Gənclik və siyasət: Yeni hədəflərə və çağırışlara doğru..

Gənclik və siyasət: Yeni hədəflərə və çağırışlara doğru.. Heç də əbəs yerə deməyiblər ki, gələcək gəncliyindir. Çünki hər bir xalqın taleyi onun gələcək nəsillərindən daha çox asılı olur. Gənclik güc-qüvvə, enerji deməkdir. Gənclik ümiddir, inamdır! Gənclik bugün və sabahdır! Ona görə də gənclərin dünyagörüşlü, intellektual baxımdan yetkin, milli hissli,
bəşəri duyğulu böyüməsi olduqca vacib amillərdəndir.
Məhz bu baxımdan hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır.


Gənclərə qayğı yürüdülən dövlət siyasətinin prioritetlərindəndir.
Son illər ölkə gənclərinin istər istehsalatda, istərsə də idman və ya mədəniyyət sahəsindəki uğurları daha çox diqqət çəkməkdədir. Bütün bunlar isə bir daha təsdiqləyir ki, Azərbaycan vətənpərvər və istedadlılar ölkəsidir. Bu həm də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin real bəhrəsidir. Ümummilli Liderin təşəbbüsü ilə hələ sovetlər birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasına başlanmışdı.


Gənclik və siyasət: Yeni hədəflərə və çağırışlara doğru.. Bu günlərdə Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev xüsusi olaraq vurğulamışdı ki, "Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır. Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilmişdir. Azərbaycan gəncləri milli ruhda, ənənəvi dəyərlərlə, Vətənə bağlı və vətənpərvər ruhda tərbiyə alırlar. Buna görədir ki, Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırkı Zirvə görüşü ərəfəsində keçirilmiş Gənclər sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak etmişlər”.

Bu gün Azərbaycan gəncliyinin hərtərəfli bilik almasına, elmin yüksək zirvələrini fəth etməsinə hər cür şərait yaradılıb. O da danılmaz faktdır ki, ölkəmizdə gənclərə yüksək qayğı var. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə, müasir dövrün tələblərinə uyğun davam etdirilməsi yeni nəslin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.

Dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Gənclər günü Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Ümummilli Lider Heydər Əliyev dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım ataraq, bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Həmin sənədlər gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

Ulu Öndərin gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır: ölkədə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təmin edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində həyata keçirilən layihələr, gənclər təşkilatlarının formalaşması, inkişafına yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatçısına çevrilib. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Sosial həyatın bütün sferalarına nəzər salsaq, orada gənclərin əksəriyyət təşkil etdiyinin şahidi olarıq. Əlbəttə, bunlar Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Dövlət başçısı İlham Əliyev gənclərə inandığını və onlara arxalandığını belə ifadə edir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Onu da xatırladaq ki, dövlət başçısının 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” onların xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında elmi nailiyyətlərə yiyələnir.

Azərbaycan gənclərinin sağlam böyüməsində mühüm məsələ olan idmanın inkişaf etdirilməsinə və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün ölkəmizdə 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına evsahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları da bunun təsdiqidir. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi isə onların yeni uğurlar qazanmasında mühüm rol oynayır.

Bu gün qətiyyətlə demək olar ki, dövlətin biz gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bunu nəzərə alan dövlət başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodlarının tətbiqi zərurəti ilə əlaqədar "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair sərəncamını da xatırlamaq yerinə düşərdi.

Yeri gəlmişkən, bir məsələni də qeyd edim ki, son vaxtlar bir qrup təxribatçının Bakı küçələrinə məcburən çıxarılması özlərini radikal müxalifət adlandıranların baş tutmayan avantürasından savayı bir şey deyildi. Saxta və avantürist çığır-bağırla özlərini rüsvay edənlərin Azərbaycan gəncliyinə qətiyyən aidiyyəti yoxdur. Vətənini, xalqını, müstəqil dövlətini sevən kəs o cür layiqsiz, küçə söyüşləri ilə (çünki fakt olmayanda, məcbur olub həqarətlə təhqirə keçmək onların köhnə adətləridir) xalqı, onlara qoşulmayanları xəyanətdə suçlamaz. Onlar Azərbaycanın hərtərəfli inkişafını istəməyən antiazərbaycançı şəbəkənin vassalları, siyasi mübarizə aparmağı bacarmayan müxalifətin tör-töküntüləridirlər.

Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləcək işlər hələ çoxdur.
XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə aparılacaq bu əzəmətli işlərin həyata keçirilməsinin
əsas ağırlığı bugünkü gənclərin üzərinə düşür. Gənclər isə özlərinin potensialına güvənərək
ən məsuliyyətli sahələrdə bilik və bacarıqlarını əsirgəməyərək, Vətənin əsl övladları olduqlarını təsdiqləyirlər. Münasibətlər qarşılıqlı olanda səmərəsi də müvəffəqiyyət gətirər.


Əsmər NƏBİYEVA,
YAP Yasamal rayon Gənclər Birliyinin sədr müavini


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AZƏRBAYCAN GƏNCLİYİ: DÜNƏNDƏN BU GÜNƏ

AZƏRBAYCAN GƏNCLİYİ: DÜNƏNDƏN BU GÜNƏ

Publisistika, Qarayazı
Yusuf Məmmədəliyev:

Yusuf Məmmədəliyev: "Ulu öndər Heydər Əliyev Azərbaycanda Gənclər Gününü t ...

Azərbaycan, Gənclik
Prezident İlham Əliyev gənclərimizi daha vətənpərvər, sağlam, savadlı, işgü ...

Prezident İlham Əliyev gənclərimizi daha vətənpərvər, sağlam, savadlı, işgü ...

Azərbaycan, Gənclik
Azərbaycanın gələcəyi gənclərin əlindədir

Azərbaycanın gələcəyi gənclərin əlindədir

Digər bölmələr, Gənclik
Gənc alimlər Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Gənc alimlər Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Digər bölmələr
Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə gör ...

Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə gör ...

"Şərqin səsi", Milli Məclis
Nəhayət ŞİRİNOVA:

Nəhayət ŞİRİNOVA: "Yeni Azərbaycan Partiyası sıralarında uğura yol alan Az ...

YAP, Köşə yazılar
AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir  ...

AzTU-da 2 Fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş təntənəli tədbir ...

Gənclik, AzTU
AzTU-nun rektoru Vilayət Vəliyevin 2 fevral - Gənclər Günü münasibətilə mür ...

AzTU-nun rektoru Vilayət Vəliyevin 2 fevral - Gənclər Günü münasibətilə mür ...

AzTU
AMEA-nın Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib

AMEA-nın Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib

Humanitar elmlər
Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

"Zirvə"
İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşüb

İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşüb

Əsas xəbər, Azərbaycan
AzTU GVİİM-in rəhbəri Vüqar Əliyev “GəncLİK” Proqramında iştirak hüququ qaz ...

AzTU GVİİM-in rəhbəri Vüqar Əliyev “GəncLİK” Proqramında iştirak hüququ qaz ...

AzTU, QHT
Yusuf Məmmədəliyev:

Yusuf Məmmədəliyev: "Azərbaycan dövləti gəncləri sağlam, savadlı, vətənpər ...

Azərbaycan, Gənclik
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
Gənclər təşkilatları Ulu Öndərin 99-cu ildönümünə həsr olunmuş tədbirlər ke ...

Gənclər təşkilatları Ulu Öndərin 99-cu ildönümünə həsr olunmuş tədbirlər ke ...

QHT
Mingəçevir Gənclər Evi

Mingəçevir Gənclər Evi

"Region-Press", "Elm və Təhsil"
AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU
Xoş gələcək gənclərlə gəlir!..

Xoş gələcək gənclərlə gəlir!..

QHT
SDU-da Magistrantların XVI Respublika Elmi Konfransı keçirilib

SDU-da Magistrantların XVI Respublika Elmi Konfransı keçirilib

Sumqayıt
Rəy yazın: