İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdir

İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdir15 mart 2022-ci il tarixində Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cınab İlham Əliyev təməlqoyma mərasimində iştirak etmişdir. Bu hadisəni tarixi gün kimi dəyərləndirən Prezident demişdir:
“230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək.”  


Bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir. Bu şirkətin Azərbaycana sərmayə qoymasını çox təqdiredici bir hal kimi qiymətləndirən ölkəmizin başçısı qeyd etmişdir ki,  “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var, bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir.Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var.”Masdar” şirkəti dost ölkəni-Birləşmiş Ərəb Əmirliklərini təmsil edir.Birləşmiş Ərəb Əmirlikləri ikitərəfli münasibətlərimizdən danışan Prezident bu ölkə ilə siyasi,istisadi,ticarət,turizm ,eyni zamanda, digər sahələrdə də uğurla əməkdaşlıq etdiyimizi vurğulamış və əməkdaşlığına bu gün start verilən bərpaolunan enerji sahəsində də nailiyyətlər olacağını dilə gətirmişdir: “ Mən bütün sərmayə maraqlarını, biznes maraqlarını nəzərə alaraq onu da bildirməliyəm ki, əgər iki ölkə arasında yaxın dostluq əlaqələri olmasaydı, yəqin ki, bu layihəni də biz görməzdik. Yəni, bütün bu amillərin vəhdəti çox gözəl bir imkan yaradır. Hesab edirəm ki, biz bu imkandan böyük səmərə ilə istifadə edirik və edəcəyik. “ Bərpaolunan enerki növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir.Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz,nəqliyyat, elektrik xətləri, kommunikasiyalar nöüteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki,Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz,eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. Azərbaycanda çox gözəl investisiya iqlimi vardır və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir.  Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır.Azərbaycan elekt.rik enerjisini yanlız ekoloji cəhətdən təmiz mənbələrədən istifadə edir-təbii qaz, su, günəş və külək.Ölkəmizdə bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür.Məhz buna görə də dünyanın aparıcı şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar.
Təməlqoyma mərasimində cənab Prezident işğaldan azad edilmiş ərazilərin böyük potensiala malik olduğunu qeyd etmişdir. İşğal dövründə 30 il ərzində ermənilər və Ermənistan dövləti o vaxt işğal altında olan torpaqlarda bütün infrastrukturu, bütün binaları, tarixi, dini abidələrimizi dağıtmışlar. O cümlədən Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyasını məhv etmişlər  .Azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradıldığını deyən Prezident böyük potensiala malik həmin ərazilərdə dəqiq hesablamaların aparıldığını xüsusilə vurğulamışdır : ” Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Artıq ilkin addımlar da atılır, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Ümid edirəm ki, bu danışıqlar da uğurla nəticələnəcək. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər”.
Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulmasını xalqımız üçün önəmli bir hadisə olduğunu söyləyən cənab Prezident yaxın gələcəkdə Qaradağda bu stansiyanın açılışını birlikdə qeyd edəcəyimizi demişdir.

Tofiq Əsgərov,
Masallı RTŞ-nin əməkdaşı

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi

Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi

Regionlar, Köşə yazılar
Azərbaycanda energetikanın inkişafı

Azərbaycanda energetikanın inkişafı

Elm, AzTU

"Onvolt" MMC Azərbaycanda ilk dəfə olaraq "Skywell" tam elektrik avtomo ...

İqtisadiyyat, Elanlar
Novruzəli Aslanov: “3+3 əməkdaşlıq platforması regional əlaqələrin inkişafı ...

Novruzəli Aslanov: “3+3 əməkdaşlıq platforması regional əlaqələrin inkişafı ...

"Mən Şirvanın səsiyəm", Siyasət
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iqlim və enerji tə ...

İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iqlim və enerji tə ...

Əsas xəbər, Azərbaycan
AzTU-nun maqistri Çində keçirilmiş seminarda iştirak etmişdir

AzTU-nun maqistri Çində keçirilmiş seminarda iştirak etmişdir

AzTU
AzTU tələbələri

AzTU tələbələri "Azərişıq" ASC-nin Yarımstansiya Muzeyinə ekskursiya edib

AzTU
AzTU-nun müəllim və tələbələri “20 Oktyabr Energetiklər günü”nə həsr olunmu ...

AzTU-nun müəllim və tələbələri “20 Oktyabr Energetiklər günü”nə həsr olunmu ...

AzTU
“Dəmiryol nəqliyyatında enerji təchizatının səmərəliliyinin təkmilləşdirilm ...

“Dəmiryol nəqliyyatında enerji təchizatının səmərəliliyinin təkmilləşdirilm ...

AzTU
Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub

Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt, İqtisadiyyat, Dünya
Azərbaycanda Metallurgiya sənayesinin inkişafı

Azərbaycanda Metallurgiya sənayesinin inkişafı

Elm, AzTU
Məhəbbət İmanov: Bütöv Azərbaycanda ilk prezident seçkilərinin tarixi əhəmi ...

Məhəbbət İmanov: Bütöv Azərbaycanda ilk prezident seçkilərinin tarixi əhəmi ...

Gürcüstan, Köşə yazılar
İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib

İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib

Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
Yaponiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Yaponiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Diaspora
İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Əsas xəbər, Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub

Əsas xəbər
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin ...

Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin ...

Əsas xəbər, Rəsmi Xəbərlər
AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU, Təbriklər
DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ

DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ

Regionlar, İqtisadiyyat
Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib -  ...

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəlib - ...

Əsas xəbər, Azərbaycan, Gürcüstan, Siyasət
Rəy yazın: