YADULLAH MİRZƏYEV (1970) Naxçıvan, Poeziya, Müsabiqə 19 марта 316 100 1 2 3 4 5 Yadullah Qeybullah oğlu Mirzəyev - 12 yanvar 1970-ci ildə Naxçıvan rayonunun Sirab kəndində anadan olub. 1977-ci ildə Sirab kənd orta məktəbinin I sinfinə qəbul olunub, 1987-ci ildə həmin məktəbin X sinfini bitirib. 1988-1990-cı illərdə Ukraina Respublikasında həqiqi hərbi xidmətdə olub. 1996-cı ildə Naxçınan Dövlət Universitetinə qəbul olub, 2000-ci ildə həmin universitetin Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirib.Hazırda Babək rayonunu Sirab kənd tam orta məktəbində və "Təhsil kursları"nda ixtisasım üzrə müəllim işləyir. 04.10.2022-ci ildə Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllim"i fəxri adına layiq görülüb. AiləlidirYadulla Mirzəyev gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olur. Onun şeirləri və hekayələri müxtəlif mətbuat orqanlarında, “Vətən”, “Ziya”, “Turan”, “Turan ellərinə salamlar!” və s. ədəbi məcmuələrdə çap olunub.Biz də hörmətli Yadullah müəllimə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..ZiM.AzBayramınız mübarək! Bu yaz bir başqa yazdır!Bahardan müjdə verir göydə durnalarımız,Təzələnir ruhumuz, açır arzularımız. Silib qəlbdən nisgili, xoş gəlir baharımız Haqq yolunda payladıq, qəbul olan niyazdır, Bu yaz bir başqa yazdır!Həsrət platformada durdu vüsal qatarı,Azad Qarabağımda qarşıladıq baharı.Üzlərdə sevinc, fərəh, gözdə şərəf, vüqarı Hamı gülür, sevinir, əhval-ruhiyyə sazdır, Bu yaz bir başqa yazdır! Kəsdik Vətəndən kökün ermənitək qanqalın,Əlvan güllər bəzədi hər yamacın, hər yalın, Qaladıq Cıdır düzdə bu il zəfər tonqalın.Otuz illik həsrətdən doğan şirin murazdır, Bu yaz bir başqa yazdır!Duyğular dilə gəlir, hər üzdə bir gözəllik,Hər baxışda bir ümid, hər ürəkdə sərinlik, Şəhidlərin ruhu da bu bahar tapdı dinclik. Yadullah, sən builki yaza nə yazsan azdır, Bu yaz bir başqa yazdır! 20.03.2.21MÜBARƏKDİR QALİBIYYƏT ZƏFƏRİN!İgidlərin kəsib düşmən ayağınAna yurdum, gəlir gözəl sorağın.Dalğalandı o üçrəngli bayrağınMüjdələrlə açıldı al səhərinMübarəkdir qalibiyyət zəfərin!Gözün tökdün torpağa kəc baxanın,Diz çökdürdün cızığından çıxanı.Qovdun iti qovan kimi dığanıDüşmənlərə göz dağıdır hünərinMübarəkdir qalibiyyət zəfərin!Oğulların, Vətən, səndən güc aldıYağıları rəzil etdi, öc aldı.Bütövləşdin, ucaldıqca ucaldınAzad oldu hər kəndin, hər şəhərinMübarəkdir qalibiyyət zəfərin!10.XI.2020MƏNİM ARZUMBu mənim içimdə cücərən arzumYağsın axşamüstü həzin bir yağış.Oxşayım telini, əlindən tutumSevgi ömrümüzə qoy salsın naxış.Yağışın altında əl-ələ gəzək,Yağsın başımıza göydən eşq nuru.İslanlb beləcə cücəyə dönəkQalmasın bədəndə bircə yer quru.Ürək bu sevdanın oduna yansınCanı qurban deyək nazlı baxışa.Bu iki xoşbəxtlik birgə yaşansınMən sənə qovuşum, yer də yağışa. QUL OLMAYASANBüdrəyən görəndə qoldan yapış ki,Özün yıxılanda çul olmayasan.Nahaqqa baş əymə, haqqı danış ki,Şərin xəncərinə qol olmayasan.Önünə gələni ağzına tıxma,Halal ruzi qazan, harama baxma.Boğazda ilişər hər haram loğmaÇalış öz nəfsinə qul olmayasan.Qorxu olmaz ellə gələn xatadan,Nə tufandan, nə də qarlı şaxtadan.Yadullah, uzaq gəz riya, saxtadanYaltağa, yamana yol olmayasan.BƏLASI SƏNDƏNQoşa baxaq bu sevdanın yolunaGözlər məndən olsun, ziyası səndən.Çoxalsın yaşamaq, sevmək həvəsiİlqar məndən olsun, vəfası səndənQoyma dərd əlindən qəlbim qarala,Yollara baxmaqdan gözüm sarala,İncitmək istəsən, özün yaralaO can məndən olsun, bəlası səndən.Sev Mirzəni, qış eləmə yazını,Tanrı yazıb bu qisməti, yazını.Sənin kimi bir dilbərin nazınıÇəkmək məndən olsun, ədası səndən.ZALIMQarşımda bitirsən, üz tutsam hara,Hər ötən günümü etmisən qara.Çevrilib kədərə qarabaqaraDüşübsən arxamca izimə, zalım.Ömrümə fırtına, talan sən oldunSevinci əlimdən alan sən oldun.Məni bu hallara salan sən oldunİndi də gülürsən üzümə, zalım.Siyah saçlarıma çox tez qar atdın,Yaramın üstünü deşdin, qanatdın.Mirzənin həyatın elə qaraltdın,Çəkirsən sürmətək gözünə, zalım.ÖZÜNƏ GÜVƏNOcaq haqdan yansa, heç zaman sönməzHaqq yoldan sarpanın izi bilinməz.Qonşuda od yansa canın isinməzOcaqda közərən közünə güvən.Sənə can-can deyən yoldaş olsa da,Səsinə hay verən sirdaş olsa da,Arxanda dayanan qardaş olsa daHamıdan birinci özünə güvən.Yadullah, qala tik, söz olsun daşın,Qurunun oduna yanmasın yaşın.Dönmə amalından, ucalsın başınSinəndə çağlayan sözünə güvən.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.