MTN-çi Şuşanın işğalındakı şok məqamları açdı - Zim.Az/Tv

MTN-çi Şuşanın işğalındakı şok məqamları açdı - Zim.Az/Tv 90-cı illərin əvvəllərində Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ bölgəsi üzrə şöbəsinin məsul əməkdaşı olmuş Ağalar Əliyev Şuşanın işğalı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

A.Əliyev bildirib ki, hələ 1992-ci il aprelin 4-də "Sovetskiy Karabax" qəzetində Seyran Ohanyanın müsahibəsi çap olunmuşdu:

"Ohanyan müsahibədə qeyd etmişdir ki, Şuşa da Xocalı kimi işğal olunmalıdır. Azərbaycanın da bundan xəbəri var idi. Azərbaycanın o dövrdəki rəhbərliyinə bu barədə çatdırılmışdı, lakin heç bir tədbir görülmədi. Həmin dövrdə Şuşada bir neçə batalyon var idi. Hər batalyonın rəhbəri liderliyə iddia edirdi və bir batalyon digərinə tabe olmurdu. Vahid komandanlıq yox idi".

A.Əliyev deyib ki, Şuşanın işğalından qabaq Azərbaycanın o dövrdə müdafiə naziri olmuş Rəhim Qazıyev əks hücümun hazırlanmasını istəyirdi:

"O dövrdə korpus komandirinə Xankəndində olan rabitə nöqtələrini göstərdim və qeyd etdim ki, bunları vurmaqla ermənilərin rabitə əlaqələrini məhv edərik. Artilleriyanın komandirinə səhərisi gün o nöqtələri göstərdim. Yaxınlaşdırıcı hərbi cihazla baxanda gördük ki, dağlarda erməni hərbçiləri yığışırlar. Ancaq heç bir əks-hücum olmadı və nəticədə ermənilər Şuşanı işğal etdi".

MTN-nin sabiq əməkdaşı qeyd edib ki, 1991-ci ilin dekabrında Şuşa rayon icra başçısı Mikayıl Gözəlovla Bakıdan əlaqə saxlayıb:

"Mikayıl Gözəlov dedi ki, bir gün sonra sənə Şuşakəndlə bağlı yaxşı məlumat verəcəyəm. Oradakı erməni hərbçilərini məhv etmək üçün hücum hazırlanırdı. Lakin həmin gün Mikayıl Gözəlovu iş otağında güllələdilər. Bunlar hamısı Şuşanı süquta aparan yollar idi".

A.Əliyev daha sonra deyib ki, Rəhim Qazıyev Şuşanın mühafizəsini öz üzərinə götürdüyünü elan etdi və yerli hərbçiləri postlardan uzaqlaşdırdı:

"Komendant saatı elan etdi. Kim çölə çıxırdısa, 30 sutka həbs cəzası verilirdi. Ona görə Şuşa əhalisi şəhərdən çıxmağa başladı. Gərək o vaxt yerli əhali Rəhim Qazıyevin sözünə baxmayaraq, özləri Şuşanın müdafiəsini təşkil edərdi. Naxçıvanda Rəhim Qazıyev gələndə qovmuşdular".

MTN-nin sabiq məsul əməkdaşı vurğulayıb ki, Rəhim Qazıyev xarici kəşfiyyata işləyib:

"Videokadr var ki, Rəhim Qazıyev o vaxt Qraçovla yeyib-içib və pul dolu diplomat verib".

Onun sözlərinə görə, hələ 1992-ci ilin fevralında birinci dəfə Şuşanı "Kristal" raketlərlə vurublar. Bir neçə ev yanıb:

"Bu ərəfədə Şuşanın icra başçısı Mənsur Məmmədov telefonla Bakıya zəng etdi. Dedi, siz deyən vəziyyət yaranıb. Köç maşınları göndərin. Bir gündən sonra köç maşınları gəldi. Əhali köçməyə başladı”.

A.Əliyev qeyd edib ki, Serj Sərkisyanın Qarabağın işğalında böyük rolu olub:

"Sərkisyan xarici qüvvələrin sifarişini yerinə yetirirdi. Sərkisyan, Köçəryan erməniləri məcbur edirdilər ki, işğalçılıq siyasəti aparsınlar. Yetərincə kəşfiyyat məlumatlarımız olurdu, lakin o vaxtkı rəhbərlik heç bir addım atmırdı".

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ŞUŞANIN SİMVOLLARINDAN BİRİ DƏ KÖÇDÜ DÜNYADAN... RUHUN ŞAD OLSUN, XASAY ƏMİ ...

ŞUŞANIN SİMVOLLARINDAN BİRİ DƏ KÖÇDÜ DÜNYADAN... RUHUN ŞAD OLSUN, XASAY ƏMİ ...

Qarabağ, Nekroloqlar
Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin iştirakçısı ol ...

Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin iştirakçısı ol ...

Məktəblər
İtirilmiş cənnət: Sənsizəm, ŞUŞAM mənim!..

İtirilmiş cənnət: Sənsizəm, ŞUŞAM mənim!..

Qarabağ, "Zirvə"
Xocalı soyqırımı - əsrin faciəsidir

Xocalı soyqırımı - əsrin faciəsidir

Tarix, Köşə yazılar
“Zəfərin mübarək, Azərbaycan!”

“Zəfərin mübarək, Azərbaycan!”

Bakı
ŞUŞA – VƏTƏN, AZƏRBAYCAN – SƏFƏRBƏR!..

ŞUŞA – VƏTƏN, AZƏRBAYCAN – SƏFƏRBƏR!..

Qarabağ, BDU
“ŞUŞA İLİ” nin                   MƏDƏNİYYƏTİMİZDƏKİ  ROLU

“ŞUŞA İLİ” nin MƏDƏNİYYƏTİMİZDƏKİ ROLU

Qarabağ, "Elm və Təhsil"
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Parisdə qey ...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Parisdə qey ...

Avropa
Ali Baş Komandanın ailəsi ilə birgə Novruz bayramı öncəsi Qarabağ səfəri Zə ...

Ali Baş Komandanın ailəsi ilə birgə Novruz bayramı öncəsi Qarabağ səfəri Zə ...

YAP, AzTU
Azərbaycanın Milli Qəhrəmanı - Vəzir Sədiyev

Azərbaycanın Milli Qəhrəmanı - Vəzir Sədiyev

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU-da Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan videokonfrans keçiri ...

AzTU
İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşüb

İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşüb

Əsas xəbər, Azərbaycan
Qafar Əsgərzadə:

Qafar Əsgərzadə: "Erməni təxribatına susmaq və onları qınaq predmentinə çe ...

Qarabağ, AzTU
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycanın Milli Qəhrəmanı - Borçalı balası Cəlil Səfərov

Azərbaycanın Milli Qəhrəmanı - Borçalı balası Cəlil Səfərov

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Qırx dörd günlük qəhrəmanlıq dastanı və Zəfərə aparan siyasət

Qırx dörd günlük qəhrəmanlıq dastanı və Zəfərə aparan siyasət

YAP, Qarabağ
Ə.Vəzirovun 29 ildən sonra KİV-ə verdiyi ilk müsahibə

Ə.Vəzirovun 29 ildən sonra KİV-ə verdiyi ilk müsahibə

Bakı, MEDİA, Tarix, Rusiya
BUDAQ TƏHMƏZ (1938)

BUDAQ TƏHMƏZ (1938)

Naxçıvan, Müsabiqə
AMEA FİZİOLOGİYA İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB

AMEA FİZİOLOGİYA İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB

Biologiya və tibb elmləri
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL  (Yubiley ərəfəsində)

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ TƏHSİL (Yubiley ərəfəsində)

Məktəblər, Tarix
Rəy yazın: