrafiyanın, "Azərbaycan tarixi" (Texniki ali məktəblər üçün dərslik) (Bakı, 2014 və yenidən işlənmiş 2015-ci il) dərsliyinin müəllifidir.

Onun Rusiyanın, Türkiyənin, Ukraynanın və Dağıstanı elmi jurnallarında 18-dən çox məqaləsi çap olunmuşdur.

AzTU-nun kafedra müdiri, professor Şikar Qasımov "Azərbaycanın Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub 2011-ci ildə Kiyev Politexnik Universitetində kosmosun fəthinin 50 illiyi münasibəti ilə keçirilmiş Beynəlxalq elmi-praktiki konfransında iştirak etmiş və "Kosmik tədqiqatların Azərbaycanda elm və texnikanın inkişafında rolu" mövzusunda və 2012-ci ilin may ayında Türkiyyənin Amasiya şəhərində keşirilmiş Seyid Mir Həmzə Nigariyə həsr olunmuş "Azərbaycandan Amasyaya könül körpüsü" Beynəlxalq Simpoziumunda iştirak etmiş və "Cicimlidən Amasyaya gedən təsəvvüf yolu" mövzusunda məruzə ilə çıxış etmişdir.

2013-cü ildə Türkiyədə keçirilmiş 19-cu Dədə Qorqud Şölənində (festifalında) iştirak etmiş, Bayburt valisi Həsən İpək tərəindən mükafatlandırılmışdır.

Prof. Ş.Qasımov 2014-cü il mayın 16-da Türkiyənin Konya şəhərində VIII Uluslararası Türk Kültürü, Sanatı və Kültürel Mirası Koruma Sempozyumunda “Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Ədəbiyyat və İncəsənətin inkişafı tarixindən (1920-1930-cu illər)” mövzularında məruzə ilə çıxış etmişdir.
O, Konya Böyük Şeher Beledyesi adından Ruminin 6 cildlik məsnəvisi ilə mükafatlandırılmışdır.

2014-cü ilin dekabr ayında isə Türkiyənin Malatya şəhərində İnönü Universitetində, Tarsus şəhərində Çağ universitetində və Mersin Dövlət Universitetində “Türkiyə və Azərbaycan: Ortaq dəyərlər və tarix” mövzusunda keçirilən silsilə konfranslarda əsas məruzəçi kimi və Türkiyənin Kanal-33 TV-də cıxışlar etmişdir.

2015-ci il mayın 14-də Türkiyədə keçirilmiş VI ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİnin Plenar iclasında prof. Şikar Qasımov Azərbaycan nümayəndə heyəti adından açılış məruzəsi ilə, eləcə də konqresin 7-ci bölümündə "Azərbaycanda təhsilin və elmin inkişafında dövlət qayğısı" mövzusunda elmi məruzə ilə çıxış etmişdir.

20 may 2016-cı ildə İsmayıllı şəhərinin 85 illiyinə həsr olunmuş "İsmayıllı araşdırmaları" elmi konfransında prof. Şikar Qasımov "Azərbaycan mədəniyyətinin və elminin inkişafında İsmayıllı ziyalılarının yeri" mözusunda etdiyi məruzə də böyük maraqla qarşılanmışdır.

AzTU-nun kafedra müdiri, professor Şikar Qasımov "Azərbaycanın Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub "Türk xalqlarının tarixi", "Siyasi tarix" dərs vəsaitlərinin rəyçisi, "İslam qanunlarına aid
400 suala 400 cavab"
kitabının redaktoru və rəyçisi olmuşdur.
20-dan çox doktorluq və namizədlik dissertasiyalarının aftoreferatlarına rəy vermiş və rəsmi opponent olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi elmlər üzrə Ekspert Şurasının üzvüdür.

1995-ci ildən indiyə kimi AzTU-da fakultə Elmi Şurasının, 2001-ci ildən isə universitet Elmi Şurasının üzvüdür.

Şikar Qasımov 2010-cu ildən AzTU Əmək və Müharibə Veteranları Şurasının və Yeni Azərbaycan Partiyasının "H.Cavid-25" ərazi ilk partiya təşkilatının sədridir.

O, həm də I Qarabağ müharibəsi veteranıdır.


Yeri gəlmişkən qeyd edək ki, Şikar müəllimin özündən başqa dörd qardaşı da müharibə veteranıdır.
Qardaşlarından biri Həşim Qasımov cəbhədə yaralanıb və sağaldıqdan sonra yenidən ön cəbhəyə qayıdıb. Hazırda Laçın rayon DİŞ-də polis nəfəri vəzifəsində çalışır.
İkinci qardaşı Qəhrəman Qasımov APİ-nin (indiki ADPU-nun) hərbi fakultəsini bitirib. O, ölkə prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə, eləcə də "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin "Fədai" medalı ilə təltif olunub.
Digər qardaşları Etibar QasımovSevdim Qasımov da müharibə zamanı ermənilərə qarşı döyüşlərdə xüsusilə fərqlənmiş və ad-san qazanmışlar.

Professor Şikar Qasımov 10 noyabr 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

AzTU-nun kafedra müdiri, professor Şikar Qasımov "Azərbaycanın Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub
O, 2016-cı il mayın 12-də
qardaş Türkiyənin Konya şəhərində keçirilmiş
"VI ULUSLARARASI TÜRK SANATI, TARİHİ ve FOLKLORU KONGRESİ"ndə
uğurla iştirak etmiş,
konqresin 2-ci bölümündə
"Tarixi abidələr mədəni irsimizin ayrılmaz hissəsidir" mövzusunda
elmi məruz etmiş,
21-ci bölümdə isə oturum başkanı olmuş və o,
uğurlu iştirakına və
dəyərli məruzəsinə görə
konqresin təşkilat komitəsi tərəfindən
"BİLME, SENETE KATKI" ödülü ilə mükafatlandırılmişdır.


AzTU-nun kafedra müdiri, professor Şikar Qasımov "Azərbaycanın Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub 2017-il mayın 8-də Yeni Azərbaycan Partiyasının
Yasamal rayon təşkilatında
Ulu öndər Heydər Əliyevin anadan olmasının
94-cü il dönümü münasibətilə keçirilən
təntənəli tədbirdə
rayon fəallarından 5 nəfər
Fəxri Fərmanla təltif olunub.

Sevindirici haldır ki, həmin 5 nəfərdən biri məhz bizim həmkarımız - Azərbaycan Texniki Universitetinin "İctimai fənnlər" kafedrasının müdiri, AzTU Əmək və Müharibə Veteranları Şurasının və YAP "H.Cavid-25" ərazi ilk partiya təşkilatının sədri, Azərbaycanın tanınmış tarixçi alimi, "Tərəqqi" və Fədai" medalları ilə təltif olunmuş tarix elmləri doktoru, professor
Şikar Qasımov
olub.

2017-ci il iyunun 25-də "26 iyun - Azərbaycan
Silahlı Qüvvələr günü"
münasibətilə
"Qarabağ müharibəsi əlilləri, veteranları və
şəhid ailələri" İctimai Birliyinin sədri
Mehdi Mehdiyev
in Sərəncamı ilə
"FƏDAİ" Medali ilə təltif olunub.

Professor Şikar Qasımov həm də gözəl ailə başçısıdır: iki övladı, dörd nəvəsi var.

Bütün bu uğurlarına, nailiyyələrinə baxmayaraq professor Şikar Qasmovun bu gün tək bir arzusu,
bir istəyi də var: Düşmən tərəfindən zəbt olunmuş doğma torpaqlarımızın işğaldan azad olduğu günü görmək və doğulub boya başa çatdığı Laçının Cicimli kəndini ziyarət etmək!..


Arzularınınız çin olsun, Şikar müəllim!..

P.S.: Yazımız çapa hazırlanarkən, Şikar müəllimin yuxarıda sadalağıqlarımız uğurlarına daha bir uğur,
bizləri sevindirən şad xəbərlərə daha bir şad xəbər əlavə olundu. Sevincimizə daha bir sevinc qarışdı.

Belə ki, AzTU-nun "İctimai fənnlər" kafedrasının müdiri, tanınmış alim, professor Şikar Qasımov
Azərbaycan Respublikasının Təhsil naziri əvəzi Ceyhun Bayramovun əmri ilə
"Azərbaycanın qabaqcıl təhsil işçisi"
döş nişanı
ilə təltif olundu.

AzTU-nun kafedra müdiri, professor Şikar Qasımov "Azərbaycanın Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub
Biz də, Qarabağ müharibəsinin veteranı, dəyərli ziyalımız, tanınmış alim, qayğıkeş müəllim,
xeyirxah insan, səmimi dost, mehriban həmkar,
çox hörmətli professor Şikar Qasımovu
anadan olmasının 60 illik yubileyi, eləcə də
"Azərbaycanın qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
elmi-pedaqoji və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!...

Dr. Müşfiq BORÇALI,
"Ziya" qəzetinin və "ZiM.Az" saytının
Baş redaktoru.




REDAKSİYAMIZIN ARXİVİNDƏN:

AzTU-nun kafedra müdiri, professor Şikar Qasımov "Azərbaycanın Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub AzTU-nun kafedra müdiri, professor Şikar Qasımov "Azərbaycanın Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub


AzTU-nun 60 illik Yubileyində. 23 noyabr 2011-ci il. Azərbaycan Akademik Milli Dram Teatrı.

Soldan:
AzTU-nun Mətbuat şöbəsinin müdiri Müşfiq Borçalı,
AzTU-nun kafedra müdirləri - professor Sübhan Namazov və
AzTU-nun tarix kafedrasının müdiri, professor Şikar Qasımov.

Soldan:
AzTU THK-nin sədri Samirə Quliyeva,
AzTU-nun dosenti, "Elmi Əsərlər"in məsul katibi Nizami İsmayılzadə,
AzTU-nun tarix kafedrasının müdiri, professor Şikar Qasımov və
AzTU-nun Mətbuat şöbəsinin müdiri, "Ziya" qəzetinin Baş redaktoru - Müşfiq Borçalı.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ŞİKAR QASIMOV!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ŞİKAR QASIMOV!..

Qarabağ, AzTU, Təbriklər
ALİMİN YENİ UĞURU: O, Türkiyədə

ALİMİN YENİ UĞURU: O, Türkiyədə "BİLME, SENETE KATKI" ödülü ilə və Azərba ...

Qarabağ, AzTU
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ŞİKAR MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ŞİKAR MÜƏLLİM!...

YAP, AzTU, Təbriklər
AzTU-nun 60 illik Yubileyində

AzTU-nun 60 illik Yubileyində

Elm, Darvaz, Arxiv
Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə  təltif olunub

Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə təltif olunub

YAP, BDU, Təbriklər
AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU Elmi Şurasının növbəti iclası olub

AzTU
Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

Professor Sübhan Namazov AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin ...

AzTU
AzTU-da müharibə veteranları ilə görüş keçirilib

AzTU-da müharibə veteranları ilə görüş keçirilib

AzTU
Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin  ...

AzTU-da yeni təyinat: Malik Qarayev magistratura və doktorantura şöbəsinin ...

AzTU
AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

YAP, AzTU
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

TƏBRİK EDİRİK, ZƏKAY MÜƏLLİM!..

AzTU, Təbriklər
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
“Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabı ...

“Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabı ...

Yeni nəşrlər, Qarabağ, QHT
AzTU məzununun uğur hekayəsi: ABUZƏR MİRZƏLİYEV

AzTU məzununun uğur hekayəsi: ABUZƏR MİRZƏLİYEV

AzTU
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ VAHİD FƏRHADOV!..

AzTU, Başkeçid
Rəy yazın: