Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?Bu yaxınlarda bir söhbətin sahidi oldum. İki tanış söhbət edərkən, biri o birinə psixoloqa getməyini məsləhət etdi. O biri şəxs isə, mən dəliyəm, psixoloqa gedim? --deyə cavab verdi. Söhbətin şahidi olduğum üçün üzr istəyərək söhbətə müdaxilə etdim. Ancaq tək iki şəxsə izah etməklə bütün cəmiyyətə izah etmək olmaz.
Təəsüflər olsun ki, Azərbaycanda psixologiya sahəsi inkisaf səviyyəsi çox asağıdır. Paytaxda az da olsa insanların məlumatları olsa belə , regionlarda çox asağı səviyyədədir.Psixoloqu bəziləri“dəli həkimi” adlandırırlar. Nə qədər ki, bu yalnış fikirlər var, psixologiya sahəsi inkişaf etməyəcək.Məktəblərdə psixoloqlar olsa belə,ancaq məktəbəqədər təhsildə psixoloqlara demək olar ki, rast gəlinmir. Mövzunu arasdırmaq ucun elə özüm də psixoloqa müraciət etdim.
Psixoloq Gülnarə Muxtarova suallarımızı belə cavablandırdı.

Gülnarə xanım salam, ilk sualımızı belə ünvanlayaq, Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?

-Salam Elşən bəy, öncəliklə qeyd edim ki, cəmiyyətdə aktual olan vacib məsələlərdən birinə toxunmusunuz . İnsanlar psixoloqu, ümumiyətlə psixoloq termininə yanlış təhriflər verirlər. "Dəli həkimi" "ağıl verən", yol göstərən biri kimi" "problemləri həll edən "və s. kimi adlandırırlar.Psixoloqu sanki əlində sehrli çubuğu olan sehrbaza bənzədirlər.Bunun ilkin səbəblərindən biri insanlar arasında psixoloq və psixologiya elmi haqqında məlumat azlığı, marifləndirmə işinin qənaətbəxş səviyyədə olmamasıdır. Psixoloq məsləhət verən,və ya problem həll edən şəxs deyil,psixoloq pasientin yəni ona müraciət edən şəxsin özünün köməkliyi ilə problemi ortaya çıxaran ,onu analiz edən, və həlli istiqamətində müəyyən tövsiyə verə biləcək şəxsdir.İnsanlar psixoloq və psixiatrı səhv salırlar .Psixoloqların müalicəsi yalnız sözdən ibarətdir yəni müxtəlif terapiyalar,korreksiya işləri və s. Psixoloqun müalicə zamanı dərman preparatlarından istifadə etmə və yazma kimi bir səlahiyyəti yoxdur. Psixiatr isə müalicə zamanı diaqnoza uyğun müəyyən dərman və antidepressantlar yazma səlahiyyətinə malikdir.
Bəs görəsən basqa ölkələrə nisbətən niyə bizdə psixoloqa az müraciət edilir?Və ya gizlin gedilir?
Çünki, psixologiya bizdə hələ də yeni bir sahə kimi qəbul edilir ,inkişaf etməyə doğru gedir, yəni inkişaf etmiş deyil ,inkisaf etməkdə olan elm kimi qiymətləndirilir.Avropa ölkələrində hər ailənin öz psixoloqu olduğu halda ,psixologiya bizim ölkəyə yeni-yeni daxil olurdu.Bu baxımdan insanların bu haqda məlumatlanması, psixoloqun işinin insanlara düzgün çatdırılması əsas məsələ olaraq diqqət mərkəzindədir. Məlumat azlığından psixoloqa müraciət edən insanlara cəmiyyətdə müəyyən stiqma (damğa)vurulur.Onları "dəli "və ya "zəif"insanlar adlandırırlar.Ona görə də insanlarda cəmiyyət tərəfindən damğalanmaq qorxusu var və bu baxımdan psixoloqa gizlin müraciət edirlər.
Sonuncu sualımızı belə ünvanlayaq-psixoloq köməkliyinin qiyməti nə qədər olur təxminən?Birdə psixoloqlar tövsiyə yoxsa məsləhət verir?Məsləhət verirsə öz yaxınından deyil də niyə psixoloqdan almalıdır?
Psixoloqun köməkliyi onun nə dərəcədə pasiente psixoloji yardım etməsi,problemin nə dərəcədə aradan qaldırılması artıq psixoloqun şəxsi peşəkarlıq səviyyəsindən asılıdır.Psixoloqun işi də digər peşə sahələri kimi olduqca məsuliyyətli sahədir.Ona gorə də psixoloq pasiente direkt məsləhət verə bilməz.Ümumiyyətlə psixoloqun məsləhət vermə kimi bir hüququ yoxdur. Çünki,psixoloqun mualicəsi sözdən ibarət olduğu üçün o, dediyi hər kəlməyə görə məsuliyyət daşıyır .Əgər psixoloq pasientə məsləhət verərsə bu zaman pasient məsuliyyəti özündən uzaqlaşdırır və psixoloqun dediyi kimi hərəkət edir. Bəli çox qeyd olunur ki, əgər psixoloqun işi məsləhət verməkdirsə,danışmaqdırsa, şəxs niyə öz yaxınları ilə deyil psixoloqa muraciət etməlidir.Psixoloqa muraciət edən şəxs müəyyən ümid və anlaşılmaq, başa düşülmək hissi ilə müraciət edir. Və psixoloq yardım etmək üçün hər sözü məqamında işlətmək ,lazım olduğu yerdə qeyd etməli olduğunu bilir. Lakin bu xüsusiyyətləri yaxın adamlar bilməyə bilər.Onlar şəxsin təhlükəli anında gözlənilməz bir söz və ya ifadə işlətməklə onun həyatı üçün təhlükəli məqam yarada və pasienti daha da çıxılmaz vəziyyətdə qoya bilər.
Psixoloq kimdir? Psixoloqu niyə” dəli həkimi” adlandırırlar?
ELŞƏN RAMİZOĞLU,
ZiM.Az-ın XÜSUSİ MÜXBİRİ

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək  tələbələrlə görüşdü

Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək tələbələrlə görüşdü

BMU
Şəhid psixoloqumuz - RUHİD İSLAMLI

Şəhid psixoloqumuz - RUHİD İSLAMLI

UNUTSAQ, UNUDULARIQ!....
Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Regionlar, Məktəblər
Çıxış yolu intiharda deyil, imandadır

Çıxış yolu intiharda deyil, imandadır

Köşə yazılar
Sumqayıt Dövlət Universitetində yeni layihələrə start verildi

Sumqayıt Dövlət Universitetində yeni layihələrə start verildi

Sumqayıt, QHT
Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Köşə yazılar
CƏSUR DÖYÜŞÇÜ, ŞƏHİD PSİXOLOQ RUHİD İSLAMLI

CƏSUR DÖYÜŞÇÜ, ŞƏHİD PSİXOLOQ RUHİD İSLAMLI

UNUTSAQ, UNUDULARIQ!....
Həkim-deputat ittihamlara cavab verdi:

Həkim-deputat ittihamlara cavab verdi: "Buna heç mənim vicdanım yol verməz ...

Səhiyyə
TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

Regionlar, Elmi Məqalələr
Əli Əhmədovun oğlu Fikrət Əhmədov: “Atam həmişə deyib ki, haqqını tələb et. ...

Əli Əhmədovun oğlu Fikrət Əhmədov: “Atam həmişə deyib ki, haqqını tələb et. ...

YAP, Səhiyyə, Qərbi Azərbaycan
“Hepatit viruslarına yoluxan şəxslərin qab-qacaqlarını ayırmaq düz deyil”

“Hepatit viruslarına yoluxan şəxslərin qab-qacaqlarını ayırmaq düz deyil”

Səhiyyə
Son nəfəsində atasına  “MƏN ÖLÜMSÜZƏM” deyən  Şəhid Ruhid İslamlının  HƏYAT ...

Son nəfəsində atasına “MƏN ÖLÜMSÜZƏM” deyən Şəhid Ruhid İslamlının HƏYAT ...

UNUTSAQ, UNUDULARIQ!....
Müşfiq Əmirov: “... özüm gedərəm”

Müşfiq Əmirov: “... özüm gedərəm”

MEDİA
 UYUŞTURAN DÜNYADA OYAQ QALMANIN MÜBARİZƏSİ

 UYUŞTURAN DÜNYADA OYAQ QALMANIN MÜBARİZƏSİ

QHT, Turan
Psixologiya elminə yeni töhfə

Psixologiya elminə yeni töhfə

Sumqayıt
Cinayət prosesində dindirmə

Cinayət prosesində dindirmə

Elmi Məqalələr, Digər ali məktəblər, Hüquq
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Psixoloqların insan həyatında fəaliyyəti"

Elmi Məqalələr, Digər ali məktəblər
Yeniyetmələrin  duyğuları

Yeniyetmələrin duyğuları

Köşə yazılar
Cinayət prosesində dindirmə

Cinayət prosesində dindirmə

Elmi Məqalələr, Hüquq
BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tə ...

BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesi və tə ...

BDU, Hüquq
Rəy yazın: