Dövlət Komitəsində Xankəndinin işğal günü ilə bağlı tədbir keçirilib

Dövlət Komitəsində Xankəndinin işğal günü ilə bağlı tədbir keçirilib 2018-ci il dekabrın 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xankəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü münasibəti ilə anım tədbiri keçirilib. Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərləri, Qarabağ müharibəsi veteranları, əslən Xankəndidən olan ziyalılar iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən söz açaraq, ermənilərin bu ərazilərə, təxminən, iki yüz il əvvəl köçürüldüklərini, öz havadarlarından dəstək alaraq yerli azərbaycanlı əhaliyə davakar münasibət göstərdiklərini, daim milli zəmində qarşıdurma yaratdıqlarını, vaxtaşırı ərazi iddiası qaldırdıqlarını xatırladıb. Qeyd olunub ki, ötən əsrin 60-70-ci illərində erməni millətçilərinin Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdləri ulu öndər Heydər Əliyevin qətiyyəti nətcəsində puça çıxarılıb, bu niyyətdə olanlar dərhal o dövrün qanunları çərçivəsində cəzalandırılıblar.
Dağlıq Qarabağda erməni separatizmi yalnız xalqımızın dahi oğlu siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra baş qaldırıb. Bölgənin mərkəzi şəhəri olan Xankəndi əhalisinə qarşı etnik təmizləmə, əslində, 1989-cu ildən başlanıb. Burada yaşayıb-işləyən azərbaycanlılar təqib edilib, zorla ev-eşiyindən qovulub. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib.
Dağlıq Qarabağdakı tarixi torpaqlarından didərgin düşən bütün soydaşlarımız kimi Xankəndindən olan məcburi köçkünlər də ağır günlər keçiriblər. Hazırda onlar respublikamızın 38 şəhər və rayonunda məskunlaşaraq, Azərbaycan dövlətininin diqqət və qayğısı ilə əhatə ediliblər. Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini, mənzil məişət şəraitinin yaxşılaşdırılmasını prioritet olaraq müəyyənləşdirib. Bir neçə gün öncə Sumqayıtda açılmış qəsəbə bu kateqoriyadan olan 1000 ailənin mənzil-məişət şəraitinin yaxşılaşmasına imkan verəcək, beləliklə, indiyədək yeni ev və mənzillə təmin olunmuş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Dövlətimizin başçısı yeni ildə də bu sahədə mühüm tədbirlərin görüləcəyini bəyan edib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakı və Sumqayıtda qəzalı və ağır binalarda məskunlaşmış məcburi köçkünlərlə bağlı işin sürətləndirilməsi üçün tapşırıq verib və onun icrasına nəzarət edir.

Anım tədbirində Azərbaycan Respublikası Milli Məclisinə 122 saylı Xankəndi seçki dairəsindən seçilmiş deputat , Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova çıxış edib. O qeyd edib ki, etnik təmizləmə və işğal zamanı Xankəndindən 100 nəfər şəhid olub, əhali doğma yurd-yuvalarını tərk edib. Ötən əsrin 90-cı illəri ilə müqayisədə əhalinin daha yaxşı yaşadığını deyən millət vəkili bildirib ki, indi onların tək istəyi Xankəndinin azad olunmasıdır. Qeyd olunub ki, aprel döyüşləri zamanı ordumuzun qazandığı qələbə xalqda bu inamı daha da gücləndirib. Biz yenidən, Azərbaycan bayrağının Xankəndidə dalğalanacağına inanırıq.
Anım tədbiri çıxışlarla davam edib.

Sonda Xankəndiyə həsr olunmuş film nümayiş olunub.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar verib

Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar verib

Qarabağ
İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

Azərbaycan, Qarabağ
AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib

AzTU-da Xocalı soyqırımı qurbanlarının anım günü keçirilib

AzTU
Erməni əsirliyində olan prokurorun oğlu Rövşən Rzayev komitə sədri təyin ol ...

Erməni əsirliyində olan prokurorun oğlu Rövşən Rzayev komitə sədri təyin ol ...

Əsas xəbər, Azərbaycan, Qarabağ, Təbriklər

"Bilik" Fondunun təşəbbüsü ilə Zəngilan rayonunun Ermənistan tərəfindən i ...

Qarabağ
Yeni yaradılmış Bakı Mühəndislik Universitetində “Xocalı harayı” adlı tədbi ...

Yeni yaradılmış Bakı Mühəndislik Universitetində “Xocalı harayı” adlı tədbi ...

BMU
Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edilib

Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edilib

Qarabağ, Təbriklər
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

AzTU
Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Avropa, Diaspora
SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

Sumqayıt
Şəffaflıq təmin olunmalıdır

Şəffaflıq təmin olunmalıdır

Qarabağ, Köşə yazılar
AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Parisdə qey ...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Parisdə qey ...

Avropa
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı Soyq ...

Biologiya və tibb elmləri
Polşa universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Polşa universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Diaspora, Dünya
Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin BƏYANATI

Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin BƏYANATI

Qarabağ, Borçalı
“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

Humanitar elmlər, "Zirvə"
Tbilisidə AŞPA-nın iclasında qaçqın, məcburi köçkün və miqrantların vəziyyə ...

Tbilisidə AŞPA-nın iclasında qaçqın, məcburi köçkün və miqrantların vəziyyə ...

Milli Məclis, Tiflis
AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU
Rəy yazın: