RÖVŞƏN ƏHMƏDOV (1971)

RÖVŞƏN ƏHMƏDOV (1971) Rövşən Sabir oğlu Əhmədov - 1971-cii ildə
Bakı şəhərində anadan olmuşdur.
29.10. 91-ci ildən 8.05.92-ci ilə kimi, "Azərbaycan-Qarabağ" könüllü müdafiə batalyonunun tərkibində Şuşa şəhərində hərbi əməliyyatlarda iştirak etmişdir. Döyüşdüyü müddət ərzində, komandanlıgın tapşırıqlarına sözsüz əməl etmiş, qoyulan işin öhdəsindən layiqincə gəlmişdir. Komandanlıgın və yoldaşlarının rəğbətini qazanmış, özünü bacarıqlı döyüşçü kimi tanıtmışdır.
Bu müddət ərzində heç bir səhvə yol verməmiş əksinə döyùşdə qəhrəmanlıqlar göstərmişdir.
Döýüşlərin birində başından ağır yara almış, müalicə almasına baxmayaraq igid döyüşçü həyatını itirmişdir.
Allah rəhmət eləsin.

Tahirə QARABAĞLI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: