AzTU-nun professoru Valeh Baxşəliyevin kitabı “Springer” nəşriyyatında nəşr edilmişdir

AzTU-nun professoru Valeh Baxşəliyevin kitabı “Springer” nəşriyyatında nəşr edilmişdir AzTU-nun professoru Valeh Baxşəliyevin kitabı “Springer” nəşriyyatında nəşr edilmişdir

TƏBRİK EDİRİK!..

Azərbaycan Texniki Universiteti (AzTU) 2016-cı ildə beynəlxalq elmi layihələrdə iştirakını və Avropa universitetləri ilə elmi əlaqələrini uğurla davam etdirir. Azərbaycan Texniki Universitetinin qoşulduğu Avropa Birliyinin 7-ci Cərçivə Proqramı üzrə qəbul edilmiş 3 illik (2012-2015) elmi layihə müvəffəqiyyətlə başa çatdırılmışdır.
Bu layihənin yerinə yetirilməsi üçün yaradılan Elmi Konsorsiumun (Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan) rəhbəri (koordinatoru) AzTU-nun professor V.İ.Baxşəliyev olmuşdur.
Aparılan elmi-tədqiqat işlərinin nəticələri müxtəlif beynəlxalq nüfuzlu elmi jurnallarda dərc edilmiş, konsorsiumun mandatı əsasında prof. Valeh Baxşəliyev tərəfindən Avropa Birliyinin elmi konfranslarında məruzə edilmişdir.

Həmin tədqiqat işlərinin əsasında yazılan monoqrafiya bu yaxınlarda (2016-cı ilin yanvar ayında) dünyanın tanınmış beynəlxalq nüfuzlu akademik nəşriyyatlarından olan “Springer” (Almaniya) nəşriyyatında çap olunmuşdur.
Maşın və Mexanizmlər üzrə Beynəlxalq Federasiyanın (İFToMM) həmsədri, prof. Nodar Davitaşvilinin həmmüəllifliyi ilə nəşr olunmuş kitab “Çarxqolu-sürüngəc mexanizmlərin dinamikası” (Dynamics of Crank-Piston Mechanisms) adlanır.
Monoqrafiya 9 fəsil və 242 səhifədən ibarətdir.

Kitabın elmi və biznes əhəmiyyətliliyi, elmi-tədqiqat metodikası, elmi nəticələr və praktiki tövsiyələr “Springer” nəşriyyatının ekspertləri tərəfindən yüksək qiymətləndirilmiş və onun nəşrinə icazə verilmişdir.

İngilis dilində yazılmış monoqrafiya neft və qaz sənayesində geniş istifadə olunan pistonlu maşınların (kompressor və nasosların) kinematik cütlərindəki araboşluqları, materialların mexaniki xüsusiyyətləri, real işçi rejimi, sürtünmə və zərbə prosesi nəzərə alınmaqla bu maşınların və mexanizmlərin dinamik analizinə həsr edilmişdir.
Burada Qafqaz regionunda neft və qazın nəqli zamanı istifadə olunan maşın və avadanlıqların ətraf mühitin çirklənməsinə təsirinin azaldılması üçün tövsiyələr verilmişdir.

Onu da qeyd etmək lazımdır ki, indiyədək “Springer” nəşriyyatında Azərbaycanlı alimlərin 20 kitabı nəşr edilmişdir və bu kitab prof. V.İ.Baxşəliyevin xaricdə nəşr olunan sayca 3-cü kitabıdır.

AzTU-nun professoru Valeh Baxşəliyevin kitabı “Springer” nəşriyyatında nəşr edilmişdir Qeyd edək ki, bir neçə xarici elmi jurnalların redaksiya heyətinin üzvü olan prof. V.İ.Baxşəliyevin beynəlxalq elmi əlaqələri və xaricdə çap olunan elmi-tədqiqat işləri nəzərə alınaraq o, bu il “American Journal of Mechanical and Industrial Engineering” (ABŞ) beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü qəbul edilmiş, beynəlxalq elmi konfransın (“Mechanics 2016”, 23-25 iyun 2016) təşkilat komitəsinin üzvü və Avropa Birliyinin “HORİZON - 2020” Proqramının "Smart nəqliyyat" istiqaməti üzrə milli koordinatoru (National Contact Point) seçilmişdir.


Biz də bu yeni uğuru münasibətilə
AzTU-nun çox hörmətli professoru Valeh Baxşəliyevi
ürəkdən və səmimi qəlbdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
eləcə də elmi-pedaqoji-ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI.



Kitabla aşağıdakı internet linkdə tanış olmaq olar:

My Webpage

http://link.springer.com/book/10.1007/978-981-10-0323-3


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun professoru İslam İslamovun monoqrafiyası “Springer” nəşriyyatında  ...

AzTU-nun professoru İslam İslamovun monoqrafiyası “Springer” nəşriyyatında ...

Yeni nəşrlər, AzTU
Bakıda “Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” öz işinə başla ...

Bakıda “Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” öz işinə başla ...

AzTU
AzTU-nun professoru xarici elmi nəşrin redaksiya heyətinin üzvü seçilib

AzTU-nun professoru xarici elmi nəşrin redaksiya heyətinin üzvü seçilib

AzTU
AzTU-nun professoru Rusiya elmi jurnalının redaksiya heyətinin üzvü seçilmi ...

AzTU-nun professoru Rusiya elmi jurnalının redaksiya heyətinin üzvü seçilmi ...

Azərbaycan, Təbriklər
Təbrik edirik: AzTU-nun professoru qızıl medalla təltif olundu

Təbrik edirik: AzTU-nun professoru qızıl medalla təltif olundu

AzTU
“Qafqazın etnobotanikası” kitabı “Springer” nəşriyyatında çap edilib

“Qafqazın etnobotanikası” kitabı “Springer” nəşriyyatında çap edilib

Yeni nəşrlər, Biologiya və tibb elmləri, Dünya, Avropa
Professor Tofiq Mansurovun yeni uğurları

Professor Tofiq Mansurovun yeni uğurları

Yeni nəşrlər, AzTU
Dünyanın Nüfuzlu Tomson media kompaniyası AzTU-da aparılan tədqiqat işinə m ...

Dünyanın Nüfuzlu Tomson media kompaniyası AzTU-da aparılan tədqiqat işinə m ...

AzTU
AZƏRBAYCAN ALİMLƏRİ KİMYA ELMİ ÜZRƏ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ  ...

AZƏRBAYCAN ALİMLƏRİ KİMYA ELMİ ÜZRƏ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ ...

Elm
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Yeni nəşrlər, Humanitar elmlər
AzTU-da IV Beynəlxalq elmi konfrans

AzTU-da IV Beynəlxalq elmi konfrans

ADNSU, AzTU
AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU, Təbriklər
BDU-da BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

BDU-da BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

BDU, "Elm və Təhsil", Hüquq
“Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusun ...

“Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusun ...

AzTU
Hacan Hacısoy Beynəlxalq Mükafata  laiq görülmüşdür

Hacan Hacısoy Beynəlxalq Mükafata laiq görülmüşdür

ADNSU, Qaraçöp, Təbriklər
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Professor Tofiq Mansurovun 65 yaşı tamam olur

Professor Tofiq Mansurovun 65 yaşı tamam olur

AzTU, Təbriklər
Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Biologiya və tibb elmləri, Təbriklər
AzTU-da “Horizon 2020” proqramı üzrə seminar keçirilib

AzTU-da “Horizon 2020” proqramı üzrə seminar keçirilib

Digər bölmələr, AzTU
AzTU professorunun məqalələri Almaniya və Norveçin elmi jurnallarında nəşr  ...

AzTU professorunun məqalələri Almaniya və Norveçin elmi jurnallarında nəşr ...

AzTU
Rəy yazın: