Novruz bayramı ön xətdə qeyd olunacaq

Novruz bayramı ön xətdə qeyd olunacaq Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" və "Yeni Yurd" Sosial İnkişaf ictimai birliklərinin fəalları hər il olduğu kimi, bu il də Novruz bayramını cəbhə bölgələrindən birində yerləşən "N"saylı hərbi hissədə qeyd edəcək.
Ermənistan Silahlı Qüvvələri və onların havadarları ilə təmas xəttini qoruyan ərənlərimizin qarşısında tonqal qalanacaq, tonqal ətrafında maraqlı ədəbi-bədii gecə təşkil olunacaq.
Nümunəvi xidmət edən zabit, gizir və əsgərlərə qiymətli hədiyyələr təqdim ediləcək.
Martın 19-a planlaşdırılan səfərdə incəsənət ustaları da iştirak edəcək.
Bayram tədbirində hər iki Təşkilatın rəhbərləri və onların fəal üzvləri, o cümlədən də, "Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu"nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, "Kanal24" İnternet Televiziyasının rəhbəri, istedadlı jurnalist Tural Əhmədov, "Yeni Yurd" İctimai birliyinin ən gənc üzvü, Bakı məktəblisi Nurəli Sultanov da iştirak edəcək.

Yeri gəlmişkən, martın 16-da Nurəli Sultanov növbəti ad gününü öz doğmalarıyla qeyd edəcək.
Dərs əlaçısı olan Nurəli, 2015-ci ilin Novruzunu da ön cəbhədə qeyd etmişdi."Xocalı Soyqırımını Tanıtma" və "Yeni Yurd" Sosial İnkişaf ictimai birliklərinin bütün fəalları və "Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu"nun sədri Hacı Ədalət Məhərrəmovun adından Nurəli Sultanovu ad günü münasibətilə təbrik edir, sağlam və mənalı ömür arzulayırıq.
Arzu edirik ki, Azərbaycanın bütün gəncləri Nurəli Sultanov kimi milli ruhda böyüsün.

Lalə Rafiqqızı,
Şamilə Şamilqızı.
"Ana harayı"qəzetinin müxbirləri.
Bakı şəhəri, 16 mart 2016-cı il


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ön cəbhədə Novruz tonqalları qalandı!

Ön cəbhədə Novruz tonqalları qalandı!

Qarabağ, QHT

"Şəhidlər ölməz, Vətən bölünməz!"

Qarabağ, "Şərqin səsi"
Vətən Sizə oğul deyir, Əsgərim!

Vətən Sizə oğul deyir, Əsgərim!

Qarabağ, QHT
TƏBRİK EDİRİK, RASİM MÜƏLLİM!..

TƏBRİK EDİRİK, RASİM MÜƏLLİM!..

Təbriklər
Mahirə xanımı Yeni mükafatı münasibətilə təbrik edirik!..

Mahirə xanımı Yeni mükafatı münasibətilə təbrik edirik!..

Təbriklər, QHT
Raqub Məmmədov ədalətli insandır!

Raqub Məmmədov ədalətli insandır!

Azərbaycan, "Şərqin səsi"
“Yeni Yurd” Dövlət Bayrağı gününü ön cəbhədə əsgərlələ birgə qeyd etdi

“Yeni Yurd” Dövlət Bayrağı gününü ön cəbhədə əsgərlələ birgə qeyd etdi

Azərbaycan, Qarabağ, "Şərqin səsi"
Şamil Sabiroğlunun yubiley mərasimi keçirilib

Şamil Sabiroğlunun yubiley mərasimi keçirilib

Azərbaycan, "Şərqin səsi", Təbriklər

"Yeni Yurd" ictimai birliyinin fəalları müdavimlərlə görüşüb

QHT
Polis işçiləri günü təntənə qeyd edilib

Polis işçiləri günü təntənə qeyd edilib

QHT

"Yeni Yurd"un Yasamal rayon şöbəsi fəaliyyətə başlayıb

"Şərqin səsi"
AD GÜNÜN MÜBARƏK, NURƏLİ!..

AD GÜNÜN MÜBARƏK, NURƏLİ!..

"Şərqin səsi", Təbriklər
Valideyn himayəsindən məhrum olan uşaqları sevindirdilər

Valideyn himayəsindən məhrum olan uşaqları sevindirdilər

Sosial, QHT
Mahirə Əsədova kimi xeyirxah insanlar çox olsa yaxşıdır!

Mahirə Əsədova kimi xeyirxah insanlar çox olsa yaxşıdır!

QHT
Gəncədə “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir  ...

Gəncədə “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir ...

Azərbaycan
Şirin Mirzəyev adına Subartezian quyu və bulağın açılış mərasimi olacaq

Şirin Mirzəyev adına Subartezian quyu və bulağın açılış mərasimi olacaq

Qarabağ, Sosial, QHT
Mahirə Əsədova kimi xeyirxah ziyalıları tanımalı və ümumxalq məhəbbəti göst ...

Mahirə Əsədova kimi xeyirxah ziyalıları tanımalı və ümumxalq məhəbbəti göst ...

QHT
23 il unudulan qəhrəman oğul anıldı

23 il unudulan qəhrəman oğul anıldı

Qarabağ, "Şərqin səsi"

"Yeni Yurd" Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi

Sosial, QHT
Şəhid Babəkin ailə üzvləri ziyarət edildi

Şəhid Babəkin ailə üzvləri ziyarət edildi

Qarabağ
Rəy yazın: