QAZİ KƏNAN BABAYEV

QAZİ KƏNAN BABAYEV Qazi Baş çavuş Kənan Qəhraman oğlu Babayev
-
23 may 1973-cü ildə Cəbrayıl rayo­nundakı
Qumlaq kəndində anadan olub.

25.05.1991-ci ildə keçmiş Sovetlər Birliyində Ural Hərbi dairəsində Ha­vadan hücum divizyasında xidmətə başlayıb.
1992-ci ilin fevralında So­vet ordusunda xid­mətdən imtina edə­rək Azərbaycana qayıdıb.

27.02.1992-ci ildən Cəbrayıl rayonun­dakı 805 N-li ərazi müdafiə taborunun Rabitə tağımında tağım komandiri müavini olaraq xidmətə başlayıb.

15.08.1993-cü ildə erməni birləş­mələrinin Xocəvənd rayonundakı Hə­rəkül kəndinə hücumu zamanı ya­rala­nıb.
1 ay müalicə aldıqdan sonra xid­mətini yenidən davam etdirib.

QAZİ KƏNAN BABAYEV Quru Qoşunların Cəbrayıl rayo­nundakı 805, 722, 896 N-li hərbi his­sələrində, Tərtər rayon istiqa­mə­tin­də Desant Hücum Birqadasının N saylı hərbi hissəsində Rabitə bölü­yün­də Tağım komandirinin müavini, bir müd­­dət sonra 5-ci Ta­burun Rabitə tağımının komandiri vəzi­fəsinə təyin olunub. Cəbhənin Cəb­rayıl, Fizuli, Ağdam, Ağ­dərə, Tərtər, Goranboy istiqamətlə­rində müxtəlif vaxdlarda ağır döyüşlərdə iştirak edib.

1992-1993-cü illərdə Cəbrayıl ra­yonunda yaranmış Əsir və girov­ların Dövlət komitəsində əsir, girov düş­müş şəxlərin dəyişirilməsində iştirak edib.

26.10.1993-cü ildə erməni qoşunlarının Cəbrayıl rayonunun Mahmudlu Qaradiz qəsəbəsini mühasirəyə aldığı zaman 4 gün ərzində 2000 nəfərə yaxın mülkü əhalinin Araz çayı üzərindən İran İslam Respubilikasının ərazisinə keçməsində öz tağımı ilə xüsusi köməklik göstərib.

“Azərbaycan Respubilikası Silahlı qüvvələrin yaranmasının 95 illik yubileyi”, “Qüsursuz hərbi xidmətə görə” 3 dərəcəli, “Vətən Naminə”, “Fədai”, “Və­tənpərvərlik İşində xidmət­lərinə görə” medalları ilə və bir neçə dəfə müxtəlif Fəxri Fər­manlarla təltif olunub.

QAZİ KƏNAN BABAYEV 31.05.1996-cı ildə Müdafiə Nazirinin müvafiq əmrinə əsa­sən ordu sıralarından ehtiyata buraxılıb.

Azərbaycan Respublikası Ali Baş komandanın müvafiq əm­rinə əsasən 27.09.2020-ci ildə Azərbaycan ordusunun əks hü­cumu başlayan zaman könüllü olaraq Tərtər, Fizuli, Cəbrayıl istiqamətimdə orduya cəlb olunub.
2-ci qrup əlildir.

Biz də qazi Kənan Babayevə şərəfli döyüşlərinə görə bir daha öz minnətdarlığımızı bildirir, ona uzun ömür, möhkəm can sagligı və yeni-yeni uğurlar arzula­yırıq!..

Tahirə Qarabağlı,
şairə-jurnalist, AJB-nin üzvü,
“Qızıl Qələm” media mükafatçısı.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: