Şəhidin xatirəsi təhsil aldığı liseydə yad edilib

Şəhidin xatirəsi təhsil aldığı liseydə yad edilibŞəhidin xatirəsi təhsil aldığı liseydə yad edilib AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi tərəfindən
Cəmşid Naxçıvanski adına
Hərbi Liseydə 2016-cı ilin
aprel döyüşlərində
şücaət göstərərək
qəhrəmancasına
şəhid olmuş,
ölümündən sonra
“Azərbaycan bayrağı”
ordeninə layiq görülmüş
Mİ- 24 hərbi helikopterinin
ekipaj üzvü, baş leytenant
Əbu Bəkr İsmayılovun
xatirəsinə həsr olunan
tədbir keçirilib.


Əvvəlcə liseyin kursantları, müəllim və komandir heyəti, həmçinin şəhidin ailə üzvləri
II Fəxri xiyabanda Əbu Bəkr İsmayılovun xatirəsini yad edib, məzarı önünə əkil
və tər çiçəklər düzüblər.

ZiM.Az xəbər verir ki, Mərasim Vətən uğrunda
şəhid olanların xatirəsinin
bir dəqiqəlik sükutla
yad edilməsi ilə başlayıb.
Sonra Azərbaycanın
Dövlət Himni
səsləndirilib.

Tədbirdə çıxış edən C.Naxçivanski adına hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbə rəisinin müavini, mayor Natiq Rəhimov liseyin məzunlarının qəhrəmanlıq səhifələrindən danışıb, Əbu Bəkr İsmayılovun bu ənənənin layiqli davamçısı olduğunu bildirib. Vurğulayıb ki, Vətənin ərazi bütövlüyü uğrunda şəhid olanların hər biri qəhrəmanlıq məktəbidir. Onların xatirəsini əbədiləşdirmək, ailələrinə arxa olmaq hamının vətəndaşlıq borcudur.

Daha sonra muzeyin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək Dağlıq Qarabağ müharibəsinin müasir mərhələsindən, Ermənistanın işğalçı siyasətindən və xalqımızın şanlı qəhrəmanlıq səhifəsini yazan aprel döyüşlərindən söhbət açıb. Şəhidlərin xatirəsinə həsr olunan belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edən Y.Bahadurqızı bildirib ki, Əbu Bəkrin aprel döyüşlərində misilsiz xidməti təkcə ailəsi üçün deyil, xalqımız üçün böyük qələbədir. Bu döyüşlərdə Əbu Bəkir kimi oğullar düşməni məhv edərək, öz qanları bahasına tarixi ərazilərimizə sahib çıxdılar. Belə qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Daha sonra liseyin kimya müəllimi Flora Hüseynova şagirdi ilə bağlı xatirələrini bölüşüb.

Tədbirdə Xalq artisti Eldost Bayram, Milli Mədəniyətinin Təbliği İctimai Birliyinin Rəhbəri Jalə Cəfərova və başqaları çıxış edərək Əbubəkr İsmayılovun qısa, eyni zamanda, şərəfli həyatından, insani keyfiyyətlərindən bəhs ediblər.

Oğlu ilə qürur duyduğunu deyən şəhidin anası Rəna İsmayılova övladının vətənpərvərliyindən, mərdliyindən danışıb və tədbir təşkilatçılarına təşəkkürünü bildirib.

Tədbir çərçivəsində “Çaşıoğlu” nəşriyyatında çap olunan “Hay ver mənə, cənab leytenant” kitabının təqdimatı da olub.

Sonda lisey kitabxasının müdiri Zemfira İsmayılova, kitabxananın əməkdaşı Vahid Məhərrəmli və ədəbiyyat müəllimi Gülsəda Amanqızının rəhbərliyi ilə kursantların hazırldığı bədii proqram nümayiş etdirilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb

AzTU-nun məzunu, Aprel şəhidi Mahir Quliyevin xatirəsi anılıb

AzTU-nun MƏZUNLARI, AzTU
AzTU-da Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinə həsr olunan təd ...

AzTU-da Aprel döyüşlərində şəhid olan məzunların xatirəsinə həsr olunan təd ...

AzTU
“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub

“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub

Yeni nəşrlər, Humanitar elmlər
AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU
Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi qeyd edilib

Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi qeyd edilib

Humanitar elmlər
AzTU-da “Əbədiyyətə qovuşanlar” kitabının təqdimatı keçirilib

AzTU-da “Əbədiyyətə qovuşanlar” kitabının təqdimatı keçirilib

AzTU

"Gənc İstedadlar" Liseyində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

BDU, Hüquq
AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” fil ...

AzTU-da Milli Qəhrəmanlar muzeyinin açılışı və “Səkkiz oğul istərəm...” fil ...

AzTU
AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib

AzTU-da universitetin Şəhid məzunlarına həsr olunmuş tədbir keçirilib

AzTU, QHT
20 Yanvar faciəsi Rustavidə də anılıb

20 Yanvar faciəsi Rustavidə də anılıb

Rustavi
Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

AzTU
Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi Kürdəmirdə qeyd edilib

Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi Kürdəmirdə qeyd edilib

Regionlar, Humanitar elmlər
AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU
AzMİU-da Aprel şəhidlərinin xatirəsi yad olunub

AzMİU-da Aprel şəhidlərinin xatirəsi yad olunub

Digər ali məktəblər
Tbilisi Açıq Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tə ...

Tbilisi Açıq Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tə ...

ŞƏHİDLƏRİMİZ, Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
XƏTAİ RAYON MKS-də

XƏTAİ RAYON MKS-də "QAZİ ATANIN ŞƏHİD OĞLU" ADLI TƏDBİR KEÇİRİLDİ

Mədəniyyət, UNUTSAQ, UNUDULARIQ!....
Bakıdakı 83 saylı məktəb-liseydə

Bakıdakı 83 saylı məktəb-liseydə "Narkotiksiz gələcək naminə!” mövzusunda ...

Məktəblər
AzTU-nun məzunu şəhid Çingiz Qurbanovun xatirəsi anılıb

AzTU-nun məzunu şəhid Çingiz Qurbanovun xatirəsi anılıb

AzTU
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

AzTU
Rəy yazın: