Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi Kürdəmirdə qeyd edilib

Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi Kürdəmirdə qeyd edilibMikayıl Müşfiqin anadan olmasının 110 illiyi Kürdəmirdə qeyd edilib Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi Kürdəmirdə qeyd edilib AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MSK) ilə birgə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.


AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən Nərgiz Qəhrəmanova ZiM.Az-a bildirib ki, Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən keçirilən tədbirdə
Kürdəmir rayon
MKS-nin müdir əvəzi
İradə Mahmudova
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb.

Sonra Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Xatirə Soltanova çıxış edərək Sərəncamın əhəmiyyətini vurğulayıb, sənədə əsasən ölkəmizin hər yerində böyük şairə həsr olunan silsilə tədbirlərin keçirildiyini bildirib.

Şairin yaradıcılığına dair məruzə edən X.Soltanova qeyd edib ki, Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələr yaradıb. Bu nümunələr Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirib. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.

Daha sonra Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıb. O, ölməz və həmişəcavan Müşfiqin daim ürəklərdə yaşayacağını, onun yaratdığı solmaz sənət incilərinin yaddaşlara əbədi həkk olunduğunu söyləyib.

Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.

Tədbirdə poeziya həvəskarları şairin şeirlərindən parçalar səsləndirib, incəsənət nümayəndələri M.Müşfiqin şeirlərinə bəstələnmiş musiqilər ifa ediblər.

Aygül ÇOBANOVA,
AMEA-nın dissertantı
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da Mikayıl Müşfiqin 110 illiyi qeyd olunub

AzTU-da Mikayıl Müşfiqin 110 illiyi qeyd olunub

AzTU
Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi qeyd edilib

Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi qeyd edilib

Humanitar elmlər
Şəhidin xatirəsi təhsil aldığı liseydə yad edilib

Şəhidin xatirəsi təhsil aldığı liseydə yad edilib

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

"Zirvə"
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
Mikayıl Müşfiq Dilbər Axundzadənin Dili ilə

Mikayıl Müşfiq Dilbər Axundzadənin Dili ilə

Köşə yazılar
Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Elm, "Zirvə", Cənubi Azərbaycan
Akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

İctimai elmlər, Təbriklər
AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

AzMİU-da XVIII əsrin böyük Azərbaycan şairi və ictimai xadim M.P.Vaqifin 30 ...

Digər ali məktəblər
Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Xalq şairi Səməd Vurğunun 110 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

"Zirvə"
“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

Azərbaycan, Elm, "Zirvə"
AzTU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

AzTU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Əsas xəbər, AzTU
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

M.F.Axundzadə adına Muzey, Humanitar elmlər, Tiflis
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
Kitabxananın əməkdaşları Abdulla Şaiqin mənzil muzeyinə ekskursiya təşkil e ...

Kitabxananın əməkdaşları Abdulla Şaiqin mənzil muzeyinə ekskursiya təşkil e ...

Mədəniyyət
Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

İctimai elmlər

"Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" mövzusunda beynəlx ...

Humanitar elmlər, "Zirvə"
Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Akademik Feyzulla Qasımzadənin 120 illik yubileyi AMEA-da qeyd olunub

Humanitar elmlər, "Zirvə"
Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Yeni nəşrlər, Humanitar elmlər
Rəy yazın: