Unudulan alimimiz Paşa Cəfərov haqq dünyasına qovuşdu

Unudulan alimimiz Paşa Cəfərov haqq dünyasına qovuşdu Onu axtaran, yada salan olmadı...

Paşa Abbasqulu oğlu Cəfərov 1937-ci ildə
Tovuz rayonunun Bozalqanlı kəndində
anadan olmuşdur.
Atası 1943-cü ildə Böyük Vətən müharibəsində həlak olub, anası isə 1976-cı ilədək kolxozda çalışıb.

A.S.Puşkin adına orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə daxil olub və 1960-ci ildə həmin institutu bitirərək alim-zootexnik ixtisasına yiyələnib.

1960-cı ilin may ayından, 1962-ci ilin sentyabr ayına kimi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təyinatı ilə Tovuz rayonu Nizami adına kolxozda baş zootexnik vəzifəsində işləyib.
1962-ci ilin oktyabr ayında Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Qoyunçuluq” ixtisası üzrə “Xüsusi heyvandarlıq” kafedrasının əyani aspiranturasına daxil olub.
1964-cü ildə aspiranturada oxuduğu müddətdə partiya sıralarına qoşulub, 1965-1970-ci illərdə Fakültə Partiya Təşkilatı Büro üzvü olub.

1965-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək, 1966-cı ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edib.
1967-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi adına layiq görülüb.

1965-ci ildən AKTA-da dərs deməklə, əvvəlcə assistent, 1969-cu ildən 1990-cı illərə kimi dosent olub, 1979-1980 və 1989-1994-cü illərdə zoomühəndislik fakültəsinin dekanı vəzifəsində çalışıb.

1987-1989 və 1998-2003-cü illərdə “Heyvandarlıq və heyvandarlıq məhsullarının istehsalının texnologiyası” kafedrasında kafedra müdiri vəzifəsində işləyib.

P.Cəfərov 45 ildən artıq, AKTA-da işlədiyi müddətdə dəfələrlə respublika tədbirlərində iştirak etmişdir.
Respublikanın, Gəncə şəhərinin, AKTA-nın ictimai işlərində yaxından iştirak etmiş və öz əməyini əsirgəməmişdir.
O, gənclik dövründən bu günədək ictimai əsaslarla komsomol, partiya və həmkarlar təşkilatlarında rəhbər vəzifələrdə çalışmışdır.

P.Cəfərov 1971-1973-cü illərdə AKTA-nın Həmkarlar İttifaqı Təşkilatına rəhbərlik etmişdir.

Unudulan alimimiz Paşa Cəfərov haqq dünyasına qovuşdu İşlədiyi müddətdə Moskva, Leninqrad, Kiyev, Alma-Ata, Tbilisi, Stavropol və s. şəhərlərdə elmi konfrans və simpoziumlarda məruzələrlə çıxışlar etmişdir.
100-dən çox elmi əsərin, 5 dərs vəsaitinin, 2 elmi ixtiranın, onlarla proqram və metodiki göstərişin müəllifidir.

Elmimizin, təhsilimizin inkişafında öz töhfəsini vermiş, bu yolda böyük əmək sərf etmiş dəyərli insanımız Paşa Cəfərov illərlə yataq xəstəsi oldu, unuduldu, yaddan çıxdı.
2016-cı ilin dekabrında uzun sürən xəstəlikdən sonra vəfat etdi.
O, artıq haqq dünyasındadır.

Allah rəhmət eləsin...

Günel Məmmədova,
ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
İSMAYIL QƏDİR  oğlu  MƏMMƏDOV (1957)

İSMAYIL QƏDİR oğlu MƏMMƏDOV (1957)

"XXI əsrin Ziyalıları", Bolus
Nur içində yat, əmi...

Nur içində yat, əmi...

---
FAXRALI KƏNDİ - 3

FAXRALI KƏNDİ - 3

"XXI əsrin Ziyalıları", Bolus
VƏLİ PAŞAYEV (1940)

VƏLİ PAŞAYEV (1940)

AzTU, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
Nur içində yat, əmi...

Nur içində yat, əmi...

Gəncə, UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

Elçin Rzayev AzTU Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib

AzTU, Təbriklər
Saleh Qasım oğlu Nağıyev (1950)

Saleh Qasım oğlu Nağıyev (1950)

BDU, "XXI əsrin Ziyalıları", Borçalı
Allahverdi Şərifov  AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

Allahverdi Şərifov AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

AzTU, Təbriklər
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

Digər ali məktəblər, Darvaz, Təbriklər
Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Avropa, Rusiya
ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!..

ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!..

Borçalı, Bolus, Nekroloqlar
Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Gəncə, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
GÖRKƏMLİ  MEŞƏÇİ  ALİM  KƏRƏM  ƏSƏDOV

GÖRKƏMLİ MEŞƏÇİ ALİM KƏRƏM ƏSƏDOV

"Şərqin səsi"
Rəy yazın: